Tarixdə "10 fevral"

10 fevral

Tarixdə "10 fevral"


1828 - Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisi-

nin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan,Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

Tarixdə "10 fevral"
 


1918
– Tiflisdə Zaqafqaziya Seyminin yaranması

Tarixdə "10 fevral"


1947
– Parisdə II Dünya müharibəsinin qalib dövlətləri ilə Almaniyanın müharibədəki müttəfiqləri arasında sülh müqaviləsinin imzalanması

Tarixdə "10 fevral"
 


1998
- Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq ölüm hökmünü ləğv etdi.

Tarixdə "10 fevral"
 


2006
- Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb. Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi.

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 may 2012 10:38
    cox cox coxx gozel saytdir.tesekkurler

  2. 10 iyun 2012 22:46
    tewekkurler...................................

  3. 12 iyul 2012 18:28
    umumiyyetle sayti cox beyendim,tewekkur edirem eziyyet cekene

  4. 13 iyul 2012 22:49
    Cox sag olun, minnetdaram.

  5. 15 iyul 2012 11:40
    cox sag olun

  6. 10 fevral 2013 15:09
    TESHEKKURLER

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.