Tarixdə "6 yanvar"

6 yanvar

1733 - Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib. Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib. Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci il-də bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi.

Tarixdə "6 yanvar"

 

 

1967 - Vyetnam müharibəsi başlayıb

Tarixdə "6 yanvar"

 

 

1994 - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edib, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

Tarixdə "6 yanvar"
 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 iyun 2015 17:21
    Maraqlı melumatlara gore tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.