Tarixdə "27 dekabr"

27 dekabr 

927 - Azərbaycan Sacilər dövlətinin (indiki Cənubi Azərbaycan ərazisində) başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət ordusu arasında Kufə şəhəri yaxınlığında döyüş olub. Bundan öncə Xilafətə vergi ödəməkdən imtina edən və ərəb qoşundları üzərində bir neçə dəfə qələbə çalan Y.Sacoğlu Kufə döyüşündə öldürülüb. 941-ci ildə Sacilər dövləti süqut etdi. Lakin ərəblərin hökmranlığı çox çəkmədi, bir qədər sonra bölgədə yeni güclü Azərbaycan-türk dövləti - Səlcuq imperatorluğu (Toğrul bəy Səlcuq) yarandı və Abbasilər Xilafətini özünə tabe etdirdi.

Tarixdə "27 dekabr"

 

1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Fit dağı ətəyində imzalanmış müqavilə ilə Mustafa xan Sisianovun şərtlərini qəbul edərək Rusiyanın hakimiyyətini qəbul edib. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.

Tarixdə "27 dekabr"

 

1932 - SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib. Sovetləşmədən sonra bolşeviklər ölkə daxilində pasportları (pasport yalnız xaricə səfərlər üçün verilirdi) çarizmin mürtəce qalığı elan edərək ləğv etmişdilər. Lakin tezliklə insanların sərbəst hərəkətinin sovet idarəçilik rejimi ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı. SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qərara əsasən, pasport və yaşayış yeri üzrə məcburi qeydiyyat rejimini pozanlara qarşı inzibati, hətta cinayət məsuliyyəti tətbiq olunmağa başlandı.

Tarixdə "27 dekabr"

 

2004[/b] – Ukraynada "Narıncı inqlab” nəticəsində müxalifətin lideri Viktor Yuşşenko prezident seçilib.

Tarixdə "27 dekabr"

 

2007 – Pakistanın siyasi lideri, keçmiş Baş Nazir Bənazir Bhutto qətlə yetirilib.

Tarixdə "27 dekabr"
 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 dekabr 2011 09:34
    COX maraqli hadiseleri gosteren bolmedi,duzu bu bolmeni cox xowlayiram

  2. 29 dekabr 2011 13:28
    maraqli melumatlardi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.