Tarixdə "24 dekabr"

24 dekabr

1638 – Osmanlı sultanı IV Murad Səfəvilərlə müharibə dövründə Bağdad şəhərini ələ keçirmişdir

Tarixdə "24 dekabr"

 

 

1825 – Rusiya imperiyasında çar I Nikolay taxta çıxmışdır

Tarixdə "24 dekabr"

 

 

1865 – ABŞ-da terrorçu Ku-Klus-Klan təşkilatı (Quldarlıq quruluşunun tərəfdarları) yaradılmışdır.

Tarixdə "24 dekabr"

 

 

1961 - Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev Bakı şəhərində anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1985-ci ildə onun aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 1985-1990-cı illərdə bu təhsil ocağında dərs deyib. 1991-1994-cü illərdə biznes

fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə ARDNŞ-in vitse-prezidenti, 1996-cı ildə 1-ci vitse-prezidenti təyin edilib. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 1999-cu ildə YAP-ın I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə 1-ci müavini seçilib. 2001-2003-cü illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edib, AŞPA-nın vitse-prezidenti olub. 2003-cü il avqustun 4-də Azərbaycanın baş naziri təyin edilib. 2003-cü ilin 15 oktyabr seçkilərində prezident seçilib. Birinci prezidentlik müddətində bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək təltif və fəxri adlarına, AŞPA-nın xatirə medalına layiq görülüb. 2008-ci il oktyabrın 15-də Azərbaycan xalqının böyük dəstəyi ilə ikinci müddətə prezident seçilib.

Tarixdə "24 dekabr"
 

 

 

1993 - Prezident Heydər Əliyev ilk dəfə iştirak etdiyi MDB sammitində (Aşqabad) bəyanatla çıxış edərək Birlik ölkələrini Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirməyə çağırıb. Lakin MDB ölkələri bu məsələdə obyektiv mövqe tutmaqdan yayınıblar və ötən müddətdə qurum Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyib. Aşqabad sammitində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü də nəticəsiz bitib.

Tarixdə "24 dekabr"
 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 iyun 2014 12:51
    dekabrin 24u..hec bilmirdim.

    --------------------

  2. 25 dekabr 2014 10:51
    Salam yaxsi melumat ucun tesekkur

    --------------------

  3. 29 dekabr 2014 11:23
    Təbrik edirəm!.....

    --------------------

  4. 2 yanvar 2015 16:58
    təşəkkürlər...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.