Tarixdə "23 dekabr"

23 dekabr

1876 - Osmanlı sultanı Əbdülhəmid "I Məşrutiyyət"i (Konstitusiyanı) elan edib.

Tarixdə "23 dekabr"

 

 

1933 – Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.

Tarixdə "23 dekabr"
 

 

 

1947 - SSRİ Nazirlər Soveti "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, İ.Stalinin "sağ əli" A. Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. Qərar sərt şərtlərlə hazırlanmışdı, tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük (mal-qara, yataq və s.) götürməyə icazə

verilirdi. Azərbaycan SSR-in rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948) verildi. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi, Stalinin ölümündən sonra onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.

Tarixdə "23 dekabr"

 

 

1979 – SSRİ hərbi hissələri Əfqənistana müdaxilə edib

Tarixdə "23 dekabr"

 

 

1991 - İsveçrə Konfederasiyası Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də quruldu.

Tarixdə "23 dekabr"

 

 

2005 - Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub.Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.

Tarixdə "23 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.