Tarixdə "19 dekabr"

19 dekabr

1946 - Fransa Hind-Çin yarımadasında müharibəyə başlayıb

Tarixdə "19 dekabr"

 

1950 -   Duayt Eyzenhauer Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO quvvələrinin başçısı seçilmişdir.

Tarixdə "19 dekabr"

 

1965 – Fransa prezidenti general Şarl de Qoll yenidən Fransanın prezidenti seçilmişdir

Tarixdə "19 dekabr"

 

1991 - Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə dayandırılıb. Azərbaycan bu məcburi addımı Ermənistan tərəfin Mehri rayonu ərazisində qatarlara mütəmadi hücumların edilməsinə cavab olaraq atmışdı. Bu ərazidə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən qatarlara basqınlar hələ 1989-cu ildə başlamış və o vaxtdan dəmir yolunda hərəkət dəfələrlə kəsilmişdi. Əslində ermənilər bunda maraqlı idilər, çünki Azərbaycan-Ermənistan dəmir yolu əlaqəsinin dayandırılması nəticə etibarilə Naxçıvanı ağır iqtisadi blokadaya saldı. Eyni zamanda, ermənilər bu faktdan sui-istifadə edərək 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı 907 saylı qadağanın qəbuluna nail oldular.

Tarixdə "19 dekabr"

 

1993 - Heydər Əliyev Azərbaycan prezidenti postunda ilk rəsmi səfərini Fransaya edib. Səfər AXC iqtidarı dövründə soyuqlaşmış Azərbaycan-Fransa münasibətlərinin sahmanlanması üçün böyük önəm kəsb edirdi. Heydər Əliyev səfər gedişində Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də görüşmüş, Parisdəki Sen-Klu qəbirstanlığında Azərbaycan xalqının görkəmli oğullarının - Əlimərdan bəy Topçubaşovun və Ü.Hacıbəyovun qardaşı Ceyhun Hacıbəylinin məzarlarını ziyarət etmişdi.

Tarixdə "19 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.