Tarixdə "9 dekabr"

9 dekabr 

1795 - General Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulublar. Rusiya qoşunları bir ay ərzində Gəncəyədək irəlilədikdən sonra geri qayıdıblar. Bunun ardınca 1796-cı ilin yazında general V.Zubovun başçılığı altında rus qoşunları yenidən Azərbaycanın şimal torpaqlarına hücum ediblər, Dərbənd şəhəri ruslar tərəfindən işğal olunub. Həmin il çar II Yekaterinanın vəfatından sonra rus qoşunları geri qayıtdılar. Bu, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına (1801-1828) hazırlıq

yürüşləri idi.

Tarixdə "9 dekabr"

 

 

1917 - İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib

Tarixdə "9 dekabr"

 

 

1990 – Polşada keçirilmiş ilk president seçkilərində Lex Valensa respublikanın ilk prezidenti seçilmişdir

Tarixdə "9 dekabr"


 

 

1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.

Tarixdə "9 dekabr"
 

 

 

1992 - Ermənistan silahlı qüvvələri atəşkəs barədə Soçi razılaşmasını (sentyabr) pozaraq Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma başlayıblar. Üç gün sürən döyüşlər nəticəsində erməni qüvvələri rayonun 8 kəndini işğal ediblər. Ermənilərin bu ərazidə möhkəmlənməsi 1993-cü ilin payızında Zəngilan rayonunun işğalında mühüm rol oynadı

Tarixdə "9 dekabr"
 

 

 

2007 - Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib

Tarixdə "9 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 dekabr 2012 11:14
    Ooooooooooooooooooooooooooooooo

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.