Tarixdə "6 dekabr"

6 dekabr

1240 – Qərbə böyük yürüş edən Batu xanın rəhbərlik etdiyi monqol-türk ordusu Kiyev şəhərini ələ keçirmişdir

 

Tarixdə "6 dekabr"


1648 – İngiltərə krallığında “Prayd təmizlənməsi” kimi tarixə düşmüş hadisə baş vermişdir. Bu hadisə nəticəsində kralın parlamentdəki tərəfdarları parlamentdən qovulmuşdur.

 

 

Tarixdə "6 dekabr"


1741 – Rusiya imperiyasında dövlət çevrilişi baş vermişdir. Çevriliş nəticəsində hakimiyyətə Yelizaveta gəlmişdir (I Pyotrun qızı)

 

 

Tarixdə "6 dekabr"


1877 – Tomas Edison ilk dəfə səsi lentə yazmışdır

 

 

Tarixdə "6 dekabr"


1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb. Qafqazın ilkcanişini qraf S.Vorontsovun təşəbbüsü ilə hazırlanan sənəd çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında bəy və ağaların mülkiyyət hüquqları, onların kəndlilərlə münasibətləri və s. əksini tapmışdı. 1841-ci ildə azərbaycanlı bəy və ağaların torpaqlarının müsadirə olunması barədə qanun verilməsi yerlərdə üsyanlara səbəb olmuşdu və onun icrası dayandırılmışdı. Yeni qanunda ilk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu.

 

 

Tarixdə "6 dekabr"


1881 - Azərbaycan rabitəsinin yarandığı gündür. Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı ildə həmin tarixin 125 illiyi münasibətilə imzaladığı sərəncama əsasən, 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilib.

 

 

Tarixdə "6 dekabr"


1971 - Hindistan dövləti Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanımışdır. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsmişdir.

 

 

Tarixdə "6 dekabr"

 

1993 - Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı ilk işçi qrup - müvəqqəti komissiya yaradılıb. Komissiyanın fəaliyyəti qeyri-qənaətbəxş olduğundan 1994-cü ilin mayında onun tərkibi yeniləndi. Bununla belə, komissiya Konstitusiya hazırlığı yönündə real fəaliyyət göstərə bilmədi. Bu arada ölkədə yaşanan mürəkkəb proseslər, dövlət çevrilişi cəhdləri və s. ölkə rəhbərliyinin məsələ iləbilavasitə məşğul olmasını mümkünsüz edirdi. Nəhayət, 1995-ciil mayın 2-də prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və Əsas Qanunun layihəsi hazırlandı.

 

Tarixdə "6 dekabr"



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 dekabr 2011 15:52
    oxuduqca bezileri yadima duwdu

  2. 6 dekabr 2011 15:53
    cox shad oldum buna oxumaqda davam edin

  3. 6 dekabr 2011 20:02
    Maraqli rubrikadir. Ushaq yaddashinin inkishafina,hadiseleri ardicil izlemesine,xususile tarixi hadiselere yeniden baxib onu qiymetlendirmeye xidmet edir. Her halda cox vacib ve effektlidir.Adamlari daima intizarda saxlayir.Amma cox da xirdaciliq etmek olmaz.Yeni her xirda hadiseni ora daxil etmek bu sehifeye olan maragi azaldar.

  4. 6 dekabr 2011 21:10
    tamamile haqlisiniz Nizami muallim bunlari nezerde saxlayaram inshallah

  5. 7 dekabr 2011 13:24
    tebrik edirem sayitinizi ccccccccccccooooooooooooxxxxxxxxx beyendim.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.