Azərbaycan Respublikasıını son 20 ili


1990

      12 yanvar 1990 – Ermənilərin Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə hücumu ilə əlaqədar olaraq AXC-nin Milli Müdafiə Şurası yaratması                                                          19 yanvar 1990 - Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSR-    nin tərkibindən çıxması haqqında qərar qəbul etdi                                                          20 yanvar 1990 - Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 - Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi. 

                                                              1991

   5 fevral 1991- Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının     Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. AXC  dövründəki üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması

   8 avqust 1991 – Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi  (Mehri) rayonunun  boşaldılması
30 avqust 1991 - Respublika Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat” qəbul edilməsi.
3 sentyabr 1991 -  H.Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri   seçilməsi
14 sentyabr 1991 - Azərbaycan Kommunist Partiyasının buraxılması  haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 - Respublika Ali Sovetinin “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etməsi.
18 oktyabr 1991 - "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsi.(İcra hakimiyyəti başçısı, Dövlət katibi və Dövlət müşavirələri vəzifələrinin  təsis olunması, Prezident idarəsi yaradılması )                  

   9 noyabr 1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 - Qarakənd  faciəsi                                                                           

 26 noyabr 1991 - DQMV-nin statusunun ləğvi. Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura  yaranması                                                                     

8 dekabr 1991 – MDB –nin yaranması                                        
9 dekabr 1991 - Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması.                                                                                                                

25 dekabr 1991 -  “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması.                                                                                                                   

1991-ci il -  Azərbaycanın Beynəkxalq Olimpiya Komitəsinə üzv qəbul olunması

                                                         1992
25-26 fevral 1992-   Xocalı Soyqırımı.
2 mart 1992 - Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması.                    

Mart 1992 –  ATƏM-in Minsk qrupunun  yaradılması                 
8 may 1992 –  Şuşanın işğalı                                                                                        

15 may 1992 – Daşkənd müqaviləsi
18 may 1992 - Laçının işğalı                                                                                         

May 1992 –  Dövlət himninin  təsdiq edilməsi                                                                     

28 may 1992 – Sədərək-Dilucu  “Ümid” körpüsünün açılması                                                                                         

7 iyun 1992 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.

  10 iyul 1992 -Azərbaycan Respublikasının  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 - Azərbaycanın milli valyutasının-MANAT -ın dövriyyəyə buraxılması.                                                                                                                   

   Oktyabr 1992 - ABŞ konqresinin “Azadlığı müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 - Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi.                                

21 noyabr 1992 – YAP-ın yaranması                                                                    

1992 –ci il -  1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması

                                                               1993

   3 aprel 1993 -  Kəlbəcərin işğalı
4 iyun 1993 - Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 - H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün “Qurtuluş günü” kimi qeyd edilməsi.
23 iyul 1993 Ağdamın işğalı                                                                                       

18 avqust 1993 - Cəbrayılın işğalı.
21-23 avqust 1993 - Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993 Füzulinin işğalı                                                                                

31 avqust 1993 – Qubadlının işğalı
24 sentyabr 1993 - Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 - H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 - Zəngilanın işğalı                                                                                    

1 noyabr  1993Dövlət Müdafiə Şurası yaradılması.                                               

1993-cü il –  TÜRKSOY –un yaradılması                                                              

1993-cü il –  Respublikada ali məktəblərdə ikipilləli təhsilə - bakalavr və magistr pilləli  təhsil sisteminə keçilməsi  

 

                                                                              1994

1994-cü ilin əvvəlləri –  Füzuli rayonunun Horadiz qəsəbəsinin geri alınması          

1994-cü ilin əvvəlləri –  MANAT – ın  yeganə ödəniş vasitəsi  elan olunması            

Aprel 1994 –  Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verilməsi              

12 may 1994 –  Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanması             

May 1994 –  Azərbaycanın  NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması                                                                                                                         

İyul 1994 –  “Əhalinin sosial müdafiəsi” haqqında qanun qəbul edilməsi
20 sentyabr 1994 - “Əsrin müqaviləsi” – nin bağlanması.
4 Oktyabr 1994 - Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması.                         

Dekabr 1994 – ATƏT –in  Budapeşt sammiti                                                        

1994-cü il – Azərbaycanın Avropa Futbol Birliyinə (UEFA) üzv qəbul olunması

 

                                               1995

Fevral 1995 – Valyuta bazarı haqqında  fərman verilməsi
Mart 1995 - Dövlət çevrilişinə cəhdin iflasa uğraması.                                        

Mart 1995 -  “Dövlət aqrar islahatı” komissiyası yaradılması.                               

12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması                                                                                                                  

12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk demokratik parlament seçkilərinin keçirilməsi
24 noyabr 1995 - Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması.  

1995 –ci il– Azərbaycan Gənclər Təşkilatı Milli Şurası və Respublika Uşaq Təşkilatının yaradılması

                                                1996
Fevral 1996 – Prezident yanında “Xüsusi İslahatlar Komissiyası” –nın yaradılması 
16 iyul 1996 – “Torpaq islahatı haqqında” qanun verilməsi                                           

  İyul 1996 – Aqrar kredit kassası yaradılması                                                                           

Avqust 1996 – “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər” haqqında  fərman verilməsi                                                                     

Oktyabr 1996 – “Sudan pullu istifadə” haqqında  fərman verilməsi                                                                          

 Payız 1996 – Azərbaycanın YUNESKO ilə əməkdaşlıq haqqında memerondum imzalaması                                                                                                                                  

2-3 dekabr 1996 - ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi.                                                                                         

1996-cı il “Yarasa” bədii filminin “Avropanın ən yaxşı tam metrajlı bədii filmi” adına layiq görülməsi

 

                                                           1997
20 aprel 1997 - “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında  prezident fərmanının verilməsi.                                                1997-ci ilin yazı – Azərbaycanın  Avropa Mədəniyyət Konvensiyasına  qoşulması

  Sentyabr 1997 – GUAM –ın yaradılması  ( 1.İqtisadi artımı sürətləndirmək ;           

2. Xalqların rifahını yaxşılaşdırmaq; 3. Faydalı ticarət münasibətlərini dərinləşdirmək məqsədi ilə yaradılmışdı. )                                                                                                 

 25 oktyabr 1997 - Azərbaycan neftinin Şimal marşrutu- Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 - ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış “Əsrin müqaviləsi”əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi                        Noyabr 1997 – “Mədəniyyət haqqında” qanun verilməsi                                            

Noyabr 1997 – Azərbaycan yazıçılarının  X qurultayının  keçirilməsi
18 dekabr 1997 - Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalanması.                                                

1997-ci il – İ.Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi                          

1997-ci il – “H.Əliyev  məktəbləri” –nin təşkil olunması                                 

1997-ci il – ABŞ-a ilk rəsmi səfər edilməsi (H.Əliyev tərəfindən)

                                                 1998
 
Fevral 1998 -  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi” haqqında fərman imzalanması.  Ölüm hökmünün ləğv edilməsi.
26 mart 1998 - Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
Aprel 1998 – M.F.Axundov adına Respublika kitabxanasının Milli Kitabxana statusu alması                                             

6 avqust 1998 – Senzuranın ləğv edilməsi                                                                                                                          

8 sentyabr 1998 - Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.

  11 oktyabr 1998 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi.                                                         

1998-ci il – Konstitusiya Məhkəməsinin  yaradılması                                            

1998-ci il – Yaponiyaya ilk səfərin təşkil edilməsi                                    

  1998-ci il – Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə əbədi məşəl və abidə açılması

             

                                                 1999

  Aprel 1999 -  Bakı-Supsa neft kəmərinin işə salınması.
Noyabr 1999 -  ATƏT-in İstanbul sammiti. Azərbaycan neftinin  Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 - Azərbaycanda  ilk bələdiyyə seçkilərinin  keçirilməsi.

                                                         

                              2000
13 iyun 2000 - "AR-da təhsil sisteminin təkmilləşdirilməsi haqqına"fərman verilməsi.
7 sentyabr - H.Əliyevin  BMT-nin 1000 illik sammitində çıxışı
5 noyabr 2000 - Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi.            

5 noyabr 2000 – AR-nın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi haqqında qərar verilməsi                                                                                          

Payız 2000 – Bakıda  ilk Olimpiya-İdman Kompleksinin  istifadəyə verilməsi                

2000-ci il – “Dədə-Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi.           

2000-ci il – “Qurtuluş” müasir qazma qurğusunun işə düşməsi                                 

 2000-ci il – Hakimlərin xüsusi imtahandan keçməsi təcrübəsinin  tətbiq olunması

                                                 2001                                                                       

17 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvü olması haqqında 2000-ci il 9 noyabr qərarının qəbul edilməsi                                  

25 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvünə çevrilməsi.                                       

Azərbaycan Respublikasıını son 20 ili

                                                                   

Yanvar  2001 - Azərbaycan Respublikası ilə Rusiya arasında  Xəzərin hüquqi statusuna dair  sənədin qəbul edilməsi                                                                               

12 mart 2001 –  Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında  Türkiyə  ilə sazişin bağlanması                                        

  20 mart 2001 – “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümü”  haqqında  Prezident fərmanının verilməsi                                                                                                             

 9 avqust 2001 - Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-nin  “Azərbaycan əlifbası və Azərbaycan dili günü”  elan edilməsi.
24 avqust 2001 – Türkiyə Cümhuriyyəti Hərbi Hava Qüvvələrinin seçmə bölüyünün “Türk ulduzları” eskadrilyasının Bakı səmasında nümunəvi uçuşlarının keçirilməsi.                                                                                                                          

1 sentyabr 2001 – İlk özəl orta ümumtəhsil məktəbi-Müasir Təhsil Kompleksinin fəaliyyətə başlaması                                                                                                       

24 sentyabr 2001 - Avropa Şurasının payız sessiyasında, AR-nın işğaldan azad olunmaq üçün hər vasitəyə əl atmasına haqq verən sənədin qəbulu                       

29 sentyabr 2001 - Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında  Gürcüstan  ilə sazişin bağlanması.               

9-10 noyabr 2001 – Dünya azərbaycanlılarının  I qurultayının  keçirilməsi                                           

Noyabr 2001 - Azərbaycan Respublikası ilə  Qazaxıstan arasında  Xəzərin hüquqi statusuna dair  sənədin qəbul edilməsi                                                                           

28 dekabr 2001 – “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”  Konstitusiya qanununun qəbul edilməsi                    

2001-ci il - Azərbaycan Respublikasının  Dünya Turizm Təşkilatının  tamhüquqlu üzvü olması

 

                                                           2002                                                                                       

30 mart 2002 – ABŞ-ın  Azərbaycana silah satışı üzrə qoyduğu qadağanı ləğv etməsi                                                                                                                          

23 aprel 2002 – Xəzəryanı ölkələrin dövlət başçılarının, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair  Aşqabad zirvə toplantısının  keçirilməsi    30 aprel 2002 – Trabzon zirvə görüşündə  “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətl&


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 noyabr 2011 20:00
    Bu tarixseverlerin coxdan gozlediyi saytdi. Tesekkurler Hamlet muellim

  2. 8 fevral 2012 02:03
    ox sa olun Hamlet mllim sizin tariximize ekdiyiniz zehmeti tarix z qiymetlendirecek Inallah. Yazan eliniz dnen beyniniz yorulmasin

  3. 24 may 2012 20:00
    cox sagolun

  4. 15 yanvar 2013 21:51
    melumatlariniz cox yaxsidir

  5. 25 oktyabr 2014 00:45
    sad recourse Can Azərbaycan.! başımız bəlalı olub.!Rəbbimin yardımıyla ədalət bərpa olacağ İnşallah.!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.