Əsrlər və minilliklər

Əsrlər və minilliklər

 

 

Hörmətli izləyicilər ! Saytımıza gələn məktub əsasında birçox şagirdlərə hələ də qaranlıq qalan birməsləyə toxunmaq istəyirəm. Əsrlər və minillilkər !        


Tarixdə 100 il  I əsr hesab edilir. Yəni adi dildə desək 1-dən 100-kimi rəqəmlərin hər birisi I əsrin tərkibindədir.

Əgər rəqəmlər I əsrdən artıqdısa, misal 101, 123, 178 və s. bu artıq bir əsrdən çox yəni II əsrdir.

  • Daha bir misal: 458-ci il. Bu rəqəmdə dörd yüz (400) və əllisəkkiz(58) var. Burada dörd əsr və artıq (əllisəkkiz yəni) rəqəmlər var. Demək bu artıq V əsrdir.[/b]
  • Daha bir misal: 1400-cü il. Bir çoxlarına ən çətin məqamlardan biridir. Burada 14 yüz var, yəni XIV əsr tam olaraq. Demək bu XIV əsrdir. Əgər 14 yüzdən artıq bir rəqəm belə olsaydı, misal 1401 – o zaman XV əsr olardı.[/b]Nümunələr:[/b]

1609 – XVII əsr

74 – I əsr

2002 – XXI əsr

900 – IX əsr

1789 – XVIII əsr

1099 – XI əsr

1000 – X əsr

14 – I əsr

 

Qeyd:

Eramızdan əvvəl və ya bizim eramızda fərq olmur, rəqəmi eyni cürə əsrə çevirirsən. Sadəcə əsrin əvvəlini, birinci yarısını və ya rüblərini yuxarıdan aşağıya parırsan.

Misal:

786-cı il (Bizim erada) – Gəlin analiz edək.

VIII əsrdir

VIII əsrin ikinci yarısıdır

VIII əsrin sonlarıdır

VIII əsrin dördüncü rübüdür

 

Bu arada 1-30-cu illər = Əsrin əvvəlləridir

40-60-cı illər = əsrin ortaları

70-100 = əsrin sonlarıdır

 

1-50-yə kimi = əsrin birinci yarısı

51-100-ə kimi = əsrin ikinci yarısı

 

1-25-ə kimi = əsrin birinci rübü

26-50-ə kimi = əsrin ikinci rübü

51-75-ə kimi = əsrin üçüncü rübü

76-100-ə kimi = əsrin dördüncü rübü

 

Minilliklər

1-1000-ə kimi bütün rəqəmlər I minillik hesab olunur. Gördüyünüz kimi eyni ilə əsrlər kimidir. Sadəcə burada rəqəmlər yüz-yüz dəyişir.

Əsrdə 50 il yarıdısa, 25 il rübdüsə, minillikdə 500 il yarı, 250 il rüb hesab olunur.

Misal:

758- I minillik

2013 – III minillik

1054 – II minillik

 

Son misal:

1468-ci ildə Qaraqoyunlu dövləti süqut edib.

Analiz edək.

Bu XV əsrdir

II minillikdir

XV əsrin ortalarıdır

XV əsrin üçüncü rübüdür

XV əsrin ikinci yarısıdır

II minilliyin birinci yarısıdır

II minilliyin ortalarıdır

 

Ümidvaram Sizlərə aydın oldu. Yenədə suallarınızı verin zəhmət olmasa. Uğurlar !

 

 

                                                                                                                                                                                                                                                                                                                  




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 yanvar 2013 16:40
    coox sagolun minnetdaram

  2. 28 yanvar 2013 21:59
    Evveler tez-tez minilliklerde sehv edirdim. Artiq 2 ildir ki, duzgun oyrenmisem. Oyrendiklerimi tekrarladim. Tesekkurler.

  3. 29 yanvar 2013 23:54
    salam hamlet muellim bunlarin hamisini anam sentyabrda basa salmisdi movzu 1-de anam esrleri minillikleri rubleri mene basa salmisdi cox sagolun tekrarlamis oldum.

  4. 30 yanvar 2013 18:29
    salam hamlet muellim bu gun ksq yazdiq. 16 sual 16 duz ve temiz 5!!!!!!

  5. 2 fevral 2013 15:13
    Bu meqale cox yaxsi idi.Men- bizim eradan evvel(b.e.e.),eradan evvel(e.e)-li basa duse bilmirem ve qarisdiriram.Yaxsi olardiki,bunun haqqinda meqale yazasiniz.

  6. 3 fevral 2013 22:16
    HE MENDE CETINLIK CEKIRDIM.SAGOLUN.. smile

  7. 4 fevral 2013 18:45
    cox sagolun

  8. 4 fevral 2013 18:59
    TWK_LER...

  9. 4 fevral 2013 20:38
    Cox lazimlidir bu xeber. tesekkurler

  10. 6 fevral 2013 23:24
    derslerde cox istifade olunurdu.twk....))

  11. 18 fevral 2013 21:02
    hmm cetin deyilne varki ey

    hmmm niye sildiz yazdigimi

  12. 10 aprel 2013 00:46
    cox saqolun))

  13. 21 aprel 2013 17:49
    aydin oldu.Sag olun

  14. 3 may 2013 20:00
    Cox sag olun.

  15. 15 iyul 2013 13:45
    mende rubleri yaxsi bilmirdim sizin sayenizde daha aydin bildim cox sagolun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.