Firon və çoban

                                                          

Firon və çoban

Firon və çoban

 

     Təxminən 5min il bundan əvvəl Misirdə firon Xeops hakimiyyətdə olmuşdur.Bir hökmdar kimi onun dövründən məlumat azdır,lakin o böyük piramidanın tikilməsi ilə yadda qalmışdır.Hakimiyyətə gələn kimi firon Xeops təxminən e.ə. 2700il bundan əvvəl öz piramidasını tikdirməyə başladı.

     Misirdə piramidalarda fironları dəfn edirdilər.Piramidanın tikilməsini firon qardaşı şahzadə Xemiuna tapşırmışdı.Nil çayının sol sahilində piramidanın tikilməyinə on minlərlə qullar ağır işlərə cəlb edildi.Azad kəndlilərdə bu işə məcbur olunurdu.Onlar qayalarda daş yonur onları kvadrat şəklində döyürdülər.Belə ən ağır daşın çəkisi 40 tona çatırdı.Piramidanın tikilməsi haqqında məlumatı Yunan tarixçisi Herodot vermişdi.Piramida tikilib başa çatdıqdan sonra Xeops ona baxdı və narazı qaldı.O onun gözünə balaca görsəndi.O istəyirdi ki,çox böyük piramida olsun və burada onun mumiyası əbədi qalsın.Buna görə yenidən qullar və kəndlilər işə cəlb edildi.Onların bir çoxu tikintidə öldü.

     Dövlət xəzinəsi boşaldı. Əfsanəyə görə əbədi evin tikilməsini başa çatdırmaq üçün Xeops öz gözəl qızını satmışdı.13il ərzində tikilən piramidada 2milliondan çox ağır daşlardan istifadə olmuşdur.Piramidanın hündürlüyü 147 metrdi.[/b] Xeopsun piramidası qədimdən bu günə qədər saxlanmış ən böyük tikilidir.Lakin Xeopsun mumiyası burada çox az qalmışdır.Herodotun məlumatına görə 13 il firon zülmündən bezən kəndlilər və qullar üsyan etmişdilər.Üsyançılar mumiyanı piramidadan çölə atmışdılar.Misirlilər hətda Xeops haqqında rəvayətləri unutdurmağa çalışmışdılar.Müxtəlif ölkələrin səyyahları burada olarkən yerli əhalidən soruşurdular: "Piramidanı kim tikib?”Misirlilər isə deyirdi – Filitis.Filitis piramida yaxınlığında öz heyvanlarını otaran sadə çoban olmuşdur.

Firon və çoban
 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 may 2012 21:31
    Allah razi olsun...maraqli...

  2. 20 may 2012 23:36
    Melumata gore teshekkurler.

  3. 16 dekabr 2012 14:55
    maraqli melumatdir

  4. 8 fevral 2013 16:33
    COX MARAQLIDIR

  5. 6 mart 2013 17:19
    Maraqli idi wink fellow

  6. 4 iyul 2013 09:51
    MARAQLIDIR.TWK lol lol lol lol lol lol

  7. 21 iyul 2013 19:32
    O qeder eziyyetle tikilse de,demeli axirda hec mumiyasini orada saxlamayiblar kendliler,ele yaxsi edibler..cox sagolun..

  8. 27 mart 2014 02:14
    coban da tarixe bele dusub :

  9. 22 avqust 2014 19:24
    Heqiqeten de maraqlidir.Twk wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.