SMART - dərs
//
//
22 aprel 2014
//

SMART - dərs

 "Bir kərə yüksələn bayraq..." mövzusunda hazırladığım SMART - dərs nümunəsini sizlərə təqdim edirəm
SMART - dərs
Qədim Azərbaycan (test)
//
//
21 aprel 2014
//

Qədim Azərbaycan (test)

 6-cı sinif Azərbaycan tarixindən yeni suallar.
Qədim Azərbaycan (test)
Çaldıran döyüşü (dərs-təqdimat)
//
//
20 aprel 2014
//

Çaldıran döyüşü (dərs-təqdimat)

 GÖYÇAY   ŞƏHƏR  9  SAYLI   TAM   ORTA   MƏKTƏBİN   TARİX   MÜƏLLİMİ   QULİYEV    NATİQİN   8-Cİ  SİNİF    MÖVZUSUNDA    HAZIRLADIĞI   
Çaldıran döyüşü (dərs-təqdimat)
Testlər
//
//
19 aprel 2014
//

Testlər

 7-ci sinif Azərbaycan tarixindən testlər
Testlər
Tarixdən testlər
//
//
19 aprel 2014
//

Tarixdən testlər

  8-ci sinif Azərbaycan tarixindən suallar. Şagirdlər arasında aylıq yoxlama aparmaq üçün nəzərdə tutulub.
Tarixdən testlər
Tarixi gözünlə gör! » Umumitarix » Orta esrler » Rusiya orta əsrlərdə

Rusiya orta əsrlərdə

müəllif administrator
//
30-10-2011, 15:16
//
//
oxunub 1494

Rusiya orta əsrlərdə

Kiyev dövlətinin parçalanması. XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar  öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi  əlaqələr olduqca zəif  idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI-XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi

 

         

 

 
XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi. Bu da feodal dağınıqlığının ilkin şərtlərindən biri idi. Kiyev dövlətində də şəhərlərin meydana gəlməsi prosesi başlandı. Şəhərlər feodal torpağında salınırdı və feodalın hakimiyyəti altında olurdu. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf edərək vilayətlərin iqtisadi və siyasi mərkəzlərinə çevrilirdilər. Şəhərlərin ətrafında olan torpaqlar boyarlara, feodallara və kilsəyə məxsus idi. Şəhərlərin ərazisi böyüdükcə, əhalisinin sayı artdıqca onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Yerlərdə olan iri feodallar da mərkəzi hakimiyyətin yox, öz knyazlarının ətrafında birləşirdilər. Bununla da Kiyevdən çox uzaqlarda yerləşən şəhərlərdə feodallar öz knyazlıqlarını yaradırdılar.

 

           Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün 1097-ci ildə Lübeç­də yığıncaq keçirdilər. Burada «hər kəs öz votçinasını qorusun» şüarı ilə döv­lətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Kiyev tor­pa­ğında Rostov, Suzdal Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, NovqorodPskov feodal respublikaları meydana gəldi.

         

Rusiya orta əsrlərdə

Kiyev dövlətinin feodallıqlara parçalanmasının rus torpağı üçün nəti­cələri: feodallar arasında olan narazılığı və ədavəti daha da dərinləşdirdi; knyazlıqlar daha kiçik hissələrə-udellərə bölündü; ölkənin müdafiə qabiliyyəti daha da zəiflədi; siyasi cəhətdən zəifləyən rus torpağının iqtisadi  vəziyyətində də geriləmə baş verdi.

 

           Mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və əlaqələri açıdan-açığa kəsən ilk knyazlıqlarlan biri Novqorod torpağı idi. Artıq XI əsrdə Novqorod şəhəri yüksək inkişaf etmiş sənətkarlığa, çoxşaxəli ticarət əlaqələrinə, zəngin adamlara malik Avropa şəhərlərindən birinə çevrilmişdi. O dövr mənbələrində «üç dəniz limanı» adlandırılan şəhər bir neçə əsas ticarət yolunun ayrıcında yerləşmişdi ki, bu da ona müxtəlif  ölkələrlə geniş ticarət əlaqələri saxlamağa imkan yaradırdı. Əkinçilik Novqorod iqtisadiyyatının əsasını təşkil edirdi. Əkinçiliklə yanaşı, maldarlıq, ovçulduqarıçılıq da məşğuliyyət növləri idi. Şəhərdə sənət və ticarət çiçəklənməkdə idi. Novqorod dəmrçiləri, dülgərləri, silah ustaları, çəkməçiləri ilə məşhur idi.

            Dövlət qüuruluşuna görə Novqorod boyar respublikası idi. Veçe (şərq slavyanlarında  xalq yığıncağı; müharibə və sülh məsələlərini həll edir, knyazı seçir, yaxud hakimiyyətdən qovur, qanunlar qəbul edir, digər knyazlıqlarla müqavilə bağlayırdı) adlandırılan xalq yığıncağı ali qanunverici və məhkəmə hakimiyyətini həyata keçirirdi. Veçe şəhərin hakimi olan posadniki, minbaşını, «Ağsaqqallar şurası»ni və knyazı seçirdi.  Başında arxiyepiskopun  dayanığı «Ağsaqqalar şurası» Novqorodun siyasi həyatında mühüm rol oynayırdı. Posadnik icra hakimiyyətini həyata keçirir, əhalini mühakimə edir, diplomatik danışıqlar aparırdı. Minbaşı vergi  sisteminə və müdaifə işlərinə rəhbərlik edirdi. Digər knyazlıqlardan fərqli olaraq, burada knyazlıq irsi deyidi, o, veçe tərəfindən seçilir və ya qovulurdu. Knyazın funksiyası məhdud idi. O, drujina başçısı kimi şəhəri düşmən hücumlarından müdaifə edirdi. Knyazın dövlət işlərinə cüzi  də olsa müdaxiləsi onun qovulması ilə nəticələnirdi.  Novqorod feodal respublikası idi. Burada real hakimiyyətin adlı-sanlı boyarlara məxsus olması  Novqorodun dövlət quruluşunun tam demokratik əsasda fəaliyyət göstrəməsinə mane olurdu.

           

Rusiya orta əsrlərdə

Rusiya orta əsrlərdə
Kiyev dövlətində feodallıqlara parçalanma nəticəsində ölkə başını üsüt­ünü almış yeni təhlükədən  xilas ola bilmədi. Monqolların 1237-1240- illərdəki yürüşləri nəticəsində knyazlıqlar işğal edildi. Bu ərazilər Qızıl Ordudan vassal asılılığına salındı. Onlar Qızıl Orduya xərac ödəməli oldular. Vassal asılılığı döv­rün­də knyazlar arasında narazılıq artmışdı. «Böyük knyaz» titulu almaq uğrunda gedən mübarizə vuruşmalarla nəticələnirdi. Bunun nəticəsində şəhərlər dağılır, sənətkarlıq, ticarət zəifləyirdi. Bir çox sənət sahələri sıradan çıxırdı. Çox vaxt yaxşı sənətkarları Qızıl Orduya aparırdılar. Kənd təsərrüfatında da geriləmə baş vermişdi. Bütün bunlar rus torpaqlarının vahid dövlət halında birləşməsini ləngidirdi.

 

           Rus torpaqlarının birləşdirilməsi uğrunda mübarizə. Monqolların rus torpaqlarına yürüşləri dövründə şəhərlər böyük ziyan çəkmişdilər. Sənətkarlıq və ticarət zəifləmişdi. XIV əsrdən sonra Rus torpaqlarından xərac alan Qızıl Ordu xanları daha yürüşlər təşkil etmirdilər. Şəhər həyatında yenidən dirçəliş baş verdi,  qızğın ticarət  həyatı yenidən bərpa olundu.  Onlar hətta Qızıl Ordu şəhər­ləri ilə də ticarət edirdilər. Şəhərlərin bir qismi Volqa-Xəzər yolu ilə Cənubi Qafqazla, həmçinin Azərbaycanın bir çox şəhərləri ilə ticarət əlaqəsi saxla­yır­dılar. Moskva iri sənətkarlıq mərkəzinə çevrilmişdi. Ölkənin ucqarları ilə mər­kəz arasında əlaqələr güclənirdi.  Moskvanın əlverişli strateji mövqedə yerləşməsi ilə əlaqədar olaraq bura köçüb gələnlərin sayı artmaqda davam edirdi. Qızıl Ordudan asılı olan knyazlar onlara xərac ödəməli olurdular. Parçalanmış halda olan bu dövlətdə sakitlik çoxdan pozulmuşdu. Xalq köhnəlmiş knyaz fərmanları ilə razılaşmır, knyazlar da dövləti idarə edə bilmirdilər. Knyazların bir çoxu artıq başa düşürdü ki, böyük knyaz tərəfindən idarə olunan vahid dövlət yaratmağın vaxtı gəlib çatmışdır.

           

Rusiya orta əsrlərdə

Rusiya orta əsrlərdə

Feodal çəkişmələrindən daha çox əziyyət çəkən kəndlilər və şəhərlilər  də başa düşürdulər ki, mərkəzləşdirilmiş dövlət yaradılarsa, feodalların özbaşına­lığı­na son qoyula bilər. Sənətkarlar, tacirlər, bütün şəhər əhalisi mərkəzləş­diril­miş dövlət arzusunda idilər. Təsərrüfatın inkişafı, şəhərlər arasında əlaqə yara­dıl­ması, ticarətin canlanması rus torpaqlarının vahid dövlət  halında birləşməsi üçün şərait yaratdı. Xarici təhlükə də ölkənin birləşdirilməsi zərurətini ortaya çıxardı. Hamı başa düşürdü ki, asılılıqdan xilas olmaq üçün mərkəzləşdirilmiş knyaz hakimiyyətinə əsaslanan güclü vahid dövlət lazımdır.

 

           

XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sa­həsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından «Böyük knyaz» titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita  (rus dilində pul kisəsi deməkdir; olduqca xəsis və dövlətli knyaz II İvana verilən ləqəb) hiyələ yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Ordu xanından «yarlıq» aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Ordu xanları xey­li müddət rus torpaqlarına yürüşlər etmədilər. Bu da rus torpaqlarının dirçəl­mə­sinə, Moskvanın varlanıb başqa  knyazlıqları özündən asılı vəziyyətə sal­masına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Ordu ilə hesablaş­mır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamtlə imtina edirdilər.

           Kulikovo məğlubiyyətindən sonra isə Moskva knyazı  Qızıl Orduya xə­rac verməkdən tamamilə imtina etdi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətpafında birləşdirilməsi çox sürətlə davam edirdi. O, Ro­stov Yaroslavl knyazlıqlarının varlığına son qoydu. Böyük Novqorod boyar­ları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyu saxlamağa çalışırdılar.    Onların Bö­yük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş  Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi.

           Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək si­yasəti yeritməyə başladı. Növbəti işğal hədəfi  şimalda və Volqaboyunda yaşa­yan türk xalqları oldu. Öz müstəqilliyini və istiqlaliyyətini itirən  həmin xalqlar ruslaşdırma və xristianlaşdırma siyasəti ilə üz-üzə qalmalı oldular. Moskva knyazlığı ətpafında birləşən rus knyazlıqları öz müstəqilliklərini tam itirdilər. Mərkəzləşmiş dövlət yarandı. Mərkəzi dövlətdə böyük knyazboyar duması idarə edirdi. Dumanın tərkibi keçmiş knyazlardan və onların vaprislərindən ibarət idi. Böyük knyaz 1497-ci ildə təhkimçilik hüququnun tətbiq edilməsi üçün fərman verdi. Fərmana görə kəndlinin öz ağasının torpağından ancaq ildə bir dəfə-«Yuri günü» nə bir həftə qalmış, yaxud bir həftə sonra çıxıb getmək hüququ var idi. Beləliklə, ümumdövlət təhkimçlik sistemi yaradılmasının əsası qoyuldu.

rəylərin sayı. (1)

sever
sevi 18 oktyabr 2013 22:04
Cox sag olun.........

Rəyinizi bildirin!

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz şərh yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Sayta daxil ol.
BÖLMƏLƏR

Qan yaddaşımız
Radio Klio
Загрузка плеера ...
Скачать
Səs verin
Saytda xoşlamadığınız nədir?
məqalələr
radio
audio dərslər
hər şey qaydasındadır

Dost saytlar