TQDK-nın statistik analizi

 

TQDK-nın statistik analizi


Müasir dövrdə təhsilin məzmunu insanın və cəmiyyətin qarşısına qoyulan tələblərə cavab verməlidir. Bu gün cəmiyyətdə elə informasiya bolluğu yaranıbdır ki, şagirdlərə yalnız müəyyən həcmdə biliklərin

 

çatdırılması kifayət deyildir. Təhsil müəssisəsi (məktəb və ya universitet) gənclərə düşünməyi, zəruri informasiyanı müstəqil şəkildə əldə etməyi,  informasiya bolluğu şəraitində düzgün istiqamət götürməyi, analitik düşünmə bacarığını öyrətməlidir. Təbii ki, bütün bu amillər qəbul imtahanlarının məzmununda da öz əksini tapmalıdır. Biz hər bir imtahan layihəsini tərtib edərkən, ilk növbədə onun

məqsədini müəyyən edirik. Kimi seçirik? Tələbə qəbulunda qarşıya qoyulan əsas məqsəd seçdiyi ixtisas üzrə ali məktəbdə təhsil alma qabiliyyətinə malik olan abituriyentləri seçməkdir. Bu vəzifəni həyata keçirmək üçün istifadə edilən test tapşırıqları valid, yəni  düzgün seçim etmə xüsusiyyətinə malik olmalıdır. Bu vəzifəni lazımınca həyata keçirmək məqsədilə TQDK biliyin qiymətləndirilməsi üzrə

beynəlxalq təcrübəyə əsaslanaraq ardıcıl olaraq test tapşırıqlarının həm məzmununda, həm tərtibində, həm də təqdimat formalarında təkmilləşdirmə işləri aparır. Belə işlərdən biri də bu il qəbul imtahanlarında

ayrı-ayrı fənlər üzrə testlərdə nəzəri biliklərin bilavasitə tətbiqinə aid olan test tapşırıqlarının sayının ötən illərə nəzərən artırılmasıdır. Nəticədə qeyristandart düşüncə və yaradıcılıq tələb edən məsələlərin həllində

abituriyentlərin bir hissəsinin topladığı bal ötən illərlə müqayisədə azalmış, lakin bununla belə cari ildə yüksək bal diapazonunda (500-700 bal) biliyin qiymətləndirilməsi və onun əsasında abituriyentlərin sıralanması daha dəqiq aparılmışdır. Bu dəyişiklik qəbul imtahanına hazırlaşarkən daha çox  əzbərçiliyə üstünlük verən abituriyentlərin imtahan nəticələrinə öz təsirini göstərmişdir. Belə abituriyentlər, adətən, orta məktəb kursunda öyrənilən fiziki, kimyəvi və bioloji proseslərin, riyazi çevirmələrin məğzini anlamağa cəhd etmir, ən sadə təbiət hadisələrinin baş verməsində özünü göstərən səbəb-nəticə əlaqələrini izah etməkdə çətinlik çəkirlər. Amma buna baxmayaraq, qəbul olanların, xüsusilə də 500-700 arasında

bal toplamış abituriyentlərin nəticələrinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, biz ali məktəblərin I kursları üçün bilik və bacarıqları ali təhsil almağa imkan verən tələbə kontingenti formalaşdırmışıq.

Ali məktəblərə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 38.68, ədəbiyyatdan 36.33, riyaziyyatdan I, II qruplarda 26.23, III, IV qruplarda 28.69, fizikadan 25.51, kimyadan 27.64, biologiyadan 30.74, tarixdən 34.24, Azərbaycan tarixindən 37.71,

coğrafiyadan 42.45, ingilis dilindən I qrupda 30.03, II, III qruplarda 28.62 faizinə düzgün cavab vermişdir. Rus bölməsində ortastatistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 45.42, ədəbiyyatdan 44.35,

riyaziyyatdan I, II qruplarda 31.84, III, IV qruplarda 36.00, fizikadan 33.50, kimyadan 35.44, biologiyadan 36.85, tarixdən 32.93, Azərbaycan tarixindən 37.24, coğrafiyadan 44.57, ingilis dilindən I qrupda 51.21, II, III

qruplarda 43.62 faizini düzgün cavablandırmışdır. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə ortastatistik abituriyent testlərin yalnız 25-51 faizinə cavab vermişdir. İxtisas qrupları üzrə abituriyentlərin test tapşırıqlarına düzgün cavablarının ortastatistik göstəriciləri 1 və 2 saylı cədvəllərdə təqdim olunub. İmtahan fənləri üzrə statistik təhlildən aydın olur ki, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda fizika, kimya və riyaziyyat, II və III qruplarda riyaziyyat və ingilis dili, IV qrupda fizika və kimya fənlərindəndir. Rus bölməsində isə ən aşağı nəticə I qrupda

riyaziyyat, fizika və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub. Test tapşırıqlarının orta məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun orta məktəb proqramının 49-75 faizini mənimsəmir. Bu isə orta ümumtəhsil məktəblərimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən və ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali məktəblərdə pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək

müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qəbul imtahanlarının məzmunu ilə bağlı məsələlər əvvəlki illərdə olduğu kimi, bu il də TQDK-da ayrı-ayrı fənlər üzrə ekspert qrupları tərəfindən araşdırılıb. Ekspertlərin rəyinə görə, imtahanlarda istifadə edilmiş test tapşırıqları orta məktəblərin tədris proqramlarına əsaslanan qəbul proqramlarına və qüvvədə olan dərsliklərə uyğun hazırlanıb və orta məktəb kursunu tam əhatə edib. Test tapşırıqlarının modeli xeyli əvvəldən TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda müzakirə edilmiş, onların analoji variantları "Abituriyent” jurnalında dərc edilmişdir. Bütün ixtisas

qrupları üçün test tapşırıqları çətinlik baxımdan üç səviyyədə (sadə, orta, mürəkkəb) və müxtəlif relevantlıq kateqoriyalarında (nominasiyalarda) hazırlanmış, abituriyentlərin məktəbdə qazandıqları bilik, bacarıq və vərdişlərin aşkara çıxarılmasına imkan vermişdir. Klassik test nəzəriyyəsi əsasında qəbul imtahanlarında istifadə edilən testlərin etibarlılı___________ğı hesablanmışdır. Məlum olmuşdur ki, fənlər üzrə testlərin etibarlılıq əmsallarının Küder-Riçardson (KR-20) və Split-Half metodları vasitəsilə hesablanmış qiymətləri 0.77 – 0.93 hüdudlarında yerləşir. Etibarlılıq əmsallarının aşağı həddi kimi, adətən, 0.70 qiyməti qəbul edildiyindən əminliklə təsdiq etmək olar ki, bu il qəbul imtahanlarında bütün fənlər üzrə kifayət qədər etibarlı testlərdən istifadə edilmişdir. Qeyd edək ki, testoloji praktikada testlərin etibarlılığı, bir qayda olaraq, (0.8-0.9) intervalında dəyişir. Qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə təklif edilən test bloklarında məntiqi düşüncə və ümumiləşdirmə qabiliyyəti tələb edən, nəzəri biliklərin

tətbiqinə və mövzulararası izahata dair tapşırıqlar üstünlük təşkil etmişdir. Təhlillər göstərir ki, əvvəlki illərdə olduğu kimi, bu il də abituriyentlərin müəyyən hissəsi qəbul imtahanlarında faktiki biliklərə dair test tapşırıqlarına yaxşı cavab vermişdir. Lakin əksər abituriyentlər məntiqi düşüncə və nəzəri biliklərin tətbiqini tələb edən, məsələ tipli, laboratoriya və praktiki işlə bağlı, fənlər və mövzulararası əlaqələrə aid ümumiləşdirici test tapşırıqlarına cavab verməkdə çətinlik çəkmişdir. Bunun əsas səbəbi isə bir çox müəllimlərin şagirdlərə proqram materialını öyrətmək əvəzinə, onlara test tapşırıqlarını əzbərlətməyə üstünlük verməsidir.

İndi isə abituriyentlərin Tarix fənni üzrə test tapşırıqlarına cavablarının bəzi mühüm məqamlarına dair ekspert şərhlərinə diqqət yetirək. Tarix fənni üzrə təklif olunan test blokundakı tapşırıqlarda elmi -metodiki xətalar olmamışdır. Test tapşırıqları abituriyentlərin hazırlıq səviyyələrini obyektiv qiymətləndirməyə imkan vermişdir.

İlin əvvəlində II və III ixtisas qrupları üzrə abituriyentlərə təqdim olunmuş test modelinə uyğun olaraq imtahanda təklif edilmiş test blokunda tarix fənninə kompleks yanaşılmış,onun müxtəlif aspektlərinə : sosial -iqtisadi münasibətlər, daxili və xarici siyasət və mədəniyyətlə bağlı mövzuların yeni, aktual istiqamətlərinə diqqət yetirilmişdir. Abituriyentlərin müxtəlif relevantlıq kateqoriyaları baxımından : termin və anlayışlar, faktoloji, səbəb- nəticə , ümumiləşdirmə , xronologiya üzrə bilik və bacarıqları yoxlanılmışdır. Test blokunda proses və hadisələrin ümumiləşdirilməsini və səbəbnəticə əlaqələrini əks etdirən tapşırıqlara üstünlük verilmişdir. Dərsliklərdəki dəyişikliklər və ziddiyyətli məqamlar da nəzərə alınaraq imtahana müvafiq məsələlərə dair testlər salınmamışdır.

III ixtisas qrupundan fərqli olaraq, II ixtisas qrupunda test blokunun əsasını "Azərbaycan tarixi” fənninin bölmələri üzrə tapşırıqlar təşkil etmişdir. Bu da abituriyentlərin həmin fənn üzrə bilik və bacarıqlarının üzə

çıxarılmasına imkan vermişdir. Qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki

təhlili aparılmış və abituriyentlərin cavablarının relevantlıq kateqoriyaları baxımından orta statistik göstəriciləri müəyyən edilmişdir.

Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin sosial –iqtisadi tədbirlərinin soruşulduğu test tapşırığının (II qrup, B variantı, 55 saylı tapşırıq) cavabını (neft ixracı ilə əlaqədar xarici şirkətlərlə müqavilələrin bağlanması) abituriyentlərin cəmi 19%-i düzgün müəyyən etmiş, bir qismi isə, ümumiyyətlə, cavab verməkdən imtina etmişdir. Təhlil göstərir ki, abituriyentlərin əksəriyyəti sosial –iqtisadi tədbirlərlə dövlət quruculuğu məsələlərini fərqləndirə bilmədiyindən, üçrəngli dövlət bayrağının qəbul edilməsini düzgün cavab kimi götürmüşdür. Abituriyentlərin başqa bir qismi isə respublikada neft sənayesinin  illiləşdirilməsinin verildiyi variantı əsas götürmüşdür. Abituriyent unudur ki, Azərbaycan Xalq

Cümhuriyyəti üçün milliləşdirmə siyasəti, ümumiyyətlə, səciyyəvi olmamışdır. Əksinə, Azərbaycan Xalq Cümhuriyyəti Bakı Xalq Komissarları Sovetinin milliləşdirmə ilə əlaqədar verdiyi bütün dekret və

sərəncamları ləğv etmiş və müəssisələri əvvəlki sahiblərinə qaytarmışdır. Abituriyentlərin səhvləri bir tərəfdən bu mövzunu lazımınca dərk etməmələri və onu öyrənərkən əzbərçiliyə yol vermələri ilə əlaqədardırsa,digər tərəfdən onların "sosial –iqtisadi tədbirlər”, "dövlət quruculuğu” və "milliləşdirmə” kimi alnayışları bir-biri ilə qarışdırmaları ilə bağlıdır.

Aparılan təhlil göstərir ki, abituriyentlər əvvəlki illərdə olduğu kimi, bu il də hər iki ixtisas qrupunda izahat xarakterli test tapşırıqları üzrə (III qrup,C variantı 80, D variantı, 85, II qrup, A variantı, 59, 73 , 74, B variant 51,65, 66 saylı tapşırıqlar)zəif nəticə nümayiş etdirmişlər. Belə ki, izahat

xarakterli test tapşırıqlarına verilən düzgün cavabların II qrup üzrə orta statistik göstəricisi 37% , III qrup üzrə isə daha aşağı- 27 % olmuşdur. Bu, tədris prosesinin bacarıq və vərdişlərdən daha çox yaddaşa

istiqamətlənməsi, proses və hadisələrin mahiyyətinin dərk olunmasına deyil , orta məktəblərdə tarixi faktların əzbərlənməsinə üstünlük verilməsi ilə bağlıdır.

Məsələn, Şimali Azərbaycanın XIX əsrin 70-ci illərinin sonu tarixini xarakterizə edən amillərdən birinin soruşulduğu test tapşırığına(II qrup, B variantı, 51 saylı tapşırıq) abituriyentlərin xeyli hissəsi cavab verməkdən imtina etmiş, düzgün cavabların faizi isə çox aşağı olmuşdur. Halbuki, bu mövzunun tədrisinə proqramda və X sinif "Azərbaycan tarixi” dərsliyində kifayət qədər yer ayrılmış və aydın şərh edilmişdir ki, XIX əsrin ikinci yarısında Rusiya hakim dairələri Cənubi Qafqaz, o cümlədən Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə şəraitinə uyğunlaşdırmaq və məhsuldar qüvvələrin inkişafını təmin etmək üçün burjua islahatları keçirməyə məcbur olmuşdur. Həyata keçirilən burjua islahatlarından biri də

XIX əsrin sonlarında (1878-ci ildə) Şimali Azərbaycanda həyata keçirilən şəhər özünüidarəsi ilə əlaqədar idi( X sinif, "Azərbaycan tarixi”). Şəhər özünüidarəsi ilk dəfə Bakıda tətbiq edilmişdir. Şəhər özünüidarəsi

haqqında"Əsasnaməyə” görə şəhər idarələrinə və dumalara seçkilərdə silki məhduduyyət aradan qaldırılırdı. Şəhərdə yaşayıb vergi verən əhalinin hər biri seçkilərdə iştirak edə bilərdi. Düzgün cavab da, "Bakıda şəhər idarələri və dumalarına seçkilərdə silki məhdudiyyətin ləğv olunmasıdır”. Yanlış cavabları şərh edək.(A)Sahibkar kəndlilər "müvəqqəti mükəlləfiyyətli” vəziyyətindən 1912-1913-cü illərdə verilmiş aqrar islahatlarından sonra azad olmuşlar. (C) Dövlət kəndlilərinə icma torpağından nəsli istifadə etmək hüququ 1900-cü il aqrar qanunları ilə verilmişdir. (D) Pay torpaqları kəndlilərin istifadəsinə heç vaxt haqqı ödənilmədən keçməmiş, əksinə kəndlilər aldıqları pay torpaqlarının əvəzinə dəyərindən artıq haqq ödəmişlər.(E) Dövlət kəndlilərinin bir yerdən başqa yerə köçmək hüququ 1853-cü ildə ləğv edilmişdir.

Göründüyü kimi, XIX əsrin ikinci yarısına aid burjua islahatlarının mahiyyətini dərk etmədən test tapşırığına mexaniki cavab vermək mümkün deyil.

Başqa bir misala müraciət edək. Məsələn, XI sinif "Azərbaycan tarixi” dərsliyinə aid Azərbaycan SSR-in 1940-cı illərin sonu 50-ci illərin birinci yarısı üçün səciyyəvi olan amillərdən birinin soruşulduğu, məzmunca yeni olan test tapşırığına ( III qrup , D variantı, 85 saylı tapşırıq) cavab vermək abituriyentlərin bir çoxu üçün çətinlik törətmişdir. Müasir dövr baxımından son dərəcə aktual olan bu test tapşırığının düzgün cavabını abituriyentlərin böyük bir qismi müəyyən edə bilməmişdir. Onların yalnız 17% -i

Azərbaycan SSR-in 1940-cı illərin sonu 50-ci illərin birinci yarısında ermənilərin yeni yaradılmış sənaye mərkəzlərinə - Mingəçevirə və Daşkəsənə yerləşdirilməsini düzgün cavab kimi götürmüşdür.

Abituriyentlərin düzgün cavablarının faiz göstəricisinin aşağı olmasının əsas səbəblərindən biri bu mövzuda faktların çoxluğu, digər səbəbi, həmin mövzunun abituriyentlər tərəfindən mexaniki öyrənilməsidir. Bundan başqa, bu dövr tədris edilərkən, əsas diqqətin Bakıda neft sənayesinə və

demoqrafik vəziyyətin dəyişilməsinə yönəlməsi, bölgələrə köçürmələrə fikir verilməməsi də nəticənin zəif olmasına təsir göstərmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanın (Sovet Azərbaycanı və Güney

Azərbaycan) İkinci dünya müharibəsi dövrünə aid izahat xarakterli test tapşırıqlarına abituriyentlərin əksəriyyətinin səhv cavablarının faizi (III qrup, C variantı, 79 və D variantı 81, ) ötən ildə olduğu kimi bu il də yüksəkdir. XI sinifdə Güney Azərbaycanla bağlı mövzulara tədris proqramında və orta məktəb dərsliklərində cüzi saat (təqribən 100 faizdən cəmi 12 faizinin) ayrılması, tədris prosesində həmin mövzulara az diqqət yetirilməsi , eyni zamanda abituriyentlərin də bu mövzulara səthi yanaşması imtina hallarının artmasına səbəb olmuşdur "Mədəniyyət” mövzusu ilə bağlı test tapşırıqlarına (II qrup B variantı,

71, III qrup, D variantı, 89 saylı tapşırıqlar) abituriyentlərin verdikləri düzgün cavabların faizi aşağı ,imtina hallarının sayı isə çoxdur. Bunun əsas səbəblərindən biri həmin mövzuların tədris prosesində sosial-iqtisadi və siyasi hadisələrdən sonra , dərs ilinin sonunda verilməsi və orta məktəblərdə müəllimlərin bu mövzuya kifayət qədər diqqət yetirməməsi , həmçinin imtahanda abituriyentlərin əzbərləmiş olduqları faktlardan bir qədər kənara çıxan nümunə ilə rastlaşarkən asanlıqla səhvə yol vermələri ilə əlaqədardır.

Ayrı-ayrı proses və hadisələri təhlil etmək, onları ümumiləşdirərək oxşar və fərqli cəhətləri aşkara çıxartmaq kimi bacarıq və vərdişlərin abituriyentlərdə çatışmazlığı ənənəvi olaraq builki qəbul imtahanlarında da (III qrup, C variantı 91 və D variantı ,76, 84 ,91 , II qrup , A variantı, 69, B

variantı, 52,60 saylı tapşırıqlar) təkrar olunmuşdur. Məsələn, III ixtisas qrupunda imtahan verən abituriyentlərin bölmələrarası əlaqə üzərində qurulan, Almaniya və SSRİ-nin XX əsrin 30-cu illəri tarixi ilə əlaqədar ümumiləşdirmə kateqoriyalı test tapşırığına (D variantı , 76 saylı tapşırıq) düzgün cavablarının faizi aşağı, imtina halları isə çox olmuşdur. Halbuki, göstərilən dövrlə bağlı XI sinif "Ən yeni tarix ” dərsliyində kifayət qədər material var. "Ən yeni tarix ” dərsliyindən məlumdur ki, 1933-cü ildə A.

Hitlerin reyxkansler təyin edilməsindən sonra Almaniyada demokratik azadlıqlar ləğv edilməyə başlanmış, nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmuş və bütün cəmiyyəti əhatə edən təkpartiyalı totalitar rejim yaranmışdır. SSRİ-də də vahid-təkpartiyalı sistemin formalaşması 1920-ci illərin birinci yarısında tamamilə başa çatdırılmışdır. Qurulduğu dövrdən etibarən formalaşan totalilar sovet rejimi və bu rejimin nəticəsi olaraq yaranmış tək partiyalı sitem SSRİ-nin süqutuna qədər davam etmişdir. Beləliklə, XX əsrin 30-cu illərində SSRİ kimi Almaniyada da totalitar rejim şəraitində yalnız bir partiyanın siyasi hakimiyyəti mövcud idi . Düzgün cavab təkpartiyalı siyasi sistemin mövcudluğudur. Başqa bir misala müraciət edək: abituriyentlərin yalnız az bir qismi 1936-cı ildə İspaniyanın və 1945-1949-cu illər Çinin tarixinə aid ( III qrup, D variantı, 84 saylı tapşırıq)ümumi cəhəti düzgün müəyyən edə bilmişdir. Göstərilən dövrlə bağlı ümumi hazırlıqlı , hər iki dövlətin tarixi ilə əlaqədar

spesifik cəhətləri bilən və onları müqayisə etmək bacarığı olan abituriyentlər İspaniyanın və Çinin soruşulan dövrlə bağlı ümumi cəhətinin vətəndaş müharibəsi olmasını asanlıqla müəyyən edə bilərdi. Mövzu ilə əlaqədar zəif cavabların bir səbəbi də İspaniya mövzusunun dərslikdə zəif işıqlandırılmasıdır.

Təhlil göstərir ki, ötən illərdə olduğu kimi, yenə də abituriyentlər ABŞın Birinci dünya müharibəsindən sonrakı tarixi ilə bağlı, izahat xarakterli test tapşırıqlarına (III qrup, C variantı, 92 və D variantı ,78 saylı tapşırıqlar) zəif cavab vermişdir. Bu test tapşırıqlarında abituriyentlərin imtina faizləri çox yüksəkdir. ABŞ prezidentlərinin fəaliyyət göstərdikləri dövrlərin və həmin dövrlərdə baş vermiş proses və hadisələrin orta məktəb dərsliklərində çox səthi verilməsi, həmin mövzuların metodiki cəhətdən dilinin ağır olması səbəbindən abituriyentlərin əksəriyyəti bu mövzuların mahiyyətinə vara bilmir, onları mexaniki əzbərləyirlər. Bu da onların bilavasitə zəif nəticə göstərmələrinə gətirib çıxarır. Nəzəri biliyin tətbiqini nəzərdə tutan, fənlərarası əlaqə üzərində qurulan xəritə-sxemlə bağlı test tapşırıqlarına (II qrup, B variantı, 74; III qrup, C variantı, 93 və D variantı, 100 saylı tapşırıqlar ) abituriyentlərin cavabları qənaətbəxş deyildir. Məsələn, Yassı sülh müqaviləsinə əsasən Krımın Rusiyaya qatılmasını təsdiq edən dövləti (Osmanlı dövlətini) xəritədə (III ixtisas qrupu, C variantı, 93 saylı tapşırıq) yalnız 17,36% abituriyent

düzgün təyin etmişdir. Abituriyentlərin böyük bir hissəsi isə bu test tapşırığına, ümumiyyətlə, cavab verməkdən imtina etmişdir. Bunun əsas səbəbləri orta məktəblərdə tarix fənninə aid, xüsusən ümumi tarixlə bağlı xəritələrin (atlas və kontur xəritə), demək olar ki, olmaması və abituriyentlərin xəritə ilə əlaqədar biliyinin zəif olması ilə bağlıdır. Yuxarıdakı təhlilə əsasən belə nəticə çıxır ki, abituriyentlərin əvvəlki illərdə olduğu kimi, bu il də faktların məzmunu, proses və hadisələrin səbəb-nəticə əlaqələrini üzə çıxartmaq, müqayisə etmək, ümumiləşdirmə aparmaq, başqa sözlə desək, analiz-sintez etmək qabiliyyətləri, nəzəri biliyi praktikada tətbiq etmək istiqamətində çətinlikləri qalmaqda davam edir.

Buna görə də orta məktəbdə, tədris prosesində şagirdlərin məntiqi düşünmə qabiliyyətləri və bilikləri tətbiq etmək bacarıqlarının inkişaf etdirilməsinə ciddi yanaşılmalıdır. Abituriyentlər qəbul imtahanlarına hazırlaşarkən ümumi tarix və "Azərbaycan tarixi”ni əlaqəlı şəkildə öyrənməli, kurslararası və

mövzulararası əlaqələrə xüsusi diqqət yetirməli, mövzuların mahiyyətini dərk etməyə səy göstərməli, nəzəri bilik və ümumi qanunauyğunluqların praktiki tətbiqi ilə əlaqədar vərdişlərə yiyələnməlidirlər.

Aşağıda cədvəllərdə bütövlükdə fənlər üzrə, o cümlədən tarix fənni üzrə imtahan nəticələrinə dair statistik göstəricilər və bunların yığcam şərhi təqdim olunur. Qəbul imtahanları nəticələrinin təhlilinə əsasən demək olar ki, abituriyentlərin müəyyən hissəsi bütün ixtisas qrupları üzrə həm Azərbaycan, həm də rus bölmələrində imtahan verdikləri fənnin biri və yaxud bir neçəsindən test suallarına ya cavab verməyib, ya da cavabları təsadüfi seçib. Nəticədə belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından çox olmuş, beləliklə də, yanlış cavablar nəzərə alınmaqla düzgün cavabların təshih edilmiş qiyməti sıfırdan kiçik alınmış və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunmuşdur. Aşağıdakı 3 və 4 saylı cədvəllərdən məlum olur ki, Azərbaycan bölməsində tarix fənnindən 14,36, Azərbaycan tarixindən 8,60, rus bölməsində isə tarixdən 10,41, Azərbaycan tarixindən 5,52 faiz abituriyent sıfır bal toplamışdır. Belə hal bəzi orta məktəblərdə ayrı-ayrı fənlərin tədrisinə, o cümlədən tarix fənninin öyrədilməsinə laqeyd münasibətin nəticəsidir. Bunun real səbəbləri araşdırılmalı və vəziyyətin dəyişdirilməsi üçün tədbirlər

görülməlidir.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 dekabr 2012 19:01
    men tarixi cox sevirem

    men azerbaycan tarixinde olan melumatlarin hamsini bilmeyi cax isteyirem

  2. 26 dekabr 2012 15:24
    TQDK movzudu mene elede maraqli gelmedi. amma men az tarixi ni coox sevirem ama bele movzular elede maraqli olmur ve men oxumaga da hevesim nedense olmur. wink

    menim sinif yodasim bele movzulardan xosu gelir.

  3. 26 dekabr 2012 18:04
    kimdi o nesibeeee?

  4. 5 fevral 2013 15:23
    men cox isteyirem ki bilem 3-cu qrupda hansi ixtisaslar var?

  5. 5 fevral 2013 16:14
    Men cox teessuf edirem ki, TQDK kimi bir orqan oz sehvlerini ve ya abituriyentlere yaratdigi suni engelleri gostermek evezine analizlerini imtahandan cox-cox sonra ictimaiyyete aciqlayir.TQDK aciqlama versin niye Abituriyent 1 jurnali yanvar ayinda yox her il duz fevralin sonlarinda capa imzalanir ve martin evvellerinde satisha cixir

  6. 5 fevral 2013 16:42
    mende sizinle raziyam ERHAN smile

    MEN COX ISTEYIREM KI BILEM BDEFEKI TEXNIKOMA GIRIW BALI NECEDIR...???? winked

  7. 5 fevral 2013 20:41
    hmm lap yaxwi..
    sad

  8. 23 mart 2013 23:22
    tqdk dan qorxuram gunde 1 qerar cixardir imtahannarim da yaxinnawib eee

    --------------------

  9. 25 mart 2013 19:59
    ALLAH qoysa her sey yaxsi olar.Hami ucun AMIN smile

  10. 19 aprel 2013 12:42
    menede lazimdi texnikum balari bilen varsa desinde xais

  11. 18 noyabr 2013 20:33
             COX MARAQLI XEBERDI.
    ADMINSTAROATOR
    YAZIBSA 
    DAHADA
    COX MARAQLIDR
    HER ZAMAQN
    HAMLET MUELIME MEN HORMETINI 
    SAXLAYIRAM
    HEQIQETEN HOREMWETE DEYER NMUELLIMDIR.
    yasasinHAMLET MUELIM!
    feel feel feel

  12. 26 fevral 2014 19:00
    men imtahanimi verdim canim rahatdawdi.indi de butun 9cu sinif buraxiliw ve texnimoma hazirlawan yoldawlarima ugurlar arzu edirem..

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.