"R" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"R" hərfi ilə başlayan anlayışlar
 

Ra
(xekri) – qədim misirlilərin Günəş allahı.

 

Rabadlar – Qaraxanlı dövlətində şəhərin bütün təsərrüfat həyatının cəmləşdiyi ticarət – sənətkarlıq qəsəbələri.

Racə - Hindistanda ari tayfalarının başçısı. Sonralar bu ad hind knyazlarına aid edildi.

Racəput – "racələrin uşaqları”demək idi.

Racputlar – erkən orta əsrlərdə Hindistanda kastaların ali dərəcəsindən olan döyüşçülər.

Rada – Şura deməkdir.Ukraynada,Belarusiyada,Litva və Polşada nümayəndələr məclisinin və şuralarının  tarixi adı.

Rahib – bu dünyanın nemətlərindən əl çəkmiş dindar.

Ratuşa – Orta əsrlərdə Qərbi Avropada şəhər şurasının yerləşdiyi bina.

Ratifikasiya(paraflama) – dövlətin başçısının digər dövlətlə,yaxud beynəlxalq təşkilatla bağladığı müqavilənin ölkənin ali məclisi tərəfindən təsdik edilməsi.

Reaya – Osmanl imperatorluğunun vegi verən bütün əhalisi.

Rekonkista(ispanca) – Əndəlusun müsəlman əhalisinin (ərəblərin) Priney yarımadasından zorla çıxarılması hərəkatı.

Rekrut toplanması – (əsgər toplanması)Rusiyada müəyyən miqdar kəndlidən və posad heyətlərinin hər birindən orduya bir nəfər çağırılması.

Renessans(fransızca) – dirçıliş,intibah deməkdir.Qərbi və mərkəzi avropa ölkəlrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü (İtaliyada XIV – XVI əsrlər,digər ölkələrdə XV əsrin sonu XVI əsr).Renessans – intibah mədəniyyətinin mühüm xüsusiyyətləri onun dünyəvi səciyyə daşımasında,humanist dünya görüşü,antik mədəni irsə  müraciət və onu sanki "dirçəltməsindədir”.

Repressiya(latınca) - əzilmə,təzyiq göstərmə.

Reskript – Qədim Roma imperiyasında təqdim olunmuş məsələ üzrə imperatorun qanun qüvvəsində olan cavbına deyilirdi.XIX əsrdə bu söz sərəncam.fərman,göstəriş mənasıda işlənirdi.

Restavrasiya(latınca) – bərpa etmək deməkdir.

Respublika (latınca) – ümumxalq işi deməkdir.Respublika – müəyyən seçilmiş adamlar tərəfindən idarə olunan dövlətdir.Respublika antik dövrdə meydana gəlmişdir.Respublikaların iki əsas tipi mövcuddur:1.Prezidentli respublika;2.Parlamentli respublika.Prezidentli respublikada dövlət başçısı və hökumət başçısının səlahiyyəti seçki yolu ilə seçilmiş prezidentin  əlində cəmləşir.Parlamentli respublikada fomal olaraq parlamentin üstünlüyü prinsipinə əsaslanır.hökumətə başçılıq edən baş nazir,adəən, hakim partiyanın lideridir.

Referendum – dövlət həyatının ən mühüm məsələlərinə dair keçirilən rəy sorğusu.

Rəhdari – ticarət yollarının qorunması üçün alınan vergi.

Rəiyyət(ərəbcə) – təbəə.vergi verən təbəə,əkinçi kəndli.Rəiyyətlər asılı kəndlilərin əksəriyyətini təşkil edirdilər.Rəiyət dedikdə pay torpağına və şəxsi təsərrüfata malik olub,həm feodala,həm də dövlətə vergi və mükəlləfiyyətlər ödəyən kəndlilər nəzərdə tutulur.

Rəncbər – təsərrüfatı,torpağı olmayan kəndlilər.

Rəsmi kapan – XVIII əsrdə tərəzi xərci,gömrükxanalarda alınan vergi.

Risalə - Məkəzi Asiya və Qazaxıstanda sex sənətkarlarının hüquq və vəzifələrinin tənzimlədiyi nizamnamə.

Riton(yunanca) – "axıram” deməkdir.aşağı nazik ucunda kiçik deşiyi olan buynuz formalı qədim içki qabı.Riton gil,metal və ya buynuzdan hazırlanaraq üzəri müxtəlif naxışlarla bəzədilirdi.Ritonun aşağı hissəsi,əsasən,heyvan başı formasıda olurdu.Mingəçevirdə küp qəbirlərdən birində maral başı formasından düzəldilmiş saxsı riton tapılmışdır.

Ritorika – natiqlik məharəti.

Rükniddin(ərəbcə) – dinin təməli deməkdir.səlcuq hökmdarı Sultan I Toğrul 1055-ci ildə Bağdada daxil oldu.Abbasi əlifəsi onun şərəfinə təntənəli ziyafət verdi.Bu məclisdə xəlifə onu "Şərqin və Qərbin hökmdarı” elan etdi və Rukniddin titulunu verdi.

Rüsum – dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.