Fənn kurikulumunun xarakterik xüsusiyyətləri

                   

Fənn  kurikulumunun   xarakterik  xüsusiyyətləri

 

 

 Azərbaycan  tarixi  fənni  kurikulumunun   xarakterik  xüsusiyyətləri.

                                               Ramiz  Hüseynov.

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin ümumi orta və tam orta təhsil şöbəsinin humanitar fənlərin təlimi bölməsinin müdiri.

  Qədim tarixə malik Azərbaycanın tarixi bir-birini izləyən və tamamlayam, dinamik şəkildə inkişaf edən fakt və hadisələrlə zəngindir. Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır. Bu gün tarix müasir həyatı quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır, Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin  formalaşmasına təsir göstərir.

  Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə edənədək xalq uzun müddət öz doğma tarixini sərbəst öyrənmək imkanından məhrum edilmişdir. Belə ki, ümumtəhsil  məktəblərinin tədris planlarında Azərbaycan tarixi bir fənn kimi öz əksini tapmamış, V-XI siniflər üçün tarix proqramlarına vətən tarixinin tədrisi ilə bağlı 40-50 saatlıq epizodik xarakterli materiallar daxil edilmişdi. Bu fənnin maddi-tədris bazasının yaradılması tamamilə unudulmuşdur.

   Ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixi tədris planına daxil edilməklə  müstəqil fənn kimi öyrənilməyə başlanılmış və bununla bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

   Bu istiqamətdə görülən işlərdən və atılan uğurlu addımlardan biri ümumtəhsil məktəbləri üçün yeni "Azərbaycan tarixi”dərsliklərinin hazırlanması, nəşri və təhsil müəssisələrinin pulsuz  onlarla təminatı olmuşdur.

   Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği məsələlərini həmişə diqqət  mərkəzində saxlayırdı.

   Ulu öndər  31 yanvar 1997-ci ildə Azərbaycan MEA-sı rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşündə milli tariximizə dair akademik nəzərlərin, dərslik və dərs vəsaitlərinin yaradılması sahəsində  Azərbaycan elm və təhsili qarşısında böyük vəzifələr durduğunu qeyd etmiş, keçmiş Sovetlər Birliyinin tərkibində olduğumuz dövrdə milli tariximizin daha çox ideoloji təhriflərə, konyukturalara, tarixi saxtalaşdırmalara məruz qalmış XIX və XX əsrlər mərhələsinin müstəqil milli dövlətçilik, milli və bəşəri dəyərlər zəminində yenidən yaradılması zərurətini  xüsusi vurğulamış, konkret tapşırıqlar vermişdir.

  Ulu öndər 2000-ci ilin sentyabrında dərs ilinin başlanması münasibəti ilə Bakı şəhərindəki 82 nömrəli məktəbdə keçirilən toplantıda  Azərbaycan tarixinin öyrənilməsinin vacibliyini bir daha diqqət mərkəzinə çəkmişdir: ”Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin.”

  Həmin fikri inkişaf  etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yevlax şəhərindəki çıxışında uşaqlarımıza tariximizin daha dərindən öyrənilməsini bir daha tövsiyə etmişdir.

   Bütün bu vəzifələri yerinə yetirmək üçün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində ciddi iş aparılmışdır. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirinin 08.02.2006-cı il tarixli 87 nömrəli əmri ilə AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü, tarix elmləri doktoru əməkdar elm xadimi, professor Yaqub Mahmudovun sədirliyi ilə tanınmış alim, metodist, yenilikçi müəllimlərdən təşkil edilmiş işçi qrupunun iştirakı ilə Azərbaycan tarixi fənni üzrə beynəlxalq tələblərə cavab verən kurikulum layihəsi hazırlanmışdır.

   "Azərbaycan müəllimi qəzetinin 20 avqust 2010-cu il tarixli nömrəsində pedaqoji ictimaiyyətin və valideynlərin müzakirəsinə təqdim edilən Azərbaycan tarixi kurikulumu ümumtəhsil məktəblərində fənnin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəddir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nəaliyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.

  Bütün bunlar Azərbaycan tarixi üzrə biliklərin, ilk növbədə, tarixi xronoloji ardıcılıqla müəyyən olunmasını və məzmun standartlarında nəzərə alınmasını tələb etmişdir. Həmin biliklər seçilmiş ümumiləşdirilərək tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır.

  Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında hazırlanmışdır. Burada əsas diqqət nəticəyə nail olduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu fəaliyyətə yönəldilmişdir. Bu bacarıqlar şəklində müəyyən olunan standartlar və onların yerinə yetirilməsini təmin edən alt standartlar sistemi vastəsilə ifadə olunur. Belə sistemi şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nəaliyyətlərindəki irəliləyışlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Azərbaycan tarixi kurikulumu şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını ön plana çəkir. Onların "nəyi bilməli ” və " nəyi bacarmalı” olduğunu müəyyənləşdirmək üçün təlim prosesi ilə gözlənilən nəticələr arasında qarşılıqlı əlaqə qurulur.

   Azərbaycan tarixinə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətinin (idrakı  hissi, psixomotor) əhatə olunması diqqət  mərkəzində saxlanılmışdır. Şagirdlərin təlim nəaliyyətlərinin nəticələri müəyyən olunaraq kurikuluma daxil edilmişdir.

  Məzmun standartlarında şagirdlərin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatcılığa, qrafiq və cədvəllər hazırlanmağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaranmışdır.

    Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmiləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət  mərkəzində saxlanılmışdır. İlk növbədə, onların meyil  və maraqları, əqli və fiziki imkanları mühüm tərəf kimi əsas götürülmüşdür.

     Azəbaycan tarixi fənn kurikulumu hazırlanarkən cəmiyyətdə gedən sosial, iqtisadi və  mədəni dəyişikliklər iqtisadiyyatda elm, təhsil və xidmətin üstün rol oynaması; iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji yenliklərin fasiləsizliyi; cəmiyyətin gündəlik həyatında kütləvi informasiya vasitələrindən, video məhsullardan, reklamlardan və s. asılılığın getdikcə artması; təhsil səviyyəsinin şəxsiyyətin sosial təbəqələrin strukturunu müəyyən edən əsas amil rolu oynaması da nəzərə alınmışdır.

     Bütün bunlara Azərbaycan tarixi fənni kurikulumunun xarakterik cəhəti kimi diqqət yetirilmişdir.

  Azərbaycan tarixi fənn kurikulumu hazırlanarkən həmçinin aşağıdakı istiqamətlər-əsas tarixi hadisələrin mühüm xronoloji çərçivədə öyrənilməsi; tarixi hadisə, proses və təzahürləri başa düşmək üçün şagirdlərin onların baş verdiyi  coğrafi  məkanı tanımaları; tədrisdə həmin dövrə aid ədəbiyyatdan, xüsusilə ilkin mənbələrdən  istifadə olunması; bacarıq və dəyərlərin tədricən  planlaşdırılmış  şəkildə aşağı  pillədən başlayaraq  ən yuxarı pilləyə  qədər artırılması və bir-birinə  istinad olunması; şagirdlərdə insan  ləyaqətinə və hüquqlarına hörmət  bəsləmək hissinin  inkişaf etdirilməsi; təlim prosesində  şagirdlərin fəal iştirakını təmin etməyə yönəldən metodların tətbiqinin vacibliyi; fənnin tədrisində  keçmiş hadisələrin mütləq  müasir zamanla  əlaqələndirilməsi və şagirdlərin cari hadisələrdən məlumatlı olmasının vacibliyi; tənqidi təfəkkürün bütün mərhələlərdə inkişaf etdirilməsi və s. gözlənilmişdir.

Məhz bütün bunlar fənnin əhəmiyyəti, məqsəd və vəzifələrini bir fənn kimi ümumtəhsil məktəblərində öyrənilməsində yerini müəyyənləşdirməyə imkan vermişdir. Azərbaycan  tarixi ölkəmizin  ərazisində uzaq və yaxın  keçmişdə yaşamış insanların

həyatını, onların həyatında  baş verən hadisiləri, həmin  hadisələrin səbəb və nəticələri öyrənən elmdir. Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq

və vərdişlərə, yüksək intelektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökünə, adət-ənənəsinə, milli-mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir.

    Azərbaycan tarixi fənni şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək  mənəvi keyfiyyətlərin öz nöqteyi-nəzərini əsaslandırmaq, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığı formalaşdırır.    Azərbaycan tarixi fənn kurikulumunun əsas  cəhətlərindən biri kimi nəticəyönümlük şagird fəaliyyətinin ardıcıl izlənilməsi,onun nəaliyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir.

    Bütün bu və ya digər tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumitəhsil pilləsinin dövlət standartları və proqramları kurikulum adlı sənədə öz əksini aşağıdakı qaydada tapmışdır:

  • təhsilin məzmununu təhsilalanların və cəmiyyət təlabatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
  • məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, şagirdyönümlük, intiqativlikprinsipləri  əsasında müəyyənləşdirmək;
  • təhsil alanların təhsil marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişafını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informatik-kominikativ bacarıqların aşılanmasını təmin etmək;
  • təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək;

   Ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin əsas məqsədi məktəblilərdə vətənpərvərlilik, fəal vətəndaş mövqeyni digər xalqlara, ümumbəşəri humanist dəyərlərə hörmət, mənəvi və  mədəni nəaliyyətlərə əsaslanan əqidə prinsipləri, dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırmaq üçün onlarda keçmiş və müasir dövr hadisələrini sərbəst təhlil etmək, faktları ümumiləşdirmək bacarıq və vərdişləri aşlamaqla informatik-kominikativ və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.

   Təlim mühitin, təhsil fəaliyyətinin səmərəliyinin, inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsiplər əsasında müəyyənləşdirilməsinin təmin olunması, şagird nəaliyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə Azərbaycan tarixi fənn kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər istinad olunmuşdur:

  • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
  • ümumi inkişaf və maraqları nəzərə almaqla bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılması;
  • tələbyönümlük;
  • nəticəyönümlük:
  • şagirdyönümlük:
  • intiqrativlik:

"Təhsil  haqqında "Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq icbari təhsil doqquzuncu sinif  bazasında tamamlandığından respublikanın ümumtəhsil bazasında Azərbaycan tarixi üzrə təlimin məzmunu əvvəlki dövrlərdən fərqli olaraq konsentrik prinsipə əsasən aşağıdakı kimi qurulmuşdur:

Ümumi orta təhsil bazasında:

  •    V sinifdə Vətən tarixinin qədim zamanlardan bugünədək ən mühüm tarixi hadisə, proses və təzahürləri barədə ilkin təsəvvürlərin yaradılması istiqamətində  təlim  fəaliyyətinin qurulması;
  •   VI-IX siniflərdə sivilizasiyalı inkişaf nöqteyi-nəzərindən müvafiq bölmələr üzrə xronoloji ardıcıllıq gözlənilməklə Azərbaycan tarixinin ən qədim dövrlərindən  bugünəqədərki  hadisə, proses və təzahürlər üzərində təlim fəaliyyətinin qurulması;

Tam orta təhsil bazasından:

  •  IX-XI siniflərdə Azərbaycanın tarixi keçmişini və müasir dövrünü,sivlizasiyaların inkişafında rolunu, qlobal problemlərin həllində mövqeyini dəyərləndirməyə imkan verən təlim materialları üzərində fəaliyyətlərin qurulması.

    Azərbaycan tarixi fənninin kurikulumu hazırlanarkən əsas diqqət yetirilən məsələlərdən biri, bəlkədə birincisi fənn üzrə təlimin məzmununun müəyyənləşdirilməsi olmuşdur.Buraya fənn üzrə ümumi təlim nəticələri, fənnin məzmun xətləri və onların əsaslandırılması, məzmun xətləri üzrə nəticələr daxil edilmişdir.

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumu)” sənədində Azərbaycan tarixi fənni üzrə ümumi orta və tam orta təhsil səviyyəsində məzmun standartlarını müəyyən edilmişdir.

 Ümumi orta təhsil səviyyəsində şagird:

  • tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;
  • sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini bildirir;
  • tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.

Tam orta təhsil səviyyəsində şagird:

  •  Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;
  • tarixi  hadisə və prosesləri mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
  • tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələr barədə təqdimatlar hazırlayır;
  • tarixi hadisələrlə bağlı fərziyə və mülahizələr irəli sürür, proqnozlar verir;
  • debatlarda, diskusiyalarda, müzakirələrdə Azərbaycan haqqında ictimai rəy formalaşdıran təkliflərlə çıxış edir, Azərbaycan cəmiyyətində hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət hazırlığı və s.) reallaşmasına münasibət bildirir.

Azərbaycan tarixi fənni kurikulumunun hazırlanması istiqamətində görülən işlər sırasında fənnin məzmun xətlərinin düzgün müəyyənləşdirilməsidir. Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin realaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hesab edilən hissələridir. Bu hissələr bir-biri ilə həm məntiq xronoloji cəhətdən bağlı olmalı, həm də məzmunun bütöv və əhatəli olunmasını təmin etməlidir.

  Azərbaycan tarixi fənni üzrə məzmun xətləri ümumi təhsilin şəxsiyyətləri üzrə bütün şagirdlər üçün vacib olan məzmunu əhatə etməyə, hər bir şagirdin vətən tarixindən öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirməyə imkan yaratmalıdır. Onlar siniflər üzrə özlərinə məxsus əsas və alt-standartları ehtiva etməklə fərqlənir.

   Məzmun xətlərinin daha məqsədəuyğun və efektli olmasını müəyyənləşdirmək üçün bu sahədə dünya təcrübəsi öyrənilərək işçi qrupunda geniş müzakirə edilmişdir.

Müəyyən edilmişdir ki, Rusiya tarixi üç( tarixi zaman, tarixi məkan, tarixi hərəkat), ABŞ tarixi səkkiz (tarixi zaman, tarixi məkan, dövlət,iqtisadi münasibətlər, sosial münasibətlər, səxsiyyət, mədəniyyət, sivilizasiyalar) məzmun xətti üzrə qruplaşdırılmışdır.

    Azərbaycan tarixi fənninin xarakterik xüsusiyyətləri nəzərə alınaraq onun məzmun standartlarının beş məzmun xətti üzrə qruplaşdırılması məqsədəmüvafiq hasab edilmişdir:

  • Tarixi zaman
  • Tarixi məkan
  • Dövlət
  • Şəxsiyyət
  • Mədəniyyət

Kurikulumun layihə variantında  Azərbaycan tarixi fənni üzrə məzmun xətlərinin vacibliyi zərurət kimi əsaslandırılmışdır. Təqdim olunan yazıda bunların qısa şərhini verməyi vacib hesab edirik.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 may 2012 15:44
    Ne yaxshi ki, Respublika tarix muellimlerinin agsaqqali Ramiz muellim de bizim sayta yol acdi. Bu munasibetle ve yaxinda 80 yashi tamam olmasi ile Ramiz muellimi saytin ishtirakcilari adindan tebrik edir, ona can sagligi ve uzun omur arzulayiram.Ramiz muellim, bu saytda ishtirak etmek mene bir sheyi de aydin etdi ki, muellimleri yashi ile elaqedar cixdash etmek duzgun deyil. Axi onlarin nece illik tecrubesi vardir.Bu tecrubeden biz istifade etmeliyik.Hal-hazirda cavan muellimlerin bu tecrubeye ehtiyaci vardir.Qaldi meqalenin mahiyyeti ve elmiliyine.Biz Ramiz muellimle muzakire ve tarix fenninin kurrikulum senedlerinin hazirlanmasi zamani bu barede kifayet qeder sohbet etmishik.Bu il Respublikada tarix muellimlerinin kurrikulum uzre telimi kecirelecek.Meqale cox vaxtinda sayta yerleshdirilib.Meslehetim budur ki,telime gelen her bir tarix muellimi bu meqaleni diqqetle oxusun.Meqalede oyrenmeli cehetler coxdur.Vaxtinda sayta yerleshdirilmish meqaleye gore Ramiz muellime de sag ol deyirem.Qolay gelsin.

  2. 24 may 2012 16:02
    Ramiz muallimin bizim saytda meqalesinin olmasi bir daha Kurikulum islahatlarinda tarix info saytinin aktiv ishtirakini gorsedir. Bunun ucun Ramiz muallime teshekkur edirem. Fursetden istifade ederek ise Ramiz muallim Sizi ad gunu munasibetile tebrik edirem Size can saqliqi ve enerjinizin mohkemliyini dileyirem. Ramiz muallim gorun haradan haraya qeldik kim ne bilerdi ki bir gun yani 2002-ci ilde ilk tanishliqimiz indi bizi virtual alemde birleshdirecek. Xalqimizin evladlarinin mariflendirilmesi uqrunda mubarizenize uqurlar !

  3. 25 may 2012 02:54
    Meqaleye gore teshekkur edirem...

  4. 25 may 2012 12:47
    maraqli idi tesekkurler wink

  5. 28 may 2013 17:25
    salam eladir. Men curbecer oradan melumat goturdum.usaqlar da Azerbaycanda fenn kurslarina gedirler.bay-bay

  6. 26 oktyabr 2013 12:22
    ayda niye gore biyaddan di ele bilirdim ki bu testler isleyir.amma indi aciram gorurem ki sacma sacan yazilardan basqa hecne yoxdu.bu ne cur tesstdibasa dusmurem[url=http://][/url]
    basa dusmurem en azindan 1 islesin amma hec o da islemir angry angry

    hm hecne hecne gorsenmir

  7. 30 yanvar 2014 18:21
    KITABLAR BIZE ELM OYREDIR KITABLAR SAHESINDE BUTUN SEYLERI OYRENIRIK love love love love love love love
































    tongue tongue tongue tongue tongue tongue tongue






  8. 29 dekabr 2014 15:27
    Mende sizin kimi dusunurem

    smile

    --------------------

  9. 21 fevral 2015 19:36
    mencede bu beledi laughing
    \

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.