KURİKULUM DƏRSLİYİ

KURİKULUM DƏRSLİYİ

Əziz oxucular! Hörmətli müəllimlər və şagirdlər! Bu gün sizinlə Aydın Allahverdiyev və Şəhla Quliyeva ilə birgə hazırladığımız Ümumi tarix dərsliyinin pdf formatını paylaşırıq. Biz bu dərsliyi hazırlayan zaman xalqımıza xidmət etmək ilk məqsədimiz olub. Dünya təcrübəsinin öyrənərək, onu analiz edərək, təhsilimizlə müqayisə edərək, Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələrinin dərslik yazmaq təcrübəsindən bəhrələnərək tenderdə iştirak etdik. Gərgin əmək sərf etməyimizə baxmayaraq, fərqli tərtibat və dizayn, öyrədici tapşırıqlar, resurların təqdimatı və s. yeniliklərin varlığına baxmayaraq Təhsil Nazirliyinin ekspertləri bu dərsliyi qəbul etmədi. Artıq bir neçə ildir ki, məktəblilərimiz tendr şərtlərini kobud pozmuş, kifayət qədər elmi səhvləri olan, ictimaiyyət tərəfindən qınaq objektinə çevrilən 8-ci sinif Ümumi tarix dərsliyini keçmək məcburiyyətindədir. Biz bu işdə əsas məqsəd təhsilimizə yenilik gətirmək idi. Kurikulum islahatlarına uyğun iş görmək idi. 3 dərslik hazırladığımıza baxmayaraq Nazirlik heç birini qəbul etməyib. Nə üçün? Əgər həqiqətəndə sizlərdə düşünürsünüzsə ki, bizim bu dərslik hal-hazırki dərslikdən qat-qat zəifdir və ya əksinə RİCA EDİRƏM səsimizə səs verin, buraxmayın tək bizi meydanda .... sizin müdafiənizə ehtiyac var....Əgər yox doğrudanda haqq edən qalib gəlibsə bu halda da fikrinizi yazın, bizə ayıb olsun Nazirliyinin apardığı ədalətli ekspertizasını gözdən salmayın deyin....Ümid edirəm bu işə laqeyd qalmayacaqsıız.....haqq olanın tərəfini tutacaq və müdafiə edəcəksiniz.....

Dərsliyi online oxu


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 sentyabr 2017 22:26
    Salam Hamlet müəllim kitabı
    onlie oxudum çox bəyəndim.Sizə dərin təşəkürümü bildirirəm.İnşallah haqq yerini tutar.Hamlet müəllim müəllimlər üçün metodik vəsaiti hazırlamısınzsa neceə əldə edə bilərəm 8-ci sinif üçün sizdən artıq dərəcdə xahiş edirəm varsa məlumatlandırardınız.

  2. 4 sentyabr 2017 12:06
    Teshekkur edirem Yaxin aylarda metodiki vesaitide sizlerle paylashacayiq

  3. 4 sentyabr 2017 12:44
    Bu derslikle onlayn tanis oldum.Cox beyendim.Muasir ve rengareng uslubdadir.Dizayni gozeldir.Uzun muddetdir shagirdlerde ve muellimlerde dunya tarixine qarsi olan biganeliyi ve maraqsizliqi aradan qaldira biler.

  4. 4 sentyabr 2017 13:13
    Allah razı olsun sizdən Hamlet müellim.Sizin 7-ci sinif dersliyinizide əlde etmişəm cox bəyənmişəm şagirdlərimlə birlikde çox şeylər öyrənmişik.Var olun.Sizin kimi savadlı müəllimlərə çox ehtiyacımız var.

  5. 5 sentyabr 2017 22:49
    Salam Hamlet muwllim. Bu dersliyi satisdan elde etmek olar?

  6. 7 sentyabr 2017 21:22
    bu derslik satishda yoxdur ancaq pdf varianti var.....Nece dushunursuz muallimler movcud derslikden hansi paramaetrlere gore bu derslik geri qalir?

  7. 15 sentyabr 2017 00:07
    Salam hötmətli Hamlet müəllim sözün əsl mənasında Tarixçi Alim men bir tarix müellimi kimi sizinlə fexr edirəm.Hamlet müəllim əgər bir kitab standartlara cavab vermirse o kitabı kitab kimi qəbul etmək olarmı?! heç vaxt.bu bizim gələcək nəsilimizi uçurma doğru aparır.Ey Tarix müəllimləri sizlərə müraciət edirəm bələ səhvlərə göz yummaq olarmı?Hamlet müellim əlindən gələn bütün səyləri göstərdi.Hamlet müəllim sizə öz dərin təşəkkürümü bildirirəm bizi məlumatlandırırınız və sizin sayənizdə mən və tələbələrim çox şey öyrənirik.İnanın sizin sayənizdə mən vətənimiz üçün laiqli savadlı tələbələr yetişdirirəm əhsən sizə.Sizinlə fəxr edirəm hörmtli Hamlet müəllim cox sağolun.Hamlet müəllim sizin yazdığınız 10- cı sinif dərsliyini necə əldə edim artıq dərəcədə sizdən xahiş edirəm........

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.