“Vətənim Azərbaycan” MÜSABİQƏ

“Vətənim Azərbaycan”  MÜSABİQƏ
“Vətənim Azərbaycan” adlı
vətənpərvərlik mövzusunda şeir qiraəti
MÜSABİQƏSİ
26 ildir ki, müstəqilliyini qazanmış Azərbaycan Respublikasının torpaqlarının işğal altında olmasını, qloballaşmanın sürətlə getdiyi bir zamanda milli-mənəvi dəyərlərimizin məhv olma təhlükəsini və s. məqamları nəzərə alaraq daim gənc nəslə vətənpərvərlik ruhu aşılmağa böyük ehtiyac olduğu təsdiqlənir. Dövlət qurumlarının, QHT-lərin, medianın və s. bu istiqamətdə apardığı təbliğat bu gün üçün qənaətbəxşdir. Amma bu istiqamətdə nə qədər çox iş görülsə yenə də azdır. Bu səbəbdən Bakı şəhər Təhsil İdarəsinin razılığı, "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin təşkilati, www.dialoq.info saytının informasiya dəstəyi ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin qiraətlə deyilməsi mövzusunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında müsabiqə təşkil edilir.
Müsabiqənin əhatə dairəsi: 2017-ci il üzrə ilk müsabiqə əsasən Bakı şəhərindəki orta məktəbləri əhatə edəcək. Bakı şəhərindəki orta məktəblərin şagirdləri bu müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin mərhələləri: Müsabiqə üç mərhələdən ibarətdir.

 Birinci mərhələ 10 iyul – 1 noyabr 2017-ci il tarixinə qədər olan dövrü əhatə edir. Bu müddət ərzində şagirdlər mövzuya uyğun
seçilmiş şeirlərdən birini bədii qiraətlə söyləyib, onu videolentə alıb Təşkilat Komitəsinə təqdim etməlidirlər.
 İkinci mərhələ 2 noyabr – 16 dekabr 2017-ci il tarixinə qədər olan dövrü əhatə edir. Bu müddətdə Təşkilat Komitəsinə təqdim
olunmuş videolar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
 Üçüncü mərhələ 16 dekabr – 20 dekabr 2017-ci il tarixlərini əhatə edir. Bu mərhələdə Münsiflər Heyətinin elan etdiyi qaliblərin və
digər iştirakçıların mükafatlandırılması olacaq.
Mükafatlar: Təşkilat Komitəsinin qərarına görə 1-ci yerin qalibinə videokamera, 2-ci yerin qalibinə planşet, 3-cü yerin qalibinə fotokamera hədiyyə olunacaq. Eyni zamanda ilk 10 yerin qalibinə kitab və digər həvəsləndirici hədiyyələr də təqdim ediləcək.

Texniki qaydalar və tələblər:
1. Müsabiqədə şagirdlər yalnız 1 şerlə iştirak edə bilərlər.
2. Müsabiqədə iştirak üçün çəkilmiş videonu youtube.com saytında yerləşdirmək və həmin videoya keçid ünvanını (hiper linki) təqdim olunan ünvana göndərmək lazımdır.
3.İştirakçılar videoya keçidi, iştirak üçün tələb edilən məlumatları (ad, soyad, ata adı, təvəllüd, oxuduğu məktəbin nömrəsi, özünün və valideynin əlaqə telefonu) əlavə etməklə müsabiqənin elektron poçt ünvanına göndərə bilərlər.

İştirakçılar üçün tövsiyələr:
1. Seçilmiş şeri çox səlis şəkildə əzbərləmək və video çəkiliş üçün dəfələrlə məşq etmək lazımdır.
2. Video çəkiliş zamanı arxa fonun düzgün seçilməsi, daha dəqiq çəkiliş aparan kamera və ya mobil telefondan istifadə edilməlidir.
3. Tövsiyə olunur ki, bir neçə çəkiliş edib, ən uğurlu olanı müsabiqəyə təqdim edəsiniz.
4. Çəkilmiş videonun youtube.com portalında necə yükləndiyini bilmək üçün isə https://www.youtube.com/watch?v=oiBI9vYTXag və ya https://www.youtube.com/watch?v=bdDFOVLhnx8linklərini izləmək tövsiyyə olunur.

Münsiflər Heyəti:
1. Akademik Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkli (Münasiflər Heyətinin sədri)
2. Nurəddin Mehdixanlı -Xalq artisti
3. Asif Rüstəmli – AYB-nin C.Cabbarlı komissiyasının sədri, professor, filologiya elmləri doktoru
4. Səidə Abbasova – BDU Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrsının müdiri, dosent, fəlsəfə doktoru
5. İlqar İlkin - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
6. Zöhrə Əsgərova – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər və İdman Nazirliyinin əməkdaşı

Əlaqə:
(012) 555-55-91
(070) 736-11-44
(070) 218-12-77
Watsapp: (055) 555-31-00
[email protected]
www.dialoq.info


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.