Müəllim olmaq istəyənlərə dəstək...

Müəllim olmaq istəyənlərə dəstək...

1. Azərbaycan Xalq Cumhuriyyətinin mərkəz dövrlərinə uyğun sıralayın :
1) Tiflis dövrü a) Batumi müqaviləsi
2) Gəncə dövrü b) Göyçay döyüşü
3) Bakı dövrü c) “İstiqlal Bəyannaməsi”nin qəbulu
d) “İyun böhranı”
e) “İstiqlal” muzeyinin açılması
f) Parlamentin yaranması
A) 1-a,c 2-b,f 3-d,e B) 1-b,d 2-a,e 3-c,f
C) 1-a,c, 2-b,d, 3-e,f D) 1-e,f 2-c,d 3-a,b
E) 1-b,c 2-a,f 3-d,e

2. Erməni xəyanətindən istifadə edən ruslar :
1. Gəncə xanlığını ələ keçirmişlər
2. 1827-ci ildə İrəvan şəhərini ələ keçirmişlər
3. Quba üsyanını yatırmışlar
4. Sovet hakimiyyətinə qarşı qalxmış Gəncə üsyanını yatırmışlar
5. “Bərdə faciəsi”ni törətdilər
A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 1,2,4 E) 2,3,5

3. Azərbaycanda istifadə edilmiş pul vahidlərinin xronoloji ardıcıllığını müəyyən edin :
1. Bakı bonu 2. Çao 3. Təngə
4. Abbası
A) 1,2,4,3 B) 2,3,4,1 C) 2,4,1,3 D) 3,1,4,2
E) 4,1,3,2

4. 14 dekabr 1846-cı ildə çarizmin keçirdiyi inzibati
islahata görə Şimali Azərbaycanda yaranmış
quberniyalar :

Müəllim olmaq istəyənlərə dəstək...


A) 1,2 B) 3,4 C) 3,6 D) 1,3 E) 2,5

5. İngiltərədə Lloyd Corc və Etli hökümətləri dövründə həyata keçirilən oxşar tədbir :
A) Mühüm sənaye sahələrinin milliləşdirilməsi
B) Lordlar palatasının hüquqlarının məhdudlaşdırılması
C) Almaniyaya qarşı Fransa ilə ittifaq bağlanması
D) Həmkarlar ittifaqının hüquqlarının genişləndirilməsi
E) Bir sıra müstəmləkələrə müstəqillik verilməsi

6. Aşağıdakı anlayışlardan hansı İkinci Dünya müharibəsi
dövrünə aid deyil ?
A) «Qəribə müharibə» B) «Azad Fransa»
C) «Majino müdafiə xətti» D) «Dəniz şiri»
E) «Səhrada tufan»

7. Anlayışları dövlətlərə müvafiq düzün:
1. «Üç D» siyasəti 2. «Təmiz əllər»
3. «Həmrəylik» 4. «QULAQ»
I. Polşa II. SSRİ III. Almaniya IV. İtaliya
A) 1-II, 2-I, 3-IV, 4-III B) 1-III, 2-II, 3-I, 4-IV
C) 1-III, 2-IV, 3-I, 4-II D) 1-II, 2-IV, 3-I, 4-III
E) 1-IV, 2-III, 3-II, 4-I

8. Türkiyədə İkinci Respublika dövrünə aiddir :
A) Türkiyə «Bağdad paktı»na daxil oldu
B) ABŞ-la Türkiyə arasında «Trumen
doktrinası» çərçivəsində müqavilə imzalandı
C) Torpaq islahatı haqqında qanun qəbul edildi
D) «Kipr böhranı» baş verdi
E) T.Özal prezident seçildi

9. İkinci dünya müharibəsindən sonra beynəlxalq
münasibətlərə aid deyil :
A) «Soyuq müharibə»
B) Millətlər Cəmiyyətinin yaradılması
C) Hindistanın iki yerə parçalanması
D) «Üçüncü dünya» dövlətlərinin meydana gəlməsi
E) Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılması

10. Məntiqi tamamlayın:
M.C.Bağırov, İ.Mustafayev..…
A) Stepan Şaumyan B) Muxtar Hacıyev
C) Oqtay Rəfili D) Vəli Axundov
E) Xudu Məmmədov

11. 1991-ci il 8 sentyabr prezident seçkiləri ərəfəsində
Azərbaycan SSR-nın Konstitusiyayasına əlavə edildi :
A) Azərbaycan dilinin dövlət dili olması
B) Azərbaycan SSR-nin suverenliyi haqqında maddə
C) Prezidentliyə namizəd üçün maksimum yaş həddi
D) Azərbaycan vətəndaşlarına geniş hüquqlar və demokratik
azadlıqlar verilməsi
E) Məhkəmə sisteminin yenidən qurulması

12. Məntiqi uyğunluq gözlənməmişdir :
A) Azərbaycan Milli Qəhrəmanı - Ə. Hacıyev
B) «Əsrin müqaviləsi»ni imzaladı - Heydər Əliyev
C) «Talış Muğan Respublikası» yaratmağa səy göstərirdi -
S.Hüseynov
D) Azərbaycanın ərazi bötövlüyö tanındı – ATƏT-in
Lissabon sammitində
E) “Heydər Əliyev”” ordeni ilə ilk dəfə mükafatlandı – İlham
Əliyev

13. Versal sülhünə görə Almaniya tərəfindən müstəqilliyi tanındı :
A) Brest-Litovsk sülhünə görə Almaniyanın tərkibinə keçmiş ərazilərin
B) Mərkəzi və Cənub-Şərqi Avropa dövlətlərinin
C) Müharibə başlananadək keçmiş Rusiya imperiyasına daxil olan ərazilərin
D) “Antanta” ilə ittifaqda olan Şərqi Avropa ölkələrinin
E) Əvvəllər Almaniya tərəfindən bitərəfliyi pozulmuş Belçika və Lyuksenburqun


14. İngilis komandanlığının razılığı ilə 1919-cu ilin may-iyul
aylarında:
A) ABŞ Naxçıvanda qeneral-qubernatorluq yaratdı
B) Naxçıvanda erməni idarəçiliyi yaradıldı
C) Naxçıvanda «Araz-Türk Respublikası» yaradıldı
D) Naxçıvan ərazisinə Qarabəkir paşanın başçılığı
altında türk qoşunları daxil oldu
E) Naxçıvan ərazisinə XI Qızıl Ordunun hissələri daxil oldu

15. Xalq Komissarı Şaumyan Gürcüstan dövləti ilə
danışıqlar aparırdı :
A) AXC-yə qarşı hərbi ittifaq bağlamaq üçün
B) Denikinə qarşı ittifaq bağlamaq üçün
C) Türk ordusunu Azərbaycana yolunu bağlamaq üçün
D) Osmanlı dövlətinə qarşı hərbi müqavilə bağlamaq üçün
E) AXC-nin Tiflisdəki Müvəqqəti hökumətini ləğv etmək üçün

16. Mühacir Azərbaycan höküməti ilə Fransada Vişi
höküməti arasında oxşar cəhətlər :
1. İkinci Dünya müharibəsi dövründə yaranmışdı
2. Almaniyanın təsiri ilə yaranmışdır
3. 1944-ci ilə kimi mövcud olmuşdur
4. 1945-ci ilə kimi mövcud olmuşdur
5. Müttəfiq dövlətlərin ordusu tərəfindən dağıdılmışdır
6. Sovet hakimiyyətinə qarşı mübarizə əzmində yaranmışdı
A) 1,2,3 B) 2,4,5 C) 3,5,6 D) 2,5,6 E) 1,2,4

17. Aşağıdakılar aiddir :
- Feodal zülmünə qarşı üsyanlar idi
- Üsyan gedişində üsyançılar hakimiyyəti ələ keçirmişlər
- Dövlət anbarlarından kəndlilərə taxıl paylanmışdı
A) Jakeriya və Uot Tayler üsyanlarına
B) Qırmızıqaşlılar və Cəlalilər üsyanlarına
C) Məzdəkilər və Xuan Çao üsyanlarına
D) Qusçular və II Sam Mirzə üsyanlarına
E) Sipahilər və Quba üsyanlarına

18. İngiltərədə vətəndaş müharibəsi dövründə
parlamentin müttəfiqi:
A) Anglikan kilsəsi B) Fransa kralı
C) Şotlandiya D) Feodal aristokratiyası
E) İrlandiya lendlordları

19. Qanunauyğunluq pozulmuşdur :
A) İmperator Sezar - Romada təkbaşına hakimiyyətinin
qurulmasının boşa çıxması
B) İmperator Domisian – Roma legionlarının Xəzər dənizi
sahillərinə çıxması
C) İmperator Oktovian - Roma imperiyasında təkbaşına
hakimiyyətin qurulması
D) Roma sərkərdəsi Pompey - legionların Cənubi Qafqaza
yürüşləri
E) Roma sərkərdəsi Antoni - legionların Karfagen şəhərini
dağıtması


20. Orta əsrlər dövrünə aid deyil :
A) Kitab çapı və qəzetlər yaradıldı
B) Beton və su dəyirmanları kəşf edildi
C) Yerin kürə formasında olması sübuta yetirildi
D) Yeni materiklər- Amerika və Avstraliya kəşf edildi
E) Mərkəzləşdirilmiş dövlətlər yarandı

21. B.e.ə. VII əsrin ortalarında Mannanın İzirtu
şəhərində üsyan qalxmasının səbəbi:
A) Axşerinin Assuriya əleyhinə çıxması
B) Ullusunun Urartumeylli siyasət yürütməsi
C) Midiyalıların ağır vergilər tətbiq etməsi
D) İranzunun mərkəzləşdirmə siyasəti aparması
E) Urartumeylli qüvvələrin Azanı qətlə yetirməsi

22. Xronoloji ardıcıllığı göstərin:
1. Azərbaycanda ilk muzeyin açılması
2. Almaniyanın Avstriyanı «anşlüs» etməsi
3. Rusiyada Romalıların devrilməsi
4. ABŞ-da «lend-liz» qanunun qəbul edilməsi
5. Yaponiyada hərbi qüvvələrin saxlanmasının qadağan edilməsi
A) 3,1,2,4,5 B) 3,1,2,5,4
C) 1,2,3,5,4 D) 2,3,4,5,1 E) 3,2,1,4,5

23. Əhəməni şahı III Daranın Qavqamela döyüşündən sonra
ölkənin şərqinə doğru və Babəkin Bəzz qalasının
süqutundan sonra Arrana doğru hərəkət etməsində oxşar
məqsəd:
A) Makedoniyalılar əleyhinə yoxsulları
üsyana qaldırmaq
B) Atəşpərəstlik dininin ziyarətgahlarını
qorumaq
C) Xəyanət etmiş feodalları cəzalandırmaq
D) Bizans imperatoruna sığınmaq
E) Yeni qüvvə toplayıb mübarizəni davam
etmək

24. Azərbaycan Respublikası Konstitusiyasına
görə xalqı təmsil edə bilər:
A) Siyasi partiyalar
B) İctimai təşkilatlar
C) Dövlət orqanları
D) Yalnız Prezident və Milli Məclisin sədri
E) Yalnız xalqın seçdiyi səlahiyyətli nümayəndələr



25. I Dünya müharibəsində ABŞ-nın Almaniyaya qarşı
müharibəyə girməsinin səbəbi:
A) Almaniyanın zəhərli xlor qazından istifadə etməsi
B) Almaniyanın Rusiya ilə separat saziş imzalanması
C) Almaniyanın Atlanta dövlətləri ilə separat sülh
danışıqlarına başlaması
D) Antantaya verdiyi borcların batması təhlükəsi
E) Fransa və İngiltərənin hərbi yardım üçün ABŞ-na
müraciət etməsi


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 iyul 2017 14:50
    1c, 2d, 3b, 4d, 5b, 6e, 7c, 8d, 9b, 10d, 11c, 12c, 13c, 14b, 15c, 16a, 17c, 18c, 19e, 20b, 21a, 22a, 23e, 24e, 25d

  2. 23 iyul 2017 18:33
    SALAM.AXIRIKI TAPDIM BU REY BOLMESINI...BU ISHE QEBULA DUSE BILECEK SUALLARI HARDAN TAPIM YOXDU

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.