“QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi

“QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi

NİZAMNAMƏ
1. Ümumi müddəalar
1.1. “QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi
Yazıçılar Birliyinin 2017-ci ildən fəaliyyət göstərən Şah İsmayıl Xətai Komissiyası tərəfindən təsis edilmişdir.
1.2. Bu müsabiqənin keçirilməsində məqsəd Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, gənc qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır.
1.3. Müsabiqəyə təqdim ediləcək hekayənin mövzusu Azərbaycan Səfəvilər təriqətinin yaradılmasından (XIII), Qızılbaş-Səfəvi İmperiyasının süqutuna qədərki tarixləri (XVIII) əhatə etməlidir. Yazarlar təqdim edəcəyi hekayələrdə müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir. Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, dəyərlərə xidmət etməlidir.
1.4. Mükafat iki ildə bir dəfə verilir. Müsabiqənin başlanması haqqında məlumat KİV vasitəsilə elan edilir.
1.5. Müsabiqəyə təqdim ediləcək əsərlər maksimum 10000 (məsafəsiz) işarədən ibarət olmalıdır.
1.6. Müsabiqənin dili Azərbaycan dilidir. Lakin müsabiqənin beynəlxalq olmasını nəzərə alaraq, Türkiyə türkcəsində əsərlərin təqdim edilməsi mümkündür
1.7. Müsabiqəyə son iki ildə yazılmış əsərlər təqdim edilə bilər.
1.8. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur.
1.9. Mükafatların növü və məbləği təsisçi tərəfindən müəyyən edilib, hər il müsabiqənin başlanması zamanı elan edilir.
1.10. Mükafat fondunun böyüməsi ilə əlaqədar olaraq, müsabiqəyə digər janrların əlavə edilməsi açıq saxlanılır.
2. Əsərlərin təqdim edilməsi qaydaları
2.1. Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və ya müəlliflər özləri hekayəni müsabiqəyə təqdim edə bilər.
2.2. Müsabiqəyə təqdim edilən əsərlərin əvvəlki illərdə nəşr edilib-edilməməsi önəmli hesab edilmir.
2.3. Hər müəllif yalnız bir əsər təqdim edə bilər.
2.4. Ortaq müəlliflərin əsərlərinin qazandığı mükafat tərəflər arasında bərabər şəkildə bölünərək təqdim edilir.
2.5. Müsabiqədə iştirak üçün əsərləri aşağıdakı onlayn form vasitəsilə bizə göndərin: http://senet.az/qizilbas-beynelxalq-tarixi-hekaye-musabiqesi-qeydiyyat
2.7. Təsisçi qurumda çalışan, münsiflər heyətində və işçi qrupda iştirak edən şəxslər müsabiqədə iştirak edə bilməz.
3. Münsiflər Heyəti
3.1. Münsiflər Heyəti və heyətin sayı mükafatın təsisçisi tərəfindən təsdiq olunur.
3.2. Müsabiqənin Münsiflər Heyəti Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Komissiyasının üzvləridir.
3.3. Münsiflər Heyətinin üzvü işçi qrupunda iştirak edə bilməz
3.4. Münsiflər Heyətinin tərkibi hər il dəyişə bilər.
3.5. Münsiflər Heyətinin siyahısı Müsabiqə bitdikdən sonra elan edilir. Sədr istisnadır.
3.6. Münsiflər heyəti qiymətləndirmənin iki turunda da söz haqqına malikdirlər.
3.7. Münsiflər heyəti birinci turu 0-10 ballıq şkala ilə qiymətləndirir.
3.8. Münsiflər heyəti birinci turun qiymətləndirilməsini işçi qrupunun təklif etdiyi xüsusi qeydiyyat nömrəli əsərləri müəlliflərin adı olmadan aparır. İlk onluğu müəyyən etdikdən sonra adlar münsiflər heyətinə bildirilir.
3.9. Münsiflər Heyətinin səsvermə nəticələrinə görə çıxardığı qərar yekundur və iştirakçılardan nəticələrə görə şikayət daxil olmadığı halda dəyişdirilə bilməz.
4. İşçi qrup
4.1. İşçi qrupunun üzvləri Təsisçi tərəfindən təyin olunur.
4.2. İşçi qrupunun üzvləri səsvermə hüququna malik deyil.
4.3. İşçi qrupunun üzvləri İdarə Heyətinin üzvü ola bilməz, mətbuata informasiya və ya bəyənat verə bilməz.
4.4. İşçi qrupunun üzvləri mükafata aidiyyatı olan müxtəlif peşə sahiblərindən seçilə bilər.
4.5. İşçi qrupunun üzvləri Münsiflər Heyətinin təqdim etdiyi qiymətləndirmə cədvəlini işləyib “uzun siyahı”nı hazırlayır.
4.6. İşçi qrupunun üzvləri təqdim edilmiş əsərlərin qaydalara uyğun olub-olmadığını müəyyənləşdirib Münsiflər Heyətinə təqdim edir.
4.7. İşçi qrupunun üzvləri müsabiqədə iştirak üçün öz əsərlərini təqdim edə bilməzlər.
4.8. İşçi qrupunun üzvləri ikinci turda onlayn səsvermənin və Münsiflər Heyətinin ballarını toplayaraq “qısa siyahı”nı hazırlayır.
4.9. İşçi qrupunun üzvləri müsabiqəyə qəbul edilmiş əsərlərin hamısının mükafatın rəsmi saytında vaxtında yerləşdirilməsini təmin edir, mükafatla bağlı gələn bütün təklif, şikayət və iradları araşdırıb təsisçiyə təqdim edir.
5. Qiymətləndirilmə
5.1. Qiymətləndirmə iki mərhələdən ibarətdir.
5.2. Birinci mərhələdə münsiflər heyəti 0-10 balla əsərləri qiymətləndirir.
5.3. Müsabiqəyə qəbul edilən bütün əsərlər mükafatın rəsmi saytında (və ya layihənin əsas media dəstəkçisi olan saytda) yayımlanır.
5.4. İkinci mərhələyə münsiflərin qiymətləndirməsindən keçmiş 10 əsər müəlliflərin adı göstərilməklə onlayn səsverməyə buraxılır.
5.5. İkinci mərhələdə münsiflər heyətinə onlayn səsvermədə 10-luğa gələn səslərin ümumi cəmi qədər xal veriləcəkdir . Bu xal münsiflər heyətinin üzvləri arasında bərabər nisbətdə bölünəcək. Münsiflər heyətinin hər hansı bir üzvü balansında olan xalın 30%-ni bir iştirakçının, qalan 70%-ni isə digər 9 nəfər iştirakçının əsərlərini qiymətləndirmək üçün istifadə etməlidir.
5.6. Qiymətləndirmənin hesablanması zamanı ballar eyni olduqda bu əsərlər yenidən müzakirə edilir. Bu zaman ictimaiyyətin fikri (onlayn səsvermə nəticəsi) əsas götürülür.
5.7. Mükafatçılara Müsabiqənin loqosu əsasında xüsusi hazırlanmış “QIZIlBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi nin seçilmiş hekayələr kitabı və nəğd pul təqdim edilir.
5.8. Münsiflər Heyətinin üzvlərinin doldurduğu qiymət cədvəli mükafatın apelyasiya katibliyində nəticələrinin elan edilməsindən sonra bir il ərzində saxlanılır.
5.9. Münsiflər Heyətinin səsvermə nəticələri təltifetmə mərasimində və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə elan edilir və Mükafatın rəsmi saytında qeyd olunur.
6. Mükafatlandırma prosesi
6.1. Müsabiqə iki ildən bir 18 oktyabr tarixindən gec olmayaraq elan edilir .
6.2. Müsabiqəyə əsərlərin qəbulu 1 mart tarixində dayandırılır.
6.3. Münsiflər heyətinin qiymətləri əsasında hazırlanmış “Uzun siyahı” (ən çox baldan başlayaraq bütün əsərlər, müəllifləri və topladıqları ballarla birgə) 1 may tarixində elan edilir. Elə həmin gündən də ilk 10 əsər onlayn səsverməyə çıxarılır.
6.4. Müsabiqənin qalibləri hər iki ildən bir 17 iyulda (Şah İsmayılın Xətainin Doğum günündə) KİV vasitəsi ilə elan edilir elan edilir.
6.5. İlk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilir, mükafatlandırma günü ictimaiyyətə təqdim edilir.
6.6. Müsabiqəyə daxil olan hekayələrin plagiat olması aşkarlanarsa qalib elan olunsa belə ləğv edilir.
7. Mükafat fondu
7.1 Müsabiqənin əsas mükafat fondu 2000 manatdır.
7.2. İlk üç yerin qalibi mükafatlandırılır, seçilmiş hekayələr isə kitab şəklində çap edilir.
7.3. İlk onluğa düşən əsərlər kitab şəklində çap edilib, hər müəllifə 5 kitab verilir.
Müsabiqənin təşkilatçıları AYB, Hədəf Nəşrləri, ATXƏM İctimai Birliyi və sənət.az saytıdır.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.