Kiçikyaşlı məktəblilər üçün ən yaxşı...

Kiçikyaşlı məktəblilər üçün ən yaxşı...

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Nazirliyi "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir:
• Nəsr əsərləri – 15 (1,5–2 çap vərəqi)
• Nəzm əsərləri – 20 (1–1,5 çap vərəqi)
• Dram əsərləri – 5 (2–2,5 çap vərəqi)
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 1 iyun 2015-ci il tarixindən başlayaraq 1 (bir) ay müddətində qeydiyyat üçün Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.
Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılacaq və müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq.
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək. Həmçinin, qeyd olunan əsərlər ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin rəsmi internet saytında (http://www.edu.gov.az) yerləşdiriləcək. Rəy və mülahizələr [email protected] elektron poçtu vasitəsilə qəbul ediləcək.
 
Müsabiqənin nəticələrinə əsasən, I yerə layiq görülən əsərə görə 5000 (beş min), II yeri tutan əsərə görə 3000 (üç min), III yerə layiq görülən əsər üçün isə 1500 (min beş yüz) manat mükafat fondu müəyyənləşdirilib.

Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir: (http://edu.gov.az/view.php?lang=az&menu=228&id=9653)




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 yanvar 2015 14:13
    Bize bele yaxsiliq etdiyiniz ucun tesekkurler

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.