Müsabiqə elan olundu

 

Müsabiqə elan olundu

 


 

 

"Tarixi hekayə” müsabiqəsi haqqında Ə S A S N A M Ə

1. Ümumi müddəalar
Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalı tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – yazarlarımızın ölkəmizin tarixi keçmişinə müstəqil müraciəti sayəsində ermənilərin bölgəyə köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycan təcavüzü mövzularını bir daha qabartmaqdır.
2. Müsabiqənin iştirakçıları
Yaşından asılı olmadan bütün şəxslər müsabiqənin iştirakçısı ola bilərlər.
3. Müsabiqənin keçirilmə qaydası
3.1. Müsabiqə 1 noyabr 2014-cü ildən 28 fevral 2015-ci il tarixədək keçiriləcək (hekayələrin baxılması və ekspertizadan keçirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir). Münsiflər heyətinin baxdığı hekayələr 1905.az saytında dərc ediləcəkdir.
3.2. Müsabiqə iki nominasiyada keçirilir:
Hekayə – təxəyyül (elmi-tarixi elementlərlə);
Hekayə – yazarın şahidi olduğu hadisələr
3.3. Hər iştirakçı müsabiqəyə yalnız bir iş təqdim edə bilər.
3.4. Müsabiqədə Azərbaycan dilində yazılmış və indiyə qədər dərc edilməmiş əsərlər iştirak edəcək.
3.5. Tərtibata tələblər:
Mətnlər Times New Roman şrifti ilə, 14 keqldə yığılmalıdır. Sətirlər arası interval 1 və ya 1,5 ola bilər. Hekayələr elektron variantda təqdim olunur. Fayl müəllifin adı və soyadı, "hekayə” qeydi ilə adlandırılır (məsələn, "arif ibrahimov_hekaye”)
Hər bir hekayə aşağıdakılar göstərilməklə göndərilir:
Hekayənin adı,
Müsabiqə iştirakçısının adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Müsabiqəyə göndərilmiş hekayələrə rəy verilmir.
4. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
4.1. Müsabiqəyə 2015-ci ilin mart ayında yekun vurulacaq;
4.2. Müsabiqədə qalib (I yer) gəlmiş və mükafata layiq yer tutmuş (II və III yer) hekayələrin müəlliflərinə mükafatlar təqdim olunacaqdır. Əlavə olaraq saytda oxucuların ən çox bəyəndiyi hekayə müəllifi "Oxucu simpatiyası” adlı xüsusi mükafat qazanacaq.
4.3. Müsabiqədə fərqlənmiş hekayələr "1905.az saytının kitabxanası” seriyasından ayrıca kitab kimi buraxılacaqdır.
5. Müsabiqəyə təqdim ediləcək hekayələr [email protected] elektron ünvanına göndərilməlidir.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 noyabr 2014 01:19
    Hamlet Məllim, biz də iştirak edə bilərik ? request

    --------------------

  2. 30 dekabr 2014 16:39
    Sitat: Melisa Can
    Hamlet Məllim, biz də iştirak edə bilərik ? request

    Dogrudur bizde istirak ede bilerik?

    --------------------

  3. 30 dekabr 2014 17:21
    Yaşından asılı olmadan hamı iştirak edə bilər-deyilir

    --------------------

  4. 27 yanvar 2015 14:03
    Sitat: sema2013
    Yaşından asılı olmadan hamı iştirak edə bilər-deyilir

    Bu ela oldu

    --------------------

  5. 30 yanvar 2015 14:48
    xəbər üçün təşəkkürlər

  6. 6 fevral 2015 22:13
    Cox saqolun............

  7. 2 fevral 2016 09:30
    Hamlet mellim olimpiada suallarindan sayta qoya bilrrsiz?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.