Hacı Zeynalabdin Tağıyev

 

Hacı Zeynalabdin Tağıyev

 

 

Bütün var-dövləti əlindən alınan Tağıyevin vəsiyyəti

 

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O,  hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanmışdı. Bu mərhəmətli şəxsin fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri bu gün də insanı ona heyran olmağa vadar edir. H.Z.Tağıyev sağlığında inqilabdanöncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi. Bu insanın həyat yolu bizi bir daha əmin edir ki, həyatda uğur qazanmaq üçün ən əsas şey özünə, Vətəninə inam və şübhəsiz ki, öz üzərində daima çalışmaqdır.

Çətinlikdən ulduzlara

H.Z.Tağıyevin doğum tarixi bu günə qədər mübahisə doğurur: 1899-cu ildə Tiflisdə Zaqafqaziya Şiə Ruhani İdarəsinin verdiyi doğum haqqında şəhadətnaməyə əsasən H.Z.Tağıyev 1823-cü ildə anadan olmuşdur. Digər bioqrafik mənbələrdə isə doğum ili 1838-ci ildən 1842-ci illər arasında dəyişir. Bir sıra tarixçilər bu fikir ayrılığının səbəbini Z.Tağıyevin valideynlərinin savadsız olmasında və doğum qeydiyyatının dini kitablar üzrə bir qədər dolaşıq şəkildə aparılmasında görürlər. Başqaları isə o versiyaya arxalanırlar ki, H.Z.Tağıyev Sona xanım Ərəblinski ilə ikinci evliliyi zamanı özü şəxsən özünü "cavanlaşdırmışdı” ki, gənc xanımı ilə yaş fərqi çox olmasın.

Hacı Zeynalabdin Tağıyev
Hər halda Zeynalabdinin həyat yoluna qayıdaq. Gələcək neft maqnatı kasıb bir ailədə dünyaya gəlmişdi. Onun atası Tağı Tağıyev Bakıda İçəri şəhərdə pinəçi idi. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat etmişdi. Məhz bu yaşdan Z.Tağıyevin əmək yolu başlayır: o, bənna şagirdi kimi çalışaraq, son dərəcə cüzi olan ailə büdcəsinə gündə 6 qəpik gətirirdi. Beş ildən sonra o, tamamilə bənnalıq sənətinə yiyələnir, tikinti fəaliyyətinin əsaslarını öyrənməyə davam edir.

 

Elə bu ərəfədə Bakıda ilk neft dalğası başlayır.İşgüzar gənc Z.Tağıyev uzaqgörənliliyi ilə yanaşı,  həm də olduqca cəsarətli idi: o, riskə getdiyini çox gözəl başa düşərək neft biznesinə qoşuldu. Bununla yanaşı 1870-ci ildə H.Z.Tağıyevin artıq kiçik ağ neft zavodu vardı və 1872-ci ildə istehsalın yüksək olması sayəsində o, "H. Z. Tağıyev” şirkətinin əsasını qoymuşdu. O, bununla  kifayətlənmir, bir il keçdikdən sonra iki ortağı ilə birlikdə Bibi-Heybətdə icarəyə torpaq götürərək avadanlıq alır və buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində uğur onların üzünə gülmür, xərclər artır, neft isə çıxmırdı. Ümidlərini itirən ortaqlar "zərərli biznesdən” çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, həsəd aparılacaq inadla "qara qızıl” axtarmağa davam edirdi. Onun bu inadı əbəs yerə olmadı. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z.Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxardı. Beləcə, kasıb pinəçi Tağının oğlu milyoner Tağıyev oldu.

 

 

 

 

Hacı Zeynalabdin Tağıyev
XIX əsrin müdrik biznesmeni

 

Z.Tağıyevin həyatını tədqiq edərkən onun şəxsi biznesin inkişafı istiqamətindəki  təcrübəsini nümunə götürərək iqtisadiyyat və istehsalatın idarə olunması haqqında dərs vəsaiti yazmaq fikri meydana gəlir. Özünüz mülahizə edin: səbirsizliklə gözlənilən nefti gətirən "fontandan” üç il sonra Balaxanıda və Bibi-Heybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Birdən birə uğurun ən yüksək nöqtəsinə çatanda, 1879-cu ildə Tağıyev öz şirkətini Britaniya kapitalına satmaq qərarına gəlir. Bu qərar o zaman çoxlarına qəribə görünürdü, lakin qısa müddət keçdikdən sonra bir çoxları gənc milyoner Tağıyevin iş bacarığını qiymətləndirdilər. O, sadəcə olaraq Rusiya bazarında neftin həddən artıq istehsalından gələn böhranı öncədən hiss etmişdi. Və məhz buna görə o, daha da böyük və etibarlı bir qrupa daxil olmaq qərarına gəlir. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti” (və ya "Oleum”) təsis olunarkən Z.Tağıyev Şuranın 6 üzvündən biri olur. Bu ağıllı və zirək gediş ona Bakı neft sənayesində bir çox neft şirkətini müflisləşdirən ciddi böhrandan yayınmağa imkan verir.

Bundan əlavə, şirkətinin xeyli hissəsini satan Tağıyev əldə olunan vəsaiti müxtəlif  fəaliyyət sahələrində səhm kimi istifadə etməyə başladı. Ağıllı strateq Zeynalabdin Tağıyev qərara gəlir ki, möhtəşəm uğurlarına baxmayaraq yalnız neft sektoruna pul qoymaq ən azından sadəlövhlük olardı. Məhz bu vaxt Tağıyev xeyli sayda pambıq plantasiyaları əldə edir (Yevlax mülkü), 1897-ci ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açır. Buna baxmayaraq hələ əvvəlcədən bu qərar ciddi maneələrlə rastlaşdı – Tağıyevə fabriki tikməyə icazə vermirdilər. "Rusiyanın toxuculuq şahı” Savva Morozov başda olmaqla 28 iri fabrik sahibi Tağıyevin simasında ciddi rəqib görərək İranda, Türkiyədə, Türküstanda, Zaqafqaziyada satış bazarlarının əldən çıxacağından qorxdular. Lakin Z. Tağıyev  mahir diplomat idi və o, bez istehsalı üzrə fabrikin tikintisi üçün icazə verilməsinə nail oldu, nəticədə tezliklə müsəlmanlar yalnız Tağıyevdən daha keyfiyyətli və daha ucuz qiymətə bez almağa başladılar.

Tağıyev eyni zamanda nefti də unutmadı. O zaman "Mazut”  (Rotşildlərin Xəzər-Qara dəniz neft sənaye və ticarət mərkəzi) şirkəti açılır. Burada Tağıyevin köməkliyi ilə Çolaq Ağabala Qudiyevin rəhbərliyi altında "Bakı-Batumi” SC neft kəməri inşa edilir. O illər  uzunluğu 800 km olan möhtəşəm neft kəməri Bakı nefti üçün beynəlxalq neft bazarına geniş yol açırdı. Onun tikintisi 10 il davam etmişdir – 1897-ci ildən 1907-ci ilə qədər (sonralar görkəmli rus alimi D.İ.Mendeleyev "Neft” kitabında Bakı neft sənayesinin inkişafında onun xidmətlərini qeyd edərək H.Z.Tağıyevə səmimi sətirlər həsr etmişdir).

Bundan başqa Tağıyev "Kaspi”birliyi ilə əməkdaşlığını sürətli inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3gəmiyə, iki quru doka (Q. Ş. Dadaşovla birgə) və körpüyə sahib idi.

Hacı Zeynalabdin Tağıyev
1899-cu ildən H.Z.Tağıyev enerji sektoruna qoşulur. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü” səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxardı. Burada Tağıyev sədr müavini vəzifəsində çalışırdı. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətin balansında  iki elektrik stansiyası vardı.

 

1906-cı ildən H.Z.Tağıyev yerli balıq sənayesində görkəmli şəxsə çevrilir. Artıq 10 il keçdikdən sonra onun balıq vətəgələri Kürün mənsəbindən cənubda Dərbəndə və şimalda Petrovska (indiki Mahaçqala) kimi genişlənmişdi.

Tağıyev yerli maliyyə sektorunun inkişafına da böyük yer ayırırdı. 1914-cü ilin aprel ayında onun təşəbbüsü ilə yaradılan Bakı Kupeçeski Bankı  əsas vəzifəsi gənc Azərbaycan biznesini maliyyələşdirməkdən ibarət olan ilk yerli bank oldu. Bundan başqa 1902-ci ildən H.Z.Tağıyev "Anait”, "Yeni Ararat”, "Anonim” kimi neftçıxarma şirkətlərinin səhmlərini əldə edərək yenə fəal şəkildə neft biznesinə qoşulur. 1915-ci ildə "H.Z.Tağıyev və Ko” korporasiyası yaranan zaman Tağıyev biznesi o qədər hərtərəfli idi ki, bu sahibkarın maraqları demək olar ki, inqilabdan öncəki Bakı həyatının bütün sahələrini əhatə edirdi.

Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan "Kaspi” qəzeti dərc olunur. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.

Tağıyevin Bakının infrastrukturunun inkişafına yönəlmiş bir sıra ciddi layihələrin həyata keçirilməsində rolu danılmazdır. Məsələn, XX əsrin əvvəllərində Bakıda ciddi problemlərdən biri də içməli su problemi idi. 1901-ci ildə Tağıyev kəşfiyyat işlərinin aparılmasına görə istedadlı Britaniyalı mühəndis Uilyam Lidnleyə şəxsi vəsaitindən 25 min rubl ayırır. Müasir dillə desək Tağıyev layihənin texniki təchizatını maliyyələşdirdi, ən əsası isə Bakı şəhər Dumasında təkidlə Şollar su kəmərinin çəkilməsi ideyası ilə çıxış etdi. Burada isə böyük miqyaslı bahalı layihənin əleyhinə çıxırlar. Texniki təchizat öz nəticəsini verir, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.

Sözsüz ki, H.Z.Tağıyevin bu qədər səmərəli sahibkarlığı, ictimai və xeyriyyəçilik fəaliyyəti hökumət tərəfindən diqqətdən kənarda qalmamışdı. 1882-ci ildən 1-ci gildiya taciri Tağıyev Ali Fərmana əsasən 25 yanvar 1907-ci ildə Həqiqi Mülki Müşavir tituluna layiq görülmüşdü. Rusiyanın rütbələr cədvəlində bu dördüncü mülki titul hərbi iyerarxiyada general-mayor rütbəsinə uyğun gəlir. 1900-cü ildən Bakının fəxri vətəndaşı olan H.Z.Tağıyev Rusiyanın Müqəddəs Stanislav Ordeninin (2-ci, 3-cü dərəcələr) kavaleri olmuş, üç qızıl medalla – "Səylərinə görə”, İranın "Şiri-xurşid” Ordeni və Buxaranın Qızıl Ulduzu (2-ci dərəcə) ilə təltif edilib.

Xeyriyyəçilik


Bu sözün kökündə bu görkəmli insanın şəxsiyyətinin əsl mahiyyəti öz əksini tapır. O, həmişə bütün uğurlarına görə taleyə minnətdarlıq hissi ilə yaşamışdır. Və həmişə Allah tərəfindən ona göndərilən zəhmətinin bəhrəsi olan nemətlərlə bölüşməyə çalışmışdır. Zəngin olan kimi Z.Tağıyev şəhərdən neft mədənlərinin yerləşdiyi Bibiheybətə kimi şose yolu çəkdirir, sonra isə yolu Bibiheybət məscidinə qədər uzatdırır.

Tağıyev şəhərin abadlığı üçün çoxlu vəsait sərf edirdi: o, həmişə küçələrin təmizliyi uğrunda mübarizə aparırdı. 1895-ci ildə o, şəhər idarəsinə 35 il müddətinə 750 min rubl borc verir.

Bundan başqa mömin müsəlman Tağıyev ölkəsinin hər bir vətəndaşı üçün təhsilin vacibliyini və gərəkliliyini yaxşı başa düşürdü. O, nəinki gələcək azərbaycanlı mütəxəssislərin – neftçilərin, hüquqşünasların, həkimlərin, politoloqların dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil xərclərini ödəyir, həm də Bakıda o dövrün ən yaxşı professorlarının dərs dediyi Dövlət Politexnik İnstitutunun açılmasına nail olur. Yeri gəlmişkən, qiymətli kadrların davamlılığını təmin etmək üçün Tağıyev gəncləri xaricə təhsil almağa göndərərkən onlardan iltizam alırdı ki, onlar vətənə qayıdacaq və yalnız müsəlman qızlarla ailə quracaqlar. Onların yoldaşlarının statusunu qaldırmaq məqsədilə Tağıyev 1901-ci ildə Şərqdə kübar müsəlman qızlar üçün ilk məktəb-pansion açır. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi vardı, onlardan biri də Balaxanıda yerləşirdi.

Z. Tağıyev doğma ölkədə incəsənətin inkişafına da diqqət ayırmışdı: belə ki, 1883-cü ildə öz vəsaiti hesabına dram teatrının binasını tikdirdi. 1893-cü ildə isə teatr binasını genişləndirdi. 1909-cu ildə irticaçı qüvvələr binanı yandırdıqdan sonra Tağıyev onu yenidən tikdirir. Yeri gəlmişkən, ilk qadın aktrisalar məhz bu teatrın səhnəsində fəaliyyətə başlamışlar.

Kasıb mühitdən çıxmış insan kimi Tağıyev sadə insanların ehtiyaclarını başa düşür və həmişə onların qayğısına qalırdı. Tağıyevin müəssisələrində çalışan fəhlələr o dövr üçün kifayət qədər yaxşı məvacib alırdılar. Öz fəhlələri üçün Tağıyev məscid, onların övladları üçün məktəb, bilik artırma kursları təşkil etmiş, aptek və tibb məntəqəsi açmışdı.

Tağıyev daha bir insani xüsusiyyəti ilə də seçilirdi: o, mərhəmətli idi. O dövrlərdə həbsxana Nargin adasında yerləşirdi və məhbusların yaxınları onları ziyarət etməyə çətinlik çəkirdilər. Bunu bilən Tağıyev tikdirdiyi 5 mərtəbəli dəyirman binasını həbsxanaya verdi. Xaricdən gətirilmiş unüyüdən maşınlar və avadanlıqlar yeni binaya yerləşdirildi. Bu bina toxuculuq fabrikinin yaxınlığında tikilmişdi.

Elə burada, fabrikin yaxınlığında Tağıyev 1895-97-ci illərdə özü və ailəsi üçün ev tikdirir. Layihənin rəhbəri memar Qoslavski imarətin tikintisi zamanı "order” Avropa memarlıq üslubundan istifadə etmişdi, hərçənd bəzi kompozisiya elementlərində, zalların interyerində Azərbaycan memarlıq ənənələrindən istifadə olunmuşdu. Bu gün bu binada Z.Tağıyevin ev muzeyi və Azərbaycan Tarix Muzeyi yerləşir.

Əbədi xatirə

Əgər kənardan mühakimə yürütməli olsaq bu görkəmli insanın həyatının sonunu qəmli adlandıra bilərik. Məlum olduğu kimi sovet hökuməti H. Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə etmişdi. N.Nərimanovun göstərişi ilə ona yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.

Lakin H.Z.Tağıyevin özü qeyd etdiyimiz kimi çox ağıllı insan idi, bununla bərabər o, həm də mömin idi. Taleyin dönüklüyü onu sındırmadı. Onun həyata olan münasibətini bu fakt çox aydın şəkildə ifadə edir: Hacının baltası vardı, o, bənna-memar işləyəndə balta ona sədaqətlə xidmət edirdi. Beləliklə o, bu baltanı qapı ilə üzbəüz iki böyük seyfindən birinin iç tərəfindən  asır. Özünün dediyi kimi: hər dəfə qapını açanda taleyin dönüklüyünü xatırlayıb heç vaxt qazanılmış var-dövlətlə lovğalanmamaq üçün.

H.Z Tağıyev 1924-cü ilin sentyabrın 1-də vəfat etmişdir. Onu 4 sentyabrda özünün vəsiyyətinə əsasən Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn etmişlər. Rəvayətlərin birində bu istəyin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdir: "Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”. 
Yeni hökumət H.Z.Tağıyevin bütün fabriklərini, neft mədənlərini, balıq vətəgələrini və imarətlərini əlindən alanda o, unudulmaz Abuturab ağanın sözlərini xatırlayır və onun ayaqları altında dəfn olunmasını vəsiyyət edir.

H.Z.Tağıyevin evində bu gün Azərbaycan Tarix Muzeyi yerləşir. Muzey 1920-ci ildə yaradılmış və ilk vaxtlar "İstiqlal – Ana yurdun tədris muzeyi” adlanırdı. Həmin ilin oktyabr ayında  o, dövlət muzeyi statusu aldı, 2006-cı ildən isə rəsmən  Dövlət Tarix Muzeyi adını daşıyır. 2005-ci ildə isə muzeyə milli muzey statusu verilir. 2004-2007-ci illərdəki yenidənqurma işlərindən sonra muzeydə yeni ekspozisiya  yaradılıb və muzeyin bütün tarixi boyu ilk dəfə olaraq tanınmış xeyriyyəçi və sənaye sahibi Zeynalabdin Tağıyevin xatirə muzeyi açılıb.

”Socarplus” jurnalı

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 iyul 2012 15:28
    Allah ona rehmet elesin!Allah ona cennet bexsh elesin!
    Allah sovet terror ve Allahsiz hokumetini Vetenimize getirenlere leynet elesin!!!
    Heci Zeynal Abidin Tagiyev coxlarina bu gun numune olmalidir!

  2. 7 iyul 2012 17:10
    saqolun shekilleri hec gormemisdim

  3. 7 iyul 2012 18:27
    Slam xos gorduk sizleri duzunu desem Taqiyev haqda biu qeder genis melumatim yox idi amma indi Hamilet muellim sizin sayenizde orgendim tsk

  4. 9 iyul 2012 05:36
    Esl insan,sexsiyet budur.Hardan geldiyini unutmayan.xalqini seven..Qapinin yanina fehle paltarini,pullarin yaninda ise kulungunu qoyan bir insan olub.Nece deyerler,hardan geldiyini unutmayib.Axi kecmisini unudan ,geleceyini qura bilmez..Allah sene qeni qeni rehmet etsin..

  5. 9 iyul 2012 09:24
    Hegigeten HACI ZEYNALABIDIN TAGIYEV cox yaxsi wexsiyyet olub! Allah ona rehmet etsin!

  6. 9 iyul 2012 16:35
    salam. Hamlet muellim siz kecen defe reylerde yazmisdiniz ki,Zaqatalada 10 gunluk telimlere baslayirsiz.burda, Sekide de baslayib.bes bizde de qonaq olacaqsiniz?cox sevinerdim sizi gormeye.sizin deyerli fikirlerinizi esitmeye.insallah bize dusen muellimler de sizin qeder bacariqlidirlar.saq olun.

  7. 9 iyul 2012 17:41
    Cox saqolun hormetli Zulya xanum qonaq teklifinizle ! Men artiq Zaqataladayam telimlerimiz gedir burda internet cox heyifki elimin altinda yoxdu yoxsa burdan destek olardim treninq dovrunde Size amma yene bilmek istediyiniz olsa yazin calisharam Size komek edim Uqurlar !

  8. 9 iyul 2012 18:25
    Hormetli Hamlet muellim sizi eyni zamanda sizinle bir telime qoshulan muellimleri salamlayram. Yaxshi olardi ki oz telimleriniz barede bize melumatlar vererdiniz. Telimlerden mutleq shekiller yerleshdirseniz daha maraqli olar. Xahishimi nezere alin. Hem de diger rayonlarda yashayan ve fealiyyet gosteren tarix muellimleri ile de tanish olariq. Bu cetin ve mesuliyyetli ishde size uqurlar arzulayiram.

  9. 9 iyul 2012 18:31
    Leyla muallime men bunu memuniyyetle ederem amma internet yoxdu evde indide internet klubdan yaziram amma yene de calisharam 2-3 gune melumat verim salaminizi da catdiraram birdeki ay Muallime goresen Siz ozunuz hardasiz? Nolar Sizde telimlerinizden melumat verin ! pliz!

  10. 9 iyul 2012 22:04
    Evala size cox tessekur edirem ki bu tip yazilar yazdiginiz ucun.H.Z Tagyev xalqimizin en leyaqetli evladlarindandi.Cox tessuf ki indi bele insanlar yox derecesindedi. Yetisen nesil bucur insanlarin heyat fealiyyetinden behrelenerek bucur terbiyelenmelidir.Indi kicik vezife sahibi olan bir sexs oturdugu koltugun haqqini odemekdense heyasizcasina ciblerini doldurmaqla mesguldur.Dusunurem bu qeder deyerli zengin irsimiz oldugu halda biz neden bu serefsiz verdislere yiyelendik? neden milletimizi vetenimizi sevmeyi unutduq? Umud edirem ki xalqimiz yenede Celliler,Zerdabiler, Tagiyevler,Sabirler ve s yetisdirecek.Birdaha Hamlet muellim size tesekur edirem.Bunlarin ardini gozleyirik

  11. 11 iyul 2012 19:27
    twkler bu mlmatlara gore cox sag olun.Men bu wexsiyyetin genc nesle ornek olmasini isterdim.

  12. 2 noyabr 2012 17:02
    beli genc nesil bele gozel insani tanimalidi.amma cetin buna imkan versinler her yere baxanda indi bir adi goruruk onu ele qeleme veriblerki gua Azerbaycanda ondan boyuk adam olmayib.1990 ilden sonra Azerbaycanin Tarixi olmayacaq.bu gunki gunde ele bir insan yoxduki gelecek nesile orney olsun!

  13. 12 noyabr 2012 20:13
    yaxsi ki azerb bele xeyirxah insanlar var!!!

  14. 28 yanvar 2013 21:05
    ibadova nigar sefin var azerbaycanda xeyirxah adamlar var idi

  15. 2 fevral 2013 18:11
    heqiqeten boyuk sexsiyyet xeyriyyeci olub allah ona qeni-qeni rehmet elesin insani yandiranda onun omrunu yoxsulluqla basa vurmasidir'''''',,,,,.....////

  16. 24 fevral 2013 14:36
    allah rhmt etsin

  17. 24 fevral 2013 17:43
    101 yasinda olub.allah rehmet elesin.cox gozel insan olub.bizim indi bele insanlara ehtiyacimiz var

  18. 5 mart 2013 21:45
    Allah rehmet elesin.Meni H.Z.Taqiyevin doqum tarixi maraqlandrrd,saq olunki burada melumat aldm.

  19. 8 aprel 2013 14:03
    allah rehmet elesin!!!!!! wink

  20. 10 mart 2014 22:01
    ellerinize saqliq.mende bele bir melumat axtarirdim.cox shey oyrendim

  21. 10 may 2014 09:44
    həqiqətən HACI ZEYNALABDİN TAĞIYEV böyük şəxsiyyət idi!!! amma indi belə insanlar azdir!!!

  22. 10 may 2014 11:57
    Oz veteni ucun ne qeder isler gorub,oz zehmetinin muqabilinde.indiki bezi adamlar hec dovletin xalq ucun ayirdigi pullarla  isler gormek istemir,yash meselesinde onu deye bilerem ki,o vaxti dogum haqqinda shehadetnamede,en azindan kend yerlerinde usaqlarin gorkemine baxib yash yazarlarmish,yani 11,12 yasli ushaqlara,14 ,15 yash da yaza bilerlermish

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.