Sultan Suleyman Qanuni

Sultan Suleyman Qanuni

 

Sultan Səlimin oğludur, 1495-ci ildə anadan olub. Atasını vəfatı ilə də 30 sentyabr 1520-ci ildə, 26 yaşında ikən Osmanlı taxtına çıxdı. Qanuni Sultan Süleyman, Belgradın fəthi(1521) ilə Orta Avropanın, şovalyelerin əsası olan Rodosun zəbti (1522) ilə də Aralıq dənizi hakimiyyətinin qapılarını dövlətinə açdı. 1526-cı ildə yüz minlik ordusu və 300 qədər top ilə Mohaç düzənliyində Macar ordusuyla qarşılaşdı. Bu vəziyyətdə bayraqlarını açıb əllərini səmaya doğru qaldıran Sultan; "Ya Rəbbi! Sənin qüdrət və himayəni diləyir, həzrəti Məhəmmədin ümmətinə köməyini niyaz edirəm." deyə yalvardı. Tarixin bu ən böyük savaşında düşmən ordusunu məğlub edən Qanuni, 20 sentyabrda Macarıstanın paytaxtı Buduna girdi. 1529-cı ildə Vyana muhasirə edilsə də, mühasirə etmə vasitələrinin gətirilməməsi və qış mövsümünün yaxınlaşması səbəbindən nəticəsiz qaldı. 1532-ci ildə Alman səfərinə çıxan Qanuni, Vyananı arxada buraxaraq Gratz, Marburg, Gunss və daha bir çox Alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda imperator qarşısına çıxmağa cəsarət edə bilməyincə geri döndü.
1534-ci ildə Səfəviler üzərinə səfərə çıxan sultan, Bağdad və Basranı zəbt etdi. Yürüşlərinə davam edən Qanuni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.
Qurularda dünya hakimiyyətini əlinə keçirən Qanuni Sultan Süleyman, Barbaros Xeyrəddin Paşa vasitəsiylə dənizlərdə də Osmanlı Dövlətinin gücünü göstərirdi. Necə ki bu böyük dəniz komandiri Avropa donanmasını 27 sentyabr 1538-ci ildə Prevezada məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizidə tam bir Türk hakimiyyəti qurdu. Qanuni Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.
1543-cü ildə Estergon, Nis və İstolni-Belgradı, 1551-ci ildə Trablusgarbı i və 1553-cü ildə Naxçıvanı zəbt etdi. Qoca və xəstə bir halda ikən 1566-cı ildə yenə cihada çıxan bu böyük Türk sultanı, Zigetvar qalasının zəbti əsnasında top səsləri arasında 72 yaşında ikən vəfat etmişdir.
Zigetvar qalasının mühasirəsi zamanı ölən Sultan Süleyman Qanuninin daxili orqanları qalanın ətrafında basdırılıb. Qeyd edək ki, Zigetvar qalasının mühasirəsi zamanı Sultan Süleyman Qanuni ölsə də, döyüşçülərin ruhdan düşməməsi üçün onun ölüm xəbəri gizlədilib. Cəsədin qoxmaması üçün daxili orqanları çıxarılıb və basdırılıb. Qalanın fəthindən sonra Sultan Süleyman Qanuninin cəsədi İstanbula gətirilərək Süleymaniyyə məscidində basdırılıb.

30 sentyabr, 1520 — 5 sentyabr, 1566(71 yaş)
(ləqəbi Qanuni)
Sələfi: I Səlim
Xələfi: II Səlim
Varisi: II Səlim

Milliyəti:türk
Dini:Sünni İslam
Təvəllüdü:6 noyabr 1494 Trabzon
Vəfatı:5 sentyabr, 1566 Zigetvar Macarıstan
Dəfn yeri:İstanbul, Süleymaniyyə məscidi
Sülalə:Osmanlı
Əvvəlki adı:Şahzadə Süleyman
Atası:Yavuz Sultan Səlim
Anası:Ayşə Hafsa Sultan
Həyat yoldaşı:Mahidevran Sultan
Xürrəm Sultan
Uşaqları:Şahzadə Mahmud(1511-1521)
Şahzadə Mustafa (1515-1553)
Şahzadə Mehmed (1523-1543)
Mihrimah Sultan (1524-1580)
II Səlim (1525-1574)
Şahzadə Bəyazid (1527-1561)
Şahzadə Cahangir (1535-1553)
Elm sahəsi:təsəvvüf, ədəbiyyat
Tanınır:Muhibbi




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 iyul 2012 19:29
    sag olun bu deyerli melumatlara gore.

  2. 11 iyul 2012 22:07
    Siz sagolun

  3. 12 iyul 2012 16:27
    cox maraqlidi

  4. 23 avqust 2012 13:39
    cox maraqli...cox tewekkurler smile

  5. 26 oktyabr 2012 18:49
    sultan suleyman birdenedi eee birdene cox sagolun

  6. 9 dekabr 2012 14:05
    Sultan Suleyman Qanuni atamiz!

  7. 5 yanvar 2013 22:26
    cox maraqlidir hem yaslarimin oxumasini tovsuye edirem

  8. 5 yanvar 2013 23:52
    maraqli melumat idi.
    tk edirem.

  9. 6 yanvar 2013 12:59
    Men esitdiyime gore Sultan Suleyman oz oglunu bogaraq oldurtdurub.Melumatin dogruluqunu deqiq bilmirem. Ancaq en cox sevdiyim hokmdarlardandir.

  10. 5 fevral 2013 14:57
    cox tewekkur edirem bele melumatlari oxumaq cox maraqli gelir insana neden bimirem sirf hemin dovru oyrenmek ucun suleymanin dovrune getmeyi cox isteyirem......,,,,,

  11. 26 sentyabr 2014 22:01
    cox sag olun bu deyerli melumat ucun.derin minnetdarligimi bildirirem.yorulmayasiz.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.