XIV Lüdovik

XIV Lüdovik


XIV Lüdovik

     Ədədi mistikasının tərəfdarları Fransa kralı Xiv Lüdovikin həyatı ilə bağlı olaraq onun üçün 14 ədədini fatal ədəd kimi qiymətləndirirlər.Bunun səbəbi odur ki,o 14-cü kraldır və həm də krallıq tacına 1643-cü ildə yiyələnib,bu ilin rəqəmləri cəmi isə 14-dür.O 1715-ci ildə vəfat edib,burada da yenə rəqəmlər cəmi 14 alınır.Lüdovik 77 il ömür sürüb ki,burada da 7+7=14 olur.1689-cu il 14 iyulda Parisdə onun heykəli qoyulmuş və bundan 100 il sonra 1789-cu il 14 iyulda isə heykəl dağıdılıb.

     XIV Lüdovikin sarayında onun çox hörmət etdiyi bir əyan var idi.Əyan olmağına baxmayaraq,çox kasıb idi.Bir dəfə söhbət əsnasında Lüdovik ondan soruşur ki,onun ürəyi necə istərdi,hansı gəlir yerini istərdi,o ona versin.Lüdovikin xasiyyətini yaxşı bilən əyan,bilirdi ki,Lüdovik belə vaxtlarda həmişə çoxlu vədələr verir,amma sonradan da heç birini yerinə yetirmir.Buna görə də ondan çox original və onun yerinə yetirə biləcəyi bir şey istəyir.Əyan kraldan xahiş edir ki,heç bir gəlir yeri lazım deyil.Sadəcə olaraq digər əyanların və ya camaatın yanında həmişə ona yaxınlaşanda çiynindən əli ilə bir-iki dəfə vursun.Vəssalam.

     Kral gülümsəyir və yeri gəldikcə onun dediyi kimi də edir.Nəticədə bu əyanın kralla çox yaxın dost münasibəti olduğunu zənn edən digər əyanlar,tacirlər və b.qədərindən artıq formada ona yaltaqlanıb,yer-yerdən işlərini düzəldirlər və əyan çox qısa vaxtda varlanır.  

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. kecmish
    8 fevral 2012 17:42
    Maraqldr. Durmadan ishleyirsiniz.Yorulmayasnz.Zema ile Kamrann
    avatari eynidir.Niye?

  2. 9 fevral 2012 11:07
    14 ludoviq dogrudanda tatixde oz izi ile secilen simalardan biridir,onun haqqinda cox eserler var,amma onunla bagli bu cur epizodlarda adama cox maraqli gelir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.