Arman Jan Dyu Plessi de Rişelye

 Arman Jan Dyu Plessi de Rişelye


 Arman Jan Dyu Plessi de Rişelye.

                                          ( 1585-1642)

 

 

        Hersoq, fransız dövlət xadimi və diplomat olmuşdur. 1622-ci ildə kardinal olaraq kral şurasının üzvü seçilir. Kral şurasının sədri (1624-1642), Fransanın faktik olaraq hökmdarı; Fransanın sərhədlərinin genişlənməsi və Avropada Fransa hegemonluğunu təsdiqləyən xarici siyasət yeridirdi.

       Arman Jan dyu Plessi de Rişelye 1585 ilin sentyabrın 9-da parisdə anadan olmuşdur. O, Puatodan olan zadəgan Fransua dyu Plessinin kiçik oğlu idi.   -             vəzifəsini tutan Fransua iki əsas kralın –III Henrix və IV Henrixin ən etibarlı adamlarından olub. Rişelyenin anası (qızlıq soy adı Suzanna de La Port) Paris parlamentinin vəkilinin ailəsindən idi. 16 yaşında ikən sneyor dyu Plessiyə ərə gedir. Bu nigahdan onların 5 uşağı olur və o, həyatını bu uşaqların təlim-tərbiyəsinə həsr edir.

      Arman Jan dyu Plessi, gələcək kardinal Rişelye, ailədə dördüncü uşaq idi. Uşaq çox zəif doğulmuşdu. Həkimlər bu uşağın bir ay belə yaşayacağına inanmırdılar. Xoşbəxtlikdən bu xəbər gerçəkləşmədi. Düzdür, Rişelye ömrünün sonunadək baş ağrılarından əziyyət çəkmişdi. Bəzən bu ağrılar o dərəcədə güclü olmuşdu ki, o, nə yaza, nə də oxuya bilmişdi. Ehtimal ki, dyu Plessinin nəslində olan bu ağrılar ruhi xəstəliyin təzahürü idi.

     Ərinin qəfil ölümündən sonra (Fransua 1590-cı ildə 42 yaşında qızdırma xəstəliyindən vəfat edir) Suzanna de Rişelye çxlu borc içində qalır. Arman drğma malikanəsi olan Puatoda uşaqlığını keçirdir.

      Rişelye 1594-cü ildə dayısı Amadorun sayəsində Parisə gəlir. 10 yaşlı Arman imtiyazlı Navvar kollecinə girir. Kolleci qurtarmağa az qalmış o, latın dilini əla bilərək, italyan və ispan dillərini mükəmməl öyrənmişdi. Onun antik tarixə çox böyük həvəsi var idi.

     Rişelye Plyuvineldə kral qvardiyası üçün zabit hazırlanan «Akademiyaya» daxil olur. Rişelye akademiyada qazanmış adətləri və hərbi işə olan məhəbbətini ömrünün sonuna kimi dəyişmədi.

    1602-ci ildə Armanın böyük qardaşı Alfons birdən-birə onun üçün Syüsonda hazırlanmış yepiskop yerindən imtina etdi. Yepiskopluq ailəyə stabil olaraq gəlir gətirdiyi üçün, Arman Sarbonna universitetinin ilahiyyat fakültəsinin tələbəsi olur. 1606-cı ildə isə kilsə qanunlarının müdafiəsi üzrə magistr elmi dərəcəsi alır. Qanuna görə, yepiskop rütbəsinə iddiası 23 yaşdan kiçik olmamalı idi. 22 yaşlı Rişelye xüsusi icazə almaq üçün Romaya gedir. Papa V Pavel gənc dyu Plessinin latınca nitqini dinləyərək çox razı qalır. 1607-ci ilin aprelin 17-də Arman yepiskop rütbəsinə keçir. Rişelye oktyabrın 29-u Parisdə ilahiyyat üzrə doktorluq dissertasiyası müdafiə edir.

     Tezliklə, Arman dyu Plessi ən məşhur moizəçilərdən biri olur. IV Henrix onu başqa cür deyil, məhz  «mənim yepiskopum» deyə çağırırdı. Rişelye sarayda öz münasibətlərini, dostluğunu yalnız mötəbər (nüfuzlu) adamlarla qururdu. Ancaq onun əsl vaxtı hələ gəlməmişdi.

     1608-ci ilin dekabrında Rişelye Lyusonda, Parisdən 448 km uzaqda kiçik bir şəhərə Bandaya təyin olunur. Lyuson yepiskopu öz işinə çox ciddi yanaşır. O, kilsəni bərpa etdirərək, etiqad edənlərə qayğıyla yanaşaraq, ruhaniləri ciddiliklə qoruyurdu. İlahiyyata və tarixə xüsusi diqqət göstərirdi. Rişelye Fransada katolik dininin nüfuzunu möhkəmləndirməyə çalışan kardinal Pyer Beryul, «boz həzrətləri» adı ilə tanınan  Jozef ata ilə tanış olur. (Əsl adı Fransua Leklerk dyu Tramble). Jozef ata ilahiyyatda olduğu kimi siyasətdə də, böyük nufuza malik idi. Məhz Jozef ata onu Mariya Mediçi  və onun əzizi marşal d Ankpoya tövsiyə etməklə, Rişelyenin siyasi karyerasının əsasını qoyur. Lyusonski yepiskopu Parisə möizə oxumağa dəvət olunur. Bu çıxışlarının birində kraliça və gənc XIII Lyudovik iştirak edirdi.

     1614-cü ilin oktyabrın 27-də açılmış Baş Ştatlarda Rişelye birinci silkin (ruhanilərin) maraqlarını müdafiə edirdi. O, kilsənin dövlət tərəfindən idarə olunması, dövlət xərclərinin dayandırılması, duellərin qadağan edilməsi, məmurlar arasında korrupsiyanın kökünü kəsilməsi tələbi ilə çıxış etdi.

     Lyusonsk yepiskopu Mariya Mediçinin ünvanına, kraliçanın siyasi müdrikliyi haqqında halbuki, bilə-bilə ki, kraliçanın xüsusilə, maliyyə-iqtisad sahəsindəki siyasəti ölkəni krizis həddinə çatdırıb. Bununla belə xoş sözlər deyildi.

    Rişelye, insan zəifliyindən bacarıqla istifadə edə bilirdi. 1615-ci ilin dekabrında Lyusonsk yepiskopu gənc kraliça Avstraliyalı Annanın keşişi təyin olunur. Kral şurasının üzvü və Mariya Mediçinin şəxsi məsləhətçisi olmaqla, bundan bir il sonra noyabrda o, dövlət katibi vəzifəsini tutur.

     Dövlət katibinin vəzifəsinə təkcə, orduya rəhbərlik etmək deyil, eyni zamanda xarici siyasətlə məşğul olmaq da daxil idi. Rişelye diplomatik korpusa bacarıqlı, enerjili adamlar daxil etməklə, islahatlar aparılmasına nail oldu. Bununla belə, dövlətin xarici siyasətini kraliça vıə İspaniya, Müqəddəs Roma imperiyası və Roma papası ilə yaxınlaşmaq siyasəti yeritmək, marşal d Ankr müəyyən edirdi. O, dövlətdə «ispan partiyasının» üzvü olan Rişelye bu istiqamətdə hərəkət edir.

      1617-ci ilin aprelində gənc XIII Lyudovikin razılığı ilə iki dövlət çevrilişi nəticəsində faktik olaraq ölkənin hakimi, kralın sevimlisi Alber de Lyuin olur. Rişelye himayədarı olan Mariya Mediçi ilə sürgünə getməyə məcbur olur.

      Üç il Lyusonsk yepiskopu onları barışdırana qədər, onunla kraliça ilə hökmdarlıq edən oğlu arasında düşmənçilik sürdü. 1622-ci ilin yayında sürgündə olanlar Parisə qayıtdılar. Kral tərəfindən Rişelyenin xidmətləri qiymətləndirildi: 1622-ci iln dekabrın 22-də Roma katolik kilsəsinin kardinal rütbəsinədək yüksəldi. 1623-cü ilin aprelin 24-də o, kral şurasının üzvü, elə həımin ilin avqustun 13-də isə Fransanın birinci naziri təyin edilir.

      Rişelye yeni vəzifəsində kralın mütləq hakimiyyətini möhkəmləndirməyə başladı. O, əsilzadə silkini, mütləq monarxiyanı qorumaq və hörmət etməyə, inam və həqiqətlə keşişə xidmət etməyə, feodal dağınıqlığına son qoymağa çağırırdı.

      Rişelyenin baxışlarını müdafiə edən zadəganlar onun dayağını aldalar. Müxalifətçilərə qarşı daha qəddarcasına davrandılar. 1626-cı ilin yayında kralın ögey qardaşı  Vandom hersoq Lonqvil, markiz Şale, hersoqinya Şevrez Avstraliyalı Annanın dəstəyi ilə kardinal əleyhinə sui-qəsd təşkil etdilər. Sui-qəsdin üstü açılır. Dostları tərəfindən tərk edilmiş Şale eşafota (edam kürsüsünə) başını qoyur.

     Rişelye hakimiyyətə gələn zaman, Fransa üzərini ispan-avstriya evi olan Habsburqlar tərəfindən təhlükə alır. İmperator II Ferdinand öz hakimiyyəti altında vahid Almaniya görmək istəyirdi. Habsburqlar katolik universalizmini həyata qaytarmağı, protestantlığın kökünü kəsməyi və Almaniyada imperator hakimiyyətini və öz təsir dairələrini genişləndirməyi düşünürdülər. Bu hegemon planlara qarşı protestant alman knyazları və bir çox Avropa dövlətləri çıxdı. Otuzillik müharibə (1618-1648) Habsburqlar imperiyasının Almaniyanı özünə birləşdirmək üçün etdiyi son cəhd oldu.

      Rişelye Avropa konfliktinin inkişafını həyəcanla izləyirdi. Habsburqlar sülaləsinin artan təsiri təkcə, alman protestant knyazlarının deyil, həm də Avropanın digər dövlətlərinin, birinci növbədə Fransanı narahat edirdi. Kardinal belə hesab edirdi ki, vahid katolik Avropasının hələ vaxtı çatmayıb. Ona görə də millətin və dövlətin maraqlarını katolik dininin qeyri-real maraqlarına qurban vermək olmaz. Rişelye Fransanın sərhədlərində qüdrətli dövlətin yaranmasına razı ola bilməzdi. Ona görə də, imperator  II Ferdinanda qarşı mübarizədə knyazlara dəstək verdi. Bu inanılmaz görsənə bilər. Kardinal (təbii ki, katolik) protestantların tərəfinə keçir. Ancaq Rişelye üçün birinci yerdə, həmişə dövlətin maraqları  dururdu.

     Fransa bir çox səbəb üzündən hərbi əməliyyatlarda iştirak edə bilməzdi. Ona görə də Rişelye, Habsburqların düşmənlərinə diplomatik və maliyyə cəhətdən kömək göstərirdi. O, Fransanın Habsburqlara qarşı döyüş əlləri olan müttəfiqlər tapdı. Hakimiyyətinin ilk illərində Rişelye dahiyanə bir fikir söyləmişdi: Habsburqlar üçün ölümcül müharibə iki cəbhədə getməlidir. Ancaq, Almaniyada iki cəbhəni kim açmalıdır? Rişelyenin fikrinə görə, şimal-qərbdə-danimarkalılar, şimal-şərqdə-isveçlər.

      O, Danimarka kralı IV Xristian ilə danışıqlar aparmağa başlayır. IV Xristian Habsburqların Şimali Almaniyada, Şimal və Baltik dənizlərinin sahillərində möhkəmlənməsini istəməyərək, İngiltərə və Hollandiyadan maddi yardım alaraq, imperiya əleyhinə müharibəyə qoşuldu. İsveçlər Baltik dənizi məsələsi ilə məşğul olduqları üçün, imperiya əleyhinə müharibədə iştirak etməkdən imtina etdilər.

      Fransada hugenotların (XVI əsrdə fransız çıxışları uzun müddət beynəlxalq məsələlərdə Rişelyenin fikrini bir yerə cəmləşdirməyə qoymadı.

      Hersoq de Roandan ilhamlanan hugenot –protestantlar La-Rozeli və Langedokda üsyan qaldırdılar. Onlar 1620-ci ilin sonlarında Fransanın cənubunda müstəqil hugenot respublikasının yaradılmasını təntənəli şəkildə bildirdilər. Kral maraqlarını müdafiə edən Rişelye, üsyançılarla amansız rəftar etdi. La-Roşelinin Montobana və digər cənub rayonlarının alınmasından sonra, o, hugenotları siyasi hüquqlardan məhrum etdi. Hugenotların istehkamları darmadağın edirdi.

      Kardinal krala yazırdı: «Bidətçi və qiyamçıların mənbələri məhv edildi». 1629-cu ilin iyunun 28-də, Fransada uzun müddət davam edən qanlı dini    müharibəyə son qoyan «mərhəmət sülhü» imzalandı. Rişelye, fransız protestantlarına II Ferdinandın Almaniyada protestant knyazlarına verməkdən imtina etdiyi vicdan azadlığı və məzhəbini Rişelye fransız protestantlarına hədiyyə etdi.

      Ölkəsini daxili çəkişmələrdən qoruyan kardinal diqqətini xarici işlərə yönəldir. İmperator tərəfindən IV Xristianın məğlub edilməsindən sonra, Rişelye özünün bütün süni diplomatiyasından istifadə edərək, başda kral sərkərdəsi Qustav Adolf olmaqla  İsveçi Habsburqlar əleyhinə qaldırır. Onun bütün işlərində sağ əli mükəmməl diplomat, Roma katolik rahibi Jozef ata idi. Bu «boz rahib»

Fransa və kralın şöhrəti naminə sakit diplomatik otaqlarda oturub çalışırdı. Jozef ata Fransanın tərəfinə alman kürfürüst ( imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) çəkmək istəyirdi. Onun ən böyük uğurunu Bavariya ilə dostluq münasibətləri yaratmasını saymaq olar.

     1630-cu ildə Almaniyaya ən qabiliyyətli fransız diplomatlarından- Fankan, Şarnas və başqaları göndərilir. Onlara protestant knyazları tərəfindən dəstək almaq tapşırığı verilmişdi. 1631-ci ildə Rişelye, Baltik dənizi sahillərindən imperiya qüvvələrini qovmaq üçün, Qustav Adolfnan ittifaq bağlayır. İsveç və Fransa  Almaniyanın azadlığını bərpa etmək, alman knyazlarını imperator əleyhinə qaldırmaq, 1618-ci ilə qədər mövcud olan əmin-amanlığı yaratmaq üçün müttəfiq olurlar.

      Fransa İsveç kralına maliyyə yardımı göstərdiyi üçün kral da Almaniyaya öz qoşunlarını göndərməyi söz verdi.

      Fransız tarixçisi F. Erlanjer «Rişelyenin on il müddətində uğurla yerinə yetirdiyi «qızıl diplomatiya» adlandırdığı fəaliyyəti haqqında Rişelyenin bioqrafı P.P. Çerkasov məlumat verir. O, alman protestantlarının iğtişaşlar törətməsinə maliyyə yardımı göstərmiş, Daniya kralı IV Xristianı müharibəyə cəlb etmiş, onun məğlubiyyətindən sonra isə, isveç kralı Qustav Adolfun müharibəyə cəlb etmişdi. Rişelye İspaniya və Hollandiya arasındakı ziddiyyətlərə dəstək verir, Şimali İtaliyada antiavstriya və antiispan əhval-ruhiyyəni genişləndirdi, Habsburqlar əleyhinə koalisiyaya Rusiya və Türkiyəni də cəlb etmək istəyirdi. O, İmperiya və İtaliyanı həmişə gərginlikdə saxlamaq üçün maliyyə yardımını əsirgəmirdi. Təkcə Adolf Qustava hər il fransız xəzinəsindən bir milyon livr pul xərcləmirdi. Rişelye Habsburqlar əleyhinə döyüşmək istəyən, istənilən dövlətə maliyyə yardımı göstərməyə hazır idi.

        Lyutsen yaxınlığında (1632) döyüşdə Adolf Qustanın ölümü, Nerdlingem yaxınlığında (1634) İsveç-Veymar ordusunun darmadağın edilməsi, karndinal tərəfindən təşkil edilmiş protestant koalisiyasının faktik olaraq süqutuna səbəb oldu.

      Rişelye XIII Lyudovikə möhtəşəm Fransadan istifadə etməklə, protestant dövlətlər tərəfindən hərbi əməliyyatlara başlamağa inanmırdı: «On illər ərzində dövlətimiz əleyhinə birləşən müttəfiqlərimizin gücünün qarşısını almağı bacarırdınızsa və bu sizin ağıllı olmağınızı sübut edirdisə, onda siz əllərinizi qılınca deyil, cibinizə qoyurdunuzsa, indi müttəfiqlərinizin sizsiz hərəkət etməyəcəyini bilməklə, açıq döyüşə gedə bilərsiniz. Belə hərəkət etməklə, siz, öz dövlətinizdə sülhü qorumaq naminə, cəsarətli və müdrik insan olduğunuzu sübut edəcəksiniz....».

      Avropada siyasi sabitliyə nail olmaq Rişelyenin əsas məqsədi idi. Flandriyanın tutulması, Danimarka , İsveç və eləcə də imperator əleyhinə alman protestant knyazlarının mübarizəsinə dəstək vermək, Almaniya və İspaniya əleyhinə müharibədə fransız ordusunun bilavasitə iştirakı, kardinalın proqramının əsasını təşkil edirdi.

       Rişelye Habsburqlara qarşı açıq çıxış etməmişdən qabaq, iki vacib problemi həll etdi: o, taxt-tacının həqiqi varisi sayılan Qaston Orleanskini vətənə qaytarmağa və Lotaringiyanı qəsd etməklə öz sərhədlərini şimala doğru genişləndirməyə müvəffəq oldu. Hələ 1633-cü ildə kardinal XIII Lyudovikə yazaraq bildirmişdi ki, əgər kral Almaniyada protestant knyazlarının tərəfini tutaraq, Avstriya evinə qarşı qalxardısa, onda onlar Reynə qədər olan bütün əraziləri ona verəcəkdilər. Reynə olan yol Lotaringiyadan keçirdi. Əgər bu ərazilər birləşdirilərsə, Fransa ərazilərini yavaş –yavaş Reynə qədər genişləndirmək olar. Həmçinin, əgər Flandriya İspan hökmranlığına qarşı qalxardısa, onda onun da torpaqlarını bölüşdürmək olardı.

        Rişelye diplomatik silahlardan deyil, həm də təbliğatdan da istifadə edirdi. Fransada kardinal siyasətini əks etdirən birinci qəzet nəşr olundu. Rişelye həm də, öz tələblərini hüquqi cəhətdən əsaslandırmağa çalışırdı. Tezliklə, «Fransaya Lotaringiya və Var hersoqluğunu birləşdirməyin hansı məqsədəuyğun vasitələri var?» sərlövhəli həcv çıxdı. «İmperatorun Reynin sol sahilindəki ərazilərə heç bir hüququ çatmır. Bu çay 500 il müddətində, Fransa sərhəddini müəyyən edirdi. İmperator qəsbkardır» bu cür sözlər həcvlərdə yazılırdı.

        Rişelye Habsburqlar əleyhinə yeni koalisiya təhkil etməyə başlayır. 1635-ci ilin fevralında Hollandiya ilə müdafiə və təcavüzkarlıq haqqında müqavilə bağlayır.

        Rişelye İsveçi, imperator əleyhinə birgə hərbi əməliyyatlar aparmaq üçün, 1635-ci ilin aprelində bağlanmış Kompyensk müqaviləsinə əsasən müharibədən çıxmağa qoymadı. Həmçinin, kardinal Şimali İtaliyada, anti-ispan blokunun yaradılmasına, Savoyya və Parmanı da bu işə cəlb edilməsinə nail oldu. İngiltərə neytrallığını saxladı.

       Fransa diplomatik hazırlıqdan sonra, 1635-ci ilin mayın 19-da İspaniyaya, sonra isə Müqəddəs Roma imperiyasına müharibə elan etdi. XIII Lyudovik  və Rişelyeyə qohum dövlətlərə qarşı açıq oynamaq heç də asan deyildi. Onlar Roma papası tərəfindən  ittiham oluna bilərdilər.

      Birinci üç ildə müharibə Fransa üçün uğursuz oldu. Demək olar ki, bütün cəbhələrdə fransız ordusu məğlub olurdu. 1636-cı ilin yaında İspan Niderlandlarının canişinləri Parisə qədər yaxınlaşmışdılar. Fransa sarayında kardinal əleyhinə bir neçə sui-qəsd təşkil edən Rişelyenin düşmənləri də canlandılar. Ölkədə vergilərin çoxluğu xalq üsyanlarının başlanmasına səbəb oldu. Bu üsyanların yatırılmasına bütün ordu cəlb olundu. Bütün bunlara baxmayaraq Fransa, iki əzəmətli düşmən olan-Habsburqlar və İspaniya imperiyasının təzyiqinə qarşı dayana bildi. 1638-ci ildə hərbi əməliyyatlar Fransa lehinə dəyişdi. Fransa və onun müttəfiqləri , 1639-1641-ci illərdə döyüşlərdə tez-tez qələbə qazanırdılar.

        Rişelye İspaniyada daxili vəziyyətin, daha doğrusu Kataloniya və Portuqaliyada başlamış xalq üsyanlarının kəskinləşməsindən istifadə etdi. Fransa bu ölkələrin müstəqilliyini tanıdı. Fransızlar və kataloniyalıların bircə səyi nəticəsində ispanları Russilondan qovdular. IV Juan özünü Portuqaliya kralı elan edərək, Fransa və Hollandiya ilə müqavilə bağladı. Müqaviləyə görə, Portuqaliya on il müddətində İspaniya kralı IV Filipp ilə hər hansı bir ittifaqa girə bilməzdi. 1641-ci ilin iyulunda Brandenburqdan olan gənc kürfüst imperatornan bütün müqavilələri pozaraq, İsveçnən saziş bağlayır.

      Rişelyenin siyasəti qalib gəlir. İntriqa və sui-qəsdlərə baxmayaraq, Fransa sarayında onun yeri möhkəmlənir. 1641-ci ildə kardinal qardaşı qızını hersoq Engienskiyə ərə verərək, kral ailəsi ilə qohum olur.

      1642-ci ilin yayında Rişelye çox ciddi xəstələnir. Çoxlu sayda yaralar onu nəinki hərəkət etməyə, hətta yatmağa belə qoymurdu. Ancaq kardinal orduya əmrlər, diplomatik təlimatlar, qubernat və intendantlara-(orduda və ya qoşun hissələrində təsərrüfat işlərinə baxan adam) sərəncam verərək, gərgin iş rejimi ilə işləyirdi. O, Almaniyadan Breytenfeld yaxınlığında imperiya ordusunun darm­adağın edilməsi haqqında xoş xəbər aldı. Qəflətən noyabrın 28-də vəziyyəti pisləşir. Həkimlər-irinli plevrit adlı daha bir xəstəlik diaqnozu qoydular. Ömrünün son günlərində kral onu iki dəfə yoluxmağa gxəlir. XIII Lyudovik Rişelyenin xahişinə əsasən, onu Mazarininin varisi elan edir. «Mənim dövlətin düşmən­lərindən başqa heç bir düşmənim yoxdur»-deyə kardinal ölümqabağı etiraf etmişdi. Dekabrın 4-də Rişelye vəfat edir.

      Kardinalın ölüm xəbərini eşidən Papa VIII Urban demişdi: «Əgər allah vardırsa, onda kardinal Rişelye çox işlərə görə onun qarşısında cavab verəcəkdir. Əgər yoxdursa..., onda o, müvəffəqiyyətli ömür sürmüşdür».

      Rişelye pulu və var-dövləti çox sevirdi. O, ölkədə ən varlı adam idi. Onun illik gəliri bir neçə milyon livr idi. O, qadınları da çox sevirdi. Onun məhəbbət macəraları haqqında bir neçə əfsanə və yadda qalan hadisələr məlumdur.

     Rişelye çox istedadlı adam idi. O, təkcə qabiliyyətli dramaturq və yazıçı deyil, həmçinin rəssam və musiqiçi kimi, antik və intibah dövrün bilicisi, mesenat və kolleksiyaçı kimi də tanınırdı. Fransada ən böyük kitabxanalardan biri ona məxsus idi. O, ölümündən sonra, bu kitabxananı Sarbonna universitetinə vəsiyyət edir. Rişelyenin dövründə Fransa Akademiyası (1635), Sarbonna universiteti təşkil olunmuş, Pale-kardinal ( sonralar Pale-Royal) inşa edilmişdi.

     Rişelyenin diplomatik fəaliyyətinin vüsəti adamı heyran edir.Fransız tarixçisi F. Gizoya görə, Rişelyenin vaxtında 74 müqavilə hazırlanıb və bağlanılıb.

     O, diplomatiyada əsas-danışıqların olmasını «Siyasi vəsiyyətnaməsində» qeyd edir. Bu danışıqların nə sülh zamanı, nə də hərbi əməliyyatların gedişində kəsmək olmaz. Mən cəsarətlə bildirirəm ki, «danışıqları hər yerdə və hər zaman açıq şəkildə aparmaq lazımdır». Bu fikri inkişaf etdirərək kardinal göstərirdi ki, məvəffəqiyyətlə alınmayan danışıqlar belə, informasiya mənbəyi kimi, çox qiymətlidir. Bu danışıqları kim aparırsa, «dünyada nələrin baş verdiyindən xəbərdardır. Hər yerdə-yaxında və uzaqda fəaliyyət göstərmək lazımdır».

     Danışıqların ən mühüm mövzusu xarici siyasi əlaqələrdir. Onlar ümumi maraqlar baxımından ailəvi, dövlətlərarası, ümumiyyətlə müxtəlif ola bilərlər. Rişelye təhlükəli anlarda belə istənilən əlaqəlrin qanuni olmasını qeyd edirdi. Əgər bu müqavilələr bağlanıbsa, onda onlara sadiq qalmaq lazımdır. «Krallar bağladıqları müqavilələr barəsində xəbərdar olunmalıdırlar. Əgər müqavilə bağlanırsa, onda ona dinə olan kimi hörmət göstərilməlidir».

      Rişelye diplomatları, administratorları və ordu sərkərdələrini çox bacarıqla seçirdi. Bu ona demək olar ki, iki onillik fransız dövlətini ildarə etməyə imkan vermişdir. Kardinalın hakimiyyəti çox sərt idi. O, ölkə daxilində, nüfuzlu aristokratların separatik ənənələrinin qarşısını almaq üçün, od və qılıncla, yalan və pulla satın almaqla bir çox işlər görürdü.

     Rişelye fransız müstəmləkə siyasətinin başlanğıcını qoydu. O, güclü donanma yaratmağı qarşısına məqsəd qoymuşdu.  Fransa əlverişli coğrafi mövqedə yerləşdiyi, lazım olan hər şey olduğu üçün, dənizə hökmranlıq edə bilər. «Mən Fransaya tay başqa krallıq görmürəm». Rişelyenin vaxtında Kanadada, Qvineyada və Antil adalarında fəaliyyət göstərən birinci ticarət şirkətləri meydana gəldi. Kardinal diplomatik vasitələrlə fransız tacirlərinə Türkiyə, İran və Rusiyaya getmək üçün yol açmışdı.

      Rişelye «Siyasi vəziyyət» əsərində yazırdı: Bu və ya digər ölkələrə aid olan işlərdə kim ki, güclüdür, o, adətən haqlı olur. Kim zəifdirsə, bir çox dünya ölkələri tərəfindən haqsız olduğu bildiriləcək». Bu kəlam öz qonşusunun işinə qarışan bir dövlət tərəfindən çox nadir hallarda şübhə doğurur».

     Kardinal beynəlxalq münasibətlərdə çox böyük uğurlara müvəffəq olmuşdur. O, Avropada fransız müqavilələrinin sistemini yaratmışdır. İspaniya və Avstriya Habsburqlarının mövqeyini zəiflətmiş, ayrı-ayrı alman knyazlarının faktik olaraq müstəqilliyini təmin etmiş, İtaliyada aktiv siyasət aparmışdı. Rişelyenin ölümü, fransız xarici siyasətinin əsas istiqamətini dəyişmədi. Rişelye onu «öz adamının» -Culio Mazarininin əllərinə təhvil verdi. O,              şəxsiyyət olmasa da, möhtəşəm baş nazirin istəyi ilə kardinal seçildi. P.P. Çerkasov yekun olaraq yazırdı: «Rişelye Avropada sabitlik və «təbii sərhədlər»-ideyasının yorulmaz tərəfdarı idi. Kardinalın bu ideyaları Otuzillik müharibənin nəticəsində həyata keçirildi. Avropada Avstriya – ispan və Papa hegemonluğunu aradan qaldırıldı. Kontinentdə birinci dəfə sabitlik yarandı. Sonda Fransa, təbii sərhədlərini qazandı. (cənub-qərbdə Pireney, cənub və şimal0qərbdə dəniz sahilləri, şərqdə Reynin sol sahili). Müharibənin və kardinalın məqsədi Fransa ərazilərini Elzas və Lotaringiya, Artua və Russilyon hesabına genişləndirmək idi. Pireney sülhündən başlayaraq demək olar ki,  130 il ərzində Fransanın ərazisi basqınlara məruz qalmadı. Və bu işdə Rişelyenin xidmətləri danılmazdır».

        Kardinal beynəlxalq arenada böyük uğurlar qazanmışdı. Eyni zamanda onun dövründə ölkədə çox illər davam etmi, daxili və xarici müharibələr nəticəsində, təsərrüfat dağınıqlığı vəziyyətində idi. İqtisadiyyat və maliyyə onun xarici siyasətinə qurban verilmişdi. Rişelye, bütün Fransa əhalisi tərəfindən nifrət edilərək öldü. Sağlığında o, bu nifrəti görməməyə çalışırdı.

        Bununla belə, Rişelye dünya tarixində mühüm fiqurlardan biri idi. O, ölümündən sonra miras kimi sülhü qoyub getdi. Özü doğulmuş dünyadan əsaslı surətdə fərqlənən bir dünyanı. Ölümündən sonra Fransa, üç yüz il müddətində malik olduğu siyasəti inkişaf etdirdi.

       Rişelyenin səyi nəticəsində Fransa, Avropanın nüfuzlu ölkələrindən birinə çevrildi. 1648-ci ildə Otuzillik müharibənin sonunda bağlanmış Vesfval sülhü, yüz il ərzində dövlətlərin ali maraqları doktrinasına çevrilərək, Avropa diplomatiyasının aparıcı prinsipinə çevrilmişdi.

Arman Jan Dyu Plessi de Rişelye





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.