IV Gözəl Filipp

 IV Gözəl Filipp

 IV Gözəl Filipp.

 

      Kapetinqlər sülaləsindən ( 1285-1314 ) olan fransız kralıdır. Kral mülklərinin ərazisini genişləndirib. Papanı fransız krallığından asılı vəziyyətə salıb. Birinci Ali ştatları çağırıb. ( 1302) Papa tərəfindən tampliyerlər ordeninin ( orta əsrlərdə ruhani-cəngavər cəmiyyəti) ləğv edilməsinə nail olmuşdur. (1312)

      Gözəl Filipp 1268-ci ildə Fontebloda anadan olmuşdur. Onun atası III Cəsarətli Filipin birinci arvadı İzabella Araqonskoy olmuşdur. Bu qadından onun üç oğlu: Lüdovik, Gözəl Filipp və Karl Valua doğulmuşdur. İkinci dəfə o, Sisiliya və Yerusəlim şəhərlərinin kraliçası, Flandrsk qrafinyası Mariya Brabantskayaya evlənmişdi.

     IV Filippə 17 yaşında ikən Reymsdə tac qoyulur. O, hakimiyyətə atasının Araqoniya üzərinə yürüşü zamanı ölümündən sonra gəlir. Filipp 1284-cü ildə Navarsk kraliçası və Şampan vilayətinin qrafinyası Jannaya evlənir.Bu nigahdan onun onun üç oğlu: X Deyingən (dalaşqan) Lyudovik, IV Gözəl Filipp, V Uzun Filipp və İzabella adlı qızı doğulur.

      Fransız diplomatiyasının gələcəyi IV Filipə əsaslanırdı. Onun hakimiyyətdə olduğu illərdə bir çox diplomatik danışıqlar edilmişdir. Bu danışıqlar ərazi əldə etmək və ya müharibələrin qarşısını almaq məqsədini güdürdü. Bütün bunlar fransız diplomatiyasının təkmilləşdirilməsinə və inkişafına kömək edirdi. O Güclü ittifaqlar yaratmaqla əlverişli müqavilələr bağlamaqla mühüm rola nail oldu. Bundan əvvəl, Fransanın xarici dövlətlərlə əlaqəsi,  qısa və təsadufi xarakter daşıyırdı. Danışıqların əksəriyyəti şifahi aparılırdı. Ancaq Filipin vaxtında yazılı diplomatik əlaqələr qurulmuş və bu əlaqələrin təzahürü kimi səfirliklər yaranmışdı.

      Gözəl Filipp atasından miras qalmış Sisiliya və Araqoniyaya aid sualları diplomatik yolla həll edirdi. Sisiliya və Araqoniya kralı olmaq istəyən qardaşı Karl Valuanın etirazlarına baxmayaraq, o, tezliklə hərbi əməliyyatları dayandırdı. Bu konflikti həll etmək üçün 1291-ci ildə Taraskonda beynəlxalq qurultay çağırılır. Bu müasir dövrdə keçirilən konqreslərə oxşayırdı. Qurultayda papanı təmsil edənlər, fransız, ingilis, Neopditan və Aranqoniya krallarının nümayəndələri iştirak edirdilər. Burada ümumi Avropa məsələləri müzakirə edilirdi.

     İngiltərə kralı I Eduardnan münasibətlərdə də Filipp çox sərt siyasət yürüdürdü. Tez-tez iki dövlətinq vətəndaşları arasında krnfliktlər baş verirdi. Bu konfliktlərin birindən istifadə edən Filipp 1295-ci ildə ingilis kralını öz vassalı kimi Paris parlamentinin məhkəməsinə çağırır. Eduard etiraz etdi. Belə olduqda ona qarşı müharibə elan edilir. Eduard Şotlandiya ilə aparılan ağır müharibə ilə əlaqədar, 1297-ci ildə Filipnən barışıq, 1303-cü ildə isə sülh bağlayır. Bu sazişə əsasən Giyen ingilis kralı tərəfindən Filipə verilir. Filipp qızı İzabellanı Eduardın oğlu II Eduarda ərə verməklə bu əlaqəni qohumluq bağları ilə möhkəmləndirir.

       IV Filipp xarici siyasətdə olduğu kimi, daxili siyasətdə də öz hüquqşünaslarının məsləhətinə qulaq asırdı. Bütünlüklə öz işindəki uğurlarına görə onlara minnətdar idi. Onlar əsas etibarilə burjuaziyadan yeni çıxmış zadəganlardan və kiçik cəngavərlərdən ibarət idi. Filipp İtaliya və Fransanın hüquq məktəblərində təhsil alan və krallığın maraqlarının mahir müdafiəçilərinə

çevrilmiş  legistlərin (hüquqşünaslarının) köməyi ilə özünün möhtəşəm beynəlxalq planlarını (ideyalarını) həyata keçirmək istəyirdi. O, bu planlarını silahla deyil, diplomatik məharətlə həyata keçirirdi. Fransız kralı öz işğallarına xaricdən qanuni forma verməyi çox xoşlayırdı. Məhz buna görə də, onun hakimiyyət illərində məhkəmə prosesləri geniş yayılmışdı. Demək olar ki, IV Filipin zamanında hər bir böyük iş, təşəbbüs məhkəmə prosesinə qədər gedirdi. «Kral natariusları», «kral cəngavərləri», «kral adamları» kimi müxtəlif adlarla adlandırılmış hüquqşünasları kralın mənafeyini qorumaq adı ilə qanunsuzluğa yol verir və daim qanun pərdəsi altında gizlənirdilər.

      Fransa güclü monarxiyalı feodal dövlətinə çevrilirdi. Bu da öz növbəsində, Müqəddəs Roma imperiyası üzərində qələbə çalmış, Avropa dövlətlərinin işlərinə qarışan, Avropada və «bütün dünyada» allahlıq iddiasına düşən pap ilə toqquşmasına səbəb oldu.

     Papa VIII Benediktnən qarşıdurmada  IV Filippin diplomatik istedadı tam olaraq açılır.

    VIII Bonifasi 1294-cü ilin dekabrında 76 yaşında papa taxt-tacına oturur. Kilsə qanunlarının bilici kimi, işdə qeyri-adi bacarığı ilə fərqlənir. Özünün tükənməəz enerjisi və inadkarlığı ilə pap hakimliyi altında ideyalarının müdafiə olunmasına çalışırdı.

     Fransız  kralı tərəfindən dövlət aparatında aparılan reformalar, iki cəbhədə, İngiltərə və Giyena,  eyni zamanda Flandriya ilə aparılan müharibələr-bütün bunlar pul tələb edirdi. Buna görə də Filipp ingilis kralı (I Eduarda kimi) kilsə əmlakına vergi qoyur. Bonifasi 1296-cı ildə hədələyici bir cavab verir. Kübar hökmdarlara , ruhanilərə hər hansı bir verginin qoyulmasını, ruhanilərə isə papanın razılığı olmadan hər hansı bir ödəməni qadağan etdi. Bu qadağa monarxın əsas hüquqlarından birinə zərbə vurdu.

       Onda fransız və ingilis kralları papaya itaət edən hər bir kəsin mülklərini müdafiə etdilər. Filipp daha qabağa gedərək, xüsusi qanunla, krallıq ərazisindən qızıl və gümüşün çıxarılmasına qadağan qoydu. Onun zamanında Roma kuriyası (papa hakimiyyətinin baş orqanı) Fransadan gələn gəlirdən məhrum oldu. Ardınca kəskin mübahisə yaranır. Papanın müraciəti, kral tərəfdarlarının anonim həcvləri. Ancaq iki ildən sonra fransız və ingiltərə kralları sülh müqaviləsi bağladıqda, Roma papası formal olaraq, bu danışıqlara dəvət olunur. Papa müvəqqəti olaraq geri çəkilməyə məcbur olur. Bu zaman o, Kalonnalara başçılıq edən kordinalların güclü müqaviməti ilə rastlaşır. Bonofasi, Kolonnaların Fransız kralı ilə birləşəcəyindən qorxurdu.

      IV Filipp bir neçə il papanı onun qatı düşməni olan eyni zamanda bəzən maddi yardım göstərən İtaliyada olan düşmənləri ilə qorxudurdu.

      VIII Bonifasini müxalifətin çıxışlarını yatıra bildi. Bu qələbə, eləcə də Roma şəhərinə 1300-cü yubiley ilini qeyd eləməyə gələnlərə, papaya öz gücünü hiss etdirdi. O, minlərlə insanın önünə çıxaraq təntənəli şəkildə sülh məsələlərinin həllində ali hakimiyyət iddiasında olduğunu dedi.

     Ancaq Fransa kralı belə qərara gəldi ki, öz ölkəsində papanın nəinki sülh məsələləri, hətta kilsə işlərinə də qarışmağa qoymayacaq. 1301-ci ildə ruhanilərdən vergi alınması məsələsi böyüyərək  mübahisə şəklini aldı. İş o yerə çatdı ki, Fransız kralı kim olmalıdır və ya pap taxt-tacına kim sahib olmalıdır sualları meydana çıxdı. Xaç yürüşləri və Fransanın saxlanılması üçün yığılmış pulun dalınca papa müvəkkilinin Filippin yanına getməsi münasibətlərin yenidən qızışmasına səbəb oldu.

      Papa müvəkkili yepiskop Pamyerskiy Bernar Sesse heç bir güzəşt görmədikdə, Filippi interdiktlə (orta əsrlərdə Roma papası tərəfindən tənbeh olaraq müəyyən bir şəhərdə və ya ölkədə dini ayinlərin qadağan edilməsi) təhdid etdi. Filipp müvəkkilin həbsi və Sanlidə saxlanılması barəsində fərman verdi. O, papadan Bernarın vəzifəsindən azad etməyi dövlət məhkəməsinə verilməsinə razılıq verməyi tələb etdi. Cavabında papa tezliklə müvəkkilin azadlığa buraxılmasını tələb etdi. Bonifasi Fransa kralını ruhanilərdən vergi yığmaqdan və fransız ruhanilərinə papanın icazəsi olmadan krala hər hansı verginin verilməsini qadağan etdi. O, IV Filipi kilsə əmlakının alınmasında, hakimiyyətdə qədda fəaliyyəti ilə mühakimə etdi. Bu 1302-ci ilin noyabrın 1-də Romada açılacaq fransız ruhanilərini kilsə məhkəməsi keçirməyə çağırdı. Bonifasi kilsə məclisinə ya kralın şəxsən özünün gəlməsini, ya da öz müvəkkillərini göndərməsini təklif etdi. «Bununla belə- siz olmadan da papa fitvasını (fərman) verib qurtardı. Və siz bizim dilimizədn allah hökmünü eşidəcəksiniz».

     Filipp bu fitvanı təntənəli surətdə Paris Məryəm kilsəsində yandarılmasını əmr etdi. Məşhur hüquqşünaslar (legist) tərəfindən papa əleyhinə mahiranə kompaniya təşkil edildi. Qondarma papa fərmanları və bu fərmanlara kral tərəfindən qondarma cavablar verilən saxta sənədlər buraxıldı. Bu saxta sənədlər çoxları tərəfindən həqiqi sənədlər kimi qəbul edildi. Hüquqşünaslar (legistlər) milli hisslər üzərində oynayaraq bu işi guya Bonifasinin Fransanı vassal dövlətə çevirmək istəyi kimi qələmə verdilər. Kralın tərəfini universitetlər, kilsələr və şəhərlər tutdu. Adamlar kilsə məclisinin çağırılmasını və layiq olmayan papanın vəzifəsindən uzaqlaşdırılmasını tələb etməyə başladılar. Bu dəfə məclis Romada deyil, Fransada keçirilməlidir. Milli hisslərlə mübarizə aparan Bonifasi səhvə yol verdi.

      1302-ci ilin aprelində IV Filipp tarixdə ilk dəfə olaraq Parisdə Baş Ştatlar çağırır. Burada ruhanilər, baronlar və eləcə də şimal və cənub bölgəsinin əsas şəhərlərinin prokurorları iştirak edirdi. Deputatların qəzəbini qaldırmaq üçün onlara güclü və kəskin papa tələbləri yazılmış saxta papa fitvalarını oxumuğu başladılar. Bundan sonra kansler Flott iştirakçılara belə bir sualla müraciət etdi. Əgər kral dövlətin müstəqilliyini və şərəfini mühafizə edərsə və eyni zamanda fransız kilsəsinin onun hüquqlarını pozmasından qurtularsa, krala zümrə dəstək verə biləcəkmi? Ştatlar kralın tərəfini tutdular.

      1302-ci ilin mayında Flandriyada vergilərin ağırlığı üzündən üsyan baş verdi. Kurtre ətrafında məşhur «Şpor döyüşü»ndə Flandriya şəhərlərinin yığma qoşunları kral cəngavərlərini məğlubiyyətə uğradaraq, bütün Flandriyanı fransızlardan təmizlədilər.

       Onda Bonifasi, IV Filippin məğlubiyyətindən ruhlanaraq, Baş Ştatların çıxardığı qərara qarşı papa proqramının maksimum səviyyədə təşkil olunduğu məşhur fitvasını verir. İki cür qılınc var: dini və dünyəvi. Dini qılınc papanın, dünyəvi qılınc isə hökmdarların əlindədir. Ancaq, hökmdarlar bu qılıncdan, papanın iradəsinə uyğun olaraq, yalnız kilsə əleyhinə istifadə edə bilərlər. «Mənəvi hakimiyyət dünyəvi hakimiyyəti təyin edir. Və əgər o həqiqətən uzaqlaşırsa, onu mühakimə etməlidir». Papaya itaət etmək inamın ehkamı kimidir. Bu təkcə itaət etməyən Filipp deyil, bütün fransız xalqı əgər, Bonifasinin iradəsinə tabe olmazsa, məhrumiyyətdən xilas ola bilməyəcəklər.

     1303-cü ilin aprelində papa kralı kilsədən qovur. Roma hövzəsində olan yeddi kilsə əyalətini vassal asılılığından və krala verilmiş sədaqət andından azad etdi. Belə olduqda, Filipp Bonifasini yalançı papa (doğrudan da papanın seçilməsində saxtakarlıq olduğu haqqında söz-söhbət gəzirdi), kafir və cadugar adlanırdı.

      Bonifasi çox uzağa getmişdi: nə xalqı, nə də kralı qorxutmaq olmazdı. Hüquqşünaslar buna müvafiq olaraq ictimai rəy işləyib hazırladılar: Bütün Fransaya Filippin haqq-ədalətlə işlədiyini söyləyən kral casusları yayırdılar. Fransız kralı papanın əsir və müttəhimi kimi dindiriləcək. Ümumdünya kilsə məclisinin çağırıdmasını əmr etdi. Sözdən o, işə keçdi.

      Kral şurasının ən məhşur üzvü hüquqşünas Qayan Noqare papanı kilsə məclisinə çağırmaq üçün gedir. Bu zaman Bonifasiy Romada deyil, öz doğma şəhəri olan Anomyidə idi. O, burada sentyabrın 8-də Filippə son dəfə olaraq lənət yağdıran fitva vermək istəyirdi. Lakin Noqara ilə görüşdən sonra  o, xəstələnərək oktyabrın 11-də ölür.

      Papanın böyüklük iddiası kral hakimiyyəti ilə mübarizədə məğlubiyyətə uğrayır. IV Filippin VII Bonifasi ilə mübarizəsinin mümkün nəticəsi ondan ibarət oldu ki, kral ilk dəfə olaraq, papadan yüksəkdə duran Ümumdünya Kilsə Məclisini çağırmaqla, papa fəaliyyətinə baxılmasına cəhd etdi. Bu ideya qərb kilsəsinin parçalanması zamanı və eləcə də bir neçə əsr sonra mühüm rol oynaya bilərdi .

     1304-cü ildə kral 60 minlik ordu ilə Flandriyaya yeni yürüş etdi. Son nəticədə 1305-ci ildə Flandriya hərbi yürüşlər nəticəsində deyil, diplomatik danışıqlar nəticəsində sülh müqaviləsi bağlanılır. Frandlar bütün hüquq və etiqadlarını qoruyub saxladılar. Lakin böyük məbləğdə təzminat verməli oldular. Kral girov kimi Lisa çayı sahilindəki Lll , Due, Betyun və Orsi şəhərləri daxil olan torpaqları özünə götürdü. Filipp pulun ödənilməsindən sonra, bu torpaqları geri qaytarmalı idi. Lakin o, xaincəsinə bu müqaviləni pozaraq bu torpaqları ömürlük Fransaya qatdı.

        XI Benediktin bir neçə ay davam edən                                        sonra, 1305-ci ilin iyununda kardinallar Bordodan Bertran de Qo adlı arxiyepiskopu papa seçdilər. O, tarixə Roma papası V Klimenti kimi daxil oldu. Yeni papaya daimi yaşayış yeri kimi Avinyan şəhərini verdilər. Tezliklə bir neçə fransızdan ibarət kardinallar kollegiyasını seçdi. Bununla da «Fransız papalarının» gələcəkdə də seçilməsini təmin etdi.

        Filippin mənəvi sağlığı onun Bonifasi ilə mübahisəsindəki «səyi», «ədalətli» kralın özünü isə –«dinin çempionu» adlandırması V Klimentinin fitvasında əbədiləşdi. Kliment ömrünün sonuna kimi fransız kralına sadiq qaldı.

       Bu illərdə fransız diplomatiyası qeyri-adi aktivlik göstərərək, işğalçılıq planları haqqında düşünürdü. IV Filippin zamanında imperiyaya daxil olan müxtəlif sərhədyanı ərazilərin tutulması siyasəti ənənəyə çevrildi. Fransa və Almaniya arasındakı sərhəd zolağında impnriyadan formal olaraq asılı olan, öz aralarında ərazi mübahisələri aparan böyük və kiçik feodal knyazlıqları var idi. Bu çəkişmələrdə hansısa biri imperiyaya söykəndisə, o dəqiqə o biri tərəf kömək üçün Fransaya müraciət edirdi. Bu knyazlıqların hökmdarları müttəfiqlik bağları əsasında ticarət edirdilər. Bu ərazilərdə fransızpərəst dəstə, «etibarlı» adamlar saxlamaq kral diplomatiyasının əsas taktikası idi. Və imkan düşdükdə bu və ya digər torpaqları birləşdirmək. Fransız-alman sərhəddindəki mübahisəli ərazilərdə fransız təsirini daha çox hiss olunurdu. 1312-ci ildə fransız kralı tam olaraq Loterengiya ərazisinin suverenliyini tanıdı.

       Balansendə dağlılar öz qrafları əleyhinə üsyana qalxaraq, «fransız krallığına ğabe olmaq» tələbini irəli sürdülər.

       Voknlerdə imperator Albrext Avstraliyalının hakimiyyəti dövründə, onun IV Filipp ilə görüşərək, gizli danışıqlar aparır. Filipp Albrextə imperator taxt-tacını saxlamağa, irsən keçən Habsburqlar ərazisini idarə edəcəyi haqqında gizlində söz verdi. Əvəzində Albrext çox böyük ərazilər olan Reyn çayının sol sahilini və Rona dərəsini    IV Filippə verməli idi. Vokulerdə gizli danışıqların olub-olmamasından asılı olmayaraq, Reyn çayının sol sahili və böyük ərazilərin işğalı fransız diplomatiyasının çoxdan diqqət mərkəzində idi.

     1308-ci ildə Avstraliyalı Albrextin öldürülməsindən sonra, fransız diplomatiyasın bu planları daha böyüdü. Bir çox tarixçilərin Filipp haqqında məhşur ibarəsi: «Biz öz ərazilərimizi bütövləşdirmək istəyənlərik....»

      Bunun üçün Filipp imperator taxt-tacına siyasət üçün çox da yaramayan, turnirlər üçün yarayan qardaşı Karl Valuanı oturtmaq istəyir.

      Kral  IV Filippin etibarlı adamlarından biri yorulmaz hüquqşünas Pyer Dyuba krala məxfi məktub gətirir. O, Filippə qardaşı Karl Valuanın əvəzinə, özünün bu imperiyanın idarəsi üçün (demək olar ki, bütün Qərbi Avropa) turnirlərin həmişəlik romantik cəngavərini deyil, tamam başqa adamı, V Klimentinin köməyi ilə Müqəddəs Roma imperiyasının imperatoru kimi tac qoymasını məsləhət verir.

      Dyuba Fransaya Reynin sol sahilini və ya Provans, Savoy ərazilərini birləşdirməklə, imperiyanın Lombardiya və Venesiya üzərindəki haqqlarını almaq istəyirdi. Fransız kralı sülalə əlaqələrinə əsasən İtaliya aə İspaniyanı da əlində saxlayacaqdı. «Filipp Fransada oturaraq Avropa siyasətini idarə edəcək... O, Almaniya və İtaliyada daxili sabitliyi qoruyub saxlayacaq, bundan sonra Fələstini almaq üçün bütün qərb xalqlarını öz bayrağı altına yığacaqdır»-deyə, Dyuba gizlində fikirləşirdi.

     Bununla belə, Kapetinqlər monarxiyasının ümumdünya uğurları qonşuları üçün böyük təhlükə idi. Buna qarşı hamı, birinci növbədə, alman knyazları və papa V Kliment də qalxdı. Onların birgə səyi nəticəsində fransız diplomatiyasının planları pozulur. Və alman taxt-tacına Valua deyil, Lyüksemburqlu Henrix oturdulur.

     Beləliklə, IV Filippin və onun hüquqşünaslarının kəskin hərəkətlərinə baxmayaraq, ikinci dəfə o, imperiyaya başçılıq edə bilmədi. Üçüncü dəfə cəhd etdikdə isə bu, 1314-cü ildə Filippin ölümü ilə nəticələndi.

      IV Filipp haqqında danışdıqda, tampliyerlər (orta əsrlərdə ruhani-cəngavər cəmiyyəti) ordeni (cəmiyyəti) prosesini də unutmaq olmaz. Bu orden (cəmiyyət) çox zəngin idi. Sələmçiliklə  məşğul olduğuna görə, bir neçə dəfə fransız kralına və yüksək vəzifəli şəxslərə, böyük faizlə borc vermişdilər. Abbat İoann Trittengeym qəti olaraq bildirir ki, tampliyerlər təkcə pulları ilə deyil, Avropanın hər tərəfinə səpələnmiş torpaqları, şəhərləri, qəsrləri ilə ən varlı ordendir.

      1307-ci ildə Filippin  əmrinə əsasən Fransadan olan tampliyerlər ordeninin bütün üzvləri bir gündə həbs edilirlər. Onları xaçı təhqir etməkdə, bütpərəstlikdə və əxlaqsızlıqda təqsirləndirdilər. Bununla belə, Filipp tampliyerlər haqqında camaat arasında gəzən şayələrin çoxluğuna inanırdı. (Onları kübarlıq və loağalıqda, qaranlıq və pis işlərdə təqsirləndirirdilər) Ancaq kralın bu qərarının yerinə yetirilməsində pul çox böyük rol oynadı. Bəzi söz-söhbətə görə, Gözəl Filipp bu varlı ordendən böyük məbləğdə borc pul götürülmüşdü.

      1311-ci ilin oktyabrında V Kliment Vyanada Ümumdünya Kilsə Məclisi çağırır. Burada fransız sarayının təsiri ilə tampliyerlər ordeninin ləğv edilməsi, onun əmlakının isə müsadirə edilməsi həqqında qərar qəbul edilir. 1312-ci ilin aprelində qərar həyata keçirilir. Əvvəlcə, belə qərara gəlindi ki, müsadirə olunmuş ordenin əmlakı yeni xaç yürüşləri keçirmək üçün digər ordenə verilsin. Lakin bu əmlakın çox böyük hissəsi Filippə və digər keşişlərə çatır. Bunlar isə öz növbəsində öz ərazilərində tampliyerlər ordeninin fəaliyyətini qadağan edərək, onların var-dövləti ilə yaşamağa başladılar.

 

         IV Filippin hakimiyyətinin son illərində Fransa, Avropada ən möhtəşəm imperiyalardan birinə çevrildi. Papa hakimiyyəti yıxılmışdı, Almaniya miperiyası öz təsirini itirmişdi, hətta bu imperiyanın knyazlarının bir hissəsi Filippə, bir hissəsi isə ingilis kralına tez-tez şikayət edirdi.

        Filipp 1314-cü il noyabrın 29-da Fontebloda vəfat etmişdi.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 noyabr 2013 19:55
    bu necenci gozeldi.adindan ve uzunden bilinir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.