Ceyms Kuk

 Ceyms Kuk

Ceyms Kuk

Ceyms Kuk (1728-1779) məşhur ingilis səyyahıdır. O, muzdur-icarədar ailəsində anadan olmuş, 7 yaşından atası ilə birgə işləmyə başlamışdır. 13 yaşında məktəbə gedən Ceyms yazmağı və oxumağı öyrənir. 17 yaşında bir balıqçı qəsəbəsində  ticarət qulluqçusunun yanında şagird işləməyə başlayır. O,  ilk dəfə bu zaman dənizi görür.  1746-cı ildən gəmidə matros şagirdi, kömür daşıyan, sonra isə kapitan köməkçisi işləyir. O, bu gəmi ilə Hollandiya, Norveç və s. ölkələrin limanlarına üzür  və eyni zamanda özünütəhsillə məşğul olur. 1755-ci ildə Britaniya hərbi donanmasına matros kimi səfərbər edilən Kuk, iki il sonra şturman vəzifəsi alaraq Kanadaya göndərilir. 1762-1767-ci illərdə artıq gəmi kapitanı kimi Nyufaundlend adasının sahillərinin təsvirini hazırlamaq tapşırığını  yerinə yetirir, onun daxili bölgələrini tədqiq edir, Müqəddəs Lavrenti körfəzinin şimal hissəsinin və Honduras körfəzinin dərinliyini müəyyənləşdirir. 1768-ci ildə ona leytenant rütbəsi verilir.

        Kuk 1768-1771-ci illərdə «İndevor» gəmisinin ekspedisiyasına başçılıq edir. Bu ekspedisiya Britaniya hökumətindən Sakit okean istiqamətində hərəkət edərək Cənub materikinə çıxmaq və Britaniya imperiyası üçün yeni torpaqlar işğal etmək tapşırığı almışdı.

        Ekspedisiya üçün rəsmi bəhanə Taiti adasından  Veneranın Günəş və Yer arasından keçməsini müşahidə etmək idi.

        «İndevor» 1768-ci ilin avqustunda Plimutdan yola düşür. Növbəti ilin iyununda o, Taiti adasına çatır və burada səma cisimlərinin planlaşdırılmış müşahidəsini aparır.  Əsas taşırıq yerinə yetirilsə də Kukun sərəncamında xüsusi gizli məktub da var idi.

Orada ekspedisiyanın daha da cənuba-400 cənub enliüinə getmək tapşırığı var idi. «İndevor»un heyəti latınca «Terra australis inkoqnita» anlamını verən sirli cənub torpaqlarını axtarıb tapmalı idi. Bu qitənin axtarışı onu hələ 1642-ci ildə Abel Tasman tərəfindən kəşf edilmiş Yeni Zelandiyaya gətirdi. Burada Kuk yerli əhalinin-maorilərin vaxtı ilə holland tədqiqatçılarına göstərdikləri düşmən münasibətlə rastlaşır. İngilislər belə qarşılanmaya hazır olduqlarından bu dəfə qurbansız ötüşürlər.  Kuk Yeni Zelandiyanın sahilboyu ərazilərini tədqiq etməyi qərara alır.  Şimal adasında 4 ay,  Cənub adasında isə 7 həftəlik tədqiqat işlərindən  sonra  bu torpağın olduqca müfəssəl bir xəritəsi çəkilir. 1770-ci il aprelin 1-də «İndevor» gəmisi Yeni Zelandiya sahillərindən Yeni Hollandiyaya üz tutur.

Aprelin 29-da ağır və ləng hərəkət edən bir gəmi olduqca cazibədar limana lövbər atır. Sirli cənub materikinin-Avstraliyanın axtarışına çıxmış Kukun ekspedisiya heyəti içərisində təbiətşünas alim, Kral Coğrayfiya Cəmiyyətinin  üzvü Cozef Benks də var idi. Qarşısında açılan mənzərə onu o qədər valeh edir ki, alim Kukdan həmin körfəzin adının Botani Bey adlandırılmasını xahiş edir.

         «İndevor» gəmisində Benksdən əlavə isveçli təbiətşünaslar Solander və Sperniq 2 nəfər rəssam və onların köməkçiləri də var idi. Təkibində çoxlu alim olan ekspedisiya ilk dəfə idi ki, Sakit okeanın hüdudlarına çıxırdı. Bundan əlavə Kukun özü də mahir xəritəşünas və astronom idi.   Öz gəmi jurnalında Geyms Kuk bu torpaqların zahirən gözəl, müxtəlif və çox sakit olduğunu qeyd edir. Gəmi 8 gün bu limanda dayanır. Bu müddət ərzində Cozef  Beniks müxtəlif bitkilərin və  nə polineziya nə də zəncilərə  oxşamayan yerli əhalinin xüsusiyyətlərini öyrənir.  Aborigenlər əvvlcə gəlmələrə düşməncəsinə qarşılasalar da,  sonradan tüfənglərdən havaya açılan atəş onları sakitləşdirir. Sonrala onlar arasında heç bir münaqişə baş vermir.  Botani beydən bir neçə kilometr şimalda Kuk böyük və əlverişli bir təbii liman aşkar edir. Tədqiqatçı öz qeydlərində buranın gəmilər üçün əlverişli bir liman olduğunu qeyd edir. Bu qeydlər unudulmur; bir müddətdən sonra  burada tlk Avstraliya şəhəri olan Sidneyin əsası qoyulur.

        Növbəti 4 ayı Kuk daha şimala- Yeni Qrenlandiya adlanan əraziyə çatmağa sərf edir. Dənizçi gələcək Avstraliyanın sahil xətlərinin xəritəsini tərtib edir. Xəritədə onlarla yeni adlar-buxtalar, körfəzlər, burunlar yer alır. Onlar yeni ingilis adları ilə ünvanlanırlar. Nazirlər, şahzadələr, lordlar, Böyük Britaniyanın şəhərləri və əyalətləri nin hamısının «avstriaylı əkizləri» meydana gəlir.

        Nəhayət «İndevor» Avstraliyanın şimal qurtaracağına gəlib çatır. Gəmi tez-tez məhv olmaq təhlükəsi ilə üzləşir. Lakin gəmi heyətinin və kapitanın ustalığı bu təhlükəni dəf etmək imkanı verir. Yalnız bir dəfə tale onların üzünə pis baxır; İndiki Kuktaun şəhərinin yaxınlığında gəminin gövdəsi sualtı qayaya toxunaraq zədələnir. Onun təmiri 7 həftə çəkir. İndi  bu yer həmin hadisəni öz adında əks etdirir; Tribuleyşn, yəni «Fəlakət burnu» adlanır.  

        1770-ci il avqustun 22-də Kuk kral III Georqun adından təntənəli surətdə yeni kəşf olunmuş əraziləri Britaniyanın mülkü elan edir və onu Yeni cənubi Uels adlandırır. İngiltərəyə qayıdarkən onu xalq tərəfindən təntənə ilə qarşılanma, kralla görüş və rütbəsinin artırılması gözləyirdi. 1771-ci il iyulun 13-d «İndover» Plimuta çatdı.  Tropik qızdırma 31 nəfərin həyatına son qoysa da, düzgün qidalanma nəticəsində bir nəfər də olsun sınqa xəstəliyinə tutulmamışdı. Bu nailiyyətlərinə görə Kuka I dərəcəli kapitan rütbəsi verirlir.

        Maraqlıdır ki, kapitan Kuk Yeni Cənubi Uelsdə içməli su tapa bilməmişdi. Yəqin ki, o, qitənin içərilərinə doğru irəliləməmişdi. Bu isə onun İngiltərəyə qayıtdıqdan sonra yazdığı məruzədə həmin yerin yaşayış üçün əlverişli olmaması fikrinə gəlməsinə səbəb oldu. Lakin onun nəticəsi yanlış idi. Çünki burada içməli su var idi və onu tapmaq başqa tədqiqatçının qismətinə düşür. Bu işlə kapitan ser Artur Filipp məşğul olur. O, buraya Kukun Yeni Cənubi Uels Britaniyanın bir hissəsi olduğunu elan edəndən 18 il sonra bir qrup dustaqla bura gəlmişdi.

        Ceyms Kuk  1776-1779-cu illərdə «Revolyuşen» və «Diskoveri» adlı gəmilərlə üçüncü dəfə Sakit okeana səyahətə  çıxır.  Bu səyahət zamanı  o, Havay adalarını, Alyaska adasının şimalında Prins-Vilyam, Kuk, Bistol və Norton  körfəzilərini kəşf edir. Havay adalarına qışlamaq üçün qayıdan Kukun taleyi faciəli olur;  havayalılar tərəfindən öldürülür və yeyilir.

        Kuk Böyük coğrafi kəşflər dövrünün böyük kəşfiyyatçısı və dəniz səyyahı idi. Hazırda onun adını daşıyan 20-yədək coğrafi obyekt, o cümlədən üç körfəz, iki adalar qrupu və iki boğaz vardır.

Ceyms Kuk


 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 iyul 2013 16:04
    Salam, cox maraqli melumatdir.Umumiyyetle men alimler haqda oxumagi cox sevirem,TWK love love love

  2. 22 avqust 2014 19:06
    Hamlet muellim, cox maraqlidir.Twk winked winked winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.