Avropa Intibah rəssamları

İtaliyanın intibah mədəniyyəti Avropanın başqa ölkələrinə də təsir göstərmişdir. Almaniyanın, Niderlandın və İspaniyanın rəssamları bu təsirdən faydalanaraq dünya incəsəntinə öz nadir töhfələrini vermişlər.

 

Avropa Intibah rəssamları

Almaniyalı rəssam Albrext Dürer (1471-1528) çox böyük portret  ustalarından biri idi. Dürer insanın mənəvi zənginliyini göstərməyə çalışırdı. Buna görə də qəhrəman, istedadlı adamların portertini çəkirdi. Onun çəkdiyi cavan oğlanın portreti bu cəhətdən daha xarakterikdir.[/b]

 

           

Avropa Intibah rəssamları
 

Hollandiyada inəcəsəntin tərəqqisi burjua inqilabının qələbəsi ilə bağlı idi. Belə ki, indi şəkilləri kilsə yox, varlı şəhərlilər sifariş edirdilər. Rembrandıt Van Reyn (1606-1669) dövrünün dahi rəssamı idi. Onun ən məşhur əsəri «Yolunu azmış oğulun qayıtması»dır. Bu şəkildə rəssam adamlara olan məhəbbətini, insanın peşmançılıq çəkib islah olunacağına inamını vermişdir.

 

           

Avropa Intibah rəssamları

Diyeqo Velaskes (1599-1660) İspaniya rəssamıdır və onun əsərlərində ispan rəssamlığının yaxşı cəhətlər  əks olunmuşdur. Kralın, kral ailəsinin, varlı əyanların bər-bəzəkli, təmtəraqlı portertlərini çəkən Velaskes ömrünün sonunda «Əyirici qadınlar» əsərini yaratdı. Beləliklə, o işçi qadınların təsvirini yaradan ilk Avropa rəssamı oldu.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.