Ağ Hunlar+test

  1. Ağ Hunlar+test
                         
  2. Ağ Hun imperatorluğuna daxil olan

      ərazilər :

  1. Mərkəzi Asiya
  2. Balkan yarımadası
  3. Şimali Qafqaz
  4. Şimal-Qərbi Hindistan
  5. Əfqanıstan
  6. Xəzər dənizinin cənubu

A)    1,4,5     B) 2,3,6     C) 1,2,4    D) 3,5,6    E) 1,5,6

 

2. Ağ hunlara aid deyil [/b]:

A)    Yar və Hun qəbilələri

B)     Eftalit dövləti

C)    Çul tayfası

D)    Ötükən şəhəri

E)     "Orta şərq” hunları

 

 

3. Xronoloji ardıcıllığı göstərin :

  1. Toraman Teqin
  2. Mihiraqul
  3. Ağsuvar xan

A)    2,3,1     B) 1,2,3     C) 1,3,2     D) 3,1,2      E) 3,2,1

 

4. Ağ hun – Sasani mübararizəsinə aid deyil :

  1. Sasani şahı Firuz və onun 7 oğlunun həlak olması
  2. Şimal-qərbi Hindistanın işğal olunması
  3. Ağ hunların Aral gölü bölgəsini itirməsi
  4. Seyhun çayı ətrafında yerləşən bölgələrin ağ hunların əlinə keçməsi
  5. Sakala şəhərinin Ağ hun imperiyasının paytaxtına çevrilməsi

   A) 2,3,5     B) 1,3,5     C) 1,2,4     D) 2,3,4     E) 3,4,5

 

5. Ağ hunların sasanilərlə müharibədə ələ 

     keçirdikləri ərazilər :

A)    Səmərqənd və Xəzər dənizinin cənub sahilləri

B)     Şimal-qərbi Hindistan

C)    Mərv və Soqd əyalətləri

D)    Soqdiana və Səmərqənd bölgələri

E)     Əfaqnıstan və şimal-qərbi Çin

 

  6. Daha tez baş vermişdir :

A)    Çul tayfasının bir hissəsinin Azərbaycan torpaqlarında məskən salması

B)     Ağ hun imperiyasının yaranması

C)    Sasani şahı Yezdegerdin ağ hunlardan asılı vəziyyətə düşməsi

D)    Göytürklərin Aral gölü bölgəsini zəbt etməsi

E)     Xosrov Ənuşirəvan və İstəmi xan arasında ittifaq bağlanması

 

 

7. Ağ hun hökmdarı Toraman Təginin dövrünə

       aiddir :

  1. İmperatorluq özünün ən qüdrətli dövrünə çatdı
  2. Sasani şahı Firuz məğlub edilərək asılı vəziyyətə salındı
  3. Hindistana yürüş edilərək Pəncab işğal edildi
  4. Şimal –qərbi Hindistan torpaqları tamamilə işğal edildi
  5. Sakala şəhəri dövlətin paytaxtına çevrildi

A)    1,3         B) 4,5         C) 2,4         D) 3,5        E) 1,2

 

 

8. V əsrdə Ağ hun imperatorluğuna aid       

       məlumatlardan biri doğru deyil :

A)    Ağsuvar xanın İranı tabe etməsi

B)     Hindistanın Pəncab vilayətinin işğal edilməsi

C)    Dövlət öz yüksəliş dövrünü keçirməsi

D)    Dövlətin Eftalit dövləti kimi adlanması

E)     Göyütürk xaqanı İstəmi ilə müharibələr aparılması

 

 

9. Ağ hunların təsərrüfat və ictimai həyatına aid

      deyil :

A)    Ticarətlə məşqul olurdular

B)     Əkinçilik, maldarlıq və sənatkarlıqla məşqul olurdular

C)    Oğurluq çox böyük cinayət hesab olunurdu

D)    Dövlətin ərazisində çoxlu şəhərlər vardı

E)     Quldarlıq geniş yayılmışdı

 

 10. Yanlış variantı müəyyən edin :

A)    Çin mənbələri eftalitləri cəngavər tayfa kimi qeyd etmişdi

B)     Göytürklərlə aparılan döyüşlər Ağ hun imperiyasını tamamilə zəiflətdi

C)    Azərbaycanda Çola adlı vilayət və şəhərin olması ağ hunlarla bağlı olmuşdur

D)    Sasanilərin təsiri ilə atəşpərəstlik dinini qəbul etmişlər

E)     Sakala şəhəri dövlətin paytaxtı olmuşdur

 

 

11. Ağ hun imperiyasının süqut etməsinin səbəbi :

A)    Mihiraqulun Hindistana uğursuz yürüşü

B)     Göytürklərlə sasanilərin birləşmiş qüvvələrinin eftalitlər üzərinə yürüşü

C)    Böyük Hun imperatorluğunun dağılması

D)    İmperatorluğun torpaqlarının xaqanın oğulları arasında parçalanması

E)     Feodal münasibətlərinin yaranması

 

  12. Sasani şahı Firuzun ikinci dəfə Ağsuvar xan  

        tərəfindən məğlub edilməsinin səbəbi :

A)    Həlledici anda məzdəkilərin ağ hunlara kömək etməsi

B)     Eftalitlərin göytürklərlə ittifaqa girməsi

C)    Xaqanın yeni taktikadan istifadə etməsi

D)    İran ordusunda taun xəstəliyinin yayılması

E)      Ağ hunların hərbi qüvvəsinin iki dəfə sasanilərdən üstün olması

 

 

13. Ağ hun imperiyasına aid deyil :

A)    Böyük İpək yolu bu ərazidən keçirdi

B)     Dövlətin paytaxtı Sakala şəhəri idi

C)    Ölkəni Yar və Hun qəbilələri idarə edirdi

D)    Burada ərəb və İran tacirlərinin daimi ticarət məskənləri vardı

E)     Oturaq həyat tərzi keçirdi

 

14. Ağ hunlara aiddir :

  1. Böyük Hun imperiyası dağıldıqdan sonra Qərbi Türküstan ətrafında məskən salmışdılar
  2. Cənubi-Qərbi Asiya, İran və şimal-qərbi Hindistanın bir hissəsini əhatə etmişlər
  3. Seyhun çayı və Səmərqənd ətrafından tutmuş qərbdə Xəzər dənizinin cənubuna qədər əraziləri əhatə etmişdir
  4. Qərbdə sərhəd qonşusu və əsas rəqibi Göytürklər dövləti idi
  5. V əsrdə meydana gəlmişdir

A) 4,5         B) 1,2         C) 3,4          D) 1,3        E) 2,5

 

 15. Ağ hun hökmdarları Toraman Təgin və

      Mihraqul xan arasında oxşar cəhət :

A) Göytürklərə qarşı uğurlu mübarizə aparmışlar

B) Sasani şahı Xosrov Ənuşirəvanla mübarizə aparmışlar

C)Sərt qanunlar yaratmışlar

D) Hindistan yürüşlər etmişlər

E)Yeni şəhərlər saldırmışlar

 

 

 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 fevral 2013 01:06
    Testin cavablari 1A,2D,3D,4A,5C,6A,7D,8E,9E,10D,11B,12C,13D,14D,15D

  2. 21 fevral 2013 17:59
    Bir nefer menim suallarma cavab versin.

  3. 31 oktyabr 2014 01:12
    Hamlet muellim, sizden artiq derecede xahis edirem.Qoyulan testlerin cavablari da olsun ki, neyi bilib bilmediyimizi yoxlaya bilek.Cox isterdim ki, bunu bir tarix.info istifadecisinin isteyi kimi nezere alasiniz.Evvelceden minnetdarligimi bildirirem.

  4. 17 noyabr 2014 21:08
    Çox sağ olun.

    --------------------

  5. 23 yanvar 2015 14:54
    Bunu keçmişik keçən il,təşəkkürlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.