I Bəyazidin hakimiyyəti

I Bəyazidin hakimiyyəti

 

I Bəyazidin hakimiyyəti

 

Sultan  I Murad öz dövlətinin qərb sərhədində həlak oldu. Onun oğlu və varisi sultan I Bəyazid, güman edirdi ki, Serbiyanın zəifləmiş mövqeyi və Kosovo döyüşündən sonra onun yeni serb hökmdarı Stefan Lazareviçin bacısı ilə evlənməsi, serblərin və digər slavyan xalqlarının, Balkan vilayətlərinə sonrakı hücumlarının qarşısını alacaqdır. Buna arxalanan I Bəyazid, şərqdə başqa işlərlə məşğul idi, çünki atasının Osmanlı ərazilərini zəbt etməsi, Kiçik Asiyanın çoxsaylı türk-müsəlman bəyləri ilə ixtilaflara gətirib çıxarmışdı. Böyük enerji və şövqlə yürüşlərin həyata keçirilməsi, I Bəyazidə "İldırım” ləqəbini qazandırdı.

Bəyazidin taxta çıxması, Osmanlı işğallarına qarşı dura biləcək yeganə böyük qüvvə olan, Qaraman hökmdarı Əlaəddin bəy tərəfindən başçılıq edilən, Kiçik Asiya əmirliklərini, antiosmanlı ittifaqında birləşməyə vadar etdi.

Dövlətin qərb sərhədlərinin təhlükəsizliyini təmin edən sultan I Bəyazid tezliklə şərqə  doğru hərəkət etdi. Bəyazidin ordusu, onun Sultan Xatunla evlənməsindən sonra itirilən Germiyan torpağını yenidən zəbt etdi, Aydın bölgəsini işğal etdi, oranın şahzadəsi ilə evləndi. Bəyazid, Saruxan və Menteşe bəyliklərinin ərazilərini elə formada ixtisar etdi ki, osmanlılar bütün qərbi Anadoluya nəzarəti ələ keçirdilər, onların əraziləri isə Kiçik Asiyanın cənubunda və mərkəzində, Qaramanla sərhəddə idi.

1391-ci ildə Bəyazid öz vassalları, Stefan Lazareviç və II Manuil Paleoloqu, hansı ki, həmin dövrdə Bizans imperatoru idi, yanına çağırdı və onlarla birlikdə, mərkəzi Kiçik Asiyanın şimalında yerləşən Kastamonunu İsfəndiyar bəyin əlindən almaq üçün hücum etdi. Məqsədlərinə nail olan qoşunlar, artıq həmin ilin dekabrında geri döndülər.

1393-1394-cü illərin qışında iki hökmdar arasında münasibətlər, yeni mərhələyə qədəm qoydu, beləki Bəyazid, öyrəndi ki, Manuil öz qohumu, eləcə də düşməni VII İohan Paleoloqa sülh təklif edib, bu təklif onların osmanlılara qarşı birləşməsini nəzərdə tuturdu. Məhz İohan, Bəyazidlə münasibətləri qaydasına salmaq üçün özünün xristian vassallarını, Makedoniyadakı Seres bölgəsinə çağırdı: bunlar Manuilin qardaşı Fyodor (Moreya hökmdarı), Manuilin qaynatası Konstantin Draqoş (Seres hökmdarı), serb Stefan Lazareviç və VII İohan idilər. Onların Seresə gəlişi elə formada təşkil olunmuşdu ki, hər kəs ayrı-ayrılıqda gəlirdi, və bir-birilərinin gəlişindən xəbərsiz qaldılar.

1394-cü ilin yazında sultan,  Konstantinopolun mühasirəsinə başladı. Mühasirəyə hazırlıq işləri ilk öncə, Bosfor yaxınlığında dar keçiddə, Asiya sahilində, təqribən şəhərdən 5 km şimalda qala tikməklə başladı: bu qala Güzelçexisar adlandırıldı (indiki Anadoluxisar qalası).

I Bəyazidin hakimiyyəti

 

Lakin Osmanlılar Bizans üçün təhlükəli deyildilər. Bəyazid eyni zamanda, Dalmasiya və Peloponnesdə, Egey dənizi sahilindəki çoxsaylı koloniya və əraziləri ilə böyük dəniz derjavasına çevrilmiş Venesiyanı zəiflətmək istəyirdi.

Bəyazidin XIV əsrin 90-cı illərində Peloponnesdəki Bizans qalalarına təhlükə törətməsi, 1394-cü ildə Fessalonikin tutulması və Konstantinopolun mühasirəyə alınması ilə eyni xarakter daşıyırdı, və bu tədbirlər, Bizans və Venesiya arasında baş tutacaq ittifaqın qarşısını almalı idi. Bölgədə digər bir qüvvə Rodos adasının hospitaliyer-cəngavərləri idi. Bu, XII yüzillikdə Qüdsə xaç yürüşləri zamanı yaranmış hərbi-dini orden idi. XIV əsrin son illərində hospitaliyer-cəngavərlər özlərinin hökmranlığını Peloponnesdə möhkəmlətmək istəyirdilər və 1397-ci ildə Fyodordan Korinf şəhərini aldılar, əvəzində isə cənubdan gələn osmanlı hücumlarının qarşısını almalı idilər.

Bəyazidin Balkanlarda ən təhlükəli rəqibi həmin dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan Macar krallığı idi. Macar və Osmanlıların nüfuz dairələri, əsasən Kosovo döyüşündən sonra toqquşmuşdu və artıq Bəyazid, Macarıstanın Balkan müttəfiqlərini birləşdirmək cəhdinin qarşısını almağa güman edirdi.

Osmanlıların balkanlarda uğurları, macarları Qərbdən kömək tələb etməyə vadar etdi. Müttəfiqlər növbəti xaç yürüşünə hazırlaşdılar. 25 sentyabr 1396-cı ildə səlibçilərin dəstələri ilə osmanlı qoşunları Dunayda, Nikopol yaxınlığında qarşılaşdılar. Nikopol yaxınlığında qələbə Bəyazidi, Dunayın cənubunda balkanlar üzərində nəzarətçiyə çevirdi. Döyüşdən sonra ilk dəfə onun qoşunları çayı keçərək Macarıstan ərazilərinə daxil oldular və ölkənin içərilərinə irəlilədilər.

Bəyazidin qələbələri onun kürəkəni Əlaəddində heç bir təəssürat yaratmadı. Qaraman hökmdarı heç də özünü osmanlıların təbəəsi hesab etmirdi. Bəyazidin svitasında olan, Şiltberqerin sözlərinə görə, Bəyazid dunaydakı qələbələrdən sonra, Qaraman şəhəri Konyaya səfər təşkil etdi, Əlaəddin bildirdi ki: "Məndə onun kimi böyük hökmdaram”. Təkəbbürlü olmağına görə Əlaəddin həyatı bahasına cavab verdi, Qaraman əmirliyi isə öz müstəqilliyini itirdi.

1397-ci ildə Bəyazid tərəfindən Konstantinopolun mühasirəsi, daimi blokadaya çevrildi və imperator Manuil, Bizansın paytaxtını xilas etmək üçün, xaricdən kömək almağa cəhd göstərirdi. 1398-ci ilin iyununda Paris, London, Roma və Konstantinopol arasında baş tutan çoxsaylı diplomatik danışıqlardan sonra, Fransa kralı VI Karl Manuilə dəstək üçün kiçik qoşun göndərdi. Ordunun başında, Nikopol döyüşündə əsir düşmüş, sonra isə pulla osmanlılardan azad olunmuş cəngavərlərdən biri, marşal Jan Busiko idi. Busiko Manuilin köməkliyinə, ancaq osmanlı blokadasının yanından gizlincə gələ bildi, və bildirdi ki, Manuil özü şəxsən Avropaya getməli və öz tələblərini irəli sürməlidir. Dekabrda o, Manuilin müşayiəti ilə geri qayıtdı, ilk öncə dənizlə Venesiyaya, sonra isə  quru yolla Parisə, imperator orada 6 ay qaldı. 21 dekabr 1400-cü ildə o Londona gəldi, kral IV Henrix onu şəhərin girişində qarşıladı.

I Bəyazidin hakimiyyəti

 

Həm Karl, həm də Henrix tərəfindən təmtəraqla və etiket qaydalarına uyğun qarşılanmasına baxmayaraq, Manuil əmin oldu ki, Bəyazidə qarşı kömək əldə etməyə o nail ola bilməyəcək, Manuilə dəstək üçün yığılmış pullar isə harasa itmişdi.

Manuil 1403-cü ilin əvvəlində geri qayıtdı, o doğma şəhərdə dağıntılar gözləsədə, heçnə baş verməmişdi. Onun şəhəri böyük təhlükədən xilas olmuşdu: Ankara döyüşündə Bəyazid Teymura məğlub olmuşdu. Bəyazidin məğlubiyyəti bütün Kiçik Asiyanı başdan ayağa dəyişdi və Balkanlara repressiyalar gətirdi. Ən əsas hadisə, Bizansın paytaxtı qismində Konstantinopolun mövcud olmasına şərait yaratdı.

I Bəyazidin hakimiyyəti

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 dekabr 2012 23:54
    gozel melumat idi winked

  2. 30 yanvar 2013 11:49
    COX SAGOL YAXWIYDI TWK EDIREM BI DAHA

  3. 2 may 2014 18:57
    meqaleye gore tewekkur edirem

    --------------------

  4. 24 sentyabr 2014 21:34
    coooooooooooooooooxx sag olun.cox maraqli ve olduqca diqqetelayiq movzudu.tesekkur edirem sizlere.yorulmayasizzzzzz

  5. 7 fevral 2015 15:17
    kitabda birazdır amma burda çox uzundurrr

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.