Parqalı,kureken, Ibrahim Pasa

Parqalı,kureken, Ibrahim Pasa

 

 

Parqalı Kürəkən İbrahim Paşa (1493-15 Mart 1536) Qanuni Sultan Süleymanın səltənəti dövründə 1523-1536 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.

Hal-hazırda Yunanıstanda qalan Parqa yaxınlarındakı bir kənddə anadan olmuşdur. 6 yaşında İstanbula gətirildi. Sultan Süleyman Qanuninin şəhzadəliyi əsnasında Manisada onun yanında idi. Qanuni İbrahim Paşa'yla birlikdə yemək yeyir, yan-yana qoyulmuş yataqlarda birlikdə yatıb qalxırdılar.Qanuni padşah olduqdan sonra onunla birlikdə İstanbula gəldi və Osmanlı Dövlətində müxtəlif vəzifələrdə işlədi.

1521-ci ildə Belqradın fəthində və 1522-ci ildə Rodos səfərində iştirak etdi. 1523-cü ildə o zamanki üsullara zidd bir şəkildə sədrəzəmliyə gətirildi. 1524-cü ildə Sultan Süleyman Qanuninin bacısı Xədicə Sultan ilə evləndi. Misirdə asayişi təmin etməklə vəzifələndirildi və özünə Misir Bəylərbəyi adı verildi. Macarıstan səfərinə qatılmış və Moxaç Döyüşünün qazanılmasında əhəmiyyətli rol oynamışdır.

Parqalı,kureken, Ibrahim Pasa

 

 

 

Daha sonra Anadoludakı üsyanları yatırdı. Anadoluda etdiyi tədbirlərlə üsyanları sona çatdırdı. I. Vyana fəthi ilə nəticələnən 2. Macarıstan səfərinə qatıldı. Avstriya imperatorunun Osmanlı Sədrəzəminə bərabər sayan 1533-ci il tarixli İstanbul sazişinin müzakirələrini icra etdi. Səfəvilərə qarşı təşkil edilən İran səfərinə qatıldı. Təbrizi aldıqdan sonra Qanuninin qüvvələri ilə birləşdi və Bağdadı fəth etdi.
İbrahim Paşanın Edamına bir neçə amil tesirli oldu. Ən əsası İbrahim Paşanın iqtidarda nail olduğu güc və bu gücün yaratdığı şəxsi ehtiras və iqtidar sərxoşluğudur. İbrahim Paşanın Kral Ferdinant'ın elçilərinə söylədiyi qeyd edilən bu sözlər onun bu ehtirasını üzə çıxarır: "Bu böyük dövləti idarə edən mənəm; hər nə etsəm edilmiş olaraq qalır, çünki bütün qüdrət mənim əlimdədir. Məmurluqları mən verirəm, əyalətləri mən tövzi edirəm, verdiyim verilmiş və rəddetdiyim rədd edilmişdir. Böyük padşah bir şey ehsan etmək istədiyi və ya etdiyi zaman belə əgər mən onun qərarını təsdiq etməyəcək olsam qeyri-ı vaqe kimi qılınar. Çünki hər şey; müharibə, sülh, sərvət və güc mənim əlimdədir. "Və İbrahim Paşanın Serasker Sultan ünvanını istifadə etməkdə israr etməyi də bir növ meydan oxumaq kimi qəbul ola bilər.
Kürəkən İbrahim Paşanın bir də Şahzadə Mustafanı dəstəkləməsi bəlkə də ona ən böyük düşmənini qazandırmışdı. Xürrəm Sultanı. Xürrem Sultan bütün gücü ilə Paşanın əleyhinə işləyirdi. Paşanın Xədicə Sultan ilə maraqlanmadığı, bəzi cinayətləri gizlədiyi, hədiyyə göndərilən Quranı Kərimidə qəbul etmədiyi, gizli xristian olduğu, dövlətin pulunu müsrifçe xərclədiyi söz-söhbətlərinə artıq Qanuni də inanmağa başlamış və köhnə dostu ilə ayrılmanın vaxtı gəldiyini düşünərək onu öldürməyə qərar vermişdi.

Parqalı,kureken, Ibrahim Pasa

 

 

Parqalı, firəng, kürəkən, məqbul və məktul ləqəbləriylə taninan İbrahim Paşa, İran Səfəri əsnasında etdiyi bəzi işlərin nəticəsində Padşahın etibarını itirdi. Bəzi tarixçilərə görə Qanuninin həyat yoldaşı Hürrem Sultan və dəftərdar İskəndər Çələbinin pisləmələrinin də bunda təsiri oldu. 15 Mart 1536-cı ilin axşamı Qanuni hər zamanki kimi İbrahim Paşa'yla axşam yeməyi yedi. Ertəsi gün cəsədi sarayın qarşısında boğulmuş olaraq tapıldı. Belə rəvayət edirlərki, Hürrem Sultanın padşah üzərindəki nüfuzu baxımından özünə rəqib olaraq gördüyü üçün öldürdülüb.
İbrahim Paşa, bir neçə dil bilir və tarix, coğrafiya, hərb tarixi mövzularıyla davamlı məşğul olurdu. Dövlət idareçiliyində mütəxəssis olan İbrahim Paşanın, Kumkapı məscid və zaviyəsinin, Galata'da köhnə Yağqapanı məscidini, Məkkə, Selanik, Hezargrad və Kavala'da məscid, imarət, məktəb, mədrəsə, darül-hədis, xəstəxanaxana, hamam, bulaq ve daha bir çox yerdə məscid, təkkə və zaviyələrdə olub, bunlara Əla Vəqflər bağışlamışdır




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 sentyabr 2012 21:43
    Filmde de eyni bele tesvir olunub. Maraqli idi. sag olun

  2. 16 yanvar 2013 19:07
    Tarix sehvleri bagiwlamir!

  3. 16 yanvar 2013 20:35
    hal- hazirda bu kino stardan gedir. Maraqli idi.

  4. 16 yanvar 2013 23:01
    Hurrem sultannan hec xosum gelmir.Yaddan basqa ne gozlemey olar ki, Sultan Suleymanin yegane dostu var idise ele oda Ibrahim Pasa idi.Hurremin sifarisi ile o oqlunuda oldurub.Sultan Suleyman muharibe zamani yaralanir ve olur ancaq bunu onun esgerlerine demirler ki, esgerler ruhdan dusmesin ve cesedin iylenmemesi ucun onun orqanlarini cixarib qalanin etrafina basdirirlar Ve sehv elemiremse onlar bu doyusde qalib de gelirler.Hurremin hiyleleri olmasaydi belkede Osmanli imperiyasi daha cox movcud olardi.Sultan Suleyman cox gozel dovleti idare edib halal olsun ona.

  5. 2 fevral 2013 18:06
    duzdu ibrahim pasa heqiqeten suleyman ucun onem dasiyirdi amma ona boyuk iqtidarlari vermemisden dusuneydi ki bir gun parqlini ozu oldurtdurecek hurrem sultana geldikde ise o heqiqeten seltenet abidesidir

  6. 2 fevral 2013 20:44
    her halda pasha osmanli dovleti uchun chox ishler gormush dovlet xadimi olub,,yad olmasina baxmayaraq,,,

  7. 5 fevral 2013 22:17
    burda taslicanin ibrahimin olumune hesr etdiyi seir var idi indi ise yoxduuu?

  8. 8 fevral 2013 22:22
    tarixi tv kanallarinda geden dizilerle qarisdirmayaq

  9. 27 fevral 2013 23:27
    suleyman pawa yaxsi serkededir feel

  10. 6 iyun 2013 16:15
    Xristian da olsa dovlet idaresinde cox isler gormus bir serkerde idi.ele filmde de heyati ve oldurulmesi bele verilib

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.