Qanuni Sultan Suleymanin oglu Mustafani oldurmesi

Qanuni Sultan Suleymanin oglu Mustafani oldurmesi

 

Qanuni Sultan Süleyman, yaşlandıqca oğullarından hansının taxta çıxacağı barəsində bir çəkişmə başlandı. Xürrem Sultan, Sultan Süleyman Qanuninin ilk oğlu Şahzadə Mustafanı aradan qaldırıb öz oğullarından birini taxta çıxartmaq üçün bir strategiyaya başlamışdı. Bu vaxt Xürrem Sultan, qızı Mihrimah Sultanı Rüstəm Paşa ilə evləndirdi. Daha sonra Vəziri-Əzəmliyə yüksələcək olan Rüstəm Paşa, Şahzadə Mustafanın aradan qaldıraraq yerinə Hürrem Sultanın oğullarından birini vəliəhd təyin etdirməsini ən böyük köməkçisi olacaqdı.

Üləma, xalq və yeniçərilər Şahzadə Mustafanın padşah olmasının tərəfdarı idilər. Ancaq Xürrem Sultan ilə Qanuni, Şahzadə Mehmedi istəyirdilər. Vəliəhdlik məsələsi ilə əlaqədar dedi-qodular başlayanda, yanindakılarında təşəbbüsü ilə Şahzadə Mustafa səltənət mərkəzinə daha yaxın olan Manisa Sancaqbəyliyindən alınaraq yerinə Şahzadə Mehmed təyin edildi. Şahzadə Mustafada Amasiyaya
göndərildi. Ancaq 1 il sonra Şahzadə Mehmedin gözlənilməz ölümü, Şahzadə Mustafanaya yenidən şans yaratdı. Yenə də saraydakı intriqalar bitmək bilmirdi. Ard-arda edilən böhtanlar yavaş-yavaş padşahın şahzadeye qarşı fikrini dəyişməsini təmin edəcəkdi. Burada da, Sədrəzəm Rüstəm Paşanın təsiri böyük idi.
Rüstəm Paşa, gizlicə şahzadənin möhürünü hazırlatdı. Şahzadə Mustafanın adıyla İran Şahı Təhmasibə bir məktub yazdı. Şahın cavab olaraq yazmış olduğu məktubu da ələ keçirdi. Lazım olduğunda bu saxta məktubları padşaha göstərəcək və şahzadənin sonunu hazırlayacaqdı.
1552-ci ildə Rüstəm Paşa Şərq Səfərinə gedəcək ordunun baş komandanı oldu. Rüstəm Paşa, səfər əsnasında Anadoluda hər kəsin Şahzadə Mustafanı dəstəklədiyini gördü. Əsgərlər arasında da, artıq 60 yaşına gəlmiş olan Sultan Süleyman Qanuninin qocaldığı,son on ildir ordunun başında səfərə belə çıxmadığı, hakimiyyəti Mustafaya buraxması yönündə dedi-qodular yayılmağa başladı.
Rüstəm Paşa, bir adamını İstanbula göndərərək baş verən hadisələri ən xırda incəlikləriylə Qanuninin çatdırdı. Bu vaxt daha əvvəl Şah Təhmasibə yazdığı saxta məktubları da Şahzadə Mustafanın əleyhinə dəlil olaraq göndərdi. Rüstəm Paşa, Sultan Süleyman Qanuninin tamamilə oğluna düşmən etmişdi. Xüsusilə "taxtı buraxması" istiqamətindəki dedi-qoduları eşidən Qanuni, emelli-başlı əsəbiləşmiş və kədərlənmişdi.
Qanuni Sultan Süleyman dərhal Rüstəm Paşanı geri çağıraraq səfərin növbəti il şəxsən öz idarəsində ediləcəyini bildirdi. 1553-də İran Səfərinə padşah özü çıxdı. Ordu, 5 Oktyabr 1553-ci ildə Konya yaxınlığındakı Aktepe deyilən yerdə qərar tutdu. Padşahın yanında Şahzadə Cahangir və yolda orduya qatılan Şahzadə Səlim var idi. Özünə orduya qatılması təlimatı verilən Şahzade Mustafa, atasının özüylə əlaqədar düşüncələrindən xəbərsiz, orduya qatıldı. Mustafanı çox sevən ikinci vəzir Qara Əhməd Paşanın xəbərdarlığı ilə bəzi şeylərin yolunda olmadığını hiss etdi.
Axşama doğru atasının otağından özünə doğru üzərində kağız olan bir ox atıldı. Kağızda, atasının otağına qətiyyən getməməsini, əks halda atasının onu öldürəcəyi yazılmışdı. Şahzadə Mustafa bunu Rüstəm Paşanın ona qarşı bir oyunu olduğunu düşündü. Həm də ki otağa getməməyi atasına qarşı bir hörmətsizlik hesab etdi. Ayrıca Şahzadə Mustafa ölümə bədəl bir iş gormediyini bilir və Rüstəm paşada daxil olmaqla heç kimin atasının onu öldürməsi yönündə təsir edəcəyini düşünmürdü.
Çadıra girən şahzadəyə yeddi dilsiz Cəllad hücum etdi. Şahzadə Mustafa mübarizə etməsinə baxmayaraq, cəlladlar tərəfindən boğularaq öldürüldü.
Şahzadə Mustafanın ölümü ordu arasında dərin bir kədər və narazılıq meydana gətirdi. Şahzadənin başına gələnlərin səbəbkarı olaraq bütün diqqetler Rüstəm Paşaya yönələndə, padşah narazılığı aradan qaldırmaq üçün Şahzadə Mustafaya yaxın olan Qara Əhməd Paşanı vəziri-əzəmliyə gətirdi.
Şahzadənin cənazəsi Bursaya göndərilib İkinci Murad türbəsinə dəfn edildi.
Şahzadə Mustafanın adına bir çox mersiye yazıldı. Bunların ən məşhuru, padşahı günahlandıran Taşlıcalı Yahyanın mərsiyəsidir:
“Meded, meded bu cihanın yıkıldı bir yanı
Ecel cellaleri aldı Mustafa Hânı
Dolundu mihr-i cemali, bozuldu erkânı
Vebale koydular al ile Al-i Osman’ı

Qanuni Sultan Suleymanin oglu Mustafani oldurmesi

 



Müəllif

Sultan suleyman

Oxunub

19883

Tarix

4-09-2012, 18:41

Bölmə

Sərkərdələr

Rəylər

17

 

 
 

Oxşar xəbərlər:

 

Xeyale.M | 5 sentyabr 2012 20:46

Cox xosume geldi. Tesekkurler

zulya | 6 sentyabr 2012 22:52

Ancaq deyesen bunun boyuk sehv olduqunu chox gec de olsa suleyman basha dusur ve omrunun sonuna qeder buna gore ne ozunu ne hurrem sultani baqislamir

Sultan suleyman | 6 sentyabr 2012 23:14

Duzdur mende bu yazida ,bildirmisemki Mustafanin olumunde Hurrem sultaninda ele var ama bu bele deyil...Mustafa atasina qarsi qiyama hazirlasir,bunun sebebi ise Mustafanin Manisa sancaqbeyliyinden alinib besqa sancaqbeyliye gonderilmesidir...Burada Hurrem hec bir sey ede bilmez.....Yeni Mehmedin sancaga cixmaq vaxti gelende Hele Suleyman olmemisdi ve Mustafada taxta cixa bilmirdi,ve Manisa sancaqbeyi mehmed olduguna gore Mustafanin Sah olmaq shansi Mehmede kecir...Mustafa atasini devirmek isteyir,orduda mustafanin terefindeydi Ve Suleyman bir sekilde bunfdan xeber tutur ve oglunu edam etdirir..eger edam olunmasaydi Mustafa atasi ile davaya baslasaydi cemiyyete ziyan deyecekdi ve Bele hallarda cemiyyeti qorumaq ucun ferdin olmesi vacibdir...)))Mahidevran sultanda ona gore sarydan qovulurki o Mustafanin yaninda ona gore olurki Oglunun her hansisa bir sehvini bilende ya onun qarsisini almali ya daki Suleymana demelidir...bu sebebden Mahidecranda saraydan atilir))Yeni ki men Xurrem Sultani hecde gunahkar saymiram....Duzdur serilda bunun eksini gorsekde Eslinde Xurrem sultan serialdaki kimi biri olmayib yoxsullara el tutan , xeyir islerle mesgul olan bir insan olub)))bu qeder

Nasist | 7 sentyabr 2012 00:18

Ancaq Xrrem Sultan il Qanuni, ahzad Mehmedi istyirdilr.

vvla bel gzl sayta gr tkkr edirm. Kek sas msly.

Bu cmlnin ilk hisssini aydn baa ddm. Ana z ovladn tbii ki, istyir. Amma hans mnbd qeyd olunub ki, hmin rfd Sultan Sleyman Mustafan yox mhz Mehmeti istyirdi? Harada qeyd olunub ki, Sultal Sleyman mhz vlihd kimi Musta yox Mehmeti istyirdi. Bunu aqlasanz ox ad olaram.

Teessufler olsun ki, bele bir gozel saytda oz dilimizin sriftleri ile yazmaq mumkun deyil. Zehmet olmasa bunu duzeldin.

Ancaq Xurrem Sultan ile Qanuni, Mehmeti isteyirdiler/

Bu cumlenin ilk hissesini basa dusdum. Ana oz ovladini tebii ki, isteyir. Amma ikinci teref bir az sual dogurur. Hasi menbede qeyd olunub ki, hemin erefede Sultan Suleyman Mustafani yox mehz Mehmeti isteyirdi? Hansi moteber menbede qeyd olunub ki, Suleyman veliehd kimi Mustafa yox mehz Mehmeti isteyirdi. Bunu qeyd etseniz cox sad olaram.

Sultan suleyman | 7 sentyabr 2012 13:24

Nasist,men mustafanin olum sebelerinin muxtelif oldugunu ve hamsininda muxtelif menbelere aid oldugunu deyirem....Elecede senin sualinin cavabi odurki Bu melumat qerb tarixcilerine ve Avropalilara mexsusdur...

Nasist | 8 sentyabr 2012 23:18

Sirf kime aiddir? Hansi kitabda qeyd olunub? Milyonlarla qerb tarixcisi var. Milyonlarla Avropali var...

Sultan suleyman | 8 sentyabr 2012 23:47

Nasist,
Sirf kime aid oldugunu bilmirem...

vefa nasir | 2 yanvar 2013 17:26

men suleymanin sultanliqin beyenirem.osmanli tarixini oxuduqca maraqim daha da artir.osmanli dovleti suleymanin hakimiyyeti dovru daha da quvvetli olmusdur.muhtesem Yuzyilida heyecanla izleyirem.aktyorlarda inandirici aparir.osmanli tarixine hayranam

xatin | 3 yanvar 2013 19:32

suleyman mustafani oldurmekle osmanlinin geleceyine tesir gosterir.hurremin olumu ile osmanlinin ihtisami da gedir..bunlarin neticesi idi ki 18-ci esirde hakimiyyetde seristesiz hokmdarlar xalq icinde ise usyanlar hokm sururdu.

sabina abdullayeva | 28 yanvar 2013 22:08

kinoydan baxib yaziblar bunu.amma yenede gozel ve ozeldir winked

askamia | 2 fevral 2013 17:58

bilirsiniz men evvelce hurremin terefinde idim ama indi fikirlerimde heqiqeten deyisiklik oldu eger tahta mustafa ciksaydi belkide simdi turklerin movqeyi daha da quvvetlenmisdi......

odlar yurdu | 8 fevral 2013 22:31

SARI SELIMIN (II SELIM XAN) YERINE SAHZADE MUSTAFA TAXTA CIXSAYDI OSMANLI 200 IL ARTIQ YASAYARDI

nigos | 3 aprel 2013 14:35

maraqliydi

askamia | 6 aprel 2013 20:36

hansi ata oglunun gozu onunde oldurulmesine goz yuma biler????????

xelilova | 10 may 2013 23:04

heyif mustafadan

r-snayper | 28 fevral 2014 12:57

Sultan Süleymanın ən böyük səhvi parqalı İbrahimi öldürməsidir. Bu baş vermeseydi indi Azərbaycan bütövlükdə Osmanlı xanədanlığına mənsub idi 

GГјl2001 | 6 iyul 2014 15:15

Müellif,xahis edirem sualima cavab verin. Biz indi hansina inanaq?!Şehzade Mustafanin ölümünde Hürremin eli olub yoxsa Yox?

Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.