Makedoniyalı İsgəndər

[/b]

Makedoniyalı İsgəndər

 Tirin işğalı və Misir yürüşü təqribən 2 il vaxt aparır. Bu müddətdə III Dara nəhəng bir ordu toplayır. O, öz ordusuna imperiyanın şərq hissəsinin bütün döyüşçülərini səfərbər edir. Qədim dünya hələ bu sayda bir ordu görməmişdi.  Tarixçilər yazırlar ki, fars ordusunun sayı milyona çatardı. Müasir tədqiqatçılar də belə hesab edirlər ki, istənilən halda III Daranın ordusu makedoniyalılardan  sayca on qat çox idi. Bu döyüşün onun taleyini həll edəcəyini yaxşı bilən III Dara ona yaxşı hazırlaşmışdı. O, Qavqamela kəndi (mənası «Dəvə tövləsi») yaxınlığındakı əlverişli düzənliyi döyüş yeri seçir.  Makedoniya falanqasına zərbə endirmək üçün 200 döyüş arabası hazırlanmşdı. Həmin arabaların təkərinə kərənti bərkidilmişdi.  Orduda Hindistandan göndərilmiş 500 döyüş fili də var idi.  Əhəməni ordusuna təcrübəli və amansız Əhəməni satrapı Bess komandanlıq edirdi.

 

        Bu döyüşdə də İsgəndərin sərkərdəlik  istedadı özünü göstərir. Say və texniki üstünlüyünə baxmayaraq Əhəməni ordusu məğlub olur. III Dara kiçik bir dəstə ilə qaçır. İsgəndər onu təqib etmək üçün ardınca dəstə göndərir. Özü isə ordusunun başında Babilə daxil olur. Babil hakimləri şəhərin darvazalarını qaliblərin üzünə açırlar. Babil kahinləri isə İsgəndəri Babislitan padşahı elan edirlər. İsgəndər Babili öz  dövlətinin paytaxtına çevirmək qərarına gəlir.  Onun əmri ilə dağılmaqda olan Babil qülləsi sökülür və yerində   daha əzəmətlisi inşa olunur. Babil ilahlarına qurbanlar verdikdən sonra İsgəndər  öz yürüşünü davam etdirir. Hələ III Darının zəngin xəzinəsinin saxlandığı iki paytaxt şəhəri-Suz və Persepol tutulmamışdı.

       

Makedoniyalı İsgəndər

Hökmdar hədiyyəsi. Suz şəhəri döyüşsüz ələ keçirilir. Persepol  isə Fars əyalətində yerləşirdi. Oraya yalnız «Fars darvazası» adlanan dağ aşırımlarından keçən dar bir yolla getmək mümkün idi. Bu yolu III Daranın ordusunun qalıqları qoruyurdu. İsgəndər  öz ordusunu iki dəstəyə bölür. Birinci dəstə  dağ çığırları ilə farsların arxasına keçir. Siqnal verildikdən sonra hər iki Makedoniya dəstəsi  farsların üzərinə hücum edərək «Fars darvazasını» tutur. Persepola gedən yol açılır. Fasrlar şəhərin müdfaiəsini təşkil edə bilmirlər. Nəticədə şəhər makedoniyalıların əlinə keçir.

 

        Suzdakı dövlət xəzinəsində  50 min talant, Persepoldakında isə 120 min talant, təxminən 5 min ton qızıl var idi. Bu sərvət əsrlər boyu əsarət altında olan xalqların  talan edilməsi nəticəsində toplanmışdı.  İndi bu zəngin sərvət bütünlüklə İsgəndərin əlində idi.

        Hökmdar bu saysız-hesabsız qənimətin bir hissəsini anası Olimpiadaya göndərir. Öz tərbiyəçisi Leonidə isə  500 talantıq ladan və 100 talantılq mirra göndərir. Ladan və mirra nadir ağacların qətranından hazırlanırdı. Onu  məbədlərdə qurbankəsmə mərasimi zamanı yandırırdılar. Bu maddənin qiyməti çox baha idi. Bir dəfə uşaq yaşlarında İsgəndər odda yandırmaq üçün ladan götürmüşdü. Bunun üçün Leonid onu ciddi cəzalandırmış və demişdi:

        -Yandırmaq üçün ətirli maddələri yalnız ölkələr işğal etdikdən sonra əldə edə bilərsən.

        Bu hadisədən xatirə olaraq İsgəndər Leonidə belə bir hökmdar hədiyyəsi göndərmişdi.

        İsgəndərin səxavəti və səhvi. Ümumiyyətlə İsgəndər öz səxavəti ilə həmişə fəxr edirdi. Bir dəfə dostu Perill öz qızına  cehiz vermək üçün İsgəndərdən pul xahiş edir. Hökmdar ona 50 talant qızıl verir. Bu məbləğdən heyrətə gəlmiş Perill qışqırır:

        -On talant artıqlaması ilə bəsdir!

        -Sənə artıqlıması ilə bəsdir, -deyə İsgəndər cavab verir.  Makedoniyalı İsgəndər üçün isə yetərli deyildir.

        Bir dəfə hökmdar fiolsof Anaksarxa bildirir ki, nə qədər istəyirsə, o qədər qızıl götürə bilər. Tezliklə  hökmdar əmlkaını idarə edən şəxs dəhşət içərisində İsgəndərin yanına gələrək filosofun 100 talant istəyidini bildirir.      

-Düz eləyir, -deyə  İsgəndər sakitcə  cavab verir. O, bilir ki, onun istədiyini verə biləcək dostu vardır.

        İsgəndər ona xahişlə müraciət edəndə sevinir,  heç kimin xahişini cavabsız qoymurdu.  İsgəndərin yaxınlarından olan Serapion  bir dəfə də olsun hər hansısa bir xahişlə ona müraciət etməmişdi.  Bir dəfə dostları ilə top oynayan  İsgəndər görür ki, Serapion ona top ötürmür.

-Sən nə üçün mənə top ötürmürsən-  deyə hökmdar soruşur.

-Axı sən istəmirsən,- deyə Serapion cavab verir.

İsgəndər onun eyhamını  başa düşərək gülümsünür və Serapiona böyük məbləğdə pul verlməsi göstərişini verir.

Persepolda Əhəməni şahlarının sarayında İsgəndər İran üzərində qələbə münasibəti ilə ziyafət təşkil edir. Filippin  köhnə dostu,  yunanlarla makedoniyalıların ittifaqının qızğın tərəfdarı olan yunan Demarat öz ordusu ilə Persepola gələrək sevincindən ağlayır və deyir:

-Ellinlərin öz rəhbərlərinin  düşmən taxtında əyləşməsi təntənəsini görməyən yunanlar gör necə səadətdən məhrumdurlar!

        Afinadan gəlmiş və  və ziyafət zamanı İsgəndərin yanında əyləşmiş məşhur gözəl Tais qədəhi əlinə alaraq qışqırır:

-Afinanın dağıdılmasına cavab olaq gəlin padşah sarayını yandırağın.

İçdikləri şərabın təsirindən İsgəndər və digər makedoniyalılar möhtəşəm saraya od vururlar. Bu İsgəndərin bağışlanılmaz səhvlərindən biri idi.

Bundan sonra İsgəndər III Daranın təqibini davam etdirir. Tezliklə ona xəbər çatır ki, fars ordusunun  komandanı  Bess  III Daranı əsir götürmüş və özünü Əhəməni hökmdarı elan etmişdir. Makedoniyalı atlıları on bir gün sonsuz çöllərlə Bessi təqib edir və nəhayət ona çatırlar. Vəziyyəti belə görən Bess araba karvanını tərk edərək özünə sadiq döyüşçülərlə qaçıb gizlənir.  Arabalardan birində İsgəndər III Daranın meyitini görür. Onun yanında yalnız  sadiq  iti qalmışdı. İsgəndər öz plaşını çıxararaq meyitin üstünə örtür. Sonradan onun əmri ilə III Dara hökmdara layiq dəbdəbə ilə dəfn edilir. III Daranın qatili Bess isə ələ keçirilərək edam olunur.

Hindistan səfəri. E.ə. 330-cu ildə Daranın və Bessin öldürülməsitndən sonra İsgəndən İran dövlətinin tam hüquqlu hökmdarına çevrilir. Makedoniyalı  sərkərdələrin bir çox belə hesab edir ki, artıq  müharibə qurtarmışdır və İsgəndər İran üzərinə xərac qoyaraq Makedoniyaya qayıtmalıdır.  Lakin Makedoniya padşahı bu barədə heç düşünmək belə istəmirdi.  O, öz ətrafına fars əyanlarını toplayır, al-əlvan fars paltarları geyinir, fars hakimlərindən birinin gözəl qızı Roksolona ilə evlənir. Onun toyu da fars adət-ənənəsi üzrə keçirilir. İsgəndər III Daranın qızı Statira ilə də evlənir.

Bütün bunlar qocaman Makedoniya əsilzadələrinin xoşuna gəlmirdi. Onlar deyirdilər ki, hökmdar öz vətəinini unutmuşdur, onu barbar ölkə ilə dəyişməyə  hazırdır.  İsgəndər qəbul zamanı fars adəti üzrə hüzurunda diz çökməyi və təzim etməyi tələb edirdi. Belə adəti azad makedoniyalılar özləri üçün təhqir hesab edirdilər. Onlar bir yerdə döyüşməyə və bir yerdə şənlənməyə adət etmişdilər.

İsgəndərlə  dostları və tərəfdarları arasında münasibətlər getdikcə pisləşir. Ziyafətlərin birində İsgəndər olnunla mübahisə edən Qara Kliti nizə ilə vurub öldürür. Sərxoşluqdan ayıldıqdan sonra isə bu hadisədən çox peşiman olur, bir neçə gün tənhalığa qapılaraq ağlayır.

[b]Makedoniyalı İsgəndər

Hökmdarın  yaxınları ilə münasibətinin pilsləşməsindən istifadə edərək ona qarşı iki sui-qəsd təşkil olunur. Bunlardan birinə sərkərdə Permanionun oğlu başçılıq edirdi. İsgəndər onu  hərbi şuranın mühakiməsinə verir. Məhkəmə qocaman sərkərdənin oğlu barəsində ölüm hökmü çıxardıqda, İsgəndər onunla birlikdə ona və atasına sədaqətlə xidmət etmiş Permanionun da edam olunmasını əmr edir.

 

Fars döyüşçü dəstələr ilə tamamlanmış Makedoniya ordusu Hindistana yürüşə başalyır. Bir çoxları səfərə çıxarkən ümid edirdilər ki, bu yürüş sonuncu olacaq və onlar nəhayət doğma Makedoniyaya qayıdacaqlar. Makedoniya ordusu e.ə. 326-cı ildə Hind padşahı Porun torpaqlarına soxulur. Por böyük bir ordu toplayır. Onun sərəncamında 2000 döyüş fili də var idi. Gidasp çayı sahilində döyüş olur. Bu döyüşdə Por özü xüsusi igidlik göstərir. Fillər çoxlu makedoniyalı döyüşçünü tapdalayıb məhv edir.  Lakin İsgəndərin süvari dəstələri düşmənə güclü zərbə endirərək onun arxasına keçirlər. Nəticədə makedoniyalılar döyüşü udurlar. Por ağır yaralanaraq əsir düşür.

İsgəndər hind padşahının igidliyini yüksək qiymətləndirir. Onu öz torpaq­larının hökmdarı kimi tanıyır və özünün Şərqə getmək niyyətini açıqlayır. Por izah edir ki, Şərqdə  güclü orduya və döyüş fillərinə malik  digər knyazlıqlar və padşahlıqların torpaqları yerləşir. Bu yol çox uzun və təhlükəlidir. Makedoniya ordusu da irəli getməkdən imtina edir. Bundan sarsılan İsgəndər bir neçə gün öz çadırından bayıra çıxmır. Bu vaxt onun sevimli atı Bukefal da ölür. Padşah öz sevimlisini dəbdəbə ilə dəfn etməyi və həmin yerdə onun şərəfinə Bukefaliya şəhərini salmağı əmr edir.

İsgəndər Hindistan səfərini yarımçıq qoyaraq geriyə qayıtmağa məcbur olur. Bundan sonra o, öz ordusunda qayda-qanun yaratmaq qərarına gəlir. O, elan edir ki,  qocalmış və sağlamlığını itirmiş bütün əsgərlər mükafatalandırılacaq və Makedoniyaya  yola salınacaqlar.  Bu tədbiri makedoniyalılar kəskin etirazla qarşıladılar.

        -Qocalar və gücsüzlər, deməli  indi biz öz  hökmdarımıza lazım deyilk! O, özünü farslarla əhatə edir, bizi isə evə göndərir. Biz gedirik, ancaq hamılıqla!-deyə döyüşçülər qışqırırlar.

        Əsgərlərin qarşısına çıxan İsgəndər qəzəblə deyir:

-Siz kasıb, dəridən paltarlar geyinmiş dağlılar idiniz, özünüzü hətta frakiyalı və illiriyalılardan belə müdafiə edə bilmirdiniz.  Mənim atam Filipp sizi ellinlər arasında birinci döyüşçü etdi.  Mən isə sizləri çoxlü təhlükə və əziyyətlərdən sonra bütün Asiyanın sahibinə çevridim.  İndi isə məni tərk edib getməklə hədələyirsiniz? Eybi yoxdur, Makedoniyaya qayıdın, qoy hamı görsün ki, siz öz hökmdarınızı məğlub edilmiş barbarların ümidinə qoyub gəlmisiniz!

        İsgəndər öz ətrafından uzaqlaşır və bir neçə gün onların arasında görünmür. Bir müddətdən sonra o,  fars əyanlarını yeni yaratdığı orduya sərkərdə təyin etməyə başlayır. Fars ənənəsinə görə onlara hökmdarın «yaxınları» titulu verilir. Bu xəbəri eşidən makedoniyalılar padşah sarayına toplaşırlar. Onlar silahlarını yerə tullayır,  qışqırıb ağlayır və  bağışlanmalarını xahiş edirlər. İsgəndər onların qarşısına çıxan zaman bir çox döyüşlərdə iştirakçı olmuş qocaman makedoniyalı döyüşçülər həyəcanla ona müraciət edirlər:

-Sən bizi özündən uzaqlaşdırır, farsları isə «yaxınların» adlandırırsan.

-Siz hamınız mənim «yaxınlarımsınız» deyə İsgəndər qışqırır və öz silahdaşlarını qucaqlayraq öpür.

Bundan sonra hökmdar evə qaytmaq istəyənlərin hamısını mükafatlandırır və onları yola salır. Qalanlar isə yeni səfərə hazırlaşırlar. İsgəndər gəmilərlə bütün Afrikanı dolanıb Aralıq dənizinə gəlməyi, İspaniya, İtaliya və Karfageni tutmağı planqlaşdırır. Artıq yunan mühəndisləri Babili dəniz limanına çevirmək üçün Fərat çayının enləndirilməsi və dərinləşdirilməsinə başlayırlar. İsgəndər Babili özünün dünya imperiyasının paytaxtına çevirmək istəyirdi.

E.ə. 323 –cü ildə İsgəndər qəflətən qızdırma xəstəliyinə tutulur.  O, günü-gündən zəifləyir. Nə həkimlərin müalicəsi, nə də kahinlərin ibadəti ona kömək etmir. İyunun 10-da dünya fatehi vəfat edir.

Onun ölümündən dərhal sonra sərkərdələr arasında mübarizə başalyır.  Əvvəlcə onlar padşahın meyitinə sahiblik, sonralar isə hakimiyyət və torpaq uğrunda vuruşurlar. İsgəndərin meyiti sərkərdə Ptolomeydə qalır. İmperiyanın bölüşdürülməsi nəticəsində ona verilmiş Misirə yola düşən Ptolomey  İsgəndəri qızıl tabutda İsgəndəriyyə şəhərində dəfn edir.

        Makedoniyalı İsgəndər qeyri-adi imkanlara malik olan nadir və bənzərsiz tarixi şəxsiyyətlərdəndir. O, yüksək fiziki keyfiyyətlərə- gjüclülük, çevikilik və sağlamlığa malik idi. Özü gözəl olmaqla yanaşı, gözəlliyi də qiymətləndirir, xeyirxahlığı və alicənablığı  ilə seçilirdi. Ancaq həyatının son illərində hakimiyyətsevərliyi  İsgəndərin xasiyyətində bir sıra dəyişiklərə səbəb olmuşdu.

        Makedoniyalı İsjəndər görkəmli sərkərdə  hesab edlir. O, nə kiçik, nə də böyük döyüşlərdə  bir dəfə də məğlub olmamışdı. İsgəndər həm  ordusuna komandanlıq edir, həm də həmişə ön sıralarda, ən təhlükəli yerlərdə döyüşürdü. Yunan və makedoniyalıların saysız-hesabsız qələbələri təkcə onun sərkərdəlik məharətinin deyil, həm də şəxsi igidliyinin, əldə silah rəşadətlə döyüşməsinin nəticəsi idi.

Makedoniyalı İsgəndər
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 oktyabr 2011 11:03
    tewekkur edirem

  2. kecmish
    8 fevral 2012 15:44
    Men birinci defedir ki, Azerbaycanda bele tarix saytna rast gelirem. Aferin. Sizin sexsi yazlarnz xususile.Bele davam edin.

  3. 14 mart 2012 21:53
    cox gozel teshekkur edirem

  4. 3 yanvar 2013 20:37
    cox maraqli yazidi tesekkurler

  5. 21 yanvar 2013 21:45
    SIZE OZ MINNETDARLIQIMI BILDIRIREM KI M. ISGENDER HAQQINDA DERINDEN YAZMISIZ.

  6. 12 iyul 2013 16:29
    MARAQLIDIR, TESEKKURLER!!!

  7. 22 avqust 2014 12:01
    Maraqlidir.Tesekkurler love love love

  8. 9 noyabr 2014 19:19
    Cox maraqli melumatlardi smile tessekur edirem wink[hide][/hide]

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.