Çingiz xan və Monqolustanın birləşdirilməsi

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

         800 il əvvəl bir nəfər dünyanı fəth etdi. O, bir çox ona tanış olmayan ölkələrin sahibi oldu. yaşadığı dövrdə ona bir çox ad vermişlər- «Allahın qamçısıı», «İnsan dağıdıjısı», «Dahi əsgər», «Taxtların və tajların sahibi» və s. Bu fatehin ordusunun keçdiyi məsafədə işğal olunmuş ərazilər millə, kilometrlə deyil, enlik və uzunluq miqyası ilə hesablanırdı. Ona müqavimət göstərən şəhərlər yerlə-yeksan edilirdi, çaylar axarını dəyişirdi, səhralar isə yüzlərlə qaçqın və ölənlərlə dolurdu. Onun ordusunun keçdiyi ərazilərdə janavar və qarğalar tək janlı məfhum qalırdı. Bu sərkərdə Çingiz xan kimi tarixə düşmüş Temuçin idi.

         Belə bir hadisələrin izahı və araşdırılması üçün XII-XIII əsrlərə qayıtmaq lazımdır, yalnız mənbələrin və tarixi yazıların köməkliyi sayəsində bunu- bir savadsız köçərinin, heç vaxt bir şəhər belə görməyən, anjaq qanunlar toplusu yaradan, nəhəng imperatorluq quran və fatehə çevrilib nəslinə yeni yaşama istiqaməti verən bu şəxsi anlamaq olar.

         XII əsrdə monqollar geniş bir ərazidə məskən salmışlar. Baykal və Amur şərqdə, qərbdə İrıtş çayının yuxarılarına və Yeniseyə qədər, jənubda Qobi səhrası və Böyük Çin səddi, şimalda Jənubi Sibir¹. Monqollar əsasən çöllərdə tayfa-qəbilə halında yaşayır və köçəri maldarlıqla məşğul olurdular. Onların sərvəti böyük at ilxılarından, qaramal naxırlarından və qoyun sürülərindən ibarət idi. Çöl heyvanlarını ovlamaq yardımçı məşğuliyyət sayılırdı. Mal-qarası olmayan yoxsullar balıq ovu etmək, yeməli köklər qazıyıb çıxarmaq və qızılquşlarla quş ovuna çıxmaqla məşğul olurdular. «Monqolların nəsli haqqında qiymətli rəvayətlər»¹  əsəri monqolları «keçə alaçıqlarda yaşayan» adamlar nəsli adlandırır.

         XII əsrdə monqollar arasında artıq qəbilə münasibətləri dağılmaqda idi. Qəbilələr  içərisindən daha varlı maldar təsərrüfatlar ayrılmağa başladı ki, bunlar ailə şəklində köç salmağı üstün tuturdular. Bu monqol qəbilələrində təbəqələşmə əmələ gəldiyini göstərirdi. Qəbilələr dağıldıqja birləşmələr- ordular yaranırdı və müxtəlif qəbilələrin ayrı-ayrı  hissələri bu birləşmələrə daxil olurdular. Belə birləşmələrin başında hərbi rəislər-bahadırlar və noyonlar dururdu. Xeyli köçərini öz hökmranlığı altında birləşdirə bilən noyonlar və bahadırlar xan titulu daşıyırdılar.

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər. Xaraçuların adı əsgərlərdən və ya azad adamlardan fərqi bunda idi ki, onlar noyonların xeyrinə bir sıra mükəlləfiyyətlər ijra edirdilər. Noyonlara kumız verir, onların sürülərini otarır, qoyunlarını qırxır, basqınlarda və qarətlərdə iştirak edirdilər.

Monqolların sahib olduqları qullar tezliklə təhkimli rəiyyət və ya monqolji unaqan-boqol vəziyyətinə düşürdülər. Məğlub edilərək itaət altına alınan bütöv tayfalar da unaqan-boqollara çevrilirdilər. Monqolların ov məhsullarını və hərbi qəniməti noyonlarla bölüşdürən imtiyazlı bir zümrə- tarxan vardı.

         Mərkəzi Asiyanın köçəri jəmiyyətinə quldarlıq təsərrüfatı məlum deyildi. Burada ibtidai ijma quruluşundan birbaşa feodalizm ijtimai-iqtisadi formasiyaya keçilmişdi. Feodal münasibətləri ilə yanaşı burada mürəkkəb etnoqenez inkişaf edirdi. Bunun gedişində bir çox qəbilə və tayfalar qovuşaraq yeni və daha böyük etnik birliklər- xalqları təşkil edirdilər.

         Monqol çölləri bir çox müasir türk, monqol, Asiya və Avropa xalqlarının təşəkkül tapdığı və formalaşdığı ərazidir. ¹

         Lion şəhərində keçirilən qurultaydan sonra monqollarla danışıqlar üçün Roma Papası tərəfindən göndərilmiş kilsə xadimi Jovanni del Plano Karpininin məlumatına görə Monqol adlanan torpaqlarda nə vaxtlarsa dörd xalq yaşayırdı: birinji Yekə-Monqol, ikinji Su-Monqol, onlar özlərini torpaqlarından keçən çayın adından fatar adlandırırdılar. Üçünjü  merkit, dördünjü mekrit adlanırdı. Bütün bu xalqlar ayrı-ayrı ərazilərdə, ayrı-ayrı tayfalarda yaşamaqlarına baxmayaraq, eyni dil və eyni sifət quruluşuna malik idilər. ² 

         XII-XIII əsrlərdə monqol  çöllərində tatar, toyçiut, kerait, noymon, merkit və s. tayfalar yaşayırdılar. Qonşu dövlətlər çox vaxt  bu ərazidə yaşayan xalqları vahid bir adla-tatar adlandırırdılar, çünki onlar Böyük Çin səddi sərhədlərində məskən salaraq bir çox basqınlarda və qonşu ərazilərə yürüşlərdə şöhrətli idi. Orta əsrlərdə Çin tarixçiləri «tatar» anlayışını Avropada «barbar» anlayışı ilə eyni tuturdular. Çinlilər onlardan şimalda yaşayan, Monqol çöllərindəki bütün tayfaları tatar adlandırırdılar. ³

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

XIII əsrə kimi «monqol»  anlayışı məlum deyildi. Rəsmi surətdə bu ad yalnız vahid Monqol dövlətinin yaradılmasından sonra ortaya çıxmışdır.

         Çin mənbələrindən məlum olur ki, VIII əsrdə Çinlə sərhəddə Monqus dövləti mövjud olub. Bu dövlətin əhalisi monqolları təşkil edirdilər və daima Sin imperiyasının narahat edirdilər. Tatarlar bu dövlətlə öyünərək qəhrəmanlıq göstərən əsgərlərə monqol adı ilə mürajiət edirdilər. Çingizxan da bu səbəblərdən yaratdığı vahid dövlətə «Böyük Monqol dövləti» adını vermişdi.

         Yuxarıda qeyd edildiyi kimi monqol tayfaları köçəri həyat tərzi keçirirdilər. Tayfalarda mal-qara və otlaqlar ümumi mülkiyyəti təşkil edirdi. Qəbilə başçısı ətrafında salınmış məskənlər kuren adlanırdı. Lakin sonradan tayfa içərisindən adlı-sanlı adamların çıxmasından sonra kurenlər dağıldı və onları aillər əvəz etdi. Yeni patriarxal- feodal münasibətləri şəraitində aid

kurenlərə nisbətən daha məqsədyönümlü köçəri təsərrüfatı təşkil edirdi. Lakin kurenlərdən ail təsərrüfat həyat tərzinə keçid uzun müddət ərzində baş verirdi.

         Köçəri təsərrüfat şəraitində sinifli jəmiyyətə keçid dərhal olmur, qəbilə münasibətləri öz mövjüdluğunu saxlayır. Monqol tayfalarından qəbilə ijmasının  izləri feodalizmin meydana gəlməsindən sonra da saxlanılmışdır. Feodalizm Monqol çöllərində bir çox jəhətlərinə görə digər ölkələrdən  fərqlənirdi. Birinjisi feodal münasibətləri burada meydana gəlib və inkişaf etmişdi əkinçiliyə əsaslanmayaraq, o, köçəri maldarlıq təsərrüfatına söykənirdi. İkinjisi, feodalizmin Monqolustanda quldarlıq quruluşunun dağıdılması şəraitində yaranmamışdır, burada feodal münasibətləri ibtidai ijma quruluşunun dağılması nətijəsində yaranmışdır. ¹

         Bir çox ölkələrdəki kimi burada da feodalizmin əsasını natural təsərrüfatı təşkil edirdi. Təbii ki, köçəri-monqolların əkinçilik məhsullarına, sənətkarlıq mallarına, dəmir məmulatlarına və s. ehtiyajları vardır. Monqollar bu ehtiyajları Çin və Orta Asiya tajirləri vasitəsilə ödəyirdilər.  Monqol çöllərində tijarətdə daha çox uyğur və müsəlman tajirləri fəal idi. Onlar monqolların tijarət mallarındakı ehtiyajlarını atlara və digər ev heyvanlarına mübadilə edirdilər. Lakin belə tijarət natural təsərrüfatını dağıtmaq iqtidarında deyildi və o, monqol jəmiyyətində daima  əsas yer tuturdu. ² 

         Monqol jəmiyyətində qadınlar mühüm yer tuturdular və geniş azadlıq və hüquqlara malik idilər. Onlar at çapır, ox atmağı bajarırdılar. Qadınlar daima zəhmət çəkməli idi. Onlar mal-qaraya baxırdılar, paltar tikirdilər, yemək hazırlayırdılar və s. işlər görürdülər. ³

         Monqol tayfalarının əksəriyyəti şamançılığa sitayiş edirdilər. Monqolların «kam» adlandırdıqları şamanlar təbiblik edir və baxıjılıqla məşğul olurdular. Ruhlara inam daha böyük idi. Monqollar arasında daha ehtiramla yad olunan ruh səma ruhu idi. Onu Tengri adlandırırdılar. Sonralar monqollar Çingizxanın ruhuna da sitayiş etməyə başlamışdılar.

         XII əsrin sonunda monqol tayfaları arasında vəziyyət kəskinləşmişdi. Bunun əsas səbəbi əyanların yaranması və onların daha geniş otlaq, çoxlu mal-qara və qul əldə etmək istəyi idi. Monqol tayfaları olan naymanlar, keraitlər, tayçiutlar, tatarlar və s. qənimət ələ keçirmək  uğrunda kəskin mübarizə aparırdılar.  Məğlub edilən tayfalar qaliblərdən asılı vəziyyətə düşürdülər. Artıq tarixi baxımından çöllüklərdə mərkəzləşdirilmiş dövlətin yaradılması zəruri idi. 

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

Monqol qəbilələri yalnız ideya baxımından vahid Monqol əhalisini təşkil edirdilər. Qəbilə tərkibində daima ağsaqqallara qarşı çıxan sıravi insanlar vardı. Belə igidlər  jəmiyyətin aşağı pilləsində olmaqdan imtina edərək çox vaxt qəbilə  daxilindən uzaqlaşırdılar və «uzun iradəli adamlara» çevrilirdilər.

Bunları çin mənbələrində «babşen», yəni «ağsümüklər» adlandırırdılar. ¹ Bu insanların taleyi çox vaxt fajiəvi olurdu. Jəmiyyətin köməyindən məhrum olan bu insanlar meşə ovçuluğu ilə, balıqçılıqla, yığıjılıqla yaşamaq naminə məjbur olurdular. Anjaq bu amil də yaşamaq üçün kifayət etmirdi, çünki monqollar bir çox quşlardan və balıqlardan qida kimi istifadə etmirdilər. At və mal-qara əldə etmək üçün «jəmiyyətdən qovulmuşlar» oğurluqla, quldurluqla məşğul olmalı idilər. Lakin onların çoxu ələ keçirilərək öldürülürdülər. Vaxt ötdükjə belə insanlar birləşərək ayrı-ayrı dəstələr yaradıb özlərinə hərbi rəhbər seçirdilər və mütəşəkkil qaydada qəbilələrə müqavimət göstərirdilər. «Jəmiyyətdən qovulmuşlar»ın getdikjə sayı artırdı. Nəhayət, onların arasında tayfa başçısının oğlu, tanınmış Borjiqin nəslinin nümayəndəsi Temuçin üzə çıxdı. ²

         XI əsrin sonunda bir çox tayfa ittifaqları vahid dövlət qurumları halında birləşməyə başladılar. Belə dövlət qurumlarından biri Onon və Kerulen çayları ətrafında yaranmış «Xamaq Monqol ulusu» idi. Sonqol tayfalarının nirun adlanan hissəsi öz yaranması tarixlərini, mənşələrini Alan-Qoa qəbiləsinə şamil edirdilər. Kiyat adlanan  monqollar isə öz mənşəyini  ilk monqol hökmdarı Xabul-xana bağlayırdılar və kiyat-borjiqinlər adlanırdılar.  XII əsrin ortalarında kiyat-borjiqinlərin rəhbəri «Xamaq Monqol ulus» dövlət qurumunun ilk xanının nəvəsi Yesuqey-baatur idi. ³ 

         Yesuqey monqol tayfalarını birləşdirən ulusun başçısı idi. Onun günü yürüşlərdə və dövlətlərdə keçirdi. Onun qorxusu altında bir çox ailələr və qəbilələr onun bayrağı ətrafına birləşirdilər.

         Tatarlara qarşı yürüşlərin birində əsirlər arasında tanınmış tatar qəbiləsi başçılarından biri Temurçin də vardı. Evə dönərkən Deliun-buldaq adlı yerdə, Onon çayının sağ sahilində Yesuqeyin arvadı Oelunun oğlu anadan oldu. oğlunun doğulmasını yaxşı hal hesab edərək tanınmış əsirinin adının şərəfinə oğlunun adını Temuçin qoydu. Temuçin türksoylu tatar dilində «dəmirçi» demək idi. 

         Bu hadisə 1155-ji ildə baş vermişdir.

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

Temuçinin 9 yaşı olanda atası onu unqirat tayfasının başçısı Day-seçenin qızı Borte ilə nişanladı. Lakin elçilikdən geri dönərkən Yesuqey tatarlar tərəfindən zəhərləndi və üç gündən sonra evində öldü.

         Yesuqeyin ölümündən sonra onun Onon çayı sahilində yaratdığı ulus dağıldı. İlk olaraq tayçiutlar getdi, sonra isə digər bütün tayfalar. Yesuqeyin ailəsi ağır vəziyyətə düşdü. Dul qalan Oelun balaja  uşaqlarını ağır şəraitdə, ovçuluq, yığıjılıq və balıqçılıq etməklə dolandırmalı oldu. beləjə «jəmiyyətdən qovulmuşlar» «uzunömürlü azad adamlara» çevrildilər.

Yesuqeyin uşaqları arasında baş vermiş ixtilafdan (Temuçin ögey qardaşı Bekteri öldürmüşdü) sonra tayçiut başçısı Tarqutay-Kiriltux «jəmiyyətdən qovulmuşlara» hüjum edərək Temuçini əsir apardı. Tayaiutların yurdunda Temuçin qula çevrilərək ağır dəmirçi işləri görməli olur. Lakin bu çox çəkmir. Temuçin gözətçini öldürərək əsirlikdən qaçır. ¹

         Az sonra Temuçin unqirat tayfasının başçısının- Doy-seçenin qızı  Borte ilə evlənərək bu tayfanın köməyini qazanır. arvadının jehizini atasının qan qardaşı («anda») kerait tayfasının başçısı Toğrul-xana öz adından hədiyyə kimi təqdim edərək onun şimayəsini qazanır. Bundan başqa Temuçin uşaqlıq dostu, andası, jadjirat tayfasının başçısı Jamuxa-seçenlə də yaxınlaşdı. Artıq Temuçin tayaiutlardan çəkinməyə bilərdi. Lakin yeni təhlükə merkit tayfası tərəfindən gəldi. Merkitlər Temuçinin keraitlərlə əlaqəsindən çəkinir, onun güjlənməsini istəmirdilər. Bundan başqa merkitlər Temuçini məğlub etməklə Yesuqeydən qisas almış olardılar (Yesuqey merkit Jiledunun nişanlısı Oelunu qaçırmışdı).

         1176-jı ildə merkitlər hüjum edərək Temuçinin ailini talan edərək onun arvadı Borteni əsir apardılar. Əsir düşməkdən xilas olan Temuçin keraitlərdən kömək istədi. Kömək dərhal gəldi. Toğrul-xan, Jamuxa və Temuçinin azsaylı qüvvələri 1177-ji ildə qəflətən merkitlər üzərinə hüjum edərək onları məğlub etdilər. Borte əsirlikdən xilas edildi. Çoxlu qənimət ələ keçirildi.

         Temüçin heç vaxt  merkitlərin bu hüjumunu unutmayır. Hülakülər dövlətinin vəziri Fəzlullax Rəşidəddinin sözlərinə görə «o, əmr etmişdir ki, bütün merkitlər qırılsın, heç bir nümayəndəsi sağ qalmasın, çünki bu tayfa çox qiyamçı xalqdır».

         Möhtəşəm qələbə və güjlü müttəfiqlərin olması Temuçinin vəziyyətini kökündən dəyişdi. Onun yanına yeni ailələr gəldi, atasının müttəfiqlərinin oğulları, «jəmiyyətdən qovulmuşlar» və s. Temuçini kiçik ordanın başçısına çevirdi. Anjaq onun ordası tayfalardan deyil, «uzun iradəli adamlardan» ibarət idi. Onun yanına ilk dəfə gələnlər Boorçu və Jelme olmuşdu. Temuçin Jamuxa ilə dostluğu 1180-jı ilə kimi davam etdi. 

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

Daimi daxili müharibələr, qarətlər və yürüşlər, xəyanətlər və s. monqolları taqətdən salmışdı. Bundan başqa  xariji təhlükə (Çin tərəfindən) gözlənilməsi monqolları birləşməyə vadar edirdi. Lakin hansı yolla? Bunun üçün iki yol seçilmişdi. Birinjiyə görə qəbilə ağsaqqalları seçki yolu ilə seçilən vahid xanın başçılığı altında tayfaların konfederasiyasını irəli sürürdülər. Bu seçimə daha çox Jamuxa jan atırdı. Əgər bu yol baş tutsaydı «uzunömürlü azad adamlar» məhv olajaqdı. Ona görə də bu insanlar Temuçinin ətrafında birləşməyə üstünlük verirdilər. Buradan aydın görünür ki, Jamuxa monqol çöllərində demokratik jəmiyyəti təmsil edir, Temuçin isə aristokratik jəmiyyəti.

Artıq çevrilişə hazır olan Temuçin 1180-jı ildə 13 minlik qüvvə ilə Jamuxanı tərk etdi.

         1180-jı ildə Xaara-Jurken dərəsində, Sanqur çayı sahilində, Kono-Nura gölü yaxınlığında Temuçini dəstəkləyən qəbilə və tayfalar  onu xan seçərək ona «Çingiz adını verərək qarşısında and içdilər». ¹

         Xan seçildikdən sonra Temuçin öz ordasına  uyğun idarəçilik apparatı yaratdı. Hərbi qüvvələrin və bütün vəzifələrin başına onun ən sadiq nökərləri Boorçu və Jelme təyin olundu. Xanın mühafizə ordusunun başına «üç oxatanlar» seçildi. Dörd nukeri kəşfiyyatçı seçildi, onlar xanın şəxsi tapşırıqlarını yerinə yetirirdilər. Öz ətrafında noyon və nukerləri sıx birləşdirmək məqsədilə Temuçin darxan adlanan imtiyazlı silk yaratdı. Darxanlar bütün vergilərdən azad idi və öz hərbi qənimətlərini heç kimlə bölüşməmək hüququna malik idi. O, ilk doqquz səhvinə görə jəza almırdı və birbaşa xanın yanına azad keçmək hüququna malik idi.

Ayrıja jangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyujuları və turxaud-gündüz qoruyujuları. Keşik monqol qvardiyasını təşkil edirdi.

         Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nukerləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi.

         Jamuxa və Temuçin, hər ikisi «Xamaq monqol ulus» hakimiyyətinə jəhd edirdilər. «Xamaq monqol ulusu»nun hələ ki, ümumi başçısı yox idi. Nəhayət, bu iki namizəd arasında 1190-jı ildə münaqişə baş verdi. Buna bəhanə Jamuxanın qardaşını Temuçinin adamları tərəfindən öldürülməsi oldu. Temuçin açıq döyüşdə geri çəkilməli oldu. Buna baxmayaraq diplomatik addım işlədən Temuçin Jamuxaya tabe olan tayfaların çoxunu öz tərəfinə çəkərək 1190-jı ildə «Xamaq monqol ulusu»nun taxtını tutdu. ²

         1198-ji ildə çcurçcen sərkərdəsi Vanyan Syan tatar tayfalarına qarşı yürüş etdi. Bu zaman Toğrul xan və Temuçin fürsətdən istifadə edərək geri çəkilən tatarlara zərbə endirdilər. Çoxlu qənimət ələ keçirən müttəfiqlər Çin sərkərdəsinə tatar tayfasının başçısı Mequçcin-Seultunun onlar tərəfindən öldürülməsini xəbər göndərdilər. Bu haqda xəbər tutan sərkərdə Vanyan Syan sevinir və Toğrul xana «van», Temuçinə isə «çautxuri» adını verir.  ³

         Sin imperiyası tərəfindən belə yüksək ad alması bu zamanlar böyük hadisə hesab olunurdu. Bu monqol çöllərində «yuxarıdan tanınma» demək idi. Lakin bununla keraitlərin Sin imperiyasından asılı vəziyyətə düşməsi açıq şəkildə görünürdü.

         Temuçinin yürüşdə olduğu onun kureni (Aurux adlanırdı) çcurkinlər (onun yaxın qohumları) tərəfindən hüjuma məruz qalır. Temuçin  buna javab olaraq çcurkinləri məğlub edir və Saça beki ilə Toyçunu edam etdirir.

1198-1199-ju illərdə Van-xan, Jamuxa və Temuçin naymanlar üzərinə yürüş edirlər. İki yerə b.lünmüş naymanlarda Buyurukun başçılıq etdiyi hissə məğlub edilir. Geri qayıdarkən naymanların ikinji qolu ilə rastlaşırlar. Qaranlıq düşdüyündən döyüş səhərə saxlanır. Gejə vaxtı Van xan Jamuxa Temuçinlə tələ quraraq döyüş meydanından qaçırlar. Lakin Temuçin vaxtında geri çəkilərək ordusunun bütövlüyünü saxlayır. Naymanlar tərəfindən  təqib olunan keraitlər məğlub edilirdi. Köməyə yetişən Temuçinin dörd sərkərdəsi: Buqurji, Muxali, Jelme və Çilaun noymanları məğlub edirlər. Bunun javabında Van xan Temuçini öz varisi və oğlu elan edir. ¹

         1201-ji ildə Alxu-bulaq  adlı yerdə Jamuxanı müdafiə edən tayfalar: tatarlar, tayçiutlar, xunqaritlər, merkitlər, oyratlar və s. Jamuxanı «gur-xan» elan edirlər. Rəşidəddinin sözlərinə görə bu titul tayfalar konfederasiyasının «xanlar xanı» demək idi. ²

         Yeni yaranmış birlik Kerulen çayından aşağı düşmənləri üzərinə hüjuma keçdilər. Koyton adlı yerdə Jamuxanın birliyi məğlub edildi. Van xan Jamuxanı, Temuçin isə taçiutları təqib etməyə başladı. Temuçinin şəxsən iştirak etdiyi döyüşdə tayçiutlar məğlub edildi. Temuçin isə ağır yaralandı. Əsir götürülmüş Temuçini yaralayan tayçiut əsgəri Xarxutay irəli çıxaraq onun Temuçini yaraladığını bildirmişdir. Buna javab olaraq Temuçin onu bağışlamış və onu Jebe adlandırmışdır.

         1202-ji ildə Temuçin ilk dəfə təkbaşına tatarlar üzərinə yürüş etmişdir. Artıq Temuçin bu vaxtdan etibarən Monqolustanda təkbaşına hakimiyyət qurmaq iddiasına düşür.. Tatarlar ağır məğlubiyyətə uğrayır. Temuçinə Baykaldan Xinqana qədər ərazilər tabe edilir. Lakin Jamuxa Temuçinlə keraitlər ittifaqını pozmağa nail olur.

         Məntiqi baxımdan keraitlərin Temuçinlə mübarizəsi labud idi. Keraitlərin Temuçinə qarşı sui-qəsdi baş tutmadığından, onlar qəflətən Temuçinin ulusuna qarşı hüjuma keçirlər. Lakin vaxtında xəbər tutan Temuçin Baljun gölünə doğru geri çəkilir, qüvvələrini səfərbər edir və  bayram edən keraitlərin düşərgəsinə hüjum edir. Keraitlər tamamilə məğlub edilir. Van xan döyüşdən qaçmasına baxmayaraq, 1203-jü ildə naymanlar tərəfindən səhfən öldürülür. Jamuxa isə naymanların yanına qaçaraq Tayan-xanı Temuçinə qarşı birgə mübarizəyə çağırır və istəyinə nail olur.

        

Çingiz xan və Monqolustanın birləşdirilməsi

 

 

1204-jü ildə artıq Monqolustanda iki xan qalmışdı: Tayan xan və hələ də Çingiz xan adı şöhrətlənməyən Temuçin. Həmin ildə Temuçin Tamen-Ker adlı yerdə qurultay keçirərək naymanlara qarşı müharibə məsələsini həll etdi. 45 minlik ordu ilə Temuçin 55 minlik naymanlar üzərinə hüjum etdi. Xanqay dağının ətəyində Tayan xanın bir yerə topladığı tayfalar birliyi məğlub edildi. 1204-jü ilin payızında Temuçin merkitləri və onlara qoşulmuş Kuçuluğun başçılıq etdiyi döyüşdən qaça bilmiş naymanları məğlub etdi. 

         Beləliklə, bütün monqol çöllərində tək bir hakim qaldı: keçmişi varlı əsilzadə nəslinə aid olan, qohumları tərəfindən tənhalığa sürgün olunan, bir vaxtlar əsirlikdə qul olan və belə əzablardan çətinliklə yaxa qutaran, qısa zamanda düşmənlərini məğlub edən və bütün Monqolustanı vahid bir dövlət halına gətirən Çingiz Xan adı alan Temuçin.

         1206-jı ilin yazında  Onon çayının sahilində monqol çöllərində bu günə kimi görünməmiş böyük bir qurultay çağırıldı. Bu qurultaya Monqolustanın hər bölgəsindən xanlar və noyonlar, Temuçinin köhnə və yeni tərəfdarları toplanmışdı. Qurultay iştirakçılarının üzərində doqquzquyruqlu müqəddəs bayraq dalğalanırdı. Bu bayraq monqol əsgərlərinin ruhunu himayə edən Sulde allahının işarəsi idi. ¹

         Qurultayda həll olunajaq məsələ hamıya aydın idi. Vahid xanlığa namizəd yalnız bir nəfər idi- Temuçin. Temuçin formal surətdə hüquqi baxımdan yeni yaranmış monqol dövlətinin xaqanı seçildi. Tanınmış noyonlar Səma Tanrısına üz tutaraq Temuçini bir daha Çingiz xan elan edərək onu Monqolustanın vahid hökmdarı elan etdilər. ²

         Beləliklə 51 yaşında qalib kimi qurultaya gələn və bütün monqolların xaqanı kimi qurultaydan gedən Temuçin dünyaya səs salajaq hökmdar kimi tarixə daxil oldu.


ardını gözləyin.......

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 iyul 2012 23:03
    Minnetdaram, inshAllah gozluyuruk ardini

  2. 12 noyabr 2012 20:02
    saqolunnnnnnnnnnnnnnnnnnnnnnnnn

  3. 30 noyabr 2012 21:10
    Geni mlumata gre sag olun menim n byk tapnt oldu

  4. 17 yanvar 2015 22:27
    cox sagolun muellim kimi berhelenirem bu saytda tewekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.