Qay Yuli Sezar

Qay Yuli Sezar

GÖRƏRSİNİZ, BU SEZARDA BİR NEÇƏ MARİ MÜRGÜLƏYİR!

Romanın yaranmasından 693 il keçirdi.Əbədi şəhər böyük Pompeyin qələbəsini bayram edirdi.Əylənən adamlar arasında orta yaşlı,hündür boylu ,səliqəylə geyinmiş ağbəniz bir şəxs biganəliyi ilə diqqəti cəlb edirdi.Sanki onu nə romalıların triumf  dedikləri bu təntənə,nə də müharibənin qənimətləri maraqlandırırdı.Yalnız legionların əzəmətli addım səsləri qəlbində əks-səda verir ,onu həyəcanlandırırdı.Ordu elə bir qüvvə  idi ki ,istənilən bacarıqlı adamı hakimiyyətin ən yüksək pilləsinə qaldıra bilərdi.Bu yüksəklikdən hətta müqəddəs Olimp belə kiçik bir təpəciyə bənzəyirdi. Bu adam Qay Yuli Sezar idi.Gəncliyindən şöhrət və mənsəb arzusuyla yaşayan Sezarın hakimiyyət başına gəlmək üçün nə legionları ,nə də pulu vardı.                                                                                                                     

Qay Yuli Sezar

Hələlik Romada hakimiyyət Pompeyin əlində idi.Şəhərin ali idarə şurası olan Senatın binasında da onun möhtəşəm heykəli ucalırdı.Pompeylə rəqabətə girə bilən yeganə şəxs Spartak üsyanını yatırmış ən varlı  romalı Mark Lisini Krass idi.Sezar başqaları kimi bu mənsəb sahiblərinə nə pərəstiş,nə də paxıllıq edirdi.O,yalnız öz gücünə arxalanırdı,onun gücü isə iti ağlında,əyilməz iradəsində və qələbə əzmindəydi.

Qay Yuli Sezar e.ə. 100-cü ildə doğulmuşdu.Əsil-nəcabəti ona yüksək mənsəb sahibi olmağa imkan verirdi.Lakin dikbaşlığı ucbatından o,Romanın qüdrətli hakimi Sullanın qəzəbinə düçar olmuşdu.Sezarın qohumu Mari Sullanın hakimiyyət uğrunda apardığı mübarizədə ən təhlükəli rəqibi idi.Uzaqgörən Sulla yeniyetmə gəncdə gələcəyin güclü şəxsiyyətini görür və ə`yanlarına: Görərsiniz,bu Sezarda bir neçə Mari mürgüləyir -deyə ehtiyatlı olmağı tapşırırdı.                                                                                                 

Beləliklə,on səkkiz yaşlı Sezar İtaliyanı tərk etməli olur.Yolda o ,dəniz quldurlarına əsir düşür.Onlar 20 talant bac tələb edirlər.O vaxtın hesabıyla ,bu, çəx böyük pul olsa da,Sezar dikbaşlığından qalmır: Yə`ni məni belə ucuz tutursunuz? deyə girov pulunu 50 talanta qaldırır.Əsirlik qırx gün çəkir,Sezar isə sanki istirahətdəymiş kimi şe`r yazır,tez-tez xəyallara dalır amiranə tərzdə hamıdan sakitlik tələb edir.O hərdən quldurlara öz şe`rlərindən oxuyurdu,amma onlardan tə`rif və alqış eşitməyəndə əsəbləşir,  kəmsavad və barbar adlandıraraq söyür,hamısını e`dam edəcəyini deyirdi.

Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır,təlxəklik kimi qəbul edirdilər.                                                                                                                                                                               Nəhayət ,Sezarın qohumları tələb olunan pulları gətirirlər və o ,əsirlikdən qurtarır.Azadlığa çıxmış Sezarın yubanmadan döyüş gəmiləri tutur,dəniz quldurlarını tə`qib edərək onları haqlayır və söz verdiyi kimi çarmıxa çəkərək e`dam etdirir.Bax,beləcə Sezar öz zarafat ını dəhşətli bir həqiqətə çevirmişdi.

Sullanın ölümündən sonra Sezar Romaya qayıtdı.Lakin burada avaraçılıq onu tez təngə gətirdi və o,Rodos adasına,məşhur ritorika müəllimi Apolloni Molonun yanına gedib ondan natiqlik sənətini öyrənməyə başladı.Sezar müasiri,məşhur natiq Siseron da  bu sənəti məhz Apolloni Molondan öyrənmişdi.Deyilənə görə ,Sezar ritorikanın sirlərinə dərindən yiyələnmişdi və çox güclü natiq idi,lakin natiqlik onun məqsədi deyildi,bu sənət ona şöhrət qazanmaq və hakimiyyətə  yiyələnmək üçün lazım idi.

 

Qay Yuli Sezar

MƏN ROMADA İKİNCİ OLMAQDANSA,BURADA BİRİNCİ OLMAĞI ÜSTÜN TUTURAM!

Bir il sonra Sezar yenidən Romaya qayıdır.Bu dövrdə o,artıq natiqlik sənətinə yiyələnmiş və xeyli həyat təcrübəsi qazanmışdı.Görkəmli patrisilərə-əsil-nəcabətli romalılara qarşı məhkəmə proseslərindəki ehtiraslı çıxışları,qara camaat üçün təşkil etdiyi səxavətli məclislər ona sadə xalqın rəğbətini qazandırdı.Sezarın gündən-günə artan şöhrətindən narahat olan bədxahları tez-tez Sullanın sözlərini xatırlayırdılar.Lakin Sezar yaxşı bilirdiki ,hakimiyyət uğrunda açıq mübarizəyə hələ hazır deyil,buna görədə şəhərli cavanlara məxsus ədalarla rəqiblərini çaş-baş salır-guya hakimiyyətə can atmadığını nümayiş etdirirdi.                                                                                                                                                             

Krassla dostlaşıb onun rəğbətini qazanan Sezar,nəhayətki,İspaniyanın canişini təyin olundu. İspaniyaya gedən yolda,kiçik əyalət kəndlərinin  yanından keçərkən Sezarın ə`yanlarından biri soruşur :


-

Görəsən  burada da adamlar vəzifə uğrunda bir -birini didirlər?                                                                               -Bilmirəm,ancaq mən Romada ikinci olmaqdansa,burada birinci olmağı üstün tutardım!-deyə Sezar cavab verir. İspaniyada Sezar bir çox tayfaları ram edib,müharibədə qazandığı qənimətləri səxavətlə legionerlər arasında bölüşdürürdü.Onların alqışlarını eşidən Sezar birdən-birə anlamışdıki,hakimiyyətə gəlməkdə ona Romanın yoxsul camaatı yox,yalnız sədaqətli legionlar kömək edə bilər.Deyilənə görə,bir gün İspaniyada Herakl məbədinə gələn sezar burada Makedonyalı isgəndərin heykəlini görür və çox kədərlənir.Səbəbini soruşanda isə deyir:

-33 yaşında İskəndər,görün,necə ölkəni idarə edirdi,mən isə bu yaşa çatmışam,hələ bir şərəfli iş gərməmişəm.

Qay Yuli Sezar

İtaliyaya qayıdandan sonra Sezar yenidən siyasi mübarizəyə qoşulur.O,Pompeylə Krassı barışdırıb onlarla müttəfiq olur.Beləliklə e.ə. 60-cı ildə Romada Pompeyi ,Krassı və Sezarı birləşdirən hakimiyyət- triumvirad  deyilən üçlərin ittifaqı  yaranır.Bu,gücün,qızılın və ağlın birliyi idi.Bu qüvvədən məharətlə istifadə edən Sezar e.ə.59-cu ildə Romanın hakimi-konsulu təyin olunur.Ənənəyə görə Romanın bir il ərzində iki konsul bərabər idarə etməli idi. Lakin Sezar işləri elə düzüb qoşdu ki,bütün hakimiyyət təkcə onun əlində cəmləşdi.İkinci konsul Sezarın qorxusundan evində gizləndi və konsulluq dövrünün sonuna qədər küçəyə çıxmadı.Romalılar həmin ili zarafatla Yulinin və Sezarın konsulluq ili adlandırırdılar.  Konsulluğu dövründə Sezar Romada yeni binalar tikdirdi.O,romalılar üçün tez-tez məclislər qurur,qladiator döyüşləri təşkil edirdi. Bundan başqa, Sezar əmr etmişdiki şəhərdə baş verən yenilikləri və Roma Senatının məclislərindən hesabatları bina divarları üzərində həkk etsinlər.Bu yazıları ilk qəzetlərin sələfidə hesab etmək olar. Konsulluq dövrü sona çatdıqdan sonra Sezar Qalliyanın Romaya məxsus hissəsinin canişini təyin olundu. Səkkiz il ərzində o ,bütün Qalliyanı fəth etdi və Reyn çayını keçib uzaq Britaniyanın sərhədlərinə yaxınlaşan ilk Roma sərkərdəsi oldu. Bu qələbələr Sezara məğlubedilməz sərkərdə şöhrəti,qalaq-qalaq qızıl və legionların sədaqətini qazandırdı. Əskərlər onu əsl döyüş yoldaşı kimi sevir, Sezar isə öz nöbəsində müharibənin bütün çətinliklərinə onlarla bərabər qatlaşırdı-onlar yediyindən yeyir, əskər tonqalı yanında onlarla bir gecələyirdi.

Qay Yuli Sezar

Döyüşlərin birində bir dəstə legioner qiyam etmiş qalların mühasirəsinə düşdü.Sezar cəmi 7 min əsgərlə qarlı dağları,keçilməz meşələri ,düşmən hücumlarını dəf edib onu ümidlə gözləyən döyüşçülərinin köməyinə gəlmişdi.Bu keçid zamanı Sezar dəfələrlə ölümlə üz-üzə gəlmiş ,lakin ölümü əsgərlərin etibarını itirməkdən üsdün tutmuşdu.Çünki bu legionlarsız hakimiyyət arzusu boş bir xülya idi.

Sezarın Qalliyadaki qələbələrinin zirvəsi Aleziya şəhəri yaxınlığında qallarla döyüşü oldu.Bu döyüşdə Sezar 30-40 min romalıyla 470 minlik qall ordusunu darmadağın etdi. 1 ildən sonra isə bütün Qalliya zəbt edildi.

Sonralar Sezar Qall müharibəsi haqqında qeydlər  əsərinda roma əskərlərinin şücayətini təsvir etdi.Bu əsər həmdə onun öz adını tarix üçün əbədiləşdirdi və yazıçı kimi də tanıtdı.Qalliyadaki qələbədən sonra Sezar artıq elə bir gücə malik idi ki,hakimiyyət uğrunda mübarizədə ona mane olan hər kəsi açıq döyüşə çağıra bilərdi.

 

PÜŞK ATILIB!

Qədim yunan tarixcisi Plutarx e.ə. 50-ci illərin Roma respublikasını açıq dənizdə yırğalanan yelkənsiz gəmiyə bənzədirdi.Çoxları belə hesab edirdiki, Romanı təkhakimiyətlilik xilas edə bilər.Diqtator simasında isə hamı Pompeyi görürdü.Krass hələ e.ə. 53-cü ildə şərqin ən güclü dövləti Parfiyaya qarşı müharibədə həlak olmuşdu. Lakin Sezar Roma siyasilərinin fikirlərini alt-üst etdi:artıq o,hakimiyyət uğrunda açıq-aşkar vuruşurdu.Son vaxtlar Sezar yunan dramaturqu Evripidin sözlərini tez-tez təkrar edirdi:

Bil ki, əməl etməlisən sən həmişə qanuna,                                                                                                                                    Əgər onu pozursansa,poz hakimiyyət naminə.

Hakimiyyət Pompeyi yaman çaşdırmışdı,yaxınlaşan təhlükəni duymur,özündən razı halda fikirləşirdi ki,legionlar onun bircə işarəsinə bənddirlər;ayağını yerə vuran kimi bütun İtaliyanı tutacaqlar.

E.ə. 49-cu ildə Sezar bircə legionla Romaya doğru hərəkət etməyə başladı.O,Qalliya ilə İtaliyanın sərhəddində Rubikon adlanan çayın sahilində yürüşə fasilə verdi.Sezarın tərəddüdünü anlamaq olardı:Rubikonu Keçmək respublikaya qarşı açıq qiyam demək idi.

Deyilənə görə,Sezarın düşərgəsindən bir az aralı uca boylu ,yaraşıqlı bir gənc oturub tütək çalırmış.Döyüşçülər yavaş-yavaş onun başına toplaşırlar.Qəfildən o , əsgərlərdən birinin əlindən şeypuru alıb döyüş havası çalır və çaya atılıb o biri sahilə dogru üzməyə başlayır.

-İrəli,irəli Allahların iradəsi və düşmənlərin ədalətsizliyi bizi döyüşə çağırır.Püşk atılıb!-deyə Sezarda onun arxasınca suya atıllr.Bu səhnə cəsarətli,amma Allahlardan qorxan romalılara çox təsir edir.Onlar möcüzədən ilhamlanır Rubikonu keçirlər.Tədbirli Sezarın ağlından xəbərdar olanlar üçün bu  möcüzənin kim tərəfindən düşünüldüyünü analmaq çətin deyil.Bu tarixi hadisədən sonra bir çox dünya qalqlarının dilində  Rubikonu keçmək ifadəsi  nəyə isə qəti qərar vermək mənasında işlədilir.Sezarın çevikliyi Senatı iflic vəziyyətinə saldı.Keyləşmiş Pompeyi hamı qınayır,istahsa ilə ona ayağını yerə vurmağı  təklif edirdilər. Özünü itirən Pompeyçilər Balkanlara tərəf üz tutdular.Sezar paytaxda daxil oldu və özünü Romanın sahibi kimi aparmağa başladı.Xalq tribunu Sezara xəzinədən pull götürməyi isdədikdə o demişdi: -Silah qanunlarla hesablaşmır. Sonra isə tribunu ölümlə hədələyib əlavə etmişdi:  Allaha and olsun,bunu etmək mənim üçün deməkdən daha asandır.Sezarla Pompeyin mübarizəsinin taleyi Balkanlarda həll olunurdu.Donanmanın köməyi olmadan Sezar öz ordusunu ərzaqla təmin edə bilmirdi.Lakin döyüşcülər mərdlik və cəsarətlərini itirmir,vuruşurdular.Bununla belə ilk döyüşdə pompey qələbə çaldı,amma Sezarı tam məğlub edə bilmədi.

Ağıllı bir manevrlə Sezar pompeyçiləri Donanmanın köməyindən məhrum etdi və Farsal şəhəri yaxınlığında sərfəli mövqe tutdu.Burada e.ə. 48-ci ildə həll edici döyüş baş verdi.Pompeyin 47 minlik piyada, 7 minlik süvari ordusuna qarşı Sezar 22 minlik piyada və 1000 nəfərlik süvari qoşunu çıxardı. Pompeyin süvari dəstəsi əla silahlanmış gənc roma kübarlarından ibarət idi. Onlar hücuma keçərkən qəflətən Sezarın əhtiyatda qalan leygionlarının əks zərbəsiylə üzləşdilər. Sezarın əmriylə zərbələr düşmənlərin sifətinə endirilməliydişcavan və gözəl romalılar sifətlərinin yaralanıb eybəcərləşəcəyindən qorxaraq qaçmağa üz tutdular.Hücum alınmadı, atlılar geriyə çəkilərək elə öz piyadalarını əzdilər. Sezar ordusunu əks-hücumu pompeyçiləri tamamilə darmadağın etdi.

Olan-qalan gücünü itirən Pompey Misirə qaçmağa məcbur oldu və orada fironun satqın əyanları tərəfindən öldürüldü.İskəndəriyyəyə gəlmiş Sezara yaltaq əyanlar Pompeyin başını göstərdilər.Lakin Sezar üzünü çevirdi və deyijənə görə hətta öz qüdrətli düşməninin cəsədi üzərində göz yaşı tökdü.Bu siyasətçi hiyləgərliyi idi,yoxsa səmimi peşmançılıq-indi heç kim bunu dəqiq deyə bilməz.  Sezar bir çox Roma kübarlarını əvf etdi və hətta öz əhatəsinə yaxınlaşdırdı.Misirdə isə o,əyanların hakimiyyət uğrunda mübarizəsinə qarışıb cazibədar Kleopatranı taxt-taca oturtdu.

Tezliklə Sezar Asiyaya yürüş etdi və cəmi üç legionla elə birinci döyüşdə Pont kralı Farnaka qalib gəldi.Romaya məktubunda bu hadisəni o,üç kəlməylə təsvir etmişdi  Veni ,vidi,   vici

-Gəldim,gördüm , qələbə çaldım.   Romaya qayıdandan sonra Sezar beş qələbəsini birdən bayram etdi.Əsgərlərə bahalı hədiyyələr,torpaq paylanır,qara camaata isə hər gün ziyafətlər verilir,tamaşalar göstərilirdi.Üstəlik  vergiləri də azaltmışdılar.  Artıq e.ə. 45-ci il idi.Sezarı Romanın qüdrətli hakiminə çevirən Rubikon keçidindən düz 4 il ötürdü...

 

 

Qay Yuli Sezar

BRUT,SƏN DƏ?!

E.ə. 44-cü ilin 15 mart səhəriydi.Dan yeri hələ sökülməmişdi.Sezar bütün gecəni oyaq qalmışdı.Nə idi onu narahat edən,qəlbini ağrıdan?Neçə müddət əvvəl bir falçı ona mart ayının ortalarında sui-qəsddən qorunmağı məsləhət görmüşdü...

...Sui-qəsd?!Bu kimin ağlına gələ bilərdi?Nankorlar...Mən axı müharibədən sonra hamınızı bağışladım,hamınızı mənsəb,vəzifə sahibi etdim.Pompeyin heykəlini Senatda saxlatdıran mən,bunları isə mənim pulların üstünə döyülən şəklim əsəbiləşdirir!Deyirlər,guya respublikanın qanunları pozulur.İkiüzlülər...Onlar ancaq öz hakimiyyətlərini bərpa etmək istəyirlər.Hələ bu qara camaatı demirəm...həmişə onlara qahmar çıxan mən,Sezar deyildimmi?Mükafatım nə oldu?Sədaqətli Mark Antoni başıma tac qoymaq istəyəndə alqış əvəzinə eşitdiyim bir-iki çəpik səsi oldu,ona görə tacdan da imtina etdim. Nanəciblər!!!Azadlıq istəyirlər!Nəylərinə lazımdır azadlıq-Forumda xırıldayana kimi qışqırmaq üçün,yalan danışmaq,bir-birini aldatmaq üçün?!Mən onlara sakit həyat,tox güzəran bəxş edirəm,onlar isə kif  iyi verən hüquqlardan danışırlar.Eybi yox,tezliklə Sezarın qarşısında diz çökəcəksiniz!...Mən qüdrətli parfiyalılar üzərinə yürüş edib onları fəth edəcəyəm,öz legionlarımı Xəzərin sahillərindən və Qafqazdan keçirib Skif çöllərinə ,Almaniyaya aparacağam.Makedoniyalı İskəndərin yürüşlərini kölgədə qoyacağam.Romanın sərhədlərini Okeana qədər genişləndirəcəyəm.Bax,onda hamı,hamı Sezarı Romanın tək hakimi kimi tanıyacaq...

Sezar Romada 500 ilə qədər mövcud olan demokratiya ən`ənələrini pozurdu.Doğrudur,e.ə. 1-ci yüzillikdə Roma daha bu ənənələrlə yaşaya bilmirdi,lakin Respublika hələ təkhakimiyyətliliyi də qəbul etməyə hazır deyildi.

E.ə. 44-cü ilin martında Sezara qarşı sui-qəsd artıq hazır idi.Bu sui-qəsdin təşkilatçılarından biri vaxtilə  Sezarın əfv etdiyi və özünə çox  yaxın saydığı Mark Yuni Brut idi.Çevriliş arzusunda olanlar nə vaxtsa Romanın sonuncu çarı Tarkvinini devirən Brutu nəzərdə tutaraq divarlara  Sən Brut deyilsən!sözlərini yazır,onu qıcıqlandırır və xəyanətə təhrik edirdilər.

Martın 15-i gəlib çatdı.Bir qədər tərəddüddən sonra Sezar,nəhayət ki,Senatda çağırılan vacib yığıncağa getməyə qərar verdi.Yolda o ,tanış falçıya rast gəldi və zarafatla ona dedi: Öz aramızdır,martın ortası gəldi ha.... Doğrudur,gəlib,amma hələ keçməyib-deyə  falçı cavab verdi.

Sezar Senata daxil olub əyləşən kimi sui-qəsdçilər ona hücum etdilər.Əlbəyaxa vuruşma başladı.Sezar özünü müdafiə etməyə çalışırdı,amma qatillərin arasında Brutu görəndə əl-ayağı soyudu.

-Sən sə,övladım?Brut,sən də?-deyə toqasını başına çəkib daha müqavimət göstərmədi.Qatillər ona 23 bıçaq yarası vurdular.Sezar həmişə ona göz dağı olan Pompeyin heykəlinin ayaqları altında həlak oldu.

Ertəsi gün Brut Sezarın öldüyünü və Respublikanın bərpa olunduğunu  camaata xəbər verdi.Lakin heç kəsdən səs çıxmadı.Bu o demək idi ki,Respublika hələ Sezarın ölümündən xeyli qabaq iflasa uğramışdı.

İllər keçəcək,Sezarın varisi Oktavian Avqust respublikaçıları məğlub edib dahi sələfin başladığı işi sona çatdıracaq,yeni idarəetmə sistemi –imperiya yaradacaq.Sezarın şərəfinə bütün Roma imperatorları adlarının önünə fəxrlə dahi sərkərdə və hökmdar Qay Yuli Sezarın adını əlavə edəcəklər.

Qay Yuli Sezar

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 mart 2013 14:40
    Mence bele boyuk bir serkerdeni oldurmek cox boyuk bir sehvdir.
    Cunki, o Pompeyin adamlarini oldurmeyib oz yanina aldi .Belke de Brutu qiciqlandirmasalardi, Brut Sezara xeyanet etmez ve onu sui-qesdden xilas ederdi. wink bully

  2. 3 may 2013 23:02
    23 bicaq..................................................................... sad

  3. 31 may 2013 13:22
    Cox sagolun Hamlet muellim.

  4. 13 avqust 2013 21:19
    Goresen biz Sezarin yerinde olsaydiq bu xeyaneti nece qarsilayardiq?Cox xahis edirem ki, fikrinizi bildirin 

  5. 11 noyabr 2014 19:17
    Men cox pis qarsilayardim am

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.