Səttərxan

               

Səttərxan
 

Səttərxan Cənubi Azərbaycan milli-azadlıq hərəkatının rəhbəridir

 

     Xalqımızın yadelli zülmünə qarşı şanlı mübarizə tarixində xalq qəhramanı Səttərxan mühüm yer tutur. Səttərxan Cənubi Azərbaycanda Qaradağda tacir ailəsində anadan olmuşdur. Qardaşı İsmayılın öldürülməsindən sonra Səttar hökümət məmurlarına və  yerli məmurlara qarşı açıq mübarizəyə qalxmış və buna görədə həbsxanaya düşmüşdü. Səttarı sadə xalq müdafiə edir və xalq hörmət əlaməti olaraq onu " Səttarxan ” çağırırdı.

     XX əsrin əvvəlində Cənubi Azərbaycanın daxil olduğu İran özünün pis dövrünü yaşayırdı. Ölkə Rusiya və İngiltərə yarımmüstəmləkəsinə çevrilmişdi ,feodal istismarı artmışdı, möhtəkirlik baş alıb gedirdi və s. Belə vəziyyətdə İranda 1905-1911 illər tarixə " Məşrutə inqlabı ” kimi düşən xalq xərəkatı başlandı. Xalq konstitusiya qəbul edilməsi, məclis çağrılması, xarici məmurların ölkədən qovulmasını şah hökümətindən tələb edirdi. Taxtda olan Müzəffərəddin şah konstitusiyanı qəbul etsədə (1906 il dekabrın 30) yeni şah Məhəmmədəli onu ləğv etdi və ölkədə inqlabçıları təqib etməsini genişləndirdi.

    

Səttərxan

Bütün bu hadisələrin qedişatında Təbriz və Cənubi Azərbaycan mühüm yer tuturdu. Məhz Təbrizdə inqlab tarixində silahlı üsyan baş vermişdi (1907 il fevralın 8), ilk dəfə açıq surətdə Məhəmmmədəli şahın devrilməsi tələb edilmişdi. Lakin inqlabın qedişatında bir neçə nailiyyətlərə baxmayan (konstitusiya qəbulu,məclis çağırılması) Məhəmmədəli şah xarici qüvvələrin köməyi ilə 1908 ilin iyunun 23 də Tehranda əksinqlabi çevriliş etdi və inqlabçılara divan tutdu. Əksinqlabçılar Təbrizdə də hücuma keçdilər, şəhərin Meydan çayının sağında yerləşən varlı məhəllələri ələ keçirdilər. Lakin sol sahil Azərbaycan əyalət şurasının rəhbərlik etdiyi inqlabçıların əlində idi. Elə bu vaxt meydana şanlı qəhraman Səttərxan çıxdı. O, hələ 1908 ilin əvvəlində sosial-demokrat təşkilatının təşəbbüsü ilə şəhərin fədai mərkəzləri yaradılarkən Səttərxanın yaşadığı Əmirəxız məhləsinin mucahidlərinə başçı təyin olunmuşdu.

 

    

Səttərxan
 

Təbrizin fəhlələri, şəhər yoxsulları, xırda burjuaziya, ziyalılar və başqaları 11 ay düşmənə müqavimət göstərdilər. Lakin buna baxmayaraq şahın yeni köməyə gəlmiş qüvvələri şəhəri mühasirəyə ala bildilər. Şəhərdə aclıq başladı. Bir çox məhlələr müqaviməti dayandırıb ağ bayraqları qaldırdı. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmadı – Səttərxanın başçılıq etdiyi Əmirəxız məhləsi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttərxan inqlabın tarixində dönüş yaradan hünər etdi. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqlab rəmzi qırmızı bayraqla əvəz etdi. Bu addım inqlabçıları ruhlandırdı və Təbrizi Məşrutə inqlabının mərkəzinə çevirdi .Silahlı qüvvələri hərbi cəhətdən təşkil etmək məqsədi ilə Səttərxan, Əli, Bağırxan, Davafuruş və b. ibarət "Hərbi Şura” yaradıldı. Səttərxanın rəhbərliyi ilə "Hərbi Şura” 4 ay müqavimətdən sonra 40 minlik şah ordusunu şəhərdən çıxarmasına nail oldu. Şah üzərində bu qələbəyə görə xalq misilsiz xidmət göstərmiş Səttərxana "Sərdare-milli” (millətin başcısı), Bağırxana isə "Səvare-milli” (millətin sərkərdəsi) adını verdi.

 

     Bu ağır günlərdə Türkmənçay müqaviləsinə görə ayrı düşmüş Şimali Azərbaycan soydaşları fədailərə mənəvi dayaq oldu .Məhşur milyonçu Z.Tağıyev, Ş.Əsədullayev və b. mucahidlərə pul və silah yardımı etdi, yüzlərlə gənclər əksinqlabçılara qarşı döyüşmək üçün Təbrizə gedirdi.

    

Səttərxan

Şəhərin bütün fədai dəstələrinə başçılıq etməyə başlayan Səttərxan 1908 ilin sonu 1909 il yanvar ayı ərzində Maku istisna olmaqla bütün Azərbaycanın qərb vilayətlərini əksinqlabçılardan təmizlədi. Təbrizin bu uğurları İranı ayağa qaldırdı. İsfahanlılar və rəştlilər Tehrana birgə hücüm etmək barədə Səttərxanla danışıqlar aparırdılar. İranın bir çox əraziləri şah hökümətini tanımır və öz nümayəndələrini Tehrana yox Təbrizə göndərirdilər. Xalqa arxalanan Səttərxan isə şaha ultimatum göndərib konstitusiyanı bərpa etmək, hərəkat iştirakçılarını əvf etmək və s. tələblər irəli sürdü. Lakin Məhəmmədəli şah başqa fikirdə idi. 1909 ilin əvvəlində Təbriz yenidən muhasirəyə alındı. Mucahidlər az olmalarına baxmayaraq müqavimət göstərir və hətta şah dəstələri üzərində uğur qazanırdılar. Belə ağır vəziyyətdə 1909 ilin aprelin 25 İngiltərə və Rusiya xarici təbaillləri qorumaq bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritdilər. Bununla döyüşlər dayandırıldı. Fədailər tərk-silah olunmağa başladı. Səttərxan və Bağırxan mudaxiləçilərin təhriki ilə 1910 ildə Tehran hökümətindən dəvət aldı. Böyük dövlətlərin qan tökməsinin qarşısını almaq üçün Səttərxan Təbrizi tərk etdi.

 

    

Səttərxan

1910 ilin martın 19-da Təbrizdə bütün bazarlar, dövlət idarələri, məktəblər bağlandı, minlərlə mucahidlər Səttərxanı təntənə ilə yola saldılar.

 

     Tehranda şah höküməti açıq vuruşma yolu ilə mucahidləri tərk-silah etməyə cəsarət etmədi. 1910 ilin avqustun 7-də fədailərin toplaşdığı park erməni daşnakı Yefremin başçılıq etdiyi Tehran polis kazak qoşunu tərəfindən atəşə tutuldu. Ağır döyüşlərdə 18 nəfər fədai öldürüldü, Səttərxan yaralandı, 300 nəfər fədai həbs edildi. Hökümət Səttərxan və Bağırxanı Təbrizə qayıtmağa icazə vermədi. Beləliklə Səttərxan sürgünə məhkum olundu. Təbrizdə isə inqlabçılar rəhbərsiz qalaraq 1911 ilin dekabrı müqaviməti dayandırdılar və bununla inqlab məğlubiyyətə uğradıldı. Beləliklə Məşrutə inqlabında mühüm yeri tutan Səttərxan Azərbaycan qəhrəmanlıq tarixində daha bir şanlı səhifə yazdı. Səttərxan türkçülük ideyasını yayan böyük mucahid oldu. Məhz onun yaratdığı azadlıq ideyası, milli vətənpərvərlik qeyrəti, sonralar Cənubi Azərbaycanda daha bir çox "Səttərxanın” yetişməsinə səbəb oldu – Ş.M.Xiyabani, Pişəvəri və b.  

Səttərxan
 

Səttərxan

   

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 mart 2013 15:13
    Bu gozel melumatlara gore tesekkurler. fellow

  2. 25 mart 2014 20:12
    Xalqimizin mesur qehra manlarindan biride Settarxandir. Bir gun Tebrize qarsi boyuk bir zulmet qalxmisdi. Tebriz ehalisi bu zulmetden can qutarmag isteyirdi. Tebrizin her yani ag bayraqlar qalxmisdi Tebriz camati ruhdan dusmusdu qiragdan baxan ele biler di ki Tebiriz meglub olub.Ancaq hele Emireqiz mehelesinde qizgin muharibe gedirdi bu muharibenin bascisi Setterxan idi.Sah qosunu 50-60 neferlik fedaiye hec ne ede bilmir di.Onlar Emireqiz mehelesinden baslayib seher meydanina qeder damlardaki darvazalarin basindaki ag bayraqlari salib qirmizi bayraq qaladirdilar ruhlanan camahat seher mehelesine axisib Sah qosununu seherden cixardi.Sah artiq Tebrizin alinmaz qalaya cevrildiyini gorub butun herbi quvelerini Tebrize yetirdi. 1909-cu ilin evvellerinde sah qosunu Tebrizi muhariseye aldi.Tebriz qehramanca doyusdu.Qadinlarda-kisilerde bir doyusdu.Hokumet qorxaraq hiyleye el atdi gece yarisi settarxan ve qosununa hucum ederek Settarxan bu vaxt yaralandi

  3. 26 mart 2014 11:09
    mewrute ehrekaatinda yaxindan iwtirak etmiw serkerdemiz.mirze elekber sabirin setterxana museddeside sirf bu movzudadi..tewekkurlerrrrrrr.....

    --------------------

  4. 4 may 2014 08:03
    Azərbaycan xalqının şanlı mübarizə tarixinin daha bir səhifəsini işıqlandıran müəllifə minnətdarlığımı bildirir və yazıda əks olunmayan bəzi məqamları da diqqətə çatdırmaq istərdim. Səttar xan 1866-ci ildə İranın Qarabağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.İnqilabın gedişində, Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli Davafuruş, Seyid Haşim xan təyin edilirlər. Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın digər vilayətlərinə və İrana da təsir göstərir. Tehran, İsfahan, Qəzvin, Rəşt və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir. Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və Bağır xanı öz silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfirinə göndərdiyi 16 mart 1910-cu il tarixli teleqramda deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra, İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xanı və Bağır xanı Tehrana getməyə məcbur edirlər. Tehranda xəyanət nəticəsində aldığı güllə yarasından 1914-cü il noyabr ayında Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci il 12 dekabrda yaranmış Azərbaycan milli hökuməti tərəfindən Səttar xanın və Bağır xanın heykəlləri Təbriz şəhərində ucaldılmış, Təbriz küçələrinə onların adları verilmişdir. Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.