Pirr

Pirr

Romalıların hökümdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu.Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub.Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi.Hətda o dövürdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu.Lakin Pirrin böyük ordusu yox idi,o kiçik nəsli mülkünü – dağlı Epir padişahlığını idarə edirdi.

    

Pirr

Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər.Appenin yarımadasının cənubunda yunan kaloniyası,böyük şəhər Tarent romalılara itayət etmədi.Açıq döyüşdə tarentliləri məğlub etdi.Tarentlilər kömək üçün Pirrə müraciət etdilər.Pirr onların ordusuna başçılıq etməyə razılıq verdi.Bu vaxt Pirrin sarayında məşhur natiq Demosfenin şagirdi Kineas yaşayırdı.

-          Deyin hökümdarım – O Pirrdən soruşdu, - əgər biz Romalılara qalib gəlsək sonra nə edəcəyik?

-          Onda biz bütün İtaliyanı ələ keçirəcəyik, - Pirr söylədi.

-          Yaxşı bütün İtaliyanı ələ keçirəndən sonra?

-          Onda varlı Siçiliyanı ələ keçirərik.

-          Sonra?

-          Sonra biz Karfageni tabe edərik,dönərik Makedoniyaya,Yunanıstan və Misiridə işğal edərik.

-          Aha,sonra nə olacaq?

-          Sonrada biz sülh və əminamanlıqda yaşayaraq,xoş söhbətlərimizə davam edərik.

-          Elə isə bütün bizi gözləyəcək gələcəkdə qanlı yürüşlər olmadan sülh və əminamanlıqda yaşayaraq niyə xoş söhbət aparmırıq ?– Kineas söylədi.

Pirr

     Pirr bu sözlərə ancaq gülməklə cavab söylədi,çünki ona ancaq kiçik Epirdə oturmaq darıxdırıcı gəlirdi.

     Ilk döyüşdə özünə məxsus döyüş sənətindən istifadə edərək Romalıları darmadağın etdi.Romalılar güclü müqavimət göstərsələrdə Pirrin ordusunun manevirləri və döyüş fillərinə qarşı müharibə apara bilmədilər,qaçdılar.bu qələbədən sonra demək olarki İtaliyanın yarısı Pirr tərəfindən ələ keçirildi.Pirrin ordusu yavaş-yavaş Romaya yaxınlaşırdı.Qalların yürüşündən sonra Roma ən ağır təhlükəni yaşayırdı.Pirrin həkimi Romalılara məktub göndərərək böyük pul müqabilində öz padişahını zəhərləməyi təklif etdi.Romalılar Pirrə cavab yazdılar: “Biz səni ölümdən xilas edərək bildiririk ki,bunu sənə yaxşı münasibət bəslədiyimizdən deyil,ona görə edirik ki,qoy heç kim sonra deməsin ki,Roma cəsarət göstərmədən,hiylə yolu ilə qalib gəldi.”

     İkinci döyüşdə Pirr bir daha qalib gəldi.Lakin bu döyüşdə Romalılar Pirrin ordusunun böyük hissəsini məhv etdilər.Döyüşdən sonra sərkərdələrdən biri Pirri qələbə münasibəti ilə təbrik etdikdə Pirr belə demişdi:

-          Daha belə bir qələbə və biz məhv olduq. Bu döyüş e.ə. 279-cu ildə baş vermiş Askule döyüşü idi. 

Romalılar öz ölkələrində vuruşurdu,ona görədə hər dəfə ordu toplaya bilirdi.Pirr isə əlavə kömək olmadan döyüşürdü.Üçüncü döyüşdə Pirr məğlub oldu.Bu zaman Epirin Makedoniya və Yunanıstanla münasibətləri pisləşmişdi.Bu səbəbdən İtaliyanı tərk etdi.Romalılarla müharibəni davam etmək üçün ilk olaraq Makedoniya və Yunanıstanı tabe etmək qərarına gəldi.Yunanıstanın Artos şəhərində gedən küçə döyüşlərində Pirr bir yunan vətəndaşı ilə döyüşməli oldu.Pirrlə şəhərlinin döyüşünü şəhərlinin anası evin damından izləyirdi.Oğlunun təhlükəyə düşdüyünü görən qoca ana əlinə keçən gül dibçəyini Pirrin üzərinə atdı.Dibçək Pirrin başına düşdü və hökümdar öldü.

     Bax belə dünyanın qısa zamanda məhşur sərkərdəsinə çevrilən, lakin bir dənədə olsun ölkəni ələ keçirə bilməyən dahi Pirr öldü. Tarixdə isə o yaşadı. “Pirr qələbəsi” məğlubiyyətə bərabər qələbə deməkdir.

Pirr

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 fevral 2012 22:24
    Maraqldr , amma Roma ordusunu bir nece defe meglub eden Pirr kimi meshur serkerdenin bu cur olumune uzuldum

  2. Reformator
    24 fevral 2012 08:19
    Bir ox srkrdnin axr bel rfsiz lml qurtarb qurtarb

  3. 6 oktyabr 2012 16:24
    salam melumatlar cox gozldi.ancaq yenede kimse olur. recourse

  4. 6 dekabr 2012 17:38
    elaydi Pirr qelebesi :)

  5. 26 dekabr 2012 18:18
    piirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr qelebesiiiiiiiiiiiiiiiiiiiiiii)))))))))

  6. 12 yanvar 2013 16:49
    cox pis oldu diocek meselesi

  7. 6 fevral 2013 14:51
    PIRRRRRRRRR QELEBESIIIIII)))))))))) winked

  8. 6 fevral 2013 17:53
    pirr. doyus yenede doyus. hec sulhle isleri yoxdie

  9. 6 fevral 2013 18:41
    hmmm duz deyirsiniz

  10. 15 mart 2013 09:19
    cox xosum gelen hem serkerde hem de homdardir maraqli melumt idi

  11. 13 avqust 2013 21:25
    nedense bu serkerdeden cox xosum gelir

  12. 18 noyabr 2013 20:11
    maraqlidir.tesekuler.en xosladigim serkerdedi9

    adminstratora tesekuler

  13. 9 avqust 2014 07:30
    Chox sag olun.Maraqli idi.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.