Xeyrəddin Barbaros

[/i]

[i]Xeyrəddin Barbaros
 

Xeyrəddin Barbarossa
 (Barbaros Hayreddin Paşa və ya Hızır Hayreddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Hızır Reis— Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Suleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəis qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar.

 

Xeyrəddin Barbaros
 

Xızır ve Oruc qardaşları 1516 ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq  sultan Səlim Yavuz də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516-1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək  Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518 ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər. Bu savaşda İshaq Rəis və Oruc Rəis öldürüldü. Elə həmin il Xızır Rəis Yavuz Sultan Səlimin adına pul buraxdırıb xütbə oxutduraraq ona bağlılığını bildirdi. Yavuz Sultan Səlim də Xızır Rəisi Əlcəzair Bəylərbəyliyinə təyin edərək onu himayəsi altına aldı.

 

Xeyrəddin Barbaros

1519 ildə o,  İspaniya donanmasını məğlubiyyətə uğratdı. Əlcəzairi buraxaraq Şərşəl adalarına çəkildi.1520-1522 illər arasında Avropanın  Aralıq dənizi limanlarına hücum edərək böyük qənimətlər əldə etdi. 1530-cu ildə Əlcəzairi yenidən ələ keçirdi. 1531 ildə Şərşələ basqın hazırlayan genuyalı admiral Andrea Dorianı məğlubiyyətə uğratdı. 1534 İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin il Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisi buraxmaq məcburiyyətində qaldı. 1536 ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536 ildə Egey dənizindəki Venetsiya koloniyalarını Osmanlı topraqlarına qatdı. 1538-ci ildə Preveze Dəniz döyüşündə səlibçilərin donanmasını məğlub etdi.  Tulonda Osmalının müttəfiqi olan fransız donanmasıyla birləşərək 1543 ildə Müqəddəs Roma imperiyasına qalib gələrək Nitsanı ələ keçirdi. 1544-cü ildə İstanbula qayıtdı.

 

Həyatının son illərini İstanbulda yaşamış və Beşiktaş məhəlləsindəki türbəsində dəfn edilmişdir. Uzun illər Bosfor boğazından çıxan türk gəmiləri onun dəfn olunduğu yerin yaxınlığından keçərkən onun şərəfinə hərbi salam verir, gəmi heyəti isə ruhuna dua oxuyurdu.

Xeyrəddin Barbaros

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 fevral 2012 16:34
    Istifadeciler monqollar haqqnda melumati tapa bilmirem. Xahish edirem komek edin hansi bolededir.Evvelceden teshekkurler.

  2. 9 iyul 2012 18:54
    tarixde bele sexler az da olsa herden lezimdir

  3. 5 dekabr 2013 19:46
    fəxr etməyə dəyər

  4. 8 iyul 2014 21:02
    salam,super idi.melumata gore tesekkuler.hergecen gun bu sayti abone olduguma,uzv olduguma haha cox sevinirem.tesekkurler.yorulmayasiz.insallah men de teze xeberler elave edecem.sag olun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.