Diqqət ! Diqqət ! Diqqət!
//
//
25 avqust 2014
//

Diqqət ! Diqqət ! Diqqət!

  Hörmətli istifadəçilər ! Bir neçə gün saytda təmir işləri gedəcək. Bəzi materiallar açılmaya və ya sayt özü işləməyə bilər. Əvvəlcədən üzr istəyirik. Saytımızın yeni formatı hazırlanır. İnşallah bir neçə günə hazır olacaqdır ! Uğurlar !
Diqqət ! Diqqət ! Diqqət!
Tanımadığımız qadınlar
//
//
25 avqust 2014
//

Tanımadığımız qadınlar

   Tarixdə tanımadığımız qadınlar haqqında nə bilirik?Onlar haqqında məlumatımız varmı.Tarixinfo vasitəsilə Azərbaycanın Almaniyada yaşamış ilk xeyriyyəçi qadını Mehparə xanım Tağızadə və öz gözəlliyinə görə "Qafqazın qızılgülü" adlandırılmış Kərimət xanım haqqında oxuduğum
Tanımadığımız qadınlar
Azerbaycan
//
//
25 avqust 2014
//

Azerbaycan

Azerbaycan başı belalar çeken yurdum. Meydana geldiği günden dış düşmanların baskınına uğrayan Vatan "im Acaba senin günahın nedir ki, bu acıları çekiyorsun birçokları sana düşman oluyor.
Azerbaycan
“Azərbaycan tarixi dərslikləri” barədə
//
//
25 avqust 2014
//

“Azərbaycan tarixi dərslikləri” barədə

 Hacıqabul rayonu Udulu kənd məktəbi "Azərbaycan tarixi dərslikləri” barədə. Müəllim: Z.Əliyev
“Azərbaycan tarixi dərslikləri” barədə
Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi
//
//
20 avqust 2014
//

Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi

 Hacıqabuı rayonu Udulu kənd orta məktəbi VII sinif Mövzu: Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi Müəllim: Z.Əliyev
Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi

Atilla

müəllif administrator
//
23-01-2012, 17:45
//
//
oxunub 6779

 

Atilla

Hun girovu         Türk xalqlarının qədim əcdadları olan hunlar  eramızdan əvvəlki dövürdə

tərslik edir           Baykal gölü və Monqolustan ərazisində yaşayırdılar.Böyük  Hun imperiyası

                             dağıldıqdan sonra 24 hun tayfası əsrlər boyu yaşadıqları yerləri tərk etdilər.

Qərbə doğru irəliləyən  bu tayfalar  4-cü əsrdə Volqa  və Don  çayları  ərazisində məskunlaşaraq Qərbi Hun və ya Avropa  Hun dövləti kimi tanınan güclü dövlət yaratdılar.

     Hun tayfalarının qərbə doğru hərəkəti dünyada  böyük dəyişikliklərə  səbəb oldu.Hunların yolu üstündə yaşayan tayfalar onların təzyiqinə  davam gətirməyib yaşadıqları əraziləri  tərk edir,qərbə,Avropanın içərilərinə doğru çəkilirdilər.Tarixdə”xalqların böyük köçü”adlanan bu proses bir neçə əsr çəkdi.

     Bu dövrdə   Avropanın böyük bir hissəsi Roma imperiyasının tərkibinə daxil idi.Əvvəlki gücünü  itirən Roma IV əsrdə iki hissəyə-Qərbi və Şərqi  imperiyalara parçalanmışdı.Qərb hissəsi,paytaxtı Ravenna olsa da, yenə Roma dövləti adlanırdı.Şərq hissəsi isə paytaxtı Konstantinopol olan Bizans  dövləti idi.”Qocalmış”Roma onun sərhədlərini pozan tayfaların qarşısını  çətinliklə alırdı.Dövləti qoruyub saxlamağa çalışan romalılar Hun imperiyasının  qüdrətini görüb onunla “mehriban”davranmağa çalışırdılar.onların hunlarla bağladığı müqaviləyə əsasən Roma hər il Hun dövlətinə 350 librə qızıl verməli  və bunun müqabilində hun ordusu Romanın apardığı müharibələrdə ona kömək göstərməli idi.O dövrün qayda-qanunlarına  görə müqavilə bağlayan  tərəflər bir-birinə girov verməliydi.Girov verilənlər adətən dövlət başçısının yaxın adamları olurdu.

    Hun hökmdarı Rua  kimin girov verilməsini götür-qoy edib qardaşı oğlu  Atillanı seçmişdi.O,Roma  dövləti  və siyasəti barədə  dəqiq məlumat almaq istəyirdi.Belə məlumatı isə dərin müşahidə  qabiliyyətinə malik olan Atilla verə blərdi.

    Atilla 406-cı ildə anadan olmuşdu.O, hökümdar nəslindən idi. Atası Muncuk  tez vəfat etdiyindən  Atilla əmisi Ruanın himayəsində  tərbiyə almış , döyüş sənətini  və orduya rəhbərliyi  də ondan öyrənmişdi.

    Uşaqlıqdan gülü , çevikliyi və ağlı ilə yaşıdlarlndan fərqlənən Atillanın  özünəməxsus  düşüncə tərzi var idi—hər bir məsələni dərindən öyrənməyi və qiymətləndirməyi bacarırdı.Döyüşlərə adi əskər kimi başlayan  Atilla  tez bir zamanda 1000 nəfərlik qoşun dəstəsinin  başçısı təyin edilmişdi. Attilanın sərkərdəlik istedadı, qalibiyyəti döyüş manevrləri, əskərləri ruhlandırmaq və öz arxasınca aparmaq bacarığı hətta ən təcrübəli hun sərkərdələrin belə heyran qoyur, onunla hesablaşmağa məcbur edirdi. Girov kimi Romaya göndərilmiş Attila bir neçə il orada qaldı. Roma imperatorunun sarayında ona xüsusi diqqətlə yanaşırdılar. Burada Attilaya gələcəkdə Hun dövlətinn  hökmdarı ola biləcək bir adam kimi baxırdılar. Attila Roma cəmiyyətində pozğunluq və riyakarlıq görürdü. Hunlar düşmən hesab etdikləri xalqlara açıq döyüşə girirdilərsə, Roma << dost>> adlandırdığı xalqlar arasında nifaq salıb müharibə törədirdi.

                             

Bütün bunlara baxmayaraq, Attilanın Romada keçirdiyi illər onun dünyagörüşünü genişləndirdi və dövlət xadimi kimi formalaşmasında böuük rol oynadı.

Atilla

 

 

Qardaş qətli    Nəhayət, Rua Attilanın geri qaytarılmasına tələb etdi və Roma imperatoru     

hesabına başa onsuz da ələ ala bilmədiyi bu adamın qayıtmasına etiraz etmədi, Romnı tərk

gələn birlik      edən Attila dönüb bir daha şəhərə baxdı. O bu riyakarlıq və yalan mənbəyinə

 

ancaq müharibə ilə qayıdacağını özü üçün yəqin etmişdi.

Rua tezliklə həyatdan gedəcəyini hiss etmişdi. O na görə də özqndən sonra Hun dövlətini idarə edəcək şəxsləri yanına toplayırdı. Attilanın təicili geri çağırması da bu səbəbdən idi. Rua Attlanı və onun böyük qardaşı Bkedanı hun ordusuna başçı tətin edib Bizans üzərinə göndərdi. Müharibəyə səbəb Bizansın öhdəsinə götürdüyü vergini vaxtında verməməsi və başqa xalqları qarşı qaldırması idi.

    Attila bu yürüşdə özünü mahir sərkərdə kimi götərdi. Onun başçılığı altında hun ordusu Balakan yarımadasında qasırğa kimi keçdi. Bizans az qala yalvararaq sülh istədi. Sülh müqaviləsinin şərtlərini  Attila atdan düşmədən diqqət etmişdi. Tarixə “ Konstans sazişi” adı ilə  daxil olmuş bu müqavilənin şərtlərinə görə Bizans hər il hunlara 700librə qızıl ödəməli, hun qaçqınlarını qaytarmalı, hunlarla müharibə aparan tərəfə kömək göstərməməli, Balakan yarımadasının şimal hissəsindən əl çəkməli idi. Bu qələbələr Attilanın prduda nüfuzunu xeyli artırdı.

   434-cü ildə Rua vəfat etdi. Hun hökümdarlığına əsas namizəd Bleda idi. Lakin o, Attilanın orduda böyük nüfuzunu görüb hakimiyyəti qardaşı ilə bölüşməli oldu. Dövləti bərabər idarə etdikləri dövrdə Attila şərq, Bleda isə qərb ərazilərinin hökmdarı sayılırdı. Bu dövrdə Hun dövləti Qara dənizdən Reyn çayına qədər olan əraziləri əhatə edirdi. Buraya cənub Rusiya, Rumıniya və Yuqoslaviyanın şimalı, Macarıstan, Avstriya, cənubi və orta Almaniya daxil idi.

   Çox keçmədi ki, qardaşlar arasında narazılıq yarandı. Bleda dövləti möhkəmləndirib sakit həyat sürmək istəyirdi, Attila isə, əksinə, hücumları davam etdirməyi təkid edirdi. Bizans dərhal qardaşlar arasındakı narazılığı düşmənçiliyə çevirməyə çalışdı. Attilaya təsir etməyin çətin olduğunu görən Bizans əsas diqqəti Bledaya yönəltdi. Bledanın qılığına girmiş, onun sarayında yaşayan Bizans əsilzadələri hər vasitə ilə onda qardaşına qarşı inamsızlıq yaratmağa çalışdılar.

    Bizanslilar bir tərəfden Hun imperiyasina daxil olan xalqlari üsyana təhrik, diger tərəfdən isə hun döyüşçülerini yalançi vədlərlə şirninkləndirərək öz tərəflərinə cəkirdilər.Xristian rahibləri ölke daxilində xristianliği təbliğ edirdilər. Bu da ölkədə dini təfriqe törədirdi.                                                                              

Attila bu hadisələri ürek ağrısı  ile müşahidə edirdi. Qardaşina bir neçe dəfə xəbərdarliq etsə də,başi eyş-işrətə qarışmış Bleda heç bir tədbir görmürdü. Nəhayət, iş o yerə çatdı ki,boyük bir hun dəstəsi aileleri ilə birlikde Bizans tərəfinə hərbi xidmetə, keçdi. Bu ,Attilanin səbrini tükəndirir ve o,Bleda ile  görüşüb ciddi danışmağı qərara aldı. Qardaşların söhbəti alınmadı: səbrsiz Bleda qılıncını sıyırıb Atillaya hücum etdi. Her şey ani olaraq baş verdi.Hücumdan qorunan Atilla qardaşının zərbəsini def edib cavab zərbəsi endirdi...

       Dizi üste çöküb qardaşının cansız bədəni sinəsinə sıxan Attila göz yaşlarını ürəyine axtıtdı.                                

Ayağa duranda gözlərindəki nifrət və qəzəb  ətrafindakıları titrətdi. Onu tanıyanlar Attilanın intiqamının amansız olacağına şübhə etmirdiler .Qardaşını hökmdara məxsus  hormətlə dəfn eden Attila bu hadisə barədə danişmağı hamıya qadağan etdi.

Atilla

                                                                                                                                    

         << Tanrının

               qamçısı >>                         

445-ci ildə bütün Hun imperiyasında hakimiyyəti   ələ alan Attila ilk növbədə ölkə daxilində vəziyyəti nizama salmağa başladı.Dini təbliğat aparmaq pərdəsi altında təfriqə salan,əslində isə Roma və Bizansın kəşfiyyatçılar olan xristian missionenrlər ölkədən qovuldular.

   

Hun dövlətinin tabeliyində 45-ə yaxın xalq yaşayırdı. Attilanın apardığı siasət nəticəsində onun hakimiyyəti dövründə bir dəfə də olsun üsyan baş verməmişdi. Böyük hun hökmdarı ordunun möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. O, hərbi taktikanı təkmişləşdirir, qoşulanra bacarıqlı şəxslərdən komandirlər təyin edir, dəmir nizam- intizam yaradırdı.

Ölkədə əmin- amanlıq yaradıb, ordunu yenidən təşkil etdikdən sonra Atilla müharibəyə başladı.Onun hədəfi qardaşının ölümündə günahkar hesab etdiyi Bizans idi.Konstantinopol üzərinə yeriyən Attila  öz döyüşçülərini qorumaq məqsədilə taktiki  manevrlərdən  istifadə edirdi.Onun göstərişi ilə hun ordusu gözlənilmədən düşmənə yaxınlaşır,zərbə endirib geri çəkilir, təkrar hücumla düşməni darmadağın edirdi.Attilanın bu taktikası qarşısında heç bir ordu dayana bilmirdi.

     Hun ordusu artıq Konstantinopolun qala divarları qarşısında dayanmışdı.Bizans imperatoru başını itirmişdi.Şəhərdən gələn ağlamaq və yalvarış səsləri qala divarlarından kənarda eşidilirdi.Bizanslılar Attilanın allah tərəfindən onları günahlarına görə cəzalandırmaq üçün göndərildiyini söyləyirdilər. O gündən bütün xristianlar Attilanı “tanrının qamçısı” adlandırmağa başladılar.Bizanslıların yalvarışları,bir daha Hun dövlətinə çıxmayacaqları haqda andları Attilanı rəhmə gətirdi.O,Bizansdan xərac kimi 2 ton qızıl alaraq döyüşçülərini səxavətlə mükafatlandırdı və qalib kimi geri döndü.

    Geri qayıtdıqdan sonra Attila yeni şəhər saldırıb onu paytaxt elan etdi.Bu şəhər bir çox Avropa dillərində indi də Hunqariya adlanan Macarıstanın ərazisində yerləşirdi.

     Attila dünyanın müxtəlif dövlətlərindən gəlmiş səfirləri öz sarayında qəbul edirdi.Bu sarayda onunla görüşmüş bir çox avropalılar  -qot tarixçisi İordan,Bizans elçisi Priskos öz xatirələrində Attilanın şəxsiyyətinə olan heyranlıqlarını  gizlədə bilməmişlərOnların yazdığına görə Attila bəstəboy,enlikürək bir adam idi,xırda qıyıq gözləri, yastı, iri burnu, çal saqqalı var idi. Nadir hallarda gülümsəyir, zarafat edirdi. Dünya malına, ləl- cəvahirata biganə idi- taxta qabda çörək yeyir, adi əskərlər kimi geyinir, silahına daş-qaş taxmırdı. Ona yalan danışmaq mümkün deyildi, çünki iti, zəhmli baxışları sanki adamın ürəyinə sancılırdı. Bu baxışlar altında günahı olan heç bir bəndə tab gətirə bilmirdi. Bununla belə, << Tanrın qamçısı >> ədalətli idi, cəzalandırmağı da bacarırdı, bağışlamağı da. Ona pənah gətirənlərə həmdərd, etibar etdikləri ilə lütfkar idi.

Atilla

       Attila hər gün sarayının qarşısında açıq havada məhkəmə qururdu. Kimliyindən asılı olmayaraq hər bir adam öz dərdi, şikayəti ilə ona müraciət edə bilərdi. O isə şikayət, yaxud xahişlə gələnləri cavabsız qaytarmır, həmişə ədalətli qərar verirdi. 448-ci ildə Bizans Attiladan canını qurtarmaq üçün ona qarşə sui- qəsd hazırlamışdı. Bizansın baş saray xədimi Attilanın elçisi Edekona böyük pul vəd edərək ona sui- qəsdi həyata keçirməyə razə salmışdı. Lakin Attila ilə görüşdə onun nəzərləri qarşısında özünü itirən Edekon hər şeyi açıb danışmışdı. Attila Bizansa səfirlərini göndərərək ağır təhdidlərlə bu işin təşkilatçısının  başını istəmişdi. Çətin vəziyyətdə qalan Bizans hun sarayına Bizans əsilzadələrindən ibarət elçi heyəti göndərərək bu məsələni yoluna qoymağa cəhd etmişdi. Gözlənildiyini əksinə olaraq Attila elçiləri çox hörmətlə qəbul etmişdi. O, hətta əvvəl istədiyi torpaqlqrdan imtina etdiyini bildirmiş, heç bir haqq istəmədən Bizans əsirlərini qaytarmışdı. Bütün bunların əvəzində Attila yalnız Bizans saray xədiminin başının göndərilməsini israr etmişdi. Çıxılmaz vəziyyətə düşmüş Bizans Attilanın bu istəyini yerinə yetirməli olmuşdu.

 

 

Avropanın     Bizansdan sonra Hun dövlətinin ən təhlükəli rəqibi Roma idi. Attila bu ölkədə

fəthi.                   baş verənləri diqqətlə izləyirdi. Roma da öz növbəsində Hun dövlətini və Attilanı məhv etmək üçün yollar axtarırdı. Bu məqsədlə bir neçə alman tayfaları ilə ittifaq yaratmışdı. Attila bütün bunları bilir və Roma ilə müharibəyə başlamaq üçün bəhanə axtarırdı. Gözlənilmədən belə bir bəhanə Romanın özündən gəldi. Roma imperatoru Vəlentinianın baısı Honoriya Attilaya məktub və üzüyünü göndərərək ona ərə getməyə hazır olduğunu bildirdi. Attila evli olsa da, bu izdivacın Romaya sahib lmaq imkanı verəcəyini düşünərək Valentinianın yanına elçilərini göndərdi. Lakin Valentinian da Attilanın əsl məqsədini başa düşürdü və buna görədə elçilərə rədd cavabı verdi. Bundan hidətlənən Attila 451-ci ildə Romaya müharibə elan etdi.

       Hunlar müharibəyə hazırlaşan vaxt bir çoban skif adəti üzrə tiyəsi yuxarı basdırılmış qədim qılınc tapıb onu Attilanın hüzuruna gətirir. Yürüş ərəfəsində qılıncın tapılmasını uğurlu əlamət sayan Attila: << Bu müqəddəs qılınc mənə tanrı tərəfindən dünyanı fəth etmək üçün göndərilib!>> - deyərək onu başı üzərinə qaldırdı. Onu dinləyən on minlərlə hun döyüşçüsü bir ağızdan << Bizi döyüşə apar! >> - deyə hayqırdı.

       Romada Attilanın qıınc əhvalatı əsl vahimə yaratmışdı. << Tanrının qamçısı >> indi əlinə qılıncı götürmüşdü. Bundan sonra onun qarşısında kim dayana bilərdi! Romalıların inamına görə bu, müharibə allahı Aresin, yəni Marsın qılıncı idi və bu qılınca sahib olan dünyaya sahib olacaqdı.

       451-ci ildə Attilanın başçılığı altında ordu Reyn çayını keçib Roma imperiyasının ərazisinə daxil oldu. Bu orduda hunlara tabe olan alman tayfalarının da döyüşçüləri iştirak edirdi. Qalliyada qarşısına çıxan şəhərləri tar-mar edən hun ordusu Orlean şəhəri ətrafında düşərgə saldı. Elə bu zaman Attilanın kəşfiyyatçıları İtaliya tərəfdən böyük bir ordunun onlara tərəf gəldiyini xəbər verdilər. Attila şəhərin mühasirəsini buraxıb ordusunu Şalon düzənliyinə tərəf çəkdi. Burada o, Roma ordusuna kimin başçılıq etdiyini öyrəndi və bu xəbər onu sarsıtdı.

       Əslində Aeti məhz hunların köməyi ilə Romada yüksək mənsəb sahibi olmuşdu. Attlaya təsir edən də uşaqlıq dostunun dönüklüyü idi: << O, əsl romalı olduğunu sübüt etdi >>.

       Aetin Katalaun düzəliyində mövqe tutduğunu öyrənən Attila ordusunu həmin istiqamətdə apardı. Hələ heç kim Attilanı döyüş ərəfəsində belə qayğılı görməmişdiə O bilirdi ki, Aeti hunların döyüş taktikasına bələddir. Döyüş meydanını gözdən keçirən Attilanın narahatçılığı bir az da artdı. Bütün bunlar ordunun əsas zərbə qüvvəsini təşkil edən hun suvarilərinin üstünlüyünü azaldır, Attilanı sürətili manevr imkanından məhrum edirdi.

       Döyüş gününü səhəri Attila çox tutqun görünürdü. Şamanlar ona döyüşün uğursuz olacağını söyləmişdilər.

       Günortaya yaxın hər iki tərəf bir birinə doğru hərəkət etdi və dünya tarixində ən qanlı döyüş kimi tanınan Katalaun döyüşü başladı. Bütün meydan boyu amansız əlbəyaxa çarpışma gedirdi. Bunu görən Attila ehtiyatda saxladığı hunların qarşısına çıxıb onları hücuma səslədi və bu ilə irəli atılıb düşməni geri çəkilməyə məbur etdi. Döyüş bütün günü davam etdi. Ancaq qaranlığın düşməsi hər iki tərəfi döyüşü saxlamağa vadar etdi. Hər iki tərəf ağır itkilər vermişdi. Bu qanlı döyüşdə 165 min nəfərdən çox ölən olmuşdu.

       Katalaun döyüşü Attilanın qələbə ilə başa vura bilmədiyi lk və yeganə döyüş idi. Ertəsi gün Attila döyüşü davam etdirməyib geri çəkildi. O, qrdusu üçün əlverişli olmayan ərazidə döyüşmək istəmirdi. Onun geri çəkilməsini məğlubiyyət sayan Roma və Bizans bayram edirdi. Lakin Roma ordusu da o qədər itki vermişdi ki, hunları təqib edə bilmədi.

        Attila ordusuna bir neçə ay dinçlik verdikdən sonra qüvvəsini cəmləyib yenidən yürüşə başladı. Bu dəfə o, birbaşa İtaliya üzərinə hücm etdi. Şimali İtaliya və Adriatik dənizi sahilində olan şəhərlər tamamilə yandırılıb dağıdıldı. Bu şəhərlərin əhalisi hun atlarının üzüb keçə bilmədiyi xırda adalara qaçdılar. Sonralar burada Venesiya şəhəri meydana gəldi.

         Şimali İtaliyanı yerlə - yeksan etmiş hun ordusu Romaya aparan yolla irəliləyirdi. Romanın hunlarla döyüşə girməyə cəsarəti çatmırdı. Roma sərkərdəsi Aeti qoşun toplamaq adı ilə aradan çıxmışdı. Artıq “ əbədi şəhərin ”  hun süvarilərin tapdağı altda qalacağına şübhə yox idi. Məhz bu yürüş zamanı Atillanın Roma papası I Leo ilə görüşü baş verdi...

          ..... Leo əllərini Atillaya doğru uzadıb , onu Romaya rəhm etməyə çağırırdı. Atilla cəld atdan enib bu ahıl adamı ayağa qaldırdı. O, Leoya çaşqınlıq və heyrətlə baxırdı. Atillanı heyrətə salan Leonun sözləri yox, cəsatəri idi. Bütün Roma sərkərdələrinin qorxudan qaçıb gizləndiyi bir vaxtda bu zəi qocanın cəsarəti Atillada ona qarşı r

Ğbət oyatdı. O, din başçısının sözünü yerə salıb, onu təbəələri arasında hörmətsiz etmək istəmədi. Atilla Roma papasını yola salıb hun ordusuna geri döndərmək əmrini verdi.

            Atilla Avropanı yalnız qılıncı ilə deyil, həmdə alicənablığı ilə fəth etdi. O, mənəvi qələbə qazanmışdı. Öz hərəkəti ilə atilla romalıların barbar saydıqları hunların mənən onlardan daha yüksəkdə durduğunu göstərmişdi. Yəqin buna görə avropanın bir çox xalqları Atillanı öz milli qəhrəmanı hesab edirlər.

 

           453 cü il martın 15 – də böyük toy məclisi qurub misilsiz bir alman  gözəli ilə evlənən Atilla həmin gecə burnundan açılan qanaxma nəticəsində vəfat etdi.  Xalq arasında belə bir xəbər yayılmışdı ki, onu yenicə evləndiyi arvadı yatdığı yerdə qətlə yetirib....

            Atillanın ölümü hunları yasa qərq etdi. Onun nəşini iç – içə qızıl, gümüş və poladdan düzəldilmiş tabuta qoyaraq dəfn etdilər. Deyirlər, Atillanın qəbrinin tapılmaması üçün Tissa

çayının  qollarından biri qəbrin üstündən keçirilmiş və bu işin şahidləri öldürülmüşdü.

            Oğulları atillanın yerini tuta bilmədilər. Ölkədə hərcmərclik, hakimiyyət uğrunda müharibələr başladı və Hun dövləti dağıldı. Hunların bir hissəsi əcdadlarının 5 əsr əvvəl gəldiyi yolla geri qayıtdılar, digərləri isə avropada qalıb yerli tayfalara

Atilla

qarışdılar.........                       

 Tarixi yaradanlar seriyasindan

rəylərin sayı. (11)

farida 14 iyul 2012 23:08
manim 7ci sinif tarixindan xosum galir tongue

man bu gun saita taza daxil olmusam ona gorada tam bilgim yoxdur

dogrudan da ne bilerdilerki atilla butun qarbi avropa olkalarini tutacaq buyaxinlarda qabalada atillanin kurqani tapilmisdir man onu gormak istayardim qabaletmisdim amma man gedib galandan sonra bu xabar soylandi cox taasuflandim

sebine
sebine 2 oktyabr 2012 17:02
maraqsizdi oxumaga deymez................... recourse

quba
qubaaaaa 3 noyabr 2012 16:25
bir az daha etrafli olmazzzzzzzzzzzz???????

daha etrafli xais edirem

Melek
melekangel 6 dekabr 2012 17:36
goresen oz sifetleridi yoxsa deyilenlere esasen sekli cekibler?? feel

saiq
saiq 31 dekabr 2012 16:21
attila haqqinda bir az dolgum melimat xais

aqayeva jale
aqayeva jale 6 yanvar 2013 22:11
maraqlidir sadece bunlar hamisi bizim istifade etdiyimiz tarix kitablarinda var bir az etrafli olsa yaxshi olar. birde xahis edirem Makidoniyali Isgender ve Cingiz xan haqqindada melumat vereydiniz cunki onlar haqqinda hec bir melumat yoxdur

sahib
sahib abbasov 12 yanvar 2013 16:46
bu 7 - ci sinif orta esrler tarixinde var

DeLKa
DeLKa 11 fevral 2013 18:27
hansisa kitabda bunlari oxumuwdum tewekkur xebere gore

pisilofit 18 fevral 2013 12:58
yaxshi olar. birde xahis edirem Makidoniyali Isgender ve Cingiz xan haqqindada melumat vereydiniz cunki onlar haqqinda hec bir melumat yoxdur

Monoliza
Monoliza 13 aprel 2013 20:07
Burda olanlari bilirdim/amma yene oxudum cox maraqlidir/sadece coxlu herf sehvleri var/

Fidan  Sadiyeva
melya 13 avqust 2013 21:22
Niye ancaq eyni seyleri yazirsiz.....bunlar 7-ci sinif tarixinde verilib

Rəyinizi bildirin!

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Sayta daxil ol.
BÖLMƏLƏR
Qan yaddaşımız
Radio Klio
Загрузка плеера ...
Скачать
Səs verin
Ən populyar xəbərlər