Uzun Həsən

[/b]

Uzun Həsən

A
ğqoyunluların Amid bəyliyi

 

         Oğuz tayfalarından biri olan Ağqoyunluların soykökü " Kitabi – Dədə Qorqud ” qəhrəmanı Bayandur xana gedib çıxır. Erkən orta əsrlərdə Ağqoyunlular çox geniş bir ərazidə məskunlaşmışdılar. Bu əraziyə Cənubi Qafqazda Qafqaz dağları ilə Araz çayının arası, Göyçə gölünün ətrafı, alagöz yaylaqları, Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri daxil idi.

        XIV əsrin sonları- XV əsrin əvvələrində Əmir Teymurla müttəfiqlik və dostluq münasibətləri yaradan Ağqoyunlular öz siyasi rəqibləri olan Cəlairilər və Qaraqoyunlulara qarşı mübarizə aparmış, Şərqi Anadolunun cənub torpaqlarında əsas siyasi qüvvəyə çevrilmişdilər. Qara Yuluq Osman bəy tarixi mənbələrdə Amid bəyliyi adlanan Ağqoyunlu Oğuz dövləti yaratmağa nail olmuşdu. Bu dövlətin mərkəzi Diyarbəkr idi. Dövləti idarə edən sülülə isə ulu babaları Bayandur xanın adı ilə Bayandurlar adlanırdı.

       Qara Yuluq Osman bəydən sonra hakimiyyətə gəlmiş Cahangir Mirzənin dövründə (1434 – 1453) dövlətin birliyi günü-gündən zəifləyirdi. Onun vəfatından sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda çəkişmələr başladı. Yalnız Cahangir Mirzənin arvadı Sara xatının müdrikliyi və saraydakı nüfuzu sayəsində dövlətin varlığı qorunub saxlandı. Sara xatın oğlu Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasına nail oldu.

       Uzun Həsən Cahangir bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilirdi. O , hakimiyyətə gəldikdən sonra Amid bəyliyi xeyli möhkəmləndi. Şərqin, türk-müsəlman dünyasının ilk qadın diplomatı olan Sara xatın dövlət həyatının bütün sahələrində oğlunun ən yaxın məsləhətçisi idi.

        XV əsrin 50-ci illəri idi. Yenə də Azərbaycan torpaqlarının başı üzərini qara buludlar almışdı. Hakimiyyət, taxt-tac uğrunda tayfalar arasında qanlı çarpışma gedirdi. Ağqoyunlularla Qaraqoyunlular bir-birinə qənim kəsilmişdilər. Qaraqoyunlu dövlətinin zəiflədiyini duyan Uzun Həsən yaranmış əlverişli şəraitdən istifadə edərək, Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi.

 

 

Trabzon məsələsi

    XV əsrin ortalarında Ağqoyunlularla Osmanlı dövləti arasında münasibətlər çox gərgin idi. Azərbaycanın siyasi-coğrafi mövqeyi Avropa- Şərq ticarətində onun rolunu artırırdı. Buna görə də Osmanlı sultanı Fateh II Mehmet bu bölgəyə yiyələnmək üçün böyük səy göstərirdi. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də öz rolunu oynadı.

         Ağqoyunluların 1204-1461-ci illərdə mövcud olmuş Trabzon (Trapezund) yunan dövləti ilə dostluq əlaqələri var idi. Üstəlik Uzun Həsən Trabzon imperatorunun qızı Feodora ilə evlənmişdi. Onun adını dəyişərək Dəspinə xatın qoymuşdular. Bu qohumluq münasibətlərinə görə Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Həm də Trabzonun  Ağqoyunlular üçün böyük iqtisadi əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi.

       II Mehmetin Trabzon üzərinə hücumu ilə Osmanlı imperatorluğu və Ağqoyunlu dövləti arasında müharibə başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. Ağqoyunlularla osmanlılar arasında  ilk döyüş 1461-ci ildə Qoyluhisar adlandırılan yerdə baş verdi. Bu döyüş Ağqoyunluların qələbəsi ilə başa çatsa da, rəqib öz gücünü hələ tam göstərməmişdi.

 

 

Ana-oğul sövdələşməsi

       Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.

       Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatın bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.

       Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatın oğlunu dinlədikdən sonra dedi:

-         Düz deyirsən,oğlum,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.

-         Bunu ancaq sən edə bilərsən,ana

-         Doğru deyirsən.  Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət- ənənələrinə dərindən bələddir. Yəgin ki, mənim sözümü yerə salmaz

-         Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır.

 

 

 

Uzun Həsən

Yassıçəmən sülhü

 

      Bir neçə gündən sonra Sara xatın çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan  II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir – birinə " ana " , " oğul " – deyə müraciət edirdilər.

      Sultan Mehmet dedi:

     -Ana, Həsən bəylə savaşa girmək istəmirəm.O da mənim qardaşım. Biz bir – birimizlə anlaşsaq, yaxşı olmazmı?

Sara xatın yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:

-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş – qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.

-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.

  Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu – Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə, Sara xatın Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461 – ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.     

 

« Əbu Səid Fateh II Mehmet ola bilməz! »

       Osmanlılarla münasibətləri yoluna qoyan Uzun Həsən Qaraqoyunlularla mübarizəyə başladı. 1467 – ci ilin noyabrında baş vermiş Muş döyüşündə Qaraqoyunluların məğlubiyyəti onların süqutunun başlanğıcı oldu. Bu döyüşdə Qaraqoyunlu hökmdarı Cahanşah öldürüldü. Bağdada qədər bütün ərazilər Uzun Həsənin əlinə keçdi.

      Qaraqoyunluların xalqın dəstəyini itirməsindən məharətlə istifadə edən Uzun Həsən az bir zamanda Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz ələ keçirdi. 1468 – ci ildə o, Təbrizə daxil olaraq Ağqoyunlu dövlətinin yaradıldığını elan etdi.

      Qaraqoyunlu dövlətinin dağılmasından sonra Teymurilərlə Ağqoyunluların münasibətləri kəskinləşdi. Uzun Həsən Teymuri hökmdarı Əbu Səidlə müharibəyə girməkdən ehtiyat edərək anası Sara xatının başçılığı ilə elçi heyətini onun yanına göndərdi. Sara xatın bütün diplomatik məharətini işə salsa da, Əbu Səidi mövqeyindən döndərə bilmədi. Bu, hökmdar Ağqoyunlu dövlətinin qüvvətlənməsini özü üçün böyük təhlükə hesab edirdi. Sara xatın geri qayıdıb Uzun Həsənə belə dedi:  « Əbu Səid Fateh II Mehmet ola bilməz! » Ağbirçək anasının sözünün yerə düşməsi Uzun Həsənə bərk təsir etdi və onun Əbu Səidə qarşı nifrətini artırdı. Ağqoyunlu hökmdarı bu düşməninə qarşı bütün hərbi – siyasi bacarığını işə saldı.

      1468 – ci ilin payızında Azərbaycanın cənub torpaqlarına daxil olan Əbu Səidə buradan hərəkət edərək Qızılağacda – Xəzərin sahillərində məskən salmışdı. Düşmənə qarşı mübarizədə Uzun Həsən Şirvanşah Fərrux Yassar və Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi blokadaya aldılar. Aclığa düçar olan düşmən qoşunu dağılmağa başladı. Əbu Səid vəziyyətin ağırlığını görüb sülh təklif etsə də, Uzun Həsən razılaşçadı. Teymuri ordusu ağır məğlubiyyətə düçür oldu.

     Beləliklə,  Uzun Həsən qısa müddətdə Kürdən cənubda olan Azərbaycan torpaqlarını, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı əhatə edən qüdrətli bir türk – Azərbaycan dövləti – Ağqoyunlu imperatorluğu yaratmağa nail oldu.

 

 

Qərbin arxadan zərbə siyasəti

 Uzun Həsənin hakimiyyəti illərində Azərbaycan özünün xarici siyasətində yeni mərhələyə qədəm qoydu. Ağqoyunlu imperatorluğu dünyanın siyasi iqlimini müəyyənləşdirən dövlətlərdən birinə çevrildi. Ağqoyunlularla Venesiya şəhər respublikası, Böyük Moskva knyazlığı, Polşa, Macarıstan, Avstriya, Çexiya, Almaniya, Vatikan  və s. Ölkələr arasında əlaqələr yaranmışdı. Uzuz Həsənin sarayına axışan diplomatların ardı-arası kəsilmirdi. Venesiya respublikasının isə burdada daimi səfirliyi var idi. Ağqoyunlu imperatorluğunu Azərbaycan tarixində Avropa ölkələri ilə geniş diplomatik əlaqələr qurmuş ilk dövlət saymaq olar.

     Uzun Həsənin Avropa ölkələri ilə yaxınlaşmaq siyasəti xristian dünyası tərəfindən sevinclə qarşılandı. Qərb dövlətləri Uzun Həsəndən  osmanlılara qarşı mübarizədə istifadə etmək niyyətində idilər. Osmanlı imperatorluğunun sürətlə Avropanın içərilərinə doğru irəlilədiyi bir zamanda Qərb bu dövlətə qarşı arxadan zərbə vurmaq siyasəti yürütməyə başladı. Qərbin məkrli planına əsasən osmanlılara zərbə Ağqoyunluların əli ilə vurulmalı idi. Buna görə də Qərb dünyası Uzun Həsəni " İkinci Teymur” adlandırır və ona çox böyük ümidlər bəsləyirdi.

       «Qaraman böhranı» Ağqoyunlu – Osmanlı ziddiyətlərini son həddə çatdırdı. Mühüm hərbi-strateji əhəmiyyətə malik olan, Ağqoyunlular üçün Aralıq dənizinə çıxış rolunu oynayan Qaraman bəyliyi Ağqoyunlu dövlətinin müttəfiqi idi. Sultan II Mehmet 1468- ci ildə Qaraman bəyliyinin varlığına son qoymuşdu.

     O zaman Uzun Həsənin Osmanlı imperatorluğuna qarşı müharibəyə başlamaq planı yox idi. O, Aralıq dənizinə çıxış yolu açmaq üçün Suriyanı tutmaq istəyirdi. Lakin Qərbin və Ağqoyunlu sarayına sığınmış Qaraman şahzadələrinin iftiraları və təhrikləri nəticəsində Uzun Həsən qərarını dəyişməli oldu. Sultan II Mehmetin Avropada hərbi əməliyyatlar aparmasından istifadə edən Ağqoyunlu dövləti 1472 – ci ilin baharında Osmanlı imperatorluğuna qarşı müharibəyə başladı. Beləliklə, Qərbin məkrli siyasəti baş tutdu: Ağqoyunlu və Osmanlı imperatorluqları arasında qanlı müharibə, daha doğrusu, qardaş qırğını başlandı.

      Ərzincandan Qaraman istiqamətində hərəkət edən Ağqoyunlu ordusu osmanlılara qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı. Venesiya höküməti buraya Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisləri göndərməyə söz vermişdi. Lakin venesiyalılar iki türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdılar və müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə düşdü.

      II Mehmet Ağqoyunlu ordusunu Anadolunun şərqində qarşılamaq qərarına gəldi. Onun ordusu Fəratın sağ sahili ilə Malatya yaxınlığına qədər irəlilədi. Burada – çayın sol sahilində Ağqoyunlu qüvvələri mövqe tutmuşdu.

      1473 – cü il avqustun 1-də Malatyada Ağqoyunlularla osmanlılar arasında döyüş başladı. Uzun Həsənin tətbiq etdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşununun əsas zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkə bildi və II Mehmet ağır məğlubiyətə uğradı. Osmanlı qoşununu təqib edən Ağqoyunlu süvariləri 1473- cü il avqustun 11-də onları Ərzincanla Ərzurum arasında, Otluqbeli adlanan yerdə qabaqladılar. Otluqbeli, bəzən də Tərcan adlanan bu döyüşdə Ağqoyunlular sayca çox olsalar da, odlu silahlardan isrifadə edən Osmanlı ordusu qalib gəldi. Tarixçi Oruc bəy Bayat həmin döyüş haqqında yazır: «İki nəhəng ordu bir-birilə döyüşə başladı və döyüş tamam iki gün çəkdi. Qələbənin sultanın tərəfində olmasını deyənlər haqlıdırlar. Lakin qələbə sultana o dərəcədə baha başa gəldi ki, o, Uzun Həsənin ölkəsinə hücum etməyə cəsarət etmədi. »

  

[/b]

[b]Uzun Həsən

«Həsən padşahın qanunları»

 

 Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu imperatorluğu ərazicə geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı xarici təhlükəni dəf etmək üçün ilk növbədə, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Bu məqsədlə Uzun Həsən islahatlar keçirdi. Ölkəni iqtisadi həyatını dirçəltmək, ölkə daxilində nizam – intizamı möhkəmlətmək üçün xüsusi «Qanunnamə» hazırlatdı.

      «Qanunnamə» ölkə iqtisadiyyatının canlanmasını təmin etməli idi. Bu sənədə əsasən kəndlilərdən alınacaq vergilərin miqdarı dəqiqləşdirildi. Qanunların tətbiqi nəticəsində vergiyığan məmurların özbaşınalığına son qoyuldu, yığılan vergilərin birbaşa xəzinəyə daxil olması təmin olundu. Salnaməçi Xandəmir yazırdı ki, vergi islahatı nəticəsində əkinçilərin vəziyyəti xeyli yaxşılaşdı.«Uzun Həsənin günbəgün artmaqda olan ədalətindən Arran, Azərbaycan, Fars, Kirman, Əcəm və Ərəb İraqları abadlaşmağa başladı»

      Uzun Həsənin «Qanunnamə»si yalnız vergi sisteminin deyil, dövlətin bütün daxili işlərinin qaydaya salınması üçün vacib sənəd idi. Hərbi-köçmə tayfaların, əyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində «Qanunnamə»nin böyük rolu var idi. Bu sənədin əhəmiyyəti o qədər böyük idi ki, bütün XVI əsr boyu qüvvədə qalmışdı. «Qanunnamə» sonralar «Həsən padşahın qanunları» adı ilə məşhurlaşdı. O dövrün başqa salnaməçiləri də öz yazılarında Uzun Həsənin ədalətini qeyd edirdilər.

        Uzun Həsən dövlətin mənafeyini hər şeydən üstün tuturdu. Bu yolda o, ən yaxın adamlarına belə güzəşt etmirdi. Böyük oğlu Uğurlu Məhəmmədin xəyanətini ona bağışlamamış, edam etdirmişdi.

      Uzun Həsən dünya hərb sənətində baş verən yenilikləri diqqətlə izləyirdi. O, nizami ordu yaradır, onu odlu silahlarla təmin edir, topçuluğun inkşafına xüsusi diqqət yetirirdi. Bu məqsədlə Venesiyadan mütəxəssislər də dəvət etmişdi.

      Uzun Həsənin dini siyasəti də dövlətin möhkəmlənməsinə yönəldilmişdi. Ölkənin ərazisində yaşayan qeyri-müsəlman əhali dini mənsubiyyətinə görə təqib olunmurdu. Uzaqgörən hökmdar ölkədə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Ona görə də bacısı Xədicəbəyimi Səfəvi Şeyx Cüneydə, qızı Aləmşahbəyimi isə onun oğlu Şeyx Heydərə verməklə məzhəb ayrılığının qarşısını almağa çalışırdı. Bu izdivaclarda o, həm də siyasi məqsəd  güdürdü: kifayət qədər nüfuza və tərəfdarlara malik səfəviləri öz tərəfinə çəkmək və onların hərbi gücündən istifadə etmək istəyirdi.

       Görkəmli dövlət xadimi elmin, maarifin inkşafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimləri öz sarayına toplamışdı. Hökmdarın  şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə etdirmiş, o dövrün görkəmli tarixçi – salnaməsi Əbu Bəkr əl-Tihraniyə Oğuz türklərinin tarixindən bəhs edən «Kitabi – Diyarbəkriyyə» adlı kitab yazdırmışdı.

     Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan Uzun Həsən 1478- ci ildə vəfat etdi və Təbrizdə dəfn olundu. Təəssüf ki, onun varisləri qüdrətli Ağqoyunlu dövlətini qoruyub saxlaya bilmədilər.

 

Tarixi yaradanlar seriyasından......




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 yanvar 2012 21:21
    hesen tarix sehifesinden silimmeyecek

  2. 20 iyul 2012 20:08
    niya gora man rayimi yazanda cavabini ala bilmiram. angry

  3. 20 iyul 2012 23:51
    Farida xanum men hal-hazirda telimlerde ishtirak edirem bolgelerde ona gore vaxti vaxtinda cavab yaza bilmirem baqishlayin amma yenede Sizi dushunduren ne varsa soyleyin

  4. 6 oktyabr 2012 16:06
    Duz deyir yazanda hec kim cavab yazmir angry

  5. 16 dekabr 2012 21:00
    cox sagolun

  6. 18 dekabr 2012 20:07
    Uzun hesene allahdan rehmet diliyirem

  7. 6 yanvar 2013 20:54
    Bashdan sona qeder oxudum.Chox maraqlidir.Tewekkur edirem!

  8. 24 fevral 2013 11:22
    super melumatlardir.buna test tertib etseniz lap super

  9. 26 mart 2013 16:12
    Referatimin movzusu:)))

  10. 30 oktyabr 2013 14:54
    cox sagolun

  11. 30 oktyabr 2013 20:28
    sad maraqliydi twk geceniz xeyre saqolun gozdedim cvb yox idi cixdim saqol

    --------------------

  12. 17 may 2014 21:32
    wink maraqliydi twk

  13. 26 avqust 2014 12:00
    Cox, cox maraqlidir,Hamlet muellim. winked

  14. 10 noyabr 2014 15:48
    mrxlidiiiiiiii....cooxxxxxxx...

  15. 23 yanvar 2015 14:58
    çox maraqldırı təşəkkürlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.