Ağa Məhəmməd xanın Azərbaycan xanlıqlarını birləşdirməyə dəvəti

Ağa Məhəmməd xanın Azərbaycan xanlıqlarını birləşdirməyə dəvəti


XIX əsrin sonlarına yaxın Azərbaycan özünün ən çətin və təlatümlü günlərini yaşayırdı. Rusiya işğal təhlükəsinin getdikcə gücləndiyi bir şəraitdə Azərbaycan xanları birləşmək, ümumi düşmənə qarşı əlbir fəaliyyət göstərmək əvəzinə bir-birləri ilə mübarizə aparırdılar. Xarici qüvvələrin təhriki, köhnə ədavət hisslərinin baş qaldırması xanlıqlararası çəkişmələri daha da gücləndirirdi. Azərbaycanın şimal torpaqlarında güclü hərbi-siyasi quruma çevrilmiş Qarabağ xanlığı digər xanlıqları öz ətrafında birləşdirmək əvəzinə, Gəncə xanlığını ələ keçirməyə çalışırdı. Qubalı Şeyxəli xan və şəkili Məhəmmədhəsən xan şamaxılı Mustafa xanla ədavət aparırdılar.

Belə bir şəraitdə İranda və Azərbaycanın cənub torpaqlarında hakimiyyəti ələ almaş Ağa Məhəmməd xan Qacar Səfəvi dövlətinin torpaqlarını yenidən birləşdirmək siyasəti yeridirdi. Dövrünün müdrik və uzaqgörən siyasi xadimi olan Ağa Məhəmməd xan Rusiyanın Azərbaycan torpaqlarını işğal etmək planlarından yaxşı xəbərdar idi. Bu planların həyata keçirilməsinin Azərbaycan xalqı üçün necə fəlakətlər tördəcəyini də gözəl anlayırdı.

Ağa Məhəmməd xan müdrikcəsinə başa düşürdü ki, hərbi-siyasi və iqtisadi cəhətdən zəif olan xanlıqlar II Yekaterinanın dövründə yenidən güclənmiş Rusiyaya müqavimət göstərmək iqtidarında deyillər. Ona görə də onlara birləşməyi, ümumi düşmənə qarşı birgə mübarizə aparmağı təklif edirdi.

Lakin xanlıqların böyük əksəriyyətinin Qacarlar sülaləsinin idarə etdiyi dövlətdə qətiyyən birləşmək fikri yox idi. Rusiyapərəst qüvvələrin təsiri altında olan Qarabağ, Şəki, Naxçıvan xanlıqları Ağa Məhəmməd xanın təklifini qəbul etməkdənsə, Rusiya ilə yaxınlaşmağın yollarını arayırdılar.

Bu hadisələri diqqətlə izləyən Ağa Məhəmməd xan səbr və təmkin nümayiş etdirir, geniş təbliğat işi aparır, xanları danışıqlar yolu ilə birləşməyə dəvət edirdi. Qacarın elçiəlri İbrahimxəlil xanın, Kəlbəli xanını, Məhəmmədhəsən xanın saraylarına ayaq döyür, onları gözləyən təhlükə barədə xəbərdarlıq edir, təkidlə Ağa Məhəmməd xanla birləşməyə çağırırdılar.

Lakin xanların əksəriyyəti bu dəvəti qəbul etmir, kömək üçün Rusiyaya müraciət edirdilər. Bunula da onlar gələcəkdə düçar olacaqları böyük fəlakətlərin bünövrəsini qoyurdular.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 may 2012 20:20
    tesekkurler. bununla bagli tarixi xebere ehtiyacimvardi. cox sag olun. smile

  2. 29 mart 2015 17:06
    Tesekkurler.Bu cur melumatlari oxumaq serfelidir.

  3. 30 mart 2015 18:25
    Hamlet muellim, faydali meqaleye gore tesekkurler.... winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.