Babək haqqında az bildiyimiz

Babək haqqında az bildiyimiz

Babək haqqında az bildiyimiz

Babək haqqında az bildiyimiz

798-ci ildə Ərdəbilin Bilalabad kəndində kasıb bir ailədə oğlan uşağı dünyaya göz açdı. Anası Bərumənd oğlunu Həsən adlandırdı. İslam dininin yeni-yeni bölgələrə yayıldığı bir dönəmdə (valideynləri də təzəcə islamı qəbul etmişlər) uşağın atası oğluna ərəb adını-özüdə kimin adı-Məhəmməd peyğəmbərin böyük oğlan nəvəsi-Xəlifə-İmam Əli ilk övladı, sonralar şiə müsəlmanlarının ikinci İmamı olacaq İmam Həsənin adını verdilər. Sonralar onların daha iki evladı da dünyaya göz açaçaq: Abdulla və Müaviyyə. Valideynəli uşaqlarını müsəlman adətlərinə görə sünnət mərasimini də həyata keçirmişdilər. Lakin valideynlərin xoşbəxt həyatı uzun sürmədi. Balaca Həsən atasını itirdi. Sürtgü yağı ilə alver edən atasını quldurlar öldürdü. Ana-Bərumənd çətin vəziyyətə düşdü. Evladlarını böyütməyə məcbur olan ana çətin həyat tərzinə başladı. Həsən kiçik yaşlarından ailənin dolanması naminə işləməyə məcbur oldu. Çoban, muzdur, Təbrizdə usta köməkçisi, dəvə karvanlarının sarbanı, və s. Bu çətin dönəmdə Həsən dünyanı dərk etməyə başladı. İnsanların ağır həyat şəraiti, ərəb əsarəti, özbaşınalıqlar, qanunsuz vergilər. Həsən başqa din nümayəndələrinin cizyə vergisi ödəməsinin mahiyyətini anladı. Həsən Azərbaycanda hələ də qalan islama qədər hakim din olan Atəşpərəstliklə tanış oldu. Günü-gündən onda ərəb işğalçılarına qarşı nifrət hissi oyanırdı. Gənc oğlan uşaqlıqdan müsəlman kimi böyüməsinə baxmayaraq, valideynlərinin cizyə kimi ağır yükdən xilas olmasını anladı. O, atəşpərəstliyə meyilləndi. Ətrafında çoxlu gizli atəşpərəstlər vardı. Beləcə həyatını keçirən Həsən nəhayət 816-cı ildə Zəncan yolunda qoyun sürüsünü otardığı zaman varlı, imkanlı Bəzz qalasının sahibi Cavidanla tanış oldu. Həsən Cavidan və onun xürrəmi məzhəbi haqqında eşitmişdi. Xürrəmi məzhəbinin atəşpərəstliklə yaxın olması, onun bu məzhəblə yaxından tanış olmasına şərait yaratmışdır. Cavidan elə ilk görüşdə Həsənə valeh oldu. 18 yaşlı gənc, hündürboylu, idman quruluşlu, nurani baxışı, duruşu, danışığı onu valeh etməyə bilməzdi. Cavidan ərəb əsarətinə qarşı Əbi İmranla birlikdə xürrəmilərə başçılıq edirdi. Ona Həsən kimi cəngavərlər lazım idi. Elə onun üçün də ona xürrəmilərə qoşulmağı təklif etdi. Ağlında hər an ərəb əsarətinə qarşı nifrəti olan Həsən bu təklifi qəbul etdi, fikirləşmədən belə. Cavidan Həsəni Bəzz qalasına (müasir Cənubi Azərbaycanın Qaradağ bölgəsi) gətirdi. Burada o, ilk dəfə xürrəmilərlə tanış oldu. Burada o, bu məzhəbin mahiyyətini dərk etdi. Burada o, Zərnisə ilə tanış oldu. Zərnisə Cavidanın həyat yoldaşı idi. Lakin buna baxmayaraq o, içərisində alovlanan, elə ilk baxışlarından Həsənə aşiq olan duyğusunu içərisində saxlayamadı. Sanki Zuleyxa Yusif peyğəmbərə vurulmuşdu. Həsən isə Cavidana sadiq qalaraq Zərnisədən uzaq olmağa çalışırdı. Beləcə Həsənin Bəzz qalasında günləri başladı. O, xürrəmilərin daxilində ziddiyyətlərin olduğunu, xalqın bütün təbəqələrinin bu mübarizəyə qoşulmamasının, feodalların şəxsi marağı naminə hərəkata yxınlaşmasını gördü. Mübarizənin ardıcıl aparılmaması, bir yerdə qalxan üsyanın digər yerlərdən dəstək gəlməməsi mübarizənin məğlubiyyətinin başlıca səbəbləri idi. Nəhayət ziddiyyətlər son həddə çatdı : Cavidan və Əbu İmran tək-bətək döyüşdə bir-birlərini ölümcül yaraladılar. Mənbələr ölüm yatağında Cavidanın yanında yalnız Zərnisənin olduğunu məlumat verir. Cavidanın son sözləri isə Zərnisə xürrəmilərə belə çatdırdı : Mən gedirəm, lakin mənim ruhum Həsənlə qalacaq. Bunu müzakirə edən xürrəmilər Həsənin rəhbər seçilməsi üçün iki yerə bölündülər : 
Birincilər onun xürrəmilərə cəmi 3-4 ay vaxt ərzində qoşulmasını, çox gənc olmasını bildirərək onun bu vəzifəyə hələ layiq olmamasını bildirdilər. 
İkincilər isə tam əksinə Cavidanın ruhuna hörmət əlaməti kimi Cavidanın son sözlərinə hörmət əlaməti kimi Həsənin seçilməsini tələb etdilər. 
Müzakirələrin sonunda Həsənin tərəfdarları üstünlük gəldi. Həsən Bəzz qalasının yeni sahibi və Xürrəmi icmasının başçısı təyin olundu.
Beləliklə cəmi 18 yaşında Xürrəmilər hərəkatına rəhbər seçilən Həsəni qarşıda böyük işlər gözləyirdi. Həsən ilk növbədə xürrəmilərin daxilində tüğyan edən çəkişmələrə son qoydu, daxili birlik yaratdı, bütün təbəqələri vahid düşmənə qarşı birləşdirdi, xalqı ümumi əsarətə qarşı səfərbər etdi. Xürrəmilər İslamın bəzi ehkamlarına qarşı çıxış edirdilər. Onlar İslamı yadelli dini kimi qələmə alır və ona qarşı atəşpərəstliyi, məzdəkiliyi, xürrəmiliyi qoyurdular. Ərəblərin həyata keçirdiyi soyğunçu siyasət əhalini ağır vəziyyətə salmışdı. Bir zadəganlar isə onların imtiyazlarının və torpaqlarının əllərindən alınması ilə barışa bilmirdi. Belə bir şəraitdə Həsən qəti bir tədbir görməli idi.
İslamın bəzi ehkamlarına qarşı çızış edən Həsən də xalqı xürrəmiliyə və atəşpərəstliyə çağırırdı. Özünü xürrəmi kimi başçı hesab edən Həsən, artıq fanatik bir atəşpərəst idi, xalqının islama qədər ki dininin müdafiəçisi idi. Onun üçün ona Həsən adı-müsəlman adı lazım deyildi. O, yeni ad qəbul etməli idi. Bu ad isə xalqı mübarizəyə qaldırmağa bir inam olmalı idi. Həsən atəşpərəstlik dinin əsas müdafiəçilərindən biri hesab edilən Sasanilər imperiyasının banisi Ərdəşir Papaqanınadını qəbul etməyə qərar verdi. Sadəcə -Papaqan-. Nəzərə alsaq ki, xürrəmilər hərəkatı haqqında əsas mənbələr ərəb mənbələridir, onda nəticə çıxarmaq asanlaşır. Ərəbcə -p- hərfi yoxdur. Ərəblər bu hərfi -b- ilə əvəz edirdilər. Yəni qısaca -Babak- və tədricən -Babək-. 
Bəzi tarixçilər bu adı Babəkin gəncliyi ilə əlaqələndirirlər. Yəni gənc yaşlarından xürrəmilərə başçılıq edən Həsəni -Bəbək- adlandırmışlar. Ancaq bu az inandırıcı səsləndirilə bilər. 
Babəkin xürrəmilər başçılıq etdiyi dövrdə (816-837) Xilafətin 6 nizami ordusu məhv edildi, neçə min əsgər, neçə yüz sərkərdə???? Bu gedişatda o Zərnisə ilə də evləndi, lakin mənbələr məlumat verir ki, onun başqa arvadları da olmuşdur. Lakin hər bir uğurlu başlanğıcın məntiqi sonluğu olur. Doğrudur sonunda Babək Samirə şəhərində 838-ci ilin martın 14-də zülmlə edam edildi - balta ilə bədən hissələrini-əl, ayaq və başını doğradılar. Özüdə bütün bu edam mərasimində o, bir dəfə də olsun belə qışqırmadı, ağlamadı, əksinə böyük rəşadət göstərdi, düşmən gözünə, xəlifə Mötəsimə, vaxtilə özünün cəlladı olmuş Nudnudaya şərəflə baxdı, qəhrəmancasına həlak oldu. Onun kəsilmiş başını Xorasan üsyançıların nümayiş etdirdilər (onları qorxutmaq üçün), bədənini hündür bir yerdən Samirədə asdılar. Ərəb mənbələri bu səhnəni dəhşətli mənzərə iləxəbər verirlər. Bir sıra ərəb əyanları onu ən böyük kafir elan edərək edam kürsüsünə axıdılmış qanından dəstamaz aldılar. Babək hətta edam mərasimində ərəbləri qorxuya salmışdır. Sol əli biləyindən kəsildiqdə o, sağ əli ilə əlini axıdılan qanına sürtərək sifətini qana buladı. Xəlifə Mötəsimin bunu nə üçün etdiyini soruşduqda isə, Babək demişdi : İnsanın qanı azaldıqda rəngi saralır. Saralmaq isə düşmən qarşısında qorxaqlığı bildirər. Siz isə elə bilərsiniz ki, məm qorxumdan saralıram, onun üçün üzümə qan çəkdim ki, saralmağımı görməyəsiniz. Babəkin son sözləri Azadlıq, Azərbaycan, Vətən və s. olmuşdur. 
Babək haqqında az bildiyimiz

Babəki müxtəlif xəyanətlərdən istifadə edərək onu üstələyə bilən türk mənşəli ərəb sərkərdəsi Afşin ibn Kavus belə onun kimi dahi və təkrarolunmaz sərkərdəni dünyanı tərk etməsini istəmirdi. Dəfələrlə ona Xəlifənin bağışlanmaq haqqında təklifini qəbul etmədi, Babək hətta onun öz oğlu Buğdayın təslim olub ərəblər tərəfində vuruşmaq təklifini də rədd etmiş və oğluna belə bir məktub yazmışdır : Bir gün azad yaşamaq, 40 il qul olmaqdan yaxşıdır. 
20 il Ərəb xilafətini titrədən Babək sonrakı dövrlərdə tarixi ədəbiyyatda mühüm yer tutmuşdur. Biriləri onu Hannibala, digərləri isə ilahi qüvvəyə bənzətmişdilər. Ərəblər onun üzərində qazanılan qələbəni İslamın ən böyük qələbəsi adlandırmışdılar. Babək haqqında mənbələrin əsas hissəsini ərəb mənbələri təşkil edir. Odur ki, güman etmək olar ki, Babək və xürrəmilər haqqında yazılan məlumatlar çoxlu sayda yalançı və böhtançı məlumatlardır. Onun İslamım bəzi ehkamlarına qarşı çıxış etməsi isə, heç də dəhşətli qarşılanmalı deyil. Çünki həmin dövrdə Azərbaycanda İslam hələ hakim dinə çevrilməmişdir, köhnə dini ayinlər xalq içərisində qalmışdır. Təbii ki, ağır ərəb əsarəti onların yaydığı islam dininə də kölgə gətirirdi. Ərəbləri haqlı saymağ doğru deyil. Əgər belədirsə, İslamın təmizliyi uğrunda mübarizə aparan İmam Hüseyn məhz müsəlman adlanan Xəlifə Yezid tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Babək Vətən uğrunda , azadlıq uğrunda qəhrəmanlıq salnaməsidir. İslamı zor gücünə yaymağa çalışan Abbasilər siyasəti İslamı utandırırdılar. Nə üçün, ilk xəlifələr dövründə belə güclü üsyanlar olmayıb? Cavab: çünki İslam humanistliyi vardı, gözəlliyi vardı. Babəkin zamanında İslamı dərk etmək üçün vaxt lazım idi, o, zaman isə, o, dövr deyildi.
 
Babək haqqında az bildiyimiz



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 oktyabr 2011 09:02
    eladir mellim

  2. 28 oktyabr 2011 11:53
    cox boyuk heves ve maraqla oxudum

  3. 28 oktyabr 2011 18:59
    babek ogulsan....

  4. 28 oktyabr 2011 23:02
    ela, super chox sag olun

  5. 17 noyabr 2011 22:04
    Mellim,nclikl Babk haqqnda mqalniz gr sizi tbrik edirm,ox obyektiv olma bacarmsnz ki,bir oxlar Babk haqqnda danarkn bunu bacarmrlar.Babyin dini v yaxud mzhbi mn ox da maraql deyil,bzi tarixilr onun atprst,bzilri is xristian olduunu yazrlar,ancaq sas olan onun Azrbaycan xalq n,onun azadl n vuruan bir azdlq mcahidi olmadr v n sas vtn n cann vern,hidlik mrtbsin yksln bir vtnprvrdir!

  6. 17 noyabr 2011 23:00
    cox saqol Fizuli gozel ve herterefli reyin ucun senin Babek haqqinda gozel dushuncen ucun

  7. 19 noyabr 2011 19:57
    chox saq olun maraqli melumtata gore.size uqurlar.

    ancaq bezi kitablarda yazirlar ki babekin oqlu eslinde atasina teslim haqda mektub yazmayib.eksine esir dusduyu ucun ozunu oldurub .atasinin bashini eymemek ucun.doqrudurmu?

  8. 20 noyabr 2011 13:29
    Selcan xanum evvela sherh ucun cox saqolun birde ki Babek haqqinda o qeder yalanci melumatlar var ki bir sheyi nezere alin ki Babek haqqinda yazilanlarin ekseriyyeti ereb menbeyidir onlar ise ancaq yalanci melumatlarda yaza bilerdiler o ki qaldi oqlu sohbetine hele bir shey olmasaydi yuzillikler boyu o sozde hec qalmazdi o soz esrlerdir Babekin adiyla baqlidir var ki demek o soz de yashayir

  9. 3 dekabr 2011 21:51
    cox sagolun.men babekin zernise ile evlenmesini bilmirdim

  10. 15 yanvar 2012 14:26
    Babek bizim fexrimizdir

  11. 31 yanvar 2012 15:55
    babeki zulmle oldurubler

  12. 3 fevral 2012 14:15
    zehra xahis edirem menim yazdqlarimada rey ver

  13. 8 mart 2012 18:02
    babek shie olub,ereb itleri shieleri kafir saydigina gore babekde mecusi kimi taninib

  14. 30 oktyabr 2012 18:34
    salam hamlet muellim bugunku dersimiz babek haqqindadir oxudum ve babeki daha yaxindan tanimaga calisdim cox sag olun!

  15. 30 oktyabr 2012 18:49
    hamlet muellim bu melumatda mene cox lazim oldu. onsuzda sizin butun melumatlariniz mene komek edir smile

  16. 31 oktyabr 2012 16:56
    maraqlidi twk

  17. 16 noyabr 2012 23:33
    Tariximizin en qururverici shifelerinden biridir bu dovr...

  18. 10 dekabr 2012 15:38
    tewekkurler babek esl qehremandir

  19. 11 dekabr 2012 01:10
    birterefli yansama... O dovru tam arasdirsaniz bu haqda bele curetli ve Babeki bu qeder de terifleyici sozler yazmazdiz mence..
    deye bilresiz ki o dovr haqqnda coxu ereb melumatlardr ama diger melumatlara da goz gzdirsek Babekle xalq mubarizesini tamam basqa yonlerd oldugunu gorerik..(misal ucun Azerb.tarixi 1995-Y.Yusifov)
    slam dininden behs etmsiz.. bir seyi unutmusuz Babek islam dininde esas qarsi cixdigi movzu Nikah sistemi idi...
    Bu neye desen deyer o dovr haqqinda... ferq etmez Abbasilerdi, ve dovrde slam dininden cox oz istekler ondeydi ama islam helede yasanirdi..
    Bir Babekin yasayis terzini arasdirmaq lazimdir. Qehreman her yonuyle qehreman olmalidir

  20. 18 dekabr 2012 23:30
    Hamlet muellim cox sagolun melumatiniz gore. Babek islama qarsi yox islamin bezi ehkamlarina qarsi vurusurdu onun esas mubarizesi ereb esaretine qarsi idi bu da teqdirelayiqdir.Xalq ucun yasayan biri idi.Onun heyat terzinin nece olmasi bir o qeder de onemli deyil mence belkede Babek olmasaydi hal hazirda musteqil bir dovletimiz de olmazdi...

  21. 22 dekabr 2012 16:51
    yaxsidi,amma ki,cox az melumat var

  22. 12 mart 2013 00:09
    tewekkurler winked laughing

  23. 12 aprel 2013 11:31
    babekden xosum gelmir dostunun arvadi ile firanib am

  24. 12 aprel 2013 19:46
    Babek tariximizin shanli sehifesidir. azerilerin azadliqsever oldugunun subutudur.

  25. 14 aprel 2013 17:17
    heqiqetende maraqli idi coxunu bilmirdim

  26. 10 avqust 2013 19:03
    'Gozel Qiz' deyesen terbiyen asib-dasir

    Ele yazdigindan belli olur lol

    Ha Ha Ha, Hi Hi Hi,Ho Ho Ho

  27. 23 dekabr 2013 19:24
    men hamiya demek isteyirem ki babeki hami tanimali haqqinda her seyi bilmelidir bunu unutmayin


  28. 5 avqust 2014 12:25
    hmm.. tewekkurler..

    --------------------

  29. 20 avqust 2014 14:38
    sagolun bilmediklerimizi oyrendik

    --------------------

  30. 21 yanvar 2015 00:55
    Sitat: elsadqasimov
    birterefli yansama... O dovru tam arasdirsaniz bu haqda bele curetli ve Babeki bu qeder de terifleyici sozler yazmazdiz mence..
    deye bilresiz ki o dovr haqqnda coxu ereb melumatlardr ama diger melumatlara da goz gzdirsek Babekle xalq mubarizesini tamam basqa yonlerd oldugunu gorerik..(misal ucun Azerb.tarixi 1995-Y.Yusifov)
    slam dininden behs etmsiz.. bir seyi unutmusuz Babek islam dininde esas qarsi cixdigi movzu Nikah sistemi idi...
    Bu neye desen deyer o dovr haqqinda... ferq etmez Abbasilerdi, ve dovrde slam dininden cox oz istekler ondeydi ama islam helede yasanirdi..
    Bir Babekin yasayis terzini arasdirmaq lazimdir. Qehreman her yonuyle qehreman olmalidir

    salam.BABEK haqqinda genis arasdirmalarin lazim oldugunu dusunurem,hem de ki,tarixi oldugu kimi yazan tarixciler terefinden.nigah meselesine geldikde hecde dogru deyil ki onlarda nigaha qarsi cixilib.tarixcilerimizin bezileri yazir ki,onun dostlari 8-ci imamla gorusub cox guman ki ozude.bele neticeye gelmek olarki o ISLAM dinine yox ereb istilasina qarsi doyusub.insanlari ittiham etmek asandir ,amma beraet qazandirmag cetin.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.