Yusif Əliyusif oğlu Əliyev

                                                         

Yusif Əliyusif oğlu Əliyev

  Yusif Əliyusif oğlu Əliyev

 

     1969-cu il dekabrın 2-də Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 228 nömrəli orta məktəbi bitirdikdən sonra atasının işlədiyi qaraöda əmək fəaliyyətinə başlamışdır.

     1988 – 90-cı illərdə hərbi xidmətdə olub.Əskərliyini başa vurduqdan sonra əmək fəaliyyətini həmin qarajda davam etdirmişdir.

     1990-cı ilin avqust ayından daxili işlər orqanlarına qəbul olunmuş,Bakı şəhər Baş Daxili İşlər İdarəsinin Post-Patrul Alayında 3-cü rotada milis nəfəri kimi xidmətə başlamışdır.

     Y.Ə.Əliyev daxili işlər orqanlarında fəaliyyətə başladığı vaxtdan verilən tapşırıqları vaxtında icra edən əməkdaş kimi fərqlənmiş,bir neçə dəfə respublikamızın "qaynar nöqtələrinə” ezam olunmuşdu.Ərazi bütövlüyümüzün qorunmasında bütün qüvvəsini səfərbər etmişdir.

     Döyüş zonalarına son səfəri 1991-ci il sentyabr ayının 5-i olmuşdu.60 nəfərlik dəstə ilə Goranboy rayonunun Mənəşid,Erkəç,Buzluq kəndlərində erməni yaraqlılarına qarşı mübarizə aparmış və xidməti vəzifəsini icra edərkən qəhrəmancasına həlak olmuşdur.

     Bir oğlu var.

                                ƏBƏDİYYƏTƏ QOVUŞMUŞ ÖMÜR

     Atasının evdən çıxdığını görüb həyətdə onu qabaqladı:

     - Bu gün döyüş zonasına gedəcəyik, - dedi, - atasının tələsdiyini duysa da,erməni quldurlarının azğınlığından söhbət salıb Əliyusif kişini ləngitdi…

     Ata oğlunu bugünkü kimi,özü də səhərin bu alatoranlığında,deyib-danışan görməmişdi.İşə tələssə də səfər üstə olan oğlunun sözünü yarımçıq kəsmək istəmədi,əksinə söhbətə qol-qanad verdi.

     Yusif atasının söhbətə maraq göstərməsindən xoşxallandı, "siyasi mövzuları” biri-birinə calayacaq işə tələsən atası ilə üzbəüz durmağı,onun nəfəsinin hərarətini duymağı,ömrünün bu atalı anını bir az da ömürlü etməyi,bir az da çox yaşatmağı qənimət bildi.Sanki onun ürəyinə dammışdı ki…

     Bu,Yusifin Qarabağa,sərhəd rayonlarına ilk səfəri deyildi.Daxili işlər orqanlarında xidmət etdiyi vaxtda bir neçə dəfə Qarabağa,döyüş zonalarına ezam olunmuş,neçə-neçə çətin tapşırıqları icra etmiş,döyüş əməliyyatlarında fərqlənmişdi.Ancaq əvvəlki səfərlərində bugünkü kimi yola çıxmazdan əvvəl ailə üzvləri ilə,qohum-əqraba,dost-tanışla bir-bir görüşməmişdi,heç çoxuna Qarabağa getdiyini də deməımişdi.Dünəndən bəri isə Yusif doğmaları əzizləri ilə bir-bir görüşməyə can atırdı.Elə bil ki...

     Ata-oğul xudahafizləşdilər.Əliyusif kişi oğluna xeyir-dua verdi, "o alçaqlara aman verməyin” – dedi və qəlbində fərəh hissləri evdən uzaqlaşdı.Əliyusif kişinin qəlbi köksünə sığmırdı.Sevinirdi ki,o da uzun illərin min bir əziyyətinə qatlaşaraq Vətənin dar günü üçün oğul böyüdüb.Əliyusif kişi fəxr edirdi ki,cəbhə xəttində,od-alov içərisində onun da "payı”var.

     Atasından yarım saat sonra Yusif evdəkilərlə xudahafizləşib yola çıxdı.Qapıdan çıxanda nə fikirləşdisə geriyə boylanıb ömür-gün yoldaşı Yaqutu səslədi:

     - Yaqut,maşınıımız evin yanından keçəcək.Sürücü siqnal verəndə İsmayılı pəncərəyə çıxardarsan.Uşaq üçün darıxacam.Yolüstü bir anlığa körpəsini görmək – bu adi ata istəyi,bala məhəbbəti deyildi.Hərəkətdə olan maşından bir-iki saniyəliyə belə üç aylıq körpəsini bir də görməyi Yusif səfərüstü özünə qənimət bilirdi.

     Evdən asta addımlarla uzaqlaşdı Yusif.Böyüyüb başa çatdığı Qobustandan tezcə aralanmaq istəmədi o.Şəhərə gedən maşına minəndə arxaya boylanıb ətrafı – doğma yerləri bir də nəzərdən keçirdi.Sabahını,gələn faciələri görürmüş kimi...

     ...Yusif anasız böyümüşdü.Atası Əliyusif kişi onun üçün həm ata,həm də qardaş idi.Elə həddi-buluğa çatandan sonra da atasının sürücü işlədiyi qarajda işə başladı.Ata-bala bir yerdə işlədilər.Yusif hərbi xidmətə gedəndə Əliyusif kişi oğlunu yox,sanki qardaşını əsgərliyə yola salmışdı.Qardaş qardaşı üçün darıxan kimi darıxmışdı onunçün.

     Yusif hərbi xidmətdən qayıdandan sonra yenə baş-başa verib işlədilər.Yaqut ilə ailə quranda Əliyusif kişinin sevinci yerə-göyə sığmırdı.Bəyə ata əvəzinə də,ana əvəzinə də,qardaş əvəzinə də xələt verirdi...Nəhayət,ailədə körpə qığıltısı eşidildi.Dünyaya gələn oğlan uşağına oğul-ata məsləhətləşib İsmayıl adı qoydular.Əliyusif kişi özündə rahatlıq hiss etdi,fikirləşdi ki,o çətin günlər arxada qaldı.

     Bütün bunlara Yusif də sevinir,atasının firavan həyatından ürəyi açılırdı.Tək bir şey ona rahatlıq vermirdi:Qarabağda ermənilərin azğınlığı Televizorda,qazetlərdə verilən cəbhə xəbərləri bir Vətən oğlu kimi onun yuxusunu ərşə çəkmişdi.

     Yusif Bakıda rahatlıq tapa bilmirdi.İki milyonluq Bakı ona dar gəlirdi.O,vuruşmaq,düşmənlə mübarizə aparmaq istəyirdi.Elə bunun üçün də atası ilə məsləhətləşdikdən sonra polis əməkdaşı olmağı qərara aldı.1990-cı il sentyabr ayının 23-də Bakı şəhər polisinin post-patrul alayında sıravi polis nəfəri kimi işə başladı, "Qarabağa gedib ermənilərin dərsini vermək” arzusuna addım-addım yaxınlaşdı.

     1991-ci il sentyabr ayının əvvəllərində Yusif iş yerində eşidəndə ki,yaxın günlərdə yenə də Qarabağa ezam olunacaqlar,özündə rahatlıq tapdı.Evə gəlib Yaqutu da,Əliyusif kişini də arxayın elədi ki,narahat olmayın,Vətənin dar günündə hamı kimi mən də Qarabağa gedirəm.İnşallah,sağ-salamat qayıdıb gələcəm.Sizin üçün oradan qələbə sevinci gətirəcəyəm.

     Yusifgilin dəstəsi Goranboyun "qaynar nöqtələrində”vuruşmalı oldu.O vaxtlar ən "qaynar nöqtələr” olan Buzluq,Mənəşid və Erkəç kəndləri uğrunda gedən döyüşlərdə Yusif və onun döyüşçü dostları düşmənə zərbələr endirirdilər.Kəndlərin qarşısındakı postlardan erməni quldurlarını susduran igidlər dəfələrlə düşmənin burnunu əzmişdi.Yusif Buzluq kəndindəki təpədə keşik çəkirdi.Gəldiyi az vaxt ərzində yerli sakinlərin də,döyüşçülərin də rəğbətini qazanmışdı.Yusifdəki dəyişikliklərdən döyüş yoldaşları çaşıb qalmışdılar.Bakıda olanda həmişə gülərüz,zarafatcıl tanıdıqları Yusif bura gələndən birdən-birə dəyişib ağır təbiətli,ölümün gözünə dik baxan bir igidə çevrilmişdi.Mətinləşmişdi Yusif.Onun hündür boyu,enli kürəkləri lap Qobustanın sal daşlarını xatırladırdı.Elə bil sifətindəki bozluq da Qobustan daşlarından çökmüşdü.

     1991-ci il sentyabr ayının 14-ü.Yusifgilin dəstəsion gün idi ki,Buzluğa,Erkəçə,Mənəşidə rahatlıq verməyən,gözlərini qan tutmuş ermənilərlə ölüm-dirim mübarizəsi aparırdı.Sakit gecələrin biri idi.Sanki bu yerlərdə nə düşmən var imiş,nə də top-tüfənk.Ətrafı diqqətlə seyr edən Yusifi bu sakitlik açmırdı. "Bu sakitliyin sonu heç də xeyrə deyil,ermənilər əlavə qüvvə yığıb,qəfil hücuma başlayacaqlar”, - deyə Yusif narahatçılığını gizlətmirdi.

     Yusif yanılmamışdı.Həmin gün saat 5.30 dəqiqədə Gülüstan kəndi tərəfdən atılan "Alazan”ın səsinə Yusifgil silaha sarıldılar.Ermənilər böyük qüvvə ilə hücuma başladılar.Düşmən hər tərəfdən ağır texnikanın köməyi ilə irəliləyirdi.Başkənd və Gülüstan tərəfdən Buzluğa tərəf irəliləyən düşmənlə güllələri tükənmiş azsaylı polis işçiləri əsl rəşadətlə vuruşurdular.Yusif yaxşı bilirdi ki,bir az ləngimək Buzluqdakı 26 nəfər polis əməkdaşının və kənd camaatının düşmən əlinə keçməsi demək idi.Yusifgilin dəstəsinə rəhbərlik edən Binəqədi RDİİ-in rota komandiri mayor Tərlan Nuriyev də bu fikirdə idi.Komandirin həyəcanlı səsi hamını narahat etdi:Buzluqdakıların gülləsi yoxdur,onlara təcili güllə aparmaq lazımdır ki,birtəhər özlərini müdafiə edib kənddən çıxa bilsinlər,yoxsa ermənilər hamısını məhv edəcəklər.Məsləhətləşdilər.Kim isə könüllü getməli idi.Yusif elə bil yatmışdı,ayıldı.Necə yəni kim istəyir Buzluğa güllə aparsın?!Məgər belə bir anda fikirləşməkmi lazımdır?Xıdır Rza oğlu İsmayılov və Yusif tələsik iki minə yaxın güllə götürüb Buzluqda mühasirədə qalan polis işçilərinin və kənd camaatının köməyinə getdilər.Onlarla insan həyatını xilas edərkən,sən demə,öz həyatını qurban verəcəkmiş bu iki qəhrəman.Bəlkə də Yusif bu yolun təhlükəli,dörd tərəfdə düşmən olduğunu yaxşı bilirdi,amma gözü görə-görə,qulağı eşidə-eşidə soydaşlarının erməni mühasirəsinə düşməsini istəməyib.Bundansa özünü qəhrəmancasına qurban verməyi üstün tutub.

     Yusif və Xıdır mühasirədə qalanları xilas etmək üçün düşmənə tərəf irəliləməyə başladılar.Yusifgil vaxtında köməyə çatmışdılar.Həmin gün gedən döyüşlər axşama qədər davam elədi.Düşmən arzusuna çata bilmədi,geri oturuldu.Döyüşən dəstələrimiz yavaş-yavaş Todandakı qərargaha toplandılar.Buzluqdan da gəldilər.Yusiflə Xıdır isə gələnlər arasında yox idi. "Onları gördüm” deyən olmadı.

     Yusifin cəbhə xəttinə yola düşdüyü gündən Əliyusif kişi televiziyada,radioda bir xəbəri buraxmadı.Oğul nigarançılığı keçirən ata döyüş zonalarındakı vəziyyəti diqqətlə izləyir,hər ölüm xəbəri Əliyusif kişini o dünyaya aparıb-gətirirdi.Sentyabr ayının 14-də Əliyusif kişi televiziyanın "Günün ekranı” xəbərlər proqramında Goranboy rayonunda xeyli milis işçisinin yaralandığını,itkin düşdüyünü eşidəndə dalağı sancdı.Qəlbinə qara fikirlər gəldi.Müdhiş fikirləri beynindən qovmaq istəsə də,Yusif sarıdan nigarançılığı onu rahat buraxmadı.Özünü Nəsimi milisinə verdi.Burada Yusifdən dəqiq bir məlumat ala bilmədi.Əliyusif kişi Goranboya yola düşdü.Neçə gün oğlunun nə ölüsündən,nə də dirisindən bir xəbər çıxmadı.Meyidxanalara üz tutdu ata.Hər saatında bir il qocaldı Əliyusif kişi.Düşmən vəhşiliyindən tanınmaz hala salınmış meyidlərin içərisində oğul soraqladı o.Sentyabr ayının 25-i Yusifin meyidi tapıldı.Yusif şəhid olmuşdu,şəhidlik zirvəsinə yüksəlmişdi.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 aprel 2012 17:02
    salam.8 aprel vaxti ile bizim mektebin shagirdi,indi ise hemi mekteb adini dasiyan Ilqar Memmedovun dogum gunudu.o,shishqaya emeliyatinda qehremancasina canini vetene qurban edib,yashasaydi indi Azerbaycanin mehshur hekimi olacaqdi.ama o butun heyatini vetene qurban etdi.biz her birimiz Ilqar ve butun shehidlerimizle fexr edirik.Allah rehmet etsin.Bu gun onlarin sayesinde yashayib,nefes ala bilirik.shehidlerimiz olumleri ile olumsuzlukliye qovushdular

  2. 8 aprel 2012 20:19
    Medine ne yaxshi ki,senin kimi dushunen shagirdlerimiz var.Ele
    shagirdlerimiz var ki,mektebleri kimin adna olduqunu hele de bilmirler.

  3. 8 aprel 2012 20:22
    Medine xanum doqurdanda cox dushunceli shaqirdimizdi. Allah Vetenimize Medine kimi yanashan ve dushunen shaqirdleri eksik etmesin ! Sizi ise hormetli Herodot salamlayiram coxdandi yoxduz buralarda oz deyerli reylerinizle.......

  4. 8 aprel 2012 20:50
    Muallim niye reyler bolmesine daxil olmaq olmur?

  5. 8 aprel 2012 20:51
    heleki bilmirem tapmaqa calishiram

  6. 9 aprel 2012 12:12
    salam.bu menim ve bu olkede yashayan vetendashlarin borcudu.Ilqar Memmedov haqqinda "Ilqarsiz dunya"kitabindan melumatlana bilersiz.o kitabi elde etmeye calishacam.Muellim eger icaze versez qehreman Ilqar haqqinda maraqli melumat saytda yerleshdirecem.yerleshdire bilerem?

  7. 9 aprel 2012 16:09
    Medine xanum tebii ki olar men cox shad olaram yaz gonder mene ele senin adindan verek sayta

  8. 23 noyabr 2013 19:55
    cox guzlelll.beyendimmmmm

  9. 2 iyul 2014 23:42
    Hörmətli Hamlet müəllim .Məzmunlu və gerçək hadisələrin təsvir olunduğu məqaləyə görə UDULULAR adından Sizə öz təşəkkürümüzü bildiririk.Çünki Yusifin uşaqlıq illərinin çoxsu Udulu kəndində keçmişdir.Biz onunla fəxr edirik.Əliyusif kişinin ailəsindən belə bir Qəhramanın yetişməsi təbii qaunauyğundur.Atanın oğlunun vətənpərvər kimi tərbiyəsində rolu çox böyükdür.Yusifin Vətən yolunda fədakarcasına mübarizəsi indiki gənclik üçün bir örnəkdir.TORPAQ UĞRUNDA ÖLƏN VARSA,VƏTƏNDİR!!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.