Samid İmanov

Samid İmanov

Samid Gülağa oğlu İmanov (d. 14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – ö. 2 aprel, 2016, Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı[1]; Dördgünlük müharibə şəhidi.Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub.. 1998-ci ildə Neftçala rayonunun 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur.2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir. 2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir. Türkiyədə “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “dağa dırmanma üzrə təlimatcı" kursunda iştirak etmişdir. Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samid İmanovun dəstəsi əməliyyat kecirtmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar. Dördgünlük müharibəsində, atışmada yaralanan komandir, əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir.Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi ücün qəti göstəriş vermişdi.Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Ailəli idi, 1 qızı və 1 oğlu var idi.
Xidməti müddətində 6 medalla təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə mayor İmanov Samid Gülağa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
"Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcə (10 il xidmət)
"Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcə (15 il xidmət)
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 3-cü dərəcə
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 2-ci dərəcə
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
2016 — Flag of Azerbaijan.svg "Qızıl Ulduz" medalı
2016 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı

Mənbə: Vikipediya



Paylaş

Oxşar xəbərlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.