Milli Qəhrəman-Allahverdi Bagırov!

 

[/b]

Milli Qəhrəman-Allahverdi Bagırov!

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə,Qarabag Agdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

 

Qarabah müheribəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib.Agdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O,Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Xocalı faciəsində 1003 nəfəri əsirlikdən xilas edən Qəhrəman - Allahverdi Bağırovdu. Ən böyük hərbi uğuru1992-ci il 12 iyunda Aranzəmin kəndi,Naxçivanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş,Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş,Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən Agdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir oğlu iki qızı var.

Azərbaycan Respublikası prezidentinin24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.

Allah sənə rəhmət eləsin ey Azerbaycanın qəhrəman övladı!Amin!

Milli Qəhrəman-Allahverdi Bagırov!

 

[b]

 


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 dekabr 2013 14:41
    cox marqldir.kim yazibsa cox sagolsun.heqiqeten cox YDIN YAZILIB

  2. 16 dekabr 2013 15:09
    hec vaxt esitmemisdim bu haqda

  3. 21 yanvar 2014 20:51
    tewekkurler men de hec ewitmemiwdim.Allah rehmet elesin..  recourse  request

    --------------------

  4. 2 avqust 2014 19:08
    sadece adini esitmisdim

    --------------------

  5. 20 avqust 2014 12:39
    Cox maraqli idi.Sag olun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.