Tomris Massaget

Tomris Massaget

Azərbaycanın cənub torpaqlarını ələ keçirib Yaxın və Orta Şərqin çox hissəsini zəbt edən II Kirin bir arzusu var idi. Hansı yolla olur-olsun Azərbaycanın şimalını öz dövlətinə qatmaq, igid massagetləri özünə tabe etmək. Şimali Azərbaycanda hökmranlıq edən massaget hökmdarının dul qadını Tomiris onun bu arzusu yolunda ciddi maneə idi.Əri vəfat edəndən sonra massagetlərin hökmdarı olan qəhraman məlakə vətənin6in sevən, onun yolunda ölməyə hazır olan, azadlığı hər şeydən üstün tutan bir qadın, şərəfli bir ana idi.


Açıq döyüşdə qalib gələ bilməyəcəyini anlayan II Kir hiyləyə əl atdıö. Elçilər göndərib Tomirislə evlənmək istədiyini bildirdi. Onun bu hiyləsinin arxasında evlənmək yox, massaget hakimiyyətini ələ keçirmək olduğunu anlayan Tomiris onu rədd etdi. Massagetlərin Kuruş adlandırdığı II Kir isə hiyləsinin baş tutmadığını görüncə hücuma keçmək qərarına gəldi. Bu məqsədlə ordunun Araz çayından keçməsi üçün körpülər salmağa, körpü əmələ gətirən sallar üzərində qüllələr ucaltmağı əmr edir. Kuruş ciddi-cəhdlə bu işə girişdiyi vaxt Tomiris ona belə bir sifariş göndərir: «Midiyalıların (farsların) şahı! Öz niyyətindən əl çək. Axı düzəltdirdiyinin bu körpülərin sənə xeyri-dəyib dəyməyəcəyini əvvəlcədən billə bilməzsən. Burax bunları, öz hökmdarlığında şahlıq elə, bizim də hökmdarlığımızda hakimiyyət sürməyimizə paxıllıq etmə».Heredot yazırdı ki, Tomirisin sülh, barışıq, əmin-amanlıq təklifi Kuruşun ağlına batmadı. Əksinə yeni hiylələr fikirləşən II Kir əvvəlcə Massagetlərə qalib gəldi. II Kirin hiyləsindən baş açmayan gənc sərkərdə-Tomirisin oğlu Əsir düşür və rüsvayçılığa dözməyərək özünü öldürür. Qəlbinə bala dağı çəkilən hökmdar anna sarsılmır. Əgər sarsılarsa Vətənintapdaq altında qalacağını, yağı düşmənin sevinəcəyin7i bildiyindən bu itkiyə mətanətlə dözür, qoşununu həlledici döyüşə hazırlayır. Və e.ə. 530-cu ildə baş verən bu döyüş II Kir üçün sonuncu döyüş, Tomirism üçün isə əsl cəngavərlik meyjanı idi. Tomisirin əmri ilə II Kirin başı kəsilir , qanla doldurulmuş tuluğa salınır. II Kirə tökdjüyü qanlar qədər qan udduracağına And içmiş hökmdar-ana deyir:-«Qaniçən Kir! Sən qan istəyirdin. Buyur, nə qədər istəyirsən iç!»  «Böyük Kir» ləqəbi qazanmış II Kirin üzərində qələbə Azərbaycanın dövlətçiliyi tarixində ən şanlı səhifələrdən biridir. Tomirisin qeyrəti və yenilməzliyi isə Azərbaycanın şərəf simvoludur.

Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına ( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər.Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.

Tomris Massaget

Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir.


Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.

Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."

Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması

Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə - oğlu Kambizə həvalə edir. Hökmdar oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.

Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massagetlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."

Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.

Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının döşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."

Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı isə onun adı bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı.Belə ki,massagetlər əvvəlcə Midiya dövlətinə tabe edilər.Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular.Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.
Tomris Massaget




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 oktyabr 2011 12:17
    TOMRIS HAQQINDA meqale cox xowuma geldi,xalqimiza TOMRIS qeyretli insanlar arzulayiram

  2. 18 oktyabr 2011 19:57
    cox sagolun muellim cox faydali melumatlar oxudum

  3. 7 dekabr 2011 13:31
    tomris haqqinda meqale cox xosuma geldi

  4. 7 dekabr 2011 13:33
    Cox sagolunki bele bir cox faydali sayt yarattiniz cox maraqli melumat elde eledik

  5. 7 dekabr 2011 13:42
    cox maraqli faktlardi.yaxsiki bu sayt yaradilib.tesekur edirem.

  6. 7 dekabr 2011 13:45
    bildirmek isteyirem ki azerbaycanin ilk ve en boyuk tomris muasir qadinlarta ibretdir

  7. 9 dekabr 2011 11:17
    bu sayti yaratdiginiz ucun size cox tesekkur edirem

  8. 19 fevral 2012 10:29
    eladi cox sagolun tomrisede halal olsun

  9. 1 iyul 2012 09:01
    cox gozeldi....xususile resmler

  10. 7 avqust 2012 21:04
    men fexr ediremki Azerbaycanda bele bir qadin olub

  11. 31 avqust 2012 16:39
    tomris agilli idi

  12. 9 oktyabr 2012 19:13
    salam hamlet muellim .bu gunku movzu-qanicen kiri kim meglub etdi? tomiris haqqindaki melumati oxudum .sevinirem ki tariximizde bele cesur qadinlar olub melumata gore tesekkur!!!!!!!!!!!

  13. 9 noyabr 2012 14:17
    sağol tomiris halaldı sənə!
    ibadova~nigar~haciqabul

    bəss mən başa duşə bilmirəm ki niyə bu kirə öz torpağı bəs elemeyib elə deyesen daxili də adı kimi kirlidir!
    ibadova~nigar~haciqabul

  14. 24 noyabr 2012 19:59
    Cox maraqli faktlar idi.TWK...! Kaski her kes onun kimi ola bilseydi... what winked

  15. 5 dekabr 2012 11:11
    tEWEKKURLER...hALAL OLSUN!

  16. 14 dekabr 2012 17:14
    salam man maktabliyam . tarix kitabnda hecna yoxdur. her sey naqil kimidir. amma man bu sayta daxil oldum .cox ela saytdr. winked

  17. 14 dekabr 2012 22:48
    tomris haqqinda her sey cox maraqlidir. o cesurdur

  18. 20 dekabr 2012 20:13
    superdir tomris cox cesur qadindir.Cesurlugu eyni zamanda cox qeyretli olub.Indiki kisiler kimi olmayib

    o yeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  19. 28 yanvar 2013 20:36
    azerbaycana bele qadinlar lazimdir yoxsa.... winked

  20. 3 mart 2013 17:47
    HALAL OLSUN TOMRSE! CESUR QADNDR.

  21. 3 mart 2013 22:15
    tessekkurlere winked

  22. 24 mart 2013 13:47
    cox maraqlidi.Tewekkurler smile

    Cox maraqlidi.TEwekkurler

  23. 7 may 2013 21:17
    bu dərs çox xoşuma gəlir . Çox maraqlıdır . Təşəkkürlər feel fellow winked

  24. 12 may 2013 15:06
    tomris kimi qehreman qadinlarimiz coxdur.maraqli movzudur.men hemise bu movzunu oxuyuram.bu movzunu 5-ci sinifden kecirler.

    halal olsun TOMRIS kimi qadinlara

  25. 12 iyul 2013 16:32
    O, cox namuslu ve agilli qadindir.Melumata gore SAG OLUN love tongue wink

  26. 27 oktyabr 2013 18:12
    cox sagolun. cox maraqli idi.

    --------------------

  27. 21 noyabr 2013 16:10
    sabina abdullayeva o sozu duz dedi!
    amma tomris massaget haqqinda 5-ci sinif tarixinde sehv elemirsemse var idi

  28. 23 noyabr 2013 16:25
    COX MARAQLIDR TESKULER.OXUFUDM
    AZIRACAN

  29. 21 yanvar 2014 10:02
    cox maraqlidir/

  30. 22 avqust 2014 12:04
    Cox sag olun.Melumata gore tesekkurler. winked winked winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.