"Birinci xanım" və Sara xatın

7-03-2015, 11:00
35
+2

"Birinci xanım" və Sara xatın

 [/b]
"Birinci xanım" və Sara xatın

[/b]

 


Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. XIX əsrin ortalarından başlayaraq Amerika prezidentlərinin xanımlarını sadəcə «First lady» adlandırmağa başlamışlar. Sonradan bu anlayış digər ölkələrə də yayılmışdır.  Maraqlıdır ki, ilk dəfə «ABŞ-ın birinci xanımı» adlandırılan şəxs prezidentin həyat yoldaşı olmayıb. 1857-1861-ci illər arası ABŞ-ın prezidenti olan James Buchanan (Ceyms Byukenen) subay olub. Onu rəsmi görüşlərdə bacısı qızı Harriet Lane (Harriet Leyn) müşayiət etmişdir. J.Buchanan onu «Birinci xanım» kimi təqdim etdiyindən tezliklə bu termin Amerika siyasətinə daxil olaraq digər prezidentlər tərəfindən də istifadə olunmuşdur. 

 

 

Adətən, birinci ledilər ölkəsinin ictimai-sosial həyatında fəal iştirak edən, bundan əlavə dövlətlərarası dostluq, humanitar və mədəni əməkdaşlığı, beynəlxalq sülhü, qadın və uşaq hüquqlarını, ümumbəşəri dəyərlərin qorunmasını müdafiə edən şəxslərdir. 
Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir.
Azərbaycan tarixində Mömünə xatun, İnanc xanım, Mehrcan xanım, I Şah İsmayılın yaxın sirdaşı olan Taclı xanım və qızı Pərixan xanım, Qubalı Fətəli xanın xanımı Tutu Bikə, Gəncə xanı Cavad xanın xanımı Bəyim xatun və s. kimi xanımlar birinci ledi statusunda olmuşlar.

 

 Sara Xatun - Azərbaycan tarixində ilk birinci ledi statusunda olmuşdur və Şərqdə ilk diplomat qadındır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır. 

Sara xatun Bayandur eli içində doğulmuşdur. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi kimi böyük rolu olmuşdur. İstidadlı diplomat qadın kimi məşhur olan Sara xatun, hətta Avropa ölkələrində də tanınırdı. O, dövlətin idarə işlərinində hökmdar oğluna yaxından kömək etmişdir. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Məhməd kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə itmişdir. Bir diplomat kimi Sara xatunun fəaliyyətində onun sultan II Məhmədlə bağladığı 1461-ci il Yassıçəmən sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.

 

Materialın hazırlanmasında azerbaijans.com saytından istifadə edilmişdir. 

[/b]
[/b][/b]



Şərhlər
64x64

selcan

30 dekabr 2011 22:04
salam.maraqlidi.

Sara xatun uzuyunun qashinin altinda zeher gezdirermish.melum meseledir dushmen eline kecen zaman istifade etmek ucun.hetta gelinlerine de bele uzukler hazirlatmishdi.Shah ismayilin anasi Alemshahbeyim(Marta) de ozunu bu uzukden istifade ederek oldurubmush.(Sara xatunun nevesi idi)

64x64

administrator

2 fevral 2012 18:59
oldu deyisherem sadece boyuk razmerli shekil tapmadim

64x64

administrator

3 fevral 2012 22:08
audindi ki bu shekul bu yaziya sefdir ancaq inanin mene yazini hazirlayan o dovre aid bir muselman zadeqan-xaniminin sheklini internetden tapmaq olduqca cetin oldu.Bu shekli deyishecem Zemfira xanum!

64x64

administrator

3 fevral 2012 22:13
tarixi bolmelere haqqinda bolme var artiq baxa bilersiniz-video-tarixi filmler bel baxin zehmet olmasa

64x64

zema

3 fevral 2012 22:17
tessekkur edirem sag olun

64x64

kecmish

9 fevral 2012 18:49
Shekil Sara Xatun gonderdim. Meslehet bilses istifade edin.

64x64

heredot

13 fevral 2012 18:30
Maraqldir.Oxumaqa deyer.Arzum budur ki,butun qadnlar Sara Xatun
kimi her ishlerinde diplomat olsunlar.

64x64

hamster

19 fevral 2012 10:31
xebere gore sagolun

64x64

Saxriyar

25 fevral 2012 17:50
menim cox xosuma geldi

64x64

nana74

8 mart 2012 16:02
8 MART BEYNELXALQ QADNLAR BAYRAMI munasibeti ile butun
AZERBAYCAN QADNLARNI ve saytn XANIM ishtirakcilarni semimi
qelbden tebrik edirem.

64x64

Nizami m

8 mart 2012 18:40
Hormetli saytda ishtirak eden qadin ve qizlarimiz,ana ve bacilarimiz Sizi Qadinlar bayrami munasibetile tebrik edir,Size can sagligi,xoshbextlik,muveffeqiyyetler arzu edirem.Siz besheriyyetin gozel ve zehmetkesh hissesiniz.Butun elde etdiyimiz- lere gore Size minnetdariq.Ebes yere Peygemberimiz Mehemmed Eleyhesselam "cennetin analarin ayaginin altinda oldugunu" demeyib.Qoy heyatiniz boyu Xoshbextlik,muveffeqiyyet,xosh anlar daimi Sizi mushayet etsin.Siz buna layiqsiniz.Bir daha bayraminiz mubarek,eziz qadinlar

64x64

Fateh Mehmet

10 iyul 2012 17:41
Daha cox informasiya gozleyirdim duzu,ardi olar,INSALLAH

64x64

ibadova nigar

12 noyabr 2012 19:52
men basa dusmurem ki niye qadinlar ancaq tarixe adini kecmise yazib bes niye indi yox!!!

64x64

Sevilya

10 dekabr 2012 14:05
Menim ucun cox maraqli idi. Amma men daha cox informasiya gozleyirdim. Xaiw Sara Xatun haqqinda daha cox informasiya yazin.

64x64

sabinka

19 dekabr 2012 11:26
hamlet muellim sag olun oyrenirem ki derse elave kimi danisim

64x64

QuliyevYasin57

19 dekabr 2012 19:20
hamlet muellim ozun sayta xeber elave et video dersde demisen ki hec bir saytdan isdifade etmeyin amma ozunuz etmisiniz fellow

Yasin men dememishem ki hec bir saytdan melumat goturmeyin tebii ki hansisa menbeden yazi goturulecek biz ozumuzden tarix yaza bilmerik ki Sadece olduqu kimi yazilari kocurmek olmaz olarsada hemin yazinin menbesi gosterilmelidir Siz istifadecilere qelince Beli biz sayt emekdashlari lazim olarsa menbesi gosterilmekle yazi goturece3yik nece ki bizim yazilari bashqalari goturur Sene qalinca ise bilmek isterdim shaqirdsen yoxsa muallim

64x64

sebine

19 dekabr 2012 21:10
cox maraqli idi.Sara xatun 8-ci sinifde maraqlidir...

64x64

sabinka

19 dekabr 2012 21:12
hamlet muellim sabah bizim mektebde final testleri kecirilecek .sinaq testi . mene ugurlar arzulayin gelen kimi nece yazdigimi size bildireceyem.

Uqurlar senin olsun !

64x64

sabinka

20 dekabr 2012 19:35
hazirlasiram saat 2-de baslayir.fenler-az-n dili,ebeb-t,riyaz-t,tarix,english,ve belke h/bilgisi son 2 saat ....... tarixden serqin son fatehini de oyrendim testler isledim .insallah yaxsi olar .eslinde dunen tarixden 3 movzu birden kecdik .teste gore muellime dedi ki bu bilgiler sabah size lazim olacaq.

hamlet muellim salam riyaziyyat 10-dan 10 biri sehv, azerbaycan dili 10-dan 10 duz, tarix 10-dan 9 , english 10-dan 5-i, h/bilgisi 10-dan 5 -i 1- i sehv cemi 50 sualdan 39 cavablandirdim. 36 duz 3 sehv hamlet muellim mekteb, sinif ve rayon uzre yerimi bir nece gunden sonra deyecekler onu da deyim ki h/bilgisindeki suallar cografiya ve biologiya fennini ehate edirdi. kecdiyimiz 1 dene movzu salinmamisdi .1,5 saata.

onu da deyim ki sinifde menden cox yazan olmamisdi en cox 37, 35 ve saire basqa 5-cileri bilmirem.mektebimizde 11 5-ci sinif var. goresen 10-luga dusmusem?

64x64

sabinka

7 yanvar 2013 15:23
salam Hamlet muellim final testlerinin cavabi aciqlandi umumi mekteb uzre 14-cu sinif uzre 1-ci oldum. tarixden mekteb uzre 1-ci riyaziyyatdan 6-ci toplam mekteb uzre 14-cu yer muellimlerim tebrik etdi anam deyir ki 8 5-ci sinif var. ferz edek ki heresinde 2 esl elaci var bu edir 16.sen de 14 -cu yer tutduguna gore bu qenaetbexs deyil .daha yaxsi calismaq duse bilecek yox dusebilmeyecek suallari da oyrenmek lazimdir.emel edirem bes niye alinmir?!

64x64

Efsaneseferli

8 yanvar 2013 20:43
"Birinci xanim" sozunun harada yarandiqini bilmirdim, cox saq olun .Ancaq bezi sebeblere gore hec xosum gelmir bu sozden.

64x64

vetenim

5 fevral 2013 23:04
azerbaycani igid qadinlarida var...........

64x64

sayuska

20 fevral 2013 15:30
maraqliydi

64x64

Semeni

7 mart 2013 01:19
Melumat ucun teshekkurler.Xahish edirem Caldiran doyushunde osmanlilara esir dushen Taclibeyim haqqinda yazasiniz.

64x64

ndidi

2 may 2013 19:14
men sara xatin kimi qadin sexsiyetlerile fexr edirem .onun haqinda melumatda cox maraqli idi tesekurler sgl smile

64x64

MELEK_9

6 noyabr 2013 14:57
KECMIS QADINLAR COX PISDIR

64x64

SEBIS

23 fevral 2014 23:11
sara xatin cox cesur qadin olub.hetda oglu uzun hesen daniwiqlar ucun anasini sultan 2mehmetin yanina da gonderir.2meqsedi olu qarwisinda 1)trabzon fethinden onu dawindirmaq. 2)agqoyunlu ile mubarizeden cekindirmey.trabzon fethinnen dondere bilmesede agqoyunlulari temin ede bilir..
halal olsun bele qadinlarimiza.. 


--------------------
64x64

milicka

29 mart 2014 21:56
aaaaaa..........Sara Xatin haqqinda yazilanlari bilirdim.ancaq ne yaziq ki,first lady sozunun haradan geldiyini bilmirdim.melumatlandirdiginiz ucun tesekkurler.men de tarixden cooox melumat bilirem.inanin ki,vaxtim olan kimi maraqli melumatlar qoyacam.sag olun

64x64

SEBIS

4 aprel 2014 18:09
menim hemvaxdim olmur hem de kii sebrim yoxdu oturam nece vaxda nes ehazirliyam ona gore ancax oz fikirlermi bildirmeyi sevirem..hovselesizeem cooxX..


--------------------
64x64

Sevil Abiyeva

11 aprel 2014 21:18
cox maraqlidi amma azdi daha genis yazin bu qadar kitablardad var

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.

Avtorizasiya