Pərixan xatun

Pərixan xatun

SƏFƏVİ ŞAHZADƏSİ PƏRİXAN XANIM

Səfəvi şahzadəsi Pərixan xanım 1548-ci ildə Qəzvində Azərbaycan Səfəvilər imperiyasının ikinci hökmdarı I Təhmasibin ailəsində anadan olmuşdur.Pərixan xanım I Təhmasibin ikinci qızı olmaqla 16-cı əsrin ortalarında Səfəvilər sarayında siyasi cəhətdən diqqəti cəlb edən ən məşhur simalardan biri idi. Pərixan xanımın anası isə Dağıstan gözəli idi.
1577-ci ildə Səfəvi hökmdarı II ismayıl qətlə yetiriləndə Pərixan xanım nəhəng imperiyanın faktiki idarə edənə çevrilir. Ancaq mövcud olan qaydalara əsasən qadınlar hökmdar ola bilmədiklərinə görə , şah taxtına onun qardaşı xəstə və gözlərdən çox zəif olan Məhəmməd Xudabəndə əyləşdirilir. Pərixan xanım hesab edirdi ki, onun qardaşı da dövləti atası və babası kimi layiqincə idarə edəcəkdir. Ancaq hər şey əksinə oldu. Məhəmməd Xudabəndənin güclü xarakterə malik olan arvadı Heyran Nisa Bəyim ( Məhdi Ülya ) hər vasitə ilə Pərixan xanıma qarşı çıxaraq onun hakimiyyət işlərinə qarışmasına qadağa qoymuşdu. Məhdi Ülya şah hakimiyyətinin idarəsini tam olaraq əlində cəmləşdirərək , bütün vacib dövlət məsələlərini özü həll edirdi. O, vilayət hakimlərini özü təyin edir, xəzinəyə sərəncam verir, qoşuna əmrləri özü verirdi. Dövlətin xəzinəsi baş vəzirə tabe olsa da, Pərixan xanım bütün maliyyə məsələlərinə dəxalət edir, qohumlarına, yaxın dostlarına və əmirlərə dövlət xəzinəsindən külli-miqdarda bəxşişlər verirdi.
Onun əri Məhəmməd Xudabəndə isə əmr vermişdi ki, vəzirin təsdiq etdiyi şahın bütün fərmanlarının arxasına Pərixan xanımın möhürü vurulanda etibarlı hesab edilsin. Şahlıq taxtına əyləşməzdən əvvəl Məhəmməd Xudabəndə Fars vilayətinin hakimi idi. Ərinin andiçmə mərasimindən sonra Məhdi Ülyanın əmrinə əsasən Pərixan xanım 1578-ci il fevralın 12-də Qəzvin şəhərində edam olunmuşdur. Onun kəsilmiş başı Qəzvin şəhərinin qala qapısından asılmış, dağınıq saçları isə tökülmüşdü. Pərixan xanımın cəmi 29 yaşı vardı. ..

Şirməmməd müəllimdən....


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 yanvar 2019 19:19
    O vaxtı kim kimi edam etmək istəyirmiş,edirmiş.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.