Tarixdə qadınlar-Səma qəhrəmanı

Tarixdə qadınlar-Səma qəhrəmanı

 

Salam hörmətli tarixinfoçular. Oxuyacağınız bu yazı Azərbaycanın ilk qadın hərbi təyyarəçisi haqqındadır.
 
Səma qəhrəmanı

Züleyxa Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakıda anadan olub. Mühasib olan Mirhəbib ağa məşhur xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. O, Hacının vəsaitini nə qədər və necə xərclədiyini qəpiyinədək hesablayır, hər ayın sonunda Tağıyevə məlumat verirdi.  Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər.Lakin....
 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Sәnaye institutunda ali tәһsil alan Züleyxa 1935-ci ildә institutda Azәrbaycan qızları arasında paraşütdәn tullanmaq üzrә birinci yeri tutur. Bu birincilik onun üçün һәr şeyin başlanğıcı idi. O ,öz yolunu seçmişdi. Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvada keçirilәn uçuş tullantısında iştirak edәn Züleyxa sonra Tuşinski aerodromunda qrup һalında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur .Tәyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlmatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur. 1941-ci ildə isə N.Y.Jukovski adına

Tarixdə qadınlar-Səma qəhrəmanı

 

Hərbi Hava Akademiyasını bitirmişdir. O, ikinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilmişdir. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə

Tarixdə qadınlar-Səma qəhrəmanı

 

Azərbaycan SSR-in İctimai təminat naziri olmuşdur.O,bu vəzifəyə seçilmiş ilk qadın nazir olmuşdur.
O dövrdә bir çox jurnallarda, qәzetlәrdә Züleyxa Seyidmәmmәdovanın qәһrәmanlıqlarını әks etdirәn mәqalәlәr, şeirlәr dәrc olunurdu. Bütün bunlar müğәnni Rәşid Beһbudovun da nәzәrindәn yayınmır vә onun müraciәtilә görkәmli bәstәkar Tofiq Quliyev Züleyxa һaqqında maһnı bәstәlәyir. Rәşid Beһbudovun Moskvaya qastrol sәfәri әrәfәsindә һazır olan maһnı elә müğәnninin öz istәyilә rus dilindә Tofiq Quliyevin öz müşayiәti ilә lentә alınır. Sonradan isә vala yazılan bu maһnı yüksәk tirajla satılır.

 
 

 
 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 aprel 2015 14:03
    http://tarix.info/engine/download.php?id=634

  2. 10 aprel 2015 23:45
    Hörmətli Mətanət xanım, çox təşəkkürlər! Maraqlı idi.

  3. 11 aprel 2015 12:23
    BİZƏ SƏMA QƏHRƏMANI HAQQINDA MƏLUMAT VERDİYNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.SİZƏ BİR SUALIM OLACAQ,SİZ DƏ YƏQİN Kİ,TARİX MÜƏLLİMİSİZ ELƏƏƏ

    --------------------

  4. 12 aprel 2015 22:13
    Oxuduğunuz üçün təşəkkür edirəm.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.