8 mart Beynəlxalq qadınlar günü

 8 mart  Beynəlxalq qadınlar günü

8 Mart Beynəlxalq Qadınlar gününüz mübarək

*
8 mart  Beynəlxalq qadınlar günü8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadın bayramı"nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq. 

Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.

8 mart  Beynəlxalq qadınlar günü
8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq "seçki" hüququnu tələb edirdilər.
1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər. "Seçmə və rəhbər vəzifələri tutma hüququ"ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər.
Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu.
Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər.
1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay 8 mart  Beynəlxalq qadınlar günütaxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
Beynəlxalq qadınlar günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bunula da "mübarizə" sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı.
Bu gün güclü cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır.
8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.
[/i]
 
8 mart  Beynəlxalq qadınlar günü

8 mart  Beynəlxalq qadınlar günü

8 mart  Beynəlxalq qadınlar günü

8 mart  Beynəlxalq qadınlar günü

8 mart  Beynəlxalq qadınlar günü

[/i][/i][/i][/i][/i][/i][/i][/i][/i]

Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 mart 2015 20:26
    Əziz və hörmətli Leyla ! Tarix.info saytı 11.11.11 tarixində yaradılmışdır. O gündən bu günə kimi saytımızda gəlib getmiş istifadəçilərlə yanaşı Jurnalist statusluları da olmuşdur. Onu qeyd edim ki, saytımızda ilk dəfə məktəblilərdən Jurnalist statusu alan istifadəçi məhz sən olmusan. Hələlik ən kiçik yaşlı Jurnalist statusluda sənsən. Təbii ki, bizim saytda belə adları almaq heçdə "hədiyyə" edilmir. Bu ada öz işinlə, sayta olan hörmət və sevginlə, çalışqanlığınla nail olubsan. Əhsən bir daha əhsən !
    Sonuncu məqalən isə bütün dünyada uca tutulan, hörmət bəslənilən, sevilən və seviləcək müqəddəs qadınlar haqqındadır. Sən özündə bunun bir parçası olduğundan bu yazın ilk növbədə özün üçün dəyərlidir. Məni qabaqladın hətta bu yazını verməklə. Leyla xanım səni, bacını, ananı, ətrafında olan bütün rəfiqələrini, o cümlədən Azərbaycan qadınlarını təbrik edirəm. Uca Allahımız sizlərə göz yaşı qismət edəndə də , sevinc dolu etsin ! Bu gün Azərbaycan tarixi fəxr edə bilər ki, onun səhifələrindən keçmiş anamız Tomris, nənəmiz Sara xatun və bacımız Həcərin yolunu davam etdirən yüzlərlə qızlarımız var. Xoşbaxt olun, sağlam olun və xalqımıza yar olun !

    Hörmətlə Hamlet Əliyev (Bakı MOdern Məktəbinin tarix müəllimi)

  2. 5 mart 2015 20:46
    Sitat: administrator

    Hörmətli Hamlet müəllim əvvala dolğun rəyiniz üçün səmimiyyətlə təşəkkür edirəm…..
    Daha sonra isə onu qeyd etmək istəyirəm ki , əgər bu gün mən bu qədər fəxr ediləcək şagirdəmsə sizin kimi diqqətcil və eyni zamanda savadlı müəllimlərin sayəsində olmuşam …..
    Təşəkkürün böyüyü sizin kimi müəllimlərimizə düşür……
    Mənim müəllimlərə hörmətim sonsuzdur və eyni zamanda elə düşünürəm ki : biz şagırdlər ömrümüzün sonunadək müəllimimizə borcluyuq…….!
    Mən müəllim sənətini ən müqəddəs sənət kimi qəbul edirəm……… Elə məhz bu səbəbdən inşallah Allahın köməyi ilə gələcək də müəllim olmaq istəyirəm……..
    Allah sizdən razı olsun Hamlet müəllim AZƏRBYCAN xalqının sizin kimi müəllimlərə ehtiyyacı var ……….! Bütüun Tarix.infocular adından sizə sonsuz təşəkkürümü bildirirəm…….! Sağolun !!!

    --------------------

  3. 8 mart 2015 17:48
    TƏŞAKKÜRLƏR LEYLA ÇOX GÖZƏL 8MART HAQQINDA XƏBƏR HAZIRLAYIBSAN wink

    --------------------

  4. 8 mart 2015 21:53
    eladi .bayraminiz mubarek olsun smile love

  5. 8 mart 2015 21:55
    Sitat: stella111
    eladi .bayraminiz mubarek olsun smile love

    Çox sağol stella

    --------------------

  6. 9 mart 2015 11:41
    çox yaxşı alınıb əllərinə sağlıq

  7. 9 mart 2015 15:57
    Çox sağol Leyla........ Qadınların uca şərəfini bu qədər şəkildə nümayiş etdirdiyin üçün !

  8. 9 mart 2015 16:45
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

    winked

  9. 9 mart 2015 18:06
    Sitat: administrator
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

    winked

    Çox sağolun Hamlet müəllim Allah sizdən razı olsun......

    --------------------

  10. 9 mart 2015 22:42
    Sitat: administrator
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

    winked

    Amin...Mende tarix.infonun xanim istifadecilerini bir gun gec de olsa tebrik edirem,melisa can,leyla,jale bayraminiz mubarek,tez-tez olmasada arada tarix.infoya baxmaq vaxtim var.maraqli meqaledi leyla,tesekkurler,ishlerinde uğurlar...

    --------------------

  11. 9 mart 2015 23:03
    Men de oz novbemde butun AZERBAYCAN XANIMLARIMIZI tebrik edirem.Melisa,Leyla,Jale,Lamiye,hamini tebrik edirem.Bir kelme soyleyeceyem;hamiya kadin xosbextliyi arzu edirem.Suruklenen beseriyyet bizimle yukselecek. fellow

  12. 10 mart 2015 09:43
    Sitat: nihal vetenxah
    Men de oz novbemde butun AZERBAYCAN XANIMLARIMIZI tebrik edirem.Melisa,Leyla,Jale,Lamiye,hamini tebrik edirem.Bir kelme soyleyeceyem;hamiya kadin xosbextliyi arzu edirem.Suruklenen beseriyyet bizimle yukselecek. fellow

    winked

    --------------------

  13. 10 mart 2015 19:13
    Sitat: Melisa Can
    Canıııım Lamiyə çoxsağoL hə gec gördüm mən də sənin Nihalın yazısını Çox sağoLun mən də sizi təbrik edurəm Lamiyə o balaca balana xoşbəxtlik arzu edirəm bir anayçün alasının sağlam və xoşbəxt olması ananın xoşbəxtliyi deməkdi.Eləcə də bütün anaLar.Öpürəm sizi)

    Sənə dəstək verirem melisa keçmiş bayramında mübarək.......... Eləcə də qarşıdan gələn Novruz bayramın.....

    --------------------

  14. 11 mart 2015 10:36
    Sitat: Melisa Can
    Sitat: shendil

    Can mən də səni (gec oldu 1az) love inşallah Novruzu da belə şad-xürrəm qarşılayıb yola salarıq. feel ÇoxsaoL love

    Səndə sağol öpürəm ..........!!

    --------------------

  15. 11 mart 2015 12:54
    Sitat: sema2013
    Sitat: administrator
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

    winked

    Amin...Mende tarix.infonun xanim istifadecilerini bir gun gec de olsa tebrik edirem,melisa can,leyla,jale bayraminiz mubarek,tez-tez olmasada arada tarix.infoya baxmaq vaxtim var.maraqli meqaledi leyla,tesekkurler,ishlerinde uğurlar...

    ÇOX TƏŞƏKKÜR EDİRƏM LAMİYƏ SƏNİDƏ QIZIN SƏMANIDA TƏBRİK EDİRƏM

    --------------------

  16. 18 sentyabr 2015 15:26

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.